Yüksək səviyyəli əməkdaşlıq: Ərdoğanın Moskva səfərinin nəticələri

08:10 / 12.04.2019

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Rusiya paytaxtında mehribanlıqla qarşılayıblar. Prezident Vladimir Putinlə aparılan danışıqlar da konstruktiv ruhda keçib. Tərəflər bir sıra məsələlər üzrə razılıq əldə ediblər. Rusiya dövlət başçısının etiraf etdiyi kimi, söhbət bir-birini tərifləməkdən getmir – dövlət başçıları kifayət qədər işgüzar şəraitdə real müzakirələr aparıblar. Bəzi məsələlərdə, məsələn, təbii qazın qiymətində ortaq mövqe formalaşdırmaq mümkün olmayıb. Lakin bu istiqamətdə müzakirələr davam etdirilir və tərəflər ortaq nəticəyə gələ bilərlər. Bu kontekstdə V.Putin Türkiyənin Rusiya üçün əhəmiyyətli tərəfdaş olduğunu bir daha vurğulayıb. Eyni zamanda, tərəflər digər məsələlər üzrə də faydalı müzakirələr aparıblar. İqtisadiyyat, ticarət, energetika, turizm kimi sahələrlə yanaşı, mədəniyyət, humanitar sferalarda da əməkdaşlığa olan ehtiyac vurğulanıb. Aparılan danışıqların fonunda bu səfərin geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.

Daha geniş əlaqələr: Ankara-Moskva xəttində fəallıq artır

Rusiya mətbuatı Türkiyə Prezidentinin Moskvaya səfərinə xüsusi diqqət yetirib. Qərblə böyük geosiyasi mübarizə aparan Kreml üçün Türkiyə faktoru ciddi rol oynayır. İki böyük dövlət arasında müxtəlif sferalarda əməkdaşlığın inkişaf etməsi hər iki tərəfə müəyyən ümidlər verir. Bu dəfə də iki Prezident Yüksək Əməkdaşlıq Şurası çərçivəsində əlaqələrin mümkün inkişaf imkanlarını müzakirə etməli idilər.

Bununla yanaşı, hazırda dünya siyasətinin gündəmində olan məsələlərin də masa üzərinə qoyulacağı məlum idi. Həmin çərçivədə isə regional əhəmiyyətli problemlər haqqında fikir mübadiləsi gözlənilirdi. Təbii ki, həmin kontekstdə Suriya məsələsinin üzərindən sükutla keçmək olmazdı. Bütün bu proqnozlar özünü doğruldub. İki Prezident səmərəli müzakirələr aparıb.

Putin-Ərdoğan görüşlərində iqtisadiyyat, energetika və ticarət sahələrində əlaqələr həmişə geniş müzakirə edilir. Bu dəfə də tərəflər hər üç sfera ilə bağlı ətraflı danışıqlar aparıblar. Hazırda Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 26 milyard ABŞ dolları həcmindədir. Bu rəqəmin 100 milyard dollara çatdırılması nəzərdə tutulur. Maraqlıdır ki, hər iki ölkə ticarətdə milli valyutaya keçiddə maraqlı olduqlarını da vurğulayıblar. Bu prosesin necə aparılacağının detalları məlum deyil. Lakin tərəflər həmin istiqamətdə fəaliyyət göstərməklə bağlı razılığa gəliblər.

Rusiya-Türkiyə əməkdaşlığında kənd təsərrüfatı məhsulları və turizm ayrıca yer tutur. Türkiyə Rusiyaya xeyli məhsul ixrac edir. Vladimir Putin bu istiqamətə mövcud maneələrin aradan qaldırılmasının zəruri olduğunu qeyd edib. O cümlədən türk sürücülər üçün vizasız gediş-gəliş məsələsi müzakirə edilib. Rusiya Prezidentinin dediyinə görə, yaxın zamanlarda bu məsələ öz həllini tapacaq.

Bunun fonunda, təbii ki, turizm sahəsi ayrıca aktuallıq kəsb edir. Hazırda Rusiya Türkiyəyə gedən turist sayında birinci sıradadır – 6 milyondan çox adam Türkiyəyə turist kimi gedib. Tərəflər bu sayı daha da artırmaq niyyətindədirlər. Həmin sahədə də gediş-gəliş üçün daha əlverişli şərait yaratmaq planı vardır. O cümlədən rusiyalıların milli pasportlarla maneəsiz Türkiyəyə səfər edə bilməsi üzərində iş gedir.

Prezidentlər ənənəvi olaraq enerji sahəsində əməkdaşlığa daha çox diqqət yetiriblər. Rusiyadan qaz ixracının üzərində dayanılıb. Rusiya mediasının yaydığı informasiyaya görə, qiymət məsələsində hələlik ortaq fikrə gəlinməyib. Türkiyə tərəfi konkret müəyyən edilmiş qiymət üzərində dayanır, Rusiya tərəfi isə bazarın tələbatına uyğun davranmağa üstünlük verir. V.Putinin dediyinə görə, indi ortaq mövqe olmasa da, Moskva Türkiyə ilə bu sahədəki əlaqələrə xüsusi önəm verir. Çünki Türkiyə böyük bazardır və həm də Avropaya çıxışdır. Türkiyə üçün də Rusiya ilə etibarlı tərəfdaşlıq əhəmiyyətlidir (bunu Moskva deyir, lakin o da məlumdur ki, Avropa daim Rusiyanın enerji faktorundan geosiyasi və siyasi məqsədlərlə istifadə etdiyindən şikayətçidir).

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin “Türk axını” layihəsi ilə bağlı əraflı müzakirə aparıblar. Onlar bu layihə çərçivəsində boru çəkmə prosesinin yeni mərhələsinə qədəm qoyulduğunu vurğulamaqla yanaşı, işi sürətləndirməyi də zəruri hesab ediblər. Maraqlıdır ki, Türkiyə qaza olan ehtiyacının 50 faizini Rusiyanın hesabına təmin edir. Bu rəqəmin artacağı gözlənilir. Bu o deməkdir ki, yaxın perspektivdə Türkiyə əhəmiyyətli dərəcədə qaz məsələsində Rusiyadan asılı ola bilər.

Geosiyasi aspekt: milli maraqların əhəmiyyəti

Prezidentlər nüvə enerjisi sahəsində əməkdaşlığa da diqqət yetiriblər. "Akkuyu" atom elektrik stansiyasının 2023-cü ildə işə salınması ilə bağlı razılıq əldə edilib. Həmin il Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Rusiya ilə nüvə sahəsindəki əməkdaşlığa Ankara ciddi önəm verir.

Bunlarla yanaşı, ekspertlər iki ölkə arasında hərbi-sənaye və silah ticarəti üzrə əməkdaşlığın inkişafına da ciddi maraq göstəriblər. Bu sırada “S-400” zenit-raket kompleksləri üzrə sazişin yerinə yetirilməsi məsələsi gündəmdə idi. Türkiyə Prezidenti bu məsələnin bitdiyini və müzakirə olunmayacağını bəyan edib. Yəni Türkiyə bu silah kompleksini alır. Pullar ödənilir və indi həmin komplekslərin vaxtında təhvili baş tutmalıdır.

Bundan əlavə, tərəflər silah istehsalının digər istiqamətləri üzrə də ortaq layihələr üzərində işləyə bilərlər. Həmin məsələni V.Putin vurğulayıb. O, bu istiqamətdə müzakirələrin aparıldığını deyib. Ekspertlər də hesab edirlər ki, Rusiya və Türkiyə birgə silah istehsal edə bilərlər. Konkret olaraq bunun nə zaman baş tutacağı məlum deyil. Lakin danışıqlar aparılır.

Nəhayət, Suriyadakı vəziyyətin müzakirəsi də ekspertləri çox maraqlandırıb. Prezidentlər görüşdən sonra keçirdikləri brifinqdə deyiblər ki, Suriyanın ərazi bütövlüyünün təmini məsələsi bir daha müzakirə edilib və ortaq fikrə gəlinib. Bu çərçivədə Suriyada terrorla mübarizədə əməkdaşlığı davam etdirmək haqqında da razılığa gəlinib. Bu bağlılıqda Münbic və İdlib məsələləri üzərində dayanılıb. Moskva İdlibdə terror qruplarının məhv edilməsi zərurətini bir daha vurğulayıb. Türkiyə də PKK/YPG-yə qarşı mübarizənin önəmini xatırladıb. R.T.Ərdoğan YPG-nin zərərsizləşdirilməsi məsələsinin mütləq həll edilməsi gərəkliyini diqqətə çatdırıb. Bununla bağlı Türkiyə hərbi əməliyyat keçirməyə tam hazır olduğunu bir daha ifadə edib.

Ancaq həmin əməliyyatla bağlı Moskvanın mövqeyi haqqında konkret fikir bildirilməyib. Səfərdən öncə Türkiyə Prezidenti V.Putinlə bu məsələni müzakirə edəcəyini bildirmişdi. Hələlik konkret hansı qərarın qəbul edildiyi barədə informasiya verilmir. Lakin şübhə yoxdur ki, Türkiyə həmin məsələnin həlli üçün nə lazımdırsa, edəcək.

Bütün bunlar Türkiyə Prezidentinin Moskva səfərinin əhəmiyyətli geosiyasi hadisə olduğunu göstərir. R.T.Ərdoğan Türkiyə və Rusiyanın müstəqil dövlətlər kimi addım atdıqlarını bəyan edib. Yəni onların aldıqları qərarlarda ilk növbədə milli maraqlar üstünlük təşkil edir. Bu səbəbdən həm "S-400"lərlə bağlı layihə, həm də Suriya məsələsində kimsə ilə məsləhətləşməyə ehtiyac yoxdur. Bu o deməkdir ki, Ankara Amerikanın etirazlarına baxmayaraq, öz siyasətini davam etdirəcək. Bir sıra ekspertlər bunu Qərb-Türkiyə münasibətlərində problem yarada biləcək amil kimi qiymətləndirirlər.

Eyni zamanda, Türkiyənin seçdiyi kursdan çəkilməyəcəyi aydın hiss edilir. Deməli, gözləmək olar ki, hələ Türkiyə ilə Amerika və Avropa arasında münasibətlərdə müəyyən gərginlik qalacaq. Rusiya ilə əlaqələrin inkişaf etməsinə baxmayaraq, müəyyən sualların meydana çıxması istisna edilmir. Məsələn, Yaxın Şərq və Cənubi Qafqazda münaqişələrin həllində iki böyük dövlət arasında münasibətlər tam aydın deyil. Burada vəziyyət mürəkkəbdir. Bu səbəbdəndir ki, Ankara və Moskva münaqişələrlə bağlı ümumi sözlərdən başqa bir fikir bildirmirlər. Lakin bu, regionda geosiyasi gərginliyin azalması anlamına gəlmir. Bu istiqamətdə qeyri-müəyyənlik qalmaqdadır.

Vurğulanan çətinliklərə rəğmən, Rusiya-Türkiyə münasibətlərinin inkişafı region üçün müsbət hal sayılmalıdır. İki qüdrətli dövlətin ortaq fəaliyyət göstərməsi bir çox problemlərin həllinə nail olmaq şansını yaradır. Burada İran faktorunu da nəzərə almaq gərəkdir. Ankara ilə Moskvanın əməkdaşlığı Tehranın da əməkdaşlıq istiqamətində fəal olmasına əlavə imkan yaradır. Suriya məsələsində əməkdaşlıq buna nümunədir. Gözləmək olar ki, Türkiyə Prezidentinin Moskva səfəri həmin kontekstdə daha geniş miqyasda regional əməkdaşlığa yardım edəcək. Bu isə bütün region xalqları üçün faydalıdır.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.04.2019

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

20.04.2019

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır - SƏBƏB

20.04.2019

3 alpinist İTKİN DÜŞDÜ: əşyaları tapıldı, özləri isə...

20.04.2019

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

20.04.2019

Elxan Ələsgərov: Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib

20.04.2019

DİQQƏT! Qaz sayğacınızda bu yazılar çıxırsa deməli...

20.04.2019

Makron Türkiyəni qəzəbləndirdi

20.04.2019

Yeni tikililərin işıq problemi daha tez həll olunacaq - QƏRAR

20.04.2019

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

20.04.2019

Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir

20.04.2019

Türkiyədə yenə zəlzələ oldu

20.04.2019

“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib

20.04.2019

İsrail Qəzza zolağına zərbələr endirib

20.04.2019

Poroşenko rəqibindən Vaşinqtona şikayət etdi

20.04.2019

"İdeal olmaq mümkün deyil" -Qvardiola

20.04.2019

Şimal bölgəsinin dağlıq ərazilərində temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb

20.04.2019

Bəzi geyimlər sağalmaz xəstəliklər yarada bilər - XƏBƏRDARLIQ - VİDEO

20.04.2019

İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

20.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

20.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür

20.04.2019

Dolların aprelin 22-nə olan məzənnəsi 

20.04.2019

Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

20.04.2019

Superliqada 29-cu tur başladı

20.04.2019

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

19.04.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi ilə tanış olub

19.04.2019

Mixail Qorbaçov İndoneziyada keçirilən seçkilərdə məğlub olub

19.04.2019

Göyərtəsində 5 ton narkotik maddə aşkarlanan gəmi İzmir limanına gətirilib

19.04.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.04.2019

DİN: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

19.04.2019

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

19.04.2019

Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

19.04.2019

Müğənni Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə gəlmədi

19.04.2019

ABŞ Çavuşoğlunun təklifinə müsbət cavab verməyib

19.04.2019

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə ağır cəza

19.04.2019

Diqqət! Bu yollarda xətlənmə işləri aparılacaq

19.04.2019

Salyanda ağır qəza baş verib

19.04.2019

56 min dollar təqaüd alacağı deyilən Yasinin atası danışdı, əslində...

19.04.2019

Zelenskiyə şok Rusiya təklifi: “Yenidən öpüşüb qucaqlaşmaq...”

19.04.2019

Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin nəzərinə!

19.04.2019

Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb

19.04.2019

Avstriyalı diplomat BMT-də yüksək vəzifəyə təyin edilib

19.04.2019

Sabah aramsız yağış gözlənilir

19.04.2019

“Böyük fəlakətin astanasındayıq” – NASA-dan qorxunc xəbərdarlıq

19.04.2019

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

19.04.2019

XİN: Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir və bu proses həmişəlik davam edə bilməz

19.04.2019

Həftənin ən yaxşısı adına namizədlər - Avroliqada

19.04.2019

BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı

19.04.2019

Şimali Koreyanın raket sınaqlarına Pentaqondan ŞƏRH

19.04.2019

Formula 1: Daxili Qoşunlarda yoxlama keçirildi

19.04.2019

Bakıda əsən güclü külək fəsadlar yaratdı