Xanlıqlar institutunun siyasi-ideoloji xəritəsi  Yazılan sənədlərdə

08:59 / 17.04.2019

Tarix dünənki siyasət, siyasət isə bu günkü tarixdir

  “Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir”(1;67) və “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”(1;69) kimi dahiyanə fikirlər Ulu öndər Heydər Əliyevə məxsusdur.

          Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” əsəri bu mənada müəyyən bir tarixi dövrün ictimai elmdə siyasi-ideoloji elmi xronologiyasıdır. Əsər problemlərin tarixi mətndə müəyyənləşdirilərək öyrənilməsi modeli və  araşdırma üslubu baxımından tarixi-siyasi, fəlsəfi-geosiyasi əsasda tədqiqinə paradiqmal yanaşmadır.

         Akademik əsərdə sanki 18-ci əsrdən 20-ci əsrin 90-cı illərinə baxış sərgiləyir və yazır: “Mərkəzi hakimiyyətin dağılmasından istifadə edən yerli feodallar var gücləri ilə müstəqilliyə can atır, hər kəs öz xanlığını yaradıb, siyasi mübarizəyə girişmək üçün dəridən qabıqdan çıxırdı”(2;4).  Təəssüf ki, məhz ötən əsrin 90-cı illərində də belə idi. Və nə yaxşı ki, Ulu Tanrı Azərbaycan xalqına ulu öndər Heydər Əliyev kimi cəzarətli Sərkərdə Ali Baş Komandanı, siyasi birlik yolu tutan Lider Strateqi bəxş etmişdi. Və nə yaxşı ki, Xalq öz Güvənc, öz Ümid yerini səslədi, hakimiyyətdə yenə-ikinci dəfə Böyük siyasətçi Heydər Əliyevi görmək istədi və Dəstəklədi... və ölkə xanlıqlar dövründə olduğu kimi bölünmədi. .... Və çox müdrik bir siyasi kursu da Prezident İlham Əliyev konkretləşdirdi – çoxmillətli ölkədə “Azərbaycanda multikulturalizm (çoxmədəniyyətlilik) dövlət siyasətidir” deyə bəyan etdi.... və bütün müxtəlif mədəniyyətləri bir amal, bir məfkurə,  azərbaycançılıq ideyası ətrafında birləşdirdi.

         Bu mətndə akademik yazır ki: “... zəngin idarəçilik təcrübəsinə malik, böyük siyasi iradə və səriştə sahibi Heydər Əliyev olmasaydı, bəzən ayrı-ayrı şəxslərin hakimiyyət hərisliyi ucbatından, bəzən isə xarici qüvvələrin əmri ilə alovlanan separatçılıq atəşində gənc dövlətçiliyimiz yanıb külə dönəcəkdi”(2;15).

         Nəzərə yetirək ki, əsər tarixi kontekstdə siyasi təhlillərlə də zəngin olduğu üçün tarixşünaslıqla bahəm, siyasətşünaslıq elmində, bütövlükdə cəmiyyətşünaslığın əsaslarına həsr olunan Xanlıqlar institutunun Yazılan rəsmi sənədlərinin elmi Abidəsidir. Akademik Akif Əlizadə kitab haqqında söylədiyi kimi: “Kitab tarixşünaslığa sanballı töhfə, gənc tarixçilər üçün dəyərli mənbə...humanitar və ictimai elmlərin bundan sonrakı inkişafı üçün mükəmməl yeni tarixi baza formalaşdırdı”(3).

          Azərbaycanın Xanlıqlar dövrü ziddiyətli, qarışıq, keşməkeşli və Akademikin təbirincə baxsaq: “Azərbaycanın da tarixində xüsusi həssaslığı, taleyüklülüyü və dəyəri baxımından digərlərindən fərqlənən dövrlər, hadisələr və şəxsiyyətlər vardır”(2;8) və “xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqın taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələrindən birini təşkil edir” (2;9). Və təqdim edilən əsər də məhz öz aktuallığı ilə ictimai-siyasi elmdə dəyərlidir.

          Akademik dövlətçilik institutunun tam əsaslı öyrənilməyən səhifələrini Yazılan məktubları, verilən fərmanları və s. sənədləri azərbaycançılıq məfkurəsi işığında işıqlandırır. Əsər həqiqətdə Səfəvilər hakimiyyətindən gələn yolda Azərbaycan dövlətçilik institutu reallıqlarına siyai-ideoloji və tarixi-xronoloji bir elmi sistemdir. Təbii ki, xanliqlarin institutlaşma prosesinə akademikin məntiqi ilə yanaşdıqda görürük ki: “xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır”(2;15). Əsər boyu bir həqiqət qırmızı xətlə keçir: “tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur”(2;15).

          Kitabda maraqlı çoxçalarlı siyasi-ideoloji problemlər konteksində həm də qonşu işğalcı erməni dövlətinin yaradılması və bu quruluşun da məhz xanlıqlar dövründən başlanılmasından geniş bəhs olunur. Akademik İsa Həbibbəylinin fikirləri ilə desək: “Kitab zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış, gənc tədqiqatçılar üçün istiqamətverici proqramdır”(3).

         Kitabın əsas məziyyətlərindən biri də nəinki tarixi faktların, tarixi mərhələlərin sənədlərlə açılması, həmçinin “cəmiyyətimizin, soydaşlarımızın siyasi cəhətdən maarifləndirilməsi, onların tarixin ibrət dərsləri ilə yaxından tanış edilməsi vacib məsələdir” (2;19) kimi problemlərə də istiqamət verməsidir.

          Professor İlham Məmmədzadə kitab haqqında münasibətində yazır ki: “Ramiz Mehdiyevin fikrincə, tarixin özünün də digər elmlərə ehtiyacı vardır. Məsələn, yalnız fəlsəfi ümumləşdirmələrin, ictimai araşdırma metodologiyasının köməyi ilə Azərbaycan tarixinin müxtəlif dövrlərində ümumıi olanı anlamaq, müasirliyin nə olduğunu, onun mahiyyətini aşkar etmək olar. Azərbaycan tarixi və tarix fəlsəfəsini, onların bizim siyasi irsimiz olduğu da birləşdirir”(4).

          Prinsip etibarı ilə  xanlıqlar dövründə milli ideya sanki öləzimiş, həm də Rusiyaya meylə də yönəlmiş sayıla bilər. Həm də xanlıqlar dövründə güman olunurdu ki, yeniliklər, pozitiv və mütərəqqi dəyişikliklər əsasən Rusiyanın təsiri altında baş verir və haradasa yad olan rus mədəni modellərinin qəbul olunmasından ibarətdir. Buna görə də qeyri-rus ölkələrində bu proses “birləşmədə” hesab edilirdi.  Aydındır ki, bu yalnız millətin öz – unikal, xüsusi, eyni zamanda, universal – inkişaf yolunu görən milli liderləri, maarifpərvər elitaları və yaradıcı ziyalı təbəqələrinin səyləri ilə əldə edilə bilər. Bu kimi məsələlər də akademik Ramiz Mehdiyevin əvvəlki monumental əsərlərində olduğu kimi, o cümlədən bu kitabı ilə də mahiyyətcə vahid bir tam, vahid bir sistem təşkil edir. Bu əsərdə də milli xarakterin nə üçün dəyişdiyi və ya dəyişmədiyi məsələlərinə toxunulur. Akademik qeyd edir ki; “...bir həqiqət dəyişilməz olaraq qalır: Azərbaycan xanlıqlarının böyük əksəriyyəti hər zaman  birləşmək cəhdlərinə qarşı çıxmış, öz taxt-taclarını qorumaq naminə titulunun qüruruna  yaraşmayan vasitələrə belə əl atmaqdan çəkinməmişlər”(2,14). Və elə yerindəcə çox böyük Vətənsevərlik yanğısı ilə akademik yazır: “Azərbaycan xanları vaxtilə birləşib ümumi düşmənə qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmayacaqdı. Müvafiq olaraq  ermənilərin Vətənimizə kütləvi şəkildə köçürülməsi və gələcəkdə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması perspektivi də sual altına düşəcəkdi”(2;15).

           Müasir Azərbaycanda İctimai elmin istiqamətvericisi Ramiz Mehdiyev yazır ki: “xalqımızın başına gətirilən faciələr çarizmin qəddar və qanlı mahiyyətindən, müstəmləkəçi xislətindən, ənənəvi türk düşmənçiliyindən qaynaqlanırdı. Buraya tərəddüd  etmədən türklərə qarşı tarixən bütün varlığı ilə sonsuz kin bəsləyən və onu ilk fürsətdə  ortaya qoyan erməni millətçiliyi amilini də əlavə etmək lazımdır”(2;11).

          Akademik xanlıqlar dövrünü müqayisəli təhlil kontekstində XX və XXI əsr Azərbaycanı ilə paralelləşdirərək, dövrün, şəxsiyyətlərin Siyasi paradiqmal mənzərəsini işıqlandırır.  Akademik xanlıqları, yəni həm Şimalı, həm də Cənubi Azərbaycan xanlıqlarını bir-birindən ayırmadan konseptual şəkildə bir yerdə dəyərləndirir. Akademik özünəmsus məntiqi əsasla hətta tarixi necə öyrənək, necə tədqiq edək kimi sualları da cavablandıraraq ictimai elmin qarşısına çox mühüm məsələlər qoyur ki: “problemlər əhəmiyyətlilik, aktuallılıq dərəcəsinə görə təsnif edilərək araşdırılmalıdır”(2;8).

           Akademik təqdim etdiyi sənədlərlə necə işləmək, onlara istinadan təqdim metodunu diqqətə yetirir. Azərbaycan dövlətçilik tarixində xanlıqlar institutunu öyrənəndə: 1) İlkin mənbələrə əsaslanmalı; 2) Sənədləri, məxəz və mənbələri təhlil edəndə obyektiv yanaşma, xanlıqlar dövrünün xeyrinə və ziyanına olan mənfi və müsbət tandemlərlə bahəm, həmin dövrün səciyyəvi, çətin durumu, qarşılıqlı münasibətləri də nəinki ziddiyyətli, eləcə açıq həqiqətlər olduğu göstərilməlidir və “keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməliyik”(2;20).

         Yazılan rəsmi sənədlər, məktublar, əmrlər və fərmanlara əsalanan Akademik Ramiz Mehdiyev yazır ki: “Həqiqət və ədalət naminə demək lazımdır ki, Azərbaycan xanları arasında çarizmin əsl mahiyyətini, onun niyyətini düzgün qiymətləndirərək, ona qarşı son damla qanına qədər müqavimət göstərənlər də olmuşdur. Qubalı Fətəli xanın varisi Şeyx Əli xan məhz belələrindən idi”(2;20).

          Akademik bu əsərində də erməni mənbələrinə əsasən əsl reallığa siyasi işıq salaraq göstərir ki: “Tarixçilərimiz vaxtilə erməni mənbələrini dərindən təhlil və tədqiq edə bilsəydilər, bu cür uydurmaların (guya Qarabağda söz sahibi olmaları – R.M.) ayaq tutub yeriməsi də çətinləşər, onlara vaxtında cavab verilmiş olardı”(2;22). Əsərdə kifayət qədər erməni müəlliflərinin öz yazdıqları üzə çıxarılır, Öz Dilləri, öz yazdıqları əsasında uydurma fikirləri rəqəm və faktlarla ifşa olunur.

          İdeoloji və ictimai elmin Azərbaycanda ən səlis, ən mükəmməl, ən konseptual elmi mətndə istiqamətləndiricisi hörmətli Akademik Ramiz Mehdiyev qətiyyətlə yazır: “ümumilikdə bütün Cənubi Qafqazda çarizmin gəlişinədək azlıq təşkil edən erməni icmasının Qarabağda çoxluq təşkil etməsi, yaxud dövlətçilik ənənələrinə malik olması haqqındakı fikirlər uydurmadan başqa bir şey deyildir”(2;23). Akademik bu kitabda nəinki tarixi-siyasi, ideoloji məqamlarda, eyni zamanda xanlıq institutu barəsində yazılan ədəbi – bədii əsərlərə, o cümlədən hətta filmlərə, ssenarilərə də fikir bildirir və yazır: “.....erməni riyakarlığı qədər Azərbaycan müəlliflərinin mənbələrlə apardıqları zəif, passiv iş də öz rolunu oynamışdır”(2;25).

          Əsərin ən mühüm məziyyətlərindən biri də Akademikin dövrü səciyyələndirmə Ustadlığının hadisə və proseslərə sırf elmi, siyasi-ideoloji məsələlərə isə obyektiv yanaşma tərzi sinergetik baxışlarıdır.  Akademik  vurğulayır ki; “...həqiqətin tam aşkara çıxarılması üçün Azərbaycan xanlıqlarının Rusiya ilə münasibətlərinə ədalətli qiymət verilməli, onların xarakteri, inkişaf tarixi, pərdəarxası təfərrüatları, həmçinin müsbət və mənfi nəticələri arxiv sənədləri, dövrün mənbələri və sanballı tədqiqat işləri əsasında işıqlandırılmalıdır”(2,81). 

               Əsərin digər mühüm bir məziyyəti isə mühüm farsdilli sənədlərin ilk dəfə ana dilinə tərcüməsidir. Məhz bu kontekstdən də əsər Yazılan   və Danışan sənədlərin Ensiklopediyasıdır. Başqa bir məqam isə Qacarların Qafqaz regionu ilə əlaqələrini əks etdirən sənədlərin açıqlanmasıdır.

          Təbii ki, bu fundamental, çoxtərəfli ictimai elmlərin multidissiplinarlığını əks etdirən kitabın siyasi-ideoloji, tarixi-fəlsəfi dəyəri çox qiymətlidir. Akademik Ramiz Mehdiyevin Azərbaycan Dövlətçilik İnstitutuna həsr etdiyi növbəti Elmi monumental Abidə olan bu əsərində də irəli sürülən hər bir fikir, müddəa, baxış və mülahizələr də analitik tədqiqlə bahəm, sanki bir orijinal epopeyadır, canlı bir senaridir və çox dərin məzmuna malik maraqlı Elmi xronoloji Böyük Ensiklopedik Tarixdir.

          Mən də tarix fakultəsinin yetirməsiyəm, amma Sovetlər dönəmində bizə bunların tam əksini öyrədirdilər. Akademikin məntiqində  tarixə, siyasətə belə yanaşma, belə baxışda öz Vətəninə, ölkəsinə bir Böyük Alimin sevgisi, yanğısı və Qürurla yanaşması var.

         Bu yöndən də Akademik Ramiz Mehdiyevin də növbəti əsərində də yazır ki: “Azərbaycanda mərkəzləşdirilmiş idarəçilik sistemi əsaslarının məhv edilməsi, milli mədəniyyətimizin, təsərrüfat həyatının tənəzzülünə səbəb olmuş feodal hərc-mərcliyi və bitib-tükənməyən ara müharibələri ilə müşayət edilən, ən nəhayət tarixi torpaqlararımızın ikiyə bölünməsinə gətirib çıxardı... ”(2;5).

          Kitab akademik İsa Həbibbəyli məntiqi ilə desək: “Azərbaycanın xanlıqlar  Səfəvilər – Əfşarlar   hakimiyyəti ilə, Heydər Əliyev - İlham Əliyev epoxası ara-sındakı boşluğu doldurmağa xidmət edən və dövlətçiliyimizi yaşadan bir əsərdir”(3).

          Akademik Ramiz Mehdiyev məntiqində də “siyasi Lider, dövlət başçısı, ölkənin və xalqın taleyinə cavabdehlik məsuliyyətini öz çiyninə götürən hər kəs baş verən prosesləri soyuqqanlı şəkildə təhlil edib, düzgün həlli yolları tapmağa borcludur. Çünki o, yalnız özü üçün deyil, məsuliyyətini üzərinə götürdüyü xalqı, Vətəni üçün cavabdehlik daşıyır”(2;13).

          Bu mənada istər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin həyata keçirdikləri Dövlət quruculuğu strategiyasının, daxildə apardıqları ictimai-siyasi inkişaf kursunun hədəfi modernləşən, davamlı iqtisadi tərəqqiyə söykənən, sosial yönümlü islahatlara istiqamətlənən dövlət siyasəti ilə bahəm, o cümlədən novator düşüncəli, gender mədəniyyətli, tarixi-mədəni mənəvi köklərini yaşadan, yeniləşən Azərbaycanı sevən, qoruyan Vətəndaşlarımıza diqqət, qayğı və onların qorunmasıdır.

         Fikrimizi ölkənin Birinci Vitse-prezrezidenti, Xanım Mehriban Əliyevanın sözləri ilə bitirək: “Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. ....biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq”(5).

        Akademik Ramiz Mehdiyevin də əsər boyu vurğuladığı kimi “yüksək siyasi mədəniyyətə və mütərəqqi təfəkkürə malik, öz Vətəninin həyati mənfəətlərinə sadiq olan cəmiyyətin təşkili Azərbaycançılıq məfkurəsinin mühüm elementləri sırasına daxildir”.

        Akademik Ramiz Mehdiyevin xanlıqlar institutuna həsr olunmuş bu əsəri, ictimai elmdə yeni baxışlar sistemi, Yazılan və Danışan Sənədlərin Xronologiya-sının dövlətçilik Xəritəsi, zəngin mənbələrə istinad olunan siyasi-ideoloji bir epoxanın tədqiqi, epopeya olan Ensiklopediyadır. Var olun, müasir ictimai elmimizin Akademiki Ramiz Mehdiyev! Siz Prezident İlham Əliyev modernləşmə xəttini dövlətin sürətli və davamlı inkişafı ilə bahəm, həm də “sağlam düşüncəli vətəndaşların formalaşdırılmasında”(2;8) və “konkret tarixi faktlara əsaslanan təsirli maarifləndirmə işi də təşkil olunmalıdır” (2;35) prinsipində görür.

Ədəbiyyat siyahısı:

1. Heydər Əliyev. Müstəqillik yolu, B.1997, Azərbaycan Universiteti nəşr.136 s.

2. Ramiz Mehdiyev. “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” B., 2019, Şərq-Qərb nəşriyyatı, 225 s.

3. www.elm.az/news/open/10135

4. Respublika qəz.(Azərbaycan tarixi və tarix fəlsəfəsi haqqında),12 aprel 2019, səh.5,

5. Azər.Tac, 5 aprel 2019

 

 

Rəna Mirzəzadə AMEA Fəlsəfə İnstitutu “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, professor

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
22.05.2019

Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı

22.05.2019

Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

22.05.2019

Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir

22.05.2019

“Oxu bayramı” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edildi

22.05.2019

Dünya tarixinin cəmi 38 dəqiqə çəkən ən maraqlı müharibəsi

22.05.2019

Ağcabədidən Bakıya qonaq gələn 31 yaşlı qadın qohumunun evindən itkin düşdü

22.05.2019

Britaniya portalı AFFA-nın Mxitaryanın qərarı ilə bağlı mövqeyini əks etdirən məqalə yayıb

22.05.2019

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib

22.05.2019

Dünya tarixində ən varlı insanın adı açıqlanıb

22.05.2019

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

22.05.2019

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə pul alan şəxs saxlanılıb

22.05.2019

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

22.05.2019

Leyla Əliyeva “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində onların xüsusi əraziyə buraxılması mərasimində iştirak edib

22.05.2019

"Arsenal"ın transfer siyahısı: kimlər gəlir, kimlər gedir?

22.05.2019

Özünü polis kimi təqdim edən dələduz ələ keçdi

22.05.2019

Vergilər Nazirliyinin bir neçə əməkdaşı barədə cinayət işi açılıb

22.05.2019

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib (VİDEO)

22.05.2019

Əməliyyat-taktiki təlimləri çərçivəsində səhra şəraitində təminat məntəqələri yaradılıb

22.05.2019

Respublika fənn olimpiadalarının qalibləri yanız bu 84 ixtisasa müsabiqədənkənar qəbul olunacaq

22.05.2019

Abramoviç Bakıya gəlir

22.05.2019

Ankarada Rəsulzadənin adını daşıyan litseydə onun bir portreti belə yoxdur - REPORTAJ

22.05.2019

Ağcabədidə ölmüş vəziyyətdə kəsilən iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb

22.05.2019

Türkiyəli hərbçilər S-400-lərin istifadəsi üzrə təlimlərə başlayır

22.05.2019

Havanın temperaturu aşağı düşəcək - Yağış, dolu...

22.05.2019

Monitorinq insidentsiz başa çatıb

22.05.2019

Tural Gəncəliyev: "Ermənilər Şuşadakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər"

22.05.2019

Gəncədə ofisdən 7 min dollar və 200 avro oğurlanıb

22.05.2019

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası keçiriləcək

22.05.2019

Türkiyənin müdafiə naziri: "Ankara ABŞ-ın mümkün sanksiyalarına hazırlaşır"

22.05.2019

Gömrükçülər 4 min ədəd siqaret aşkarlayıblar

22.05.2019

Bakı-Qəbələ qatarı gələn il istifadəyə veriləcək

22.05.2019

Türkiyə ABŞ istehsalı olan bir qrup məhsulun gömrük rüsumunu azaldıb

22.05.2019

Səfirlik: Jurnalist Fuad Abbasovun Rusiyada saxlanılması nəzarətimizdədir

22.05.2019

Elmar Məmmədyarov Sakit okean Alyansına üzv ölkələrin Azərbaycandakı diplomatik missiyalarının rəhbərlərini qəbul edib

22.05.2019

DİN: əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub

22.05.2019

BŞTİ-nin müdiri direktorlara tapşırıq verdi

22.05.2019

“Azeri Light”ın bir barreli 74,86 dollara satılır

22.05.2019

Buker Mükafatının builki qalibi məlum oldu

22.05.2019

ABŞ-da erməni silah baronu həbs olundu

22.05.2019

Neftin qiyməti ucuzlaşıb

22.05.2019

Mayın 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.05.2019

Bakıda 23 yaşlı oğlan küçədə döyülərək qarət olundu

22.05.2019

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul şərtləri açıqlandı

22.05.2019

AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə bağlı bəyanat

22.05.2019

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

22.05.2019

AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAF PRİORİTETLƏRİ

22.05.2019

Varan qərarını verdi - Gedir, yoxsa qalır?

22.05.2019

Atəşkəs 22 dəfə pozulub

22.05.2019

Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik edilib

22.05.2019

Azərbaycanda məktəbli qatarın altında qaldı