Postneft  dövründə müasir Azərbaycanın  dövlət idarəçiliyi sahəsində islahatlar və innovativ inkişaf

10:34 / 11.04.2019

Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət  İdarəçilik  Akademiyasının “Dövlət 

qulluğu və kadr siyasəti” kafedrası

dosenti s.e.f.d. Murtəza  Həsənov   

 

  Azərbaycan suverenlik əldə etdikdən, müstəqilliyin bərpa­sından sonra yeni – iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İsla­hatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin «Hüquqi islahatlar komissiyasının yaradılması haqqında» Sərəncamının (1996) və «Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərmanının (1998) müs­təsna rolu olmuşdur.  Dövlət idarəetməsi anlayışı çoxnövlü və mürəkkəb olduğundan inzibati hüquqda onun vahid tərifi yoxdur. İdarəetməyə geniş mənada təşkilati fəaliyyət və idarə olunan obyektə məqsədyönlü təsir kimi baxılır. Dövlət idarəetməsi əsas və birinci əlaməti inzibati hüquq predmeti kimi onun ümumi xarakterli olmasıdır. Bu əlamətə görə ümumi idarəetmə özündə başqa idarəetmə sahələrindən fərqləndirən təşkilati, funksional və hüquqi aspektləri birləşdirir.

Azərbaycan Respublikasında aparılan hüquqi və iqtisadi islahatlar dövlət idarəetmə sisteminin köklü dəyişikliyinə səbəb olmuşdur. Respublikanın yeni Konstitusiyasında hakimiyyətlərin bölgüsü prinsipinin təsbit olunması ilə (7-ci maddə) dövlət aparatının aparıcı bölməsi olan dövlət idarəetmə orqanları icra hakimiyyəti subyektlərinə dəyişdirilmiş, əmək bölgüsü hakimiyyət bölgüsü ilə əvəz edilmişdir.

Dövlət strategiyalarının  inkişaf etdirilməsi və yerinə  yetirilməsi üçün  əsas vasitə səmərəli, cavabdeh, şəffaf və məsul dövlət qulluğudur. Sakinlərin (vətəndaşlar) rifahı üçün vacib olan səhiyyə, təhsil və digər sosial xidmətlərin yerinə yetirilməsində dövlət qulluğu əsas rola sahibdir. Milli və müasir     dövlət qulluğu sisteminin qurulması məqsədilə ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın, hesabatlılığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi və dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçularından formalaşdırılması islahatın əsas istiqamətlərini təşkil etmişdir.  Dövlət idarəçiliyində səmərə      və effektivlik gücünü artırmaq, e-hökumətin tətbiqinə başlanması istiqamətində Elekton İmza, Elektron  Sənəd və Elektron Ticarət qanunları qəbul olunmuşdur. 

     Müvafiq olaraq respublikamızda aparılan ardıcıl islahatlar da idarəetmənin təkmilləşdirilməsinə, səmərəli və peşəkar dövlət qulluğunun, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına, dövlət qulluğunun xalqa qulluq mənasını ifadə etməsinə, məsuliyyətli, kreativ, dövlətinə və xalqına sadiq kadr potensialının formalaşdırılmasına xidmət edir.

Respublikamızda yeni inkişaf mərhələsinin mühüm təminat şərti kimi təsbit olunan səmərəli dövlət idarəetməsinin qurulmasına yönələn dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu dövlət xidmətlərinin keyfiyyət və asanlığının əsas göstəricisi hesab olunur, şəffaflığın təminatı, kadr potensialının  zənginləşdirilməsi ictimai həyatın bütün sahələrinin dinamik inkişafı  ilə eyni ahəngdə uğurla davam etdirilir. Dövlət idarəçiliyində islahatlar dedikdə elə məqsədyönlü dəyişiklik və təkmilləşdirmələrin aparılması nəzərdə tutulur ki, bunun nəticəsində dövlət idarəetməsinin tədricən yeni sistemi qurulmuş olur və ya mövcud sistemdə yeni keyfiyyətlər, yeni əlamətlər meydana çıxır. Ən ümumi şəkildə islahatların məqsədi hakimiyyət institutlarının potensialını inkişaf etdirmək, dövlət idarəetməsini daha da sadələşdirmək və müasir tələblərə uyğunluğunu təmin etmək, dövlət aparatı ilə vətəndaşlar arasında münasibətləri asanlaşdırmaq və dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdən ibarətdir.

İnzibati islahatların məqsədlərini adətən aşağıdakı dörd mexanizmin yenidən qurulması, layihələndirilməsi və sazlanması ilə əlaqələndirirlər:

1.                Dövlət xərcləri mexanizmi - bura məcmu xərclərin məhdudlaşdırılması, vəsaitlərin xərclənməsinin prioritetliliyinin müəyyənləşdirilməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin təmin olunması, dövlət xərclərinin bölüşdürülməsinə, onlara nəzarət edilməsinə və qiymətləndirilməsinə imkan verən muhasibat uçotu və audit mexanizmləri daxildir.

2.                Kadrlara və əmək münasibətlərinə rəhbərlik mexanizmləri – bura vəzifələrə təyin olunma və qulluqda irəliləməni müəyyənləşdirən, dövlət məmurlarını ayrı-ayrı hərəkətlərdən çəkindirən, dövlət qulluqçularını ayrı-ayrı hərəkətlərə stimullaşdıran, ştatda olan əməkdaşların necə və nə vaxt işə təyin olunmasını müəyyən edən mexanizmlər aid edilir.

3.                Strukturların təşkili mexanizmləri – bura hesabat sistemləri və hesabatlılıq mexanizmləri, onların cavabdehlik sferalarının müəyyənləşdirilməsi mexanizmləri daxildir.

4.                Dövlət idarəetmə sisteminin rolu və məsuliyyəti mexanizmləri – bura dövlət hakimiyyətinin əsas vəzifələrinin yerinə yetirilməsi üzrə məsuliyyətin mərkəzi hökumət və aşağı idarəetmə səviyyələri arasında bölüşdürülməsi qaydaları, dövlətin funksiyalarının bir hissəsinin qeyri-hökumət təşkilatlarına ötürülməsi mexanizmləri daxil edilir.

Bu gün dünya dövlətlərinin bir çoxunda idarəetmənin yeni metod və formalarının axtarışı davam edir. Bu prosesdə ən başlıcası islahatların prinsiplərini və son nəticələrini müəyyənləşdirməkdən ibarətdir.Bu baxımdan dövlət idarəetmə islahatları aşağıdakilərı təmin etməlidir:

1.                Qanunvericilik sahəsində islahatlar kompleks şəkildə həyata keçirilməli və hakimiyyətin bölgüsü prinsipinin reallaşdırılmasını,hakimiyyət qollarının razılaşdırılmış qarşılıqlı fəaliyyətini,insan və vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin etməlidir.

2.                İslahatlar dövlət idarəetməsinin səmərəliliyini və şəffaflığını təmin etməlidir.

3.                İslahatlar çərçivəsində hakimiyyətin qeyri-mərkəzləşdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilməlidir ki, bu da dövlət resurslarından səmərəli və rasional istifadə üçün imkanlar yaratmalıdır.

4.                İslahatların gedişində dövlət orqanları sistemi təkmilləşdirilməli, peşəkar dövlət qulluğu sistemi inkişaf etdirilməlidir.

5.                İslahatlar dövlət idarəetməsinin səmərəliliyini artırmaqla yanaşı ölkənin siyasi, sosial və iqtisadi inkişafının mühüm amilləri olan demokratik institutların hərtərəfli inkişafını təmin etməlidir.

6.                İslahatlar davamlı iqtisadi artıma və səmərəli bazar iqtisadiyyatının formalaşdırılmasına şərait yaratmalıdır.

Dövlət idarəetmə islahatlarının vəzifələri ilə iki əsas yanaşma mövcuddur ki, onların arasında fərq əsasən şərtidir və çox vaxt bir-birini tamamlayır. Bunlardan biri funksiyaları və iş metodlarını təkmilləşdirmək yolu ilə mövcud çatışmazlıqların tədricən aradan qaldırılmasından, digəri isə cəmiyyətin gələcək təlabatlarını nəzərə almaqla strateji məqsədlərə nail olmaq üçün dövlət idarəetməsinin inkişaf strategiyasının işlənib hazırlanmasından ibarətdir. Sonuncu halda dövlətin və cəmiyyətin inkişafının müasir meyllərinin təhlil olunması, dünya təcrübəsinin ümumiləşdirilməsi, müasir dövrdə dövlət idarəetməsinin parametrlərinin müəyyənləşdirilməsi tələb olunur. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan müstəqilliyini əldə etməklə yanaşı, insan hüquqlarının təmini, inkişaf etdirilməsi, qorunması sahəsində mühüm nailiyyətlərə imza atdı. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışı ilə ölkəmizdə hüquqi dövlət quruculuğuna başlanıldı, söz, fikir və mətbuat azadlığı etibarlı şəkildə təmin edildi, insanların sərbəst toplaşmasına, öz fikirlərini azad şəkildə ifadə etmələrinə şərait yaradıldı, digər demokratik prinsiplərin cəmiyyətdə təşəkkül tapması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi, bu sahədə demokratik prinsiplərə tam cavab verən qanunvericilik bazası yaradıldı.

1994-cü ilin iyul ayında Milli Məclisin iclasında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması haqında qərarın qəbul edilməsi də bu zərurətdən yaranmışdı. 

“Biz  elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, - deyən Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Beləliklə, 1995-ci il noyabr ayının 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən bu Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu.     

2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 22 iyun 2002-ci il tarixli fərmanına əsasən 2002-ci il avqustun 24-də keçirilmiş referendumun nəticəsi kimi Konstitusiyaya obyektiv reallıqdan irəli gələn bir sıra mütərəqqi dəyişikliklər edilib.

2002-ci ildə keçirilmiş Konstitusiya islahatından sonra respublikanın ictimai-siyasi həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar - sosial-iqtisadi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi. Bu məqsədlə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2008-ci il dekabrın 26-da hüquqi nöqteyi-nəzərdən Konstitusiyanın bir sıra normalarını təkmilləşdirmək məqsədi daşıyan “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin ümumxalq səsverməsinə çıxarılması barədə qərar qəbul edildi. 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan islahatları dəstəklədiyini bir daha təsdiqlədi. 

Zaman keçdikcə respublikamızda əsaslı dəyişikliklər baş vermiş, dövlətimiz bir iqtisadi formasiyadan digərinə keçmişdir. Son illərdə demokratik inkişaf sahəsində əldə edilən uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, onu daha da təkmilləşdirməyi vacib məsələ kimi ortaya qoymuşdur. Heç şübhəsiz, yenilikləri nəzərə alıb güclü islahatlar həyata keçirilməsə, cəmiyyətimiz inkişaf edə bilməz.  Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı zərurət 2009-cu ildən sonra ötən 7 il ərzində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş əsaslı dəyişikliklər, habelə regionda və dünyada cərəyan edən siyasi və iqtisadi proseslərlə əlaqədar yaranmışdır  .

Beləliklə, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə (referenduma) çıxarıldı. Referendum Aktı layihəsində təqdim edilən 29 hissənin hər birinin lehinə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdiyindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi qəbul edilmiş və referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilmişdir . 

Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin  yaradılması  və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir  idarəetmə modelinin, vətəndaş - dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur.

Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə 2007-2011-ci illərdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" icra edilmişdir.   

Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır. 

Dövlət idarəetməsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündəki mühüm tədbirlərdən biri  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.                                                    
Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin (bundan sonra – mərkəzlər) vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən mərkəzi və ya yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları) əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Dövlət Agentliyi dövlət qurumları tərəfindən həyata keçirilən xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi məqsədi ilə aşağıdakıları həyata keçirir:

1. dövlət qurumlarının malik olduqları informasiya sistemləri ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər görmək;

2. elektron xidmətlərin göstərilməsi üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

3. dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət qurumlarının informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq;

4. elektron xidmətlərin göstərilməsi üzrə dövlət qurumlarına metodik və əməli köməklik göstərmək;

5. dövlət qurumlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək aidiyyəti dövlət qurumlarına məlumat göndərmək. 

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Dövlət qulluğu üçün kadrların seçilməsini və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılmışdır. 

DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir. 

Bundan başqa Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2011-ci il noyabrın 29-da “ Azərbaycan-2020: gələcəyə baxış ” İnkişaf Konsepsiyasının hazırlanmışdır.

Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.

2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaqdır. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilən, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır.

Beləliklə, demokratik dəyərlərə əsaslanan yeni ictimai münasibətlər sistemində müasir modellərdən bəhrələnməklə yanaşı, milli-tarixi dövlətçilik ənənələrinə, milli idarəçilik təliminə və maraqlara uyğun formalaşdırılan yeni idarəetmə modeli xalqa xidmətin, şəffaf və səmərəli idarəetmənin konseptual əsaslarını yaratmağa istiqamətlənmişdir. İslahatların mühüm konseptual innovasiyası mütərəqqi modellərin müsbət cəhətlərini siyasi varisliklə, milli maraqlarla uyğunlaşdırılmaq və tətbiq etmək vətəndaşa yönümlü modern idarəetmə modelinin formalaşdırılmasında ifadə olunur. Respublikamızda yeni inkişaf mərhələsinin mühüm təminat şərti kimi təsbit olunan səmərəli dövlət idarəetməsinin qurulmasına yönələn dövlət siyasətinin mərkəzində vətəndaş durur, onun məmnunluğu dövlət xidmətlərinin keyfiyyət və asanlığının əsas göstəricisi hesab olunur, şəffaflığın təminatı, kadr potensialının  zənginləşdirilməsi ictimai həyatın bütün sahələrinin dinamik inkişafı  ilə eyni ahəngdə uğurla davam etdirilir. Bu gün ölkəmizdə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalaşmış əlverişli ictimai, siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə olan inamı daha da artırır.

·     Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi - dövlət qulluğu və onun xüsusi növləri ilə bağlı bir sıra anlayışların dəqiq müəyyən edilməsi və qanunvericilikdə yaranan anlaşılmazlıqların aradan qaldırılması, dövlət orqanlarının kateqoriya və iyerarxiyası sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının struktur bölmələrinin yaradılması, onların növlərinin (adlarının) düzgün müəyyən edilməsi, habelə dövlət orqanlarının struktur bölmələrinin vahid sistemə uyğun olaraq formalaşdırılmasının təmin edilməsi, dövlət qulluğu vəzifələrinin iyerarxiyasının optimallaşdırılması, dövlət qulluğunda şəffaflığın və dövlət qulluğunun qeyri-dövlət sektorla rəqabət qabiliyyətinin artırılması, Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının dövlət qulluğu sahəsinin inkişafında daha aktiv rol oynamasının təmin edilməsi, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin dövlət qulluğu sahəsində funksiyalarının daha səmərəli yerinə yetirilməsinin təmin edilməsi.

·                          Dövlət qulluğunda kadr siyasətinin inkişafı - rəhbər vəzifəli şəxslərin insan resurslarının idarə edilməsi sahəsində biliklərinin artırılması üzrə təlimlərin davamlılığının təmin edilməsi, rəhbər vəzifəli şəxslərin insan resurslarının idarə edilməsi sahəsində biliklərinin artırılması, dövlət orqanlarında kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlar üzrə hesabatların vahid standart üzrə hazırlanmasının təmin edilməsi, insan resurslarının idarə edilməsi sahəsində planlı fəaliyyətin təmin edilməsi, dövlət orqanlarında kadrların idarə edilməsi sahəsinə optimal həcmdə resurslar sərf edilməsi, kadr qurumlarının insan resurslarının idarə edilməsi sahəsində fəaliyyətinin düzgün və  effektiv təşkil edilməsi.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin son illərdə və aylarda   fərman, sərəncam, çıxış və bəyanatlarında, daxili və xarici şəraiti nəzərə almaqla Respublikanın daxil olduğu yeni dövrün xüsusiyyətləri və bu dövrdə sosial-iqtisadi inkişaf siya­səti, strategiyası və regional inkişafın idarə olunmasında müasir istiqamətlərin  ən mühüm cəhətləri bu və ya digər formada mü­əy­yənləşdirilmişdir. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra olunması ölkə iqtisadiyyatının, eləcə də regional inkişafda xüsusi əhəmiyyətə malik olmaqla, makroiqtisadi sabitliyə nail olunmasında, regionlarda biznes və investisiya yaxşılaşdırılmasında, yeni sahibkarlıq subyektlərinin və iş yerlərinin formalaşmasında, genişmiqyaslı infrastruktur layihələrinin reallaşdırılmasında, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasında və bütün bunların nəticəsində əhalinin rifah halının yüksəldilməsində və yoxsulluq səviyyəsinin aşağı endirilməsində xüsusi rol oynamışdır. Yeni iqtisadi şəraitdə ölkənin şəhər və rayonlarında iqtisadi mühitin, sosial həyatın tərəqqisi ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir, başqa sözlə şəhər və rayonların sosial-iqtisadi siması dəyişilir. Bu dövrün əsas strateji inkişaf xətti Azərbaycanın hərtərəfli inkişafı, müasirləşməsi, zəngin və iqtisadi cəhət­dən qüdrətli dövlətə çevrilməsinə yönəlmişdir. Bu əsasda ölkəmizdə yüksək rifah cəmiyyətinin qurulması, insan po­ten­sialının bütün keyfiyyət göstəricilərinin yüksəlməsi, əmək fəallığının artmasına, əhalinin yüksək həyat və mədə­ni səviyyəsinə nail olunması təmin ediləcəkdir. Yeni iqtisadi şəraitdə ölkənin şəhər və rayonlarında iqtisadi mühitin, sosial həyatın tərəqqisi ilə əlaqədar genişmiqyaslı tədbirlər həyata keçirilir, başqa sözlə şəhər və rayonların sosial-iqtisadi siması dəyişilir. Regionlarda sənaye və kənd təsərrüfatı müəssisələri istifadəyə verilir, rəqabətqabiliyyətli əmtəə və xidmətlər istehsal olunur. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icra edilməsi yönündə iqtisadi rayonların infrastrukturları restrukturizasiya edilmiş, kənd və qəsəbələrdə təhsil, səhiyyə, mədəniyyət, idman və başqa sosialyönümlü obyektlərin tikilməsi və əsaslı təmir edilməsi yerinə yetirilmiş, əhalinin əksəriyyəti işlə təmin olunmuşdur. Qeyd edilən hər bir nüans regionlarda davamlı və dinamik inkişafı təmin etməklə yanaşı, eyni zamanda əhalinin həyat səviyəsinin keyfiyyət baxımdan arıtılmasına şərait yaratmışdır.

     Son illərdə dövlət səviyyəsində görülmüş ciddi tədbirlər nəticəsində respublikada kadr və struktur islahatları mükəmməl şəkildə reallaşdırılmaqdadır. Cənab Prezident İlham Əliyevin sosial, iqtisadi və s. sahələrdə apardığı çoxsaylı islahatlar birbaşa xalqın rifahı və dövlətin daha güclü olmasına hesablanır.

 


Etiket:

Strategiya.az

Xəbərlər
19.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

19.06.2019

ABŞ-ın Federal Ehtiyyatlar Sistemi baza faiz dərəcəsini dəyişilməz saxlayıb: 2,25-2,5%

19.06.2019

Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

19.06.2019

Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

19.06.2019

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik 

19.06.2019

"Kaspi" liseyi bu il növbəti məzunlarını buraxdı - VİDEO

19.06.2019

Bakıda 40 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

19.06.2019

Məmməd Məmmədov idarə etdiyi “Vaz 2106” markalı avomobillə saxlanılıb

19.06.2019

Daxili İşlər Nazirliyi sürücülərə müraciət edib

19.06.2019

Prezident İlham Əliyev: Azərbaycan müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir

19.06.2019

Dövlət Taxıl Fondu üçün 2019-cu ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edilir

19.06.2019

Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır

19.06.2019

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

19.06.2019

"Facebook"dan YENİLİK: maliyyə sektorunu silkələyəcək

19.06.2019

Sona Vəliyeva ilə "Könül Dünyamız" - Video

19.06.2019

Artilleriya rəisləri ilə toplanış keçirildi - VİDEO

19.06.2019

Azərbaycanda 3 palçıq vulkanının püskürməsi gözlənilir

19.06.2019

Bu avtobusların hərəkətində dəyişiklik edilib

19.06.2019

İŞİD taktika dəyişir: yeni terror dalğası mümkündür

19.06.2019

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Rusiyada elmi jurnalın redaksiya heyətinə üzv seçilib

19.06.2019

Notarisu yardılar

19.06.2019

Amerikalı milyarder Oksford Universitetinin hesabına 188 milyon dollar köçürüb

19.06.2019

Bakı neft maşınqayırma zavodu yenidən qurulacaq

19.06.2019

Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq?

19.06.2019

ABŞ “Taliban”la sayca yeddinci sülh danışıqlarına hazırlaşır

19.06.2019

Baş prokuror iyunun 28-də Astara rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulunu keçirəcək

19.06.2019

""Qarabağ kartı" yenidən aktuallaşır"

19.06.2019

Məmmədyarov Vaşinqtondadır: erməni həmkarı ilə görüşəcək

19.06.2019

Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulub

19.06.2019

“Partizani”nin baş məşqçisi “Qarabağ” haqda – “Yaxşı olacaq”

19.06.2019

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri arasında RAZILAŞMA

19.06.2019

Tramp Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəyir

19.06.2019

Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb

19.06.2019

OPEC+ ölkələri növbəti görüşün VAXTINI açıqlayıb

19.06.2019

Maaşlar yaxın vaxtlarda yenə qalxacaq - Milli Məclisdən ANONS

19.06.2019

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans işə başlayıb 

19.06.2019

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib

19.06.2019

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

19.06.2019

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

19.06.2019

Avropa gənc alimləri arasında Qarabağla bağlı təqdimat və kitab sərgisi  keçiriləcəkdir

19.06.2019

Sabah hava necə olacaq?

19.06.2019

Azərbaycanda 1700-dən çox müəllim iş yerini dəyişdi

19.06.2019

Zakir Həsənov: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz

19.06.2019

Oktyabrın 1-dən pensiyalar 40 manat artırılır

19.06.2019

Bakıda içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb

19.06.2019

Axtarışda olan 34 nəfər saxlanılıb

19.06.2019

Tramp rəsmən ELAN ETDİ: 2020-ci il noyabrın 3-də...

19.06.2019

Masazırda bu gün elektrik enerjisi fasilələrlə veriləcək

19.06.2019

160 minə yaxın müəllimin maaşları artırılacaq

19.06.2019

Şabranda 21 yaşlı qız itkin düşüb