Avropanı aldadan erməni siyasətçi: Paşinyanın AŞPA-da gülünc çıxışı

09:04 / 16.04.2019

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün artıq bir neçə ildir ki, vahid format mövcuddur. Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun çətiri altında müzakirələr aparırlar. Münaqişənin tənzimlənməsi məqsədilə beynəlxalq hüquq normaları çərçivəsində konkret prinsiplər müəyyənləşib. Bu, Helsinki Yekun Aktına və Madrid prinsiplərinə əsaslanır. ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının "gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək" prinsipində vurğulanıb: "Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də ümumiyyətlə, beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı... güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər". Ermənistan isə daim bu müddəanı arxa plana keçirərək, qeyri-konstruktiv addımlar atıb. Sonuncu dəfə baş nazir Nikol Paşinyan Strasburqda AŞPA tribunasından məhz bu bəndə aşkar hörmətsizlik göstərərək, yalanlar danışıb. Bu hadisə ilə bağlı bir sıra məqamların üzərində geniş dayanmağa ehtiyac duyduq.

Yenə blef: erməni liderin avropalı deputatlara yalan söyləməsi

Nikol Paşinyan küçə ilə AŞPA tribunasını səhv salan növbəti Ermənistan rəhbəri oldu. Onun Strasburqdakı çıxışını (həmin sayıqlamalara ümumiyyətlə çıxış demək mümkündürsə) dinləyən hər bir kəsdə belə bir təəssürat yarana bilər. Ermənistan adlanan qondarma bir dövlətin hökumət başçısı kimi nəinki siyasi cəhətdən əsaslandırılmış fikirlər söyləyib, hətta adi məntiqi nizamı belə olmayan cümlələr işlədib. Ona elə gəlir ki, gözlər ancaq ermənilərdə var, düşünmək qabiliyyətinə də yalnız onlar malikdirlər. Çünki belə olmasaydı, bütün dünyanın bildiyi şeyləri təhrif olunmuş və məntiqsiz qaydada yüksək kürsüdən deməzdi.

Burada əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların formatı, Azərbaycana və Türkiyəyə olan münasibətlərlə əlaqəlidir. Ermənistan hökumətinin başçısı deyir ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış oyuncaq rejimin nümayəndələri danışıqlarda iştirak etməlidirlər. Səbəbi də odur ki, "onlar orada doğulublar və heç bir halda işğalçı ola bilməzlər". Həm də münaqişə edən tərəflərdən biri onlardır.

Bir qədər ciddi düşünən adam üçün bu sözlərin heç bir əhəmiyyəti yoxdur. Çünki Dağlıq Qarabağda yalnız ermənilər doğulmayıblar. Hətta onlar sonradan Rusiyanın xüsusi siyasəti ilə Qarabağa köçürülüblər. İndi qarabağlı sayılan ermənilərin babaları başqa ərazilərdən 200 il əvvəl buraya xüsusi məqsədlə gətiriliblər. Bunu tarixçilər də, Qarabağda yaşayan ermənilərin özləri də bilirlər. Lakin Qarabağda lap qədimdən türklər (azərbaycanlılar) yaşayıblar. Onların indiki nəslini erməni terrorçuları havadarlarının yardımı ilə qətlə yetirib, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur ediblər. Bax, bu məqamı yox kimi saymağa çalışıb, AŞPA-nın tribunasından Avropaya humanizmdən boşboğazlıqla dəm vuran N.Paşinyanı avropalılar özləri yerində oturtmalıdırlar.

Yəni indiki işğal vəziyyətini əbədi və təbii həqiqət kimi təqdim etmək siyasi sadəlövhlük, savadsızlıq və mənəviyyatsızlıq olmaqla yanaşı, avropalıları təhqir etmək deməkdir. Həmin parlamentdə əyləşən hər bir deputatın dünyadan xəbərsiz olduğunu nümayiş etdirmək deməkdir. Ortaya belə bir sual çıxır: doğrudanmı, parlamentdəki avropalı deputatlar həqiqəti bilmirlər? Axı məhz onlar sənəd qəbul ediblər ki, Azərbaycanın ərazisinin bir qismini Ermənistan silahlı qüvvələri kənardan olan dəstəklə işğal edib! Üstəlik, N.Paşinyanın sərsəmlədiyi günlərdə AŞPA-da "Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr" adlı panel iclası olub.

Əlbəttə, avropalı parlamentarlar çox yaxşı bilirlər ki, N.Paşinyan onları aldadır. Lakin susurlar. Niyə? Maraqlısı budur. Nəticədə elə görüntü yaranır ki, sanki Ermənistan əsl sülh carçısıdır. Görünür, Avropada proseslərin bu istiqamətdə getməsini istəyən dairələr hələ də nüfuz sahibidirlər. Belə olmasaydı, mütləq avropalı deputatlardan kimlərsə N.Paşinyana iradını bildirər və özlərinin aldanmasını istəmədiklərini deyərdi.

Eyni məntiqlə deyə bilərik ki, N.Paşinyanın Azərbaycan Prezidenti ilə danışıqlar haqqında qeyri-səmimi fikir bildirməsinə də münasibət görünmədi. Ermənistanın baş naziri etiraf edir ki, Azərbaycan dövlət başçısı səmimi müzakirə aparır. Ancaq nəticə alınmır. Səbəbi haqqında isə susur. Ona görə ki, Ermənistan həmişə qeyri-konstruktiv və təcavüzkar mövqe tutur. Onun bir vəzifəsi var: işğal etdiyi ərazilərdən hərbi qüvvələri çıxarmaq! Bu ilkin şərtə əməl etmək əvəzinə min cür hoqqa çıxarırlar. Gah insan haqlarından danışır, gah sülh prosesindən dəm vurur, gah da "Arsax" deyib erməni şovinizmini demokratiya kimi qələmə verməyə çalışırlar. Belə görünür ki, erməni diplomatiyası yeni xülyaya düşüb: reallığı ört-basdır etməklə danışıqları dalana dirəmək.

Həmsədrlik məsuliyyəti: ikili standartlar və böyük dövlətlərin susqunluğu

Yəni, ümumiyyətlə, işğaldan danışmamaqla diqqəti mücərrəd məqamlara yönəltmək. Bunu gah demokratiya pərdəsi altında, gah absurd "öz müqəddəratını təyinetmə" müddəası görüntüsü ilə, gah da "xoşniyyətli əməkdaşlıq" yalanı ilə gizlətməyə çalışırlar. Təbii ki, bu cür primitiv üsulları adi insanlar belə başa düşürlər. Prezident İlham Əliyev isə hər bir diplomatik ibarənin altında hansı məna və məqsədin olduğunu çox gözəl bilir. Bu səbəbdən də həmişə təmkinlə ifadə edir ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdən birmənalı çıxmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, evlərindən didərgin salınmış Azərbaycan vətəndaşları yurdlarına qayıtmalıdırlar!

Burada aydın olmayan, ədalətsiz nə vardır? Qətiyyən heç nə yoxdur. Səmimi olan üçün hər şey gün kimi aydın və beynəlxalq hüquq normalarına tam uyğun olandır. Ancaq N.Paşinyan öz küçə ağlı ilə hesab edir ki, bu kimi tələblərin üstündən sükutla keçib, prosesi mənasız bir məcraya yönəldə bilər. Qətiyyən mümkün deyildir. Ermənistan rəhbərinin kim olmasından asılı olmayaraq, Azərbaycan haqlı tələbindən zərrə qədər də çəkilə bilməz: işğal edilmiş ərazilər azad edilməlidir, vəssalam!

Bunun əvəzində başqa heç bir söz belə Azərbaycan üçün müzakirə obyekti deyil. Əgər Ermənistan silahlı qüvvələrini işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxaracaqsa (BMT TŞ-nin dörd qətnaməsində məhz bu tələb qoyulub), ondan sonra digər məsələlərə baxmaq olar. Bu tələb dəfələrlə erməni tərəfə bildirilib və bildirilir. Lakin onlar yenə də müxtəlif bəhanələrə meyl göstərirlər. Bunun da əsas səbəbi Ermənistanın forpost olması və böyük dövlətlərin qeyri-səmimiliyi ilə bağlıdır.

Məsələ ondan ibarətdir ki, Ermənistan başqa ölkədən tam asılıdır. Onun öz qərarı yox dərəcəsindədir. Daim kənardan verilən göstərişləri yerinə yetirir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri statusunda olanlar da Ermənistana gizli havadarlıq edirlər. Onlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyir, ancaq əməldə isə bunun təmin edilməsi üçün üzərlərinə düşəni yerinə yetirmirlər. Həmsədrlərin hər biri yol göstərir: münaqişə tərəfləri danışsınlar, bir razılığa gəlsələr, biz də dəstəkləyəcəyik. Pərdə arxasında isə İrəvana "destruktiv ol!" deyə, pıçıldayırlar. Bunları gizlətməyin mənası yoxdur. Çünki artıq uzun illərdir ki, münaqişə ilə bağlı aparılan danışıqlar süründürülür. Ermənistan köşəyə sıxışdırılan kimi kənardan ortaya fərqli bir bəhanə atılır və sakitcə ermənilərin həmin bəhanəni necə çeynəyib "real fakt" kimi təqdim etdiyini seyr edirlər.

İndi N.Paşinyanın ""Arsax" danışıqlar tərəfidir" kimi əsassız tələbi də həmin qəbildəndir. Belə olmasaydı, N.Paşinyanı dərhal susdurar və tələb edərdilər ki, hərbi qüvvələri işğal altındakı Azərbaycan ərazilərindən çəksin. Bunun əvəzində "münaqişə edən tərəflər danışsınlar" kimi mücərrəd fikir bildirirlər. Guya vəziyyət aydın deyil? "Hərbi əməliyyatlar başlamasın" tələbini qoyanlar Ermənistandan Azərbaycan torpaqlarından çəkilmək tələbini qoya bilməzlər? Ermənistan nədir ki, buna etiraz edə bilsin? Həm də haqsız tərəfin etirazına niyə baxılmalıdır?

Bütün bunlar N.Paşinyan kimilərin Avropanın özündə avropalıları axmaq yerinə qoymasına şərait yaradır. Oradan o, Azərbaycan və Türkiyəyə iftira və yalanlar səsləndirir. Türkiyə ilə ön şərtsiz əlaqələr yaratmağa hazır olduğunu deyir. Azərbaycanı isə "hərbi ritorika" ilə gərginlik ab-havası yaratmaqda ittiham etməyə cəhd göstərir. Bir avropalı deputat sual etmir ki, sənin Dağlıq Qarabağda nə işin, ora Azərbaycan ərazisidir?!

Belə çıxır ki, N.Paşinyan növbəti təlxəkliyini havadarlarının dəstəyi ilə edib. O, danışıqlar prosesini pozmaq üçün absurd bir mövqe tutub. Yalan ayaq tutur, ancaq yerimir. Azərbaycanın səbrinin bir həddi var. O, tükənəndən sonra Ermənistan üçün olduqca acınacaqlı bir vəziyyət yaranacaq. Onda erməni separatizminin tör-töküntülərini heç kim və heç nə xilas edə bilməyəcək!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
19.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

19.06.2019

ABŞ-ın Federal Ehtiyyatlar Sistemi baza faiz dərəcəsini dəyişilməz saxlayıb: 2,25-2,5%

19.06.2019

Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

19.06.2019

Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

19.06.2019

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik 

19.06.2019

"Kaspi" liseyi bu il növbəti məzunlarını buraxdı - VİDEO

19.06.2019

Bakıda 40 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

19.06.2019

Məmməd Məmmədov idarə etdiyi “Vaz 2106” markalı avomobillə saxlanılıb

19.06.2019

Daxili İşlər Nazirliyi sürücülərə müraciət edib

19.06.2019

Prezident İlham Əliyev: Azərbaycan müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir

19.06.2019

Dövlət Taxıl Fondu üçün 2019-cu ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edilir

19.06.2019

Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır

19.06.2019

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

19.06.2019

"Facebook"dan YENİLİK: maliyyə sektorunu silkələyəcək

19.06.2019

Sona Vəliyeva ilə "Könül Dünyamız" - Video

19.06.2019

Artilleriya rəisləri ilə toplanış keçirildi - VİDEO

19.06.2019

Azərbaycanda 3 palçıq vulkanının püskürməsi gözlənilir

19.06.2019

Bu avtobusların hərəkətində dəyişiklik edilib

19.06.2019

İŞİD taktika dəyişir: yeni terror dalğası mümkündür

19.06.2019

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Rusiyada elmi jurnalın redaksiya heyətinə üzv seçilib

19.06.2019

Notarisu yardılar

19.06.2019

Amerikalı milyarder Oksford Universitetinin hesabına 188 milyon dollar köçürüb

19.06.2019

Bakı neft maşınqayırma zavodu yenidən qurulacaq

19.06.2019

Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq?

19.06.2019

ABŞ “Taliban”la sayca yeddinci sülh danışıqlarına hazırlaşır

19.06.2019

Baş prokuror iyunun 28-də Astara rayon prokurorluğunun inzibati binasında vətəndaşların qəbulunu keçirəcək

19.06.2019

""Qarabağ kartı" yenidən aktuallaşır"

19.06.2019

Məmmədyarov Vaşinqtondadır: erməni həmkarı ilə görüşəcək

19.06.2019

Qaradağda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulub

19.06.2019

“Partizani”nin baş məşqçisi “Qarabağ” haqda – “Yaxşı olacaq”

19.06.2019

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri arasında RAZILAŞMA

19.06.2019

Tramp Türkiyəyə qarşı sanksiya tətbiq etmək istəyir

19.06.2019

Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb

19.06.2019

OPEC+ ölkələri növbəti görüşün VAXTINI açıqlayıb

19.06.2019

Maaşlar yaxın vaxtlarda yenə qalxacaq - Milli Məclisdən ANONS

19.06.2019

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans işə başlayıb 

19.06.2019

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib

19.06.2019

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

19.06.2019

Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb

19.06.2019

Avropa gənc alimləri arasında Qarabağla bağlı təqdimat və kitab sərgisi  keçiriləcəkdir

19.06.2019

Sabah hava necə olacaq?

19.06.2019

Azərbaycanda 1700-dən çox müəllim iş yerini dəyişdi

19.06.2019

Zakir Həsənov: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz

19.06.2019

Oktyabrın 1-dən pensiyalar 40 manat artırılır

19.06.2019

Bakıda içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb

19.06.2019

Axtarışda olan 34 nəfər saxlanılıb

19.06.2019

Tramp rəsmən ELAN ETDİ: 2020-ci il noyabrın 3-də...

19.06.2019

Masazırda bu gün elektrik enerjisi fasilələrlə veriləcək

19.06.2019

160 minə yaxın müəllimin maaşları artırılacaq

19.06.2019

Şabranda 21 yaşlı qız itkin düşüb