İndi də İsfəndiyar Axundovun qardaşı oğlu... 

20:53 / 20.04.2019

"Sakinlər hər gün evdən qovulacaqları ilə hədələnirlər"

Adil Hüseynov, Pərviz Həsənov, Tariyel Seyidov, Elmira Rəhimova, Solmaz Cəfərova, Fəxriyyə Camalova, Simuzər Əliyeva, Adil Nəcəfov, Xanımnaz Allahverdiyeva, Səxavət Əliyev, Əhməd Qəribov, Orxan Azadlı və Nazim Müzəffər adlı Azərbaycan Respublikası vətəndaşları "Bakı-Xəbər” qəzetinə şikayət ünvanlayaraq bildirirlər ki, mənzil qalmaqalı mövzusunda başlarına açılan müsibətlə bağlı yeganə çıxış yolu məsələni ictimailəşdirib problemlərinin həllinə nail olmaqdır.

Şikayətçilərin sözlərinə görə, 15-ə yaxin ailə 2011-ci ildə Xocalı prospektində bina inşa edən "Hom Pash Prestij” şirkətindən mənzillər alıb: "Uzun müddət kirayələrdə qalıb mənzillərimizin yaxın zamanda bizə təhvil verilməyini gözləyirdik. 2015-ci ildən MTK-nın icazəsi ilə bir çoxumuz mənzilləri təmir etmişik, aramızda mənzillərə köçənlər də var. Fəqət, gözlənilmədən 2016-ci ildə məhkəmə icraçıları gəlib bizə məlumat verdilər ki, bu mənzillər artıq bizim deyil, İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundovundur. Sonradan bilmişik ki, demə, neçə illərdi bizim mənzillərlə bağlı məhkəmə işləri gedirmiş. Eldəniz Axundov bizim xəbərimiz olmadan MTK-nı məhkəməyə verib və baxmayaraq ki, onun bu mənzillər üçün heç bir ödəniş qəbzləri yoxdur, hansısa yollarla, məhkəmənin köməkliyi ilə bizim mənzillərə yiyələnib. Hazırda mənzillərimiz əlimizdən alınıb və məskunlaşmış sakinlər hər gün evdən qovulacaqları ilə hədələnirlər”.

Şikayətçilər bildirirlər ki, onlar müxtəlif hökumət orqanlarına bununla bağlı şikayətlər ediblər: "Bizim şikayətimiz əsnasında Baş Prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsi tərəfindən aparılan istintaqın gedişatında müəyyən edilib ki, əslində, E.Axundov bu mənzillərə heç bir pul ödəməyib və bu mənzilləri borc əvəzi girov saxlayıb. İstintaqın yekun nəticəsi də bizim bu mənzillərin əsl sahibi olmağımızı təsdiqləyir. Maraqlısı odur ki, istintaqın bu nəticəsi də biz sakinlərin vəziyyətini heç cür yüngülləşdirmir. Biz sakinlər dəfələrlə bu yeni faktları məhkəmə sədrinə və həmçinin, rayon məhkəmələrinə bildirərək, hüquqlarımızı tanıyaraq, əvvəlki ədalətsiz qərarı ləğv etməyə çağırmışıq. Buna baxmayaraq, məhkəmələr hələ də bu 15 ailənin haqlarını tapdalayaraq oliqarxın xeyrinə qərarlar çıxarırlar. Sizdən artıq dərəcədə xahiş edirik ki, məsələnin ədalətli həlli üçün problemimizi ictimailəşdirməkdə bizə köməklik göstərəsiniz və bizim haqqımızın tapdanmaması üçün səylərinizi əsirgəməyəsiniz”.

Şikayətçilər bildirirlər ki, həmin binadan alınan təmirsiz mənzilin minimum qiyməti 150 min manatdır: "Elələri var ki, mənzilini əla təmir edib. Ümumi məbləği hesablayanda bizə dəyən ziyanın məbləği 3 milyondan artıq edir”.

"Bakı-Xəbər” qəzeti olaraq biz "Hom Pash Prestij” şirkətinin rəhbəri, türk vətəndaşı olan Hikmət Yigitböllə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bunları bildirdi: "Mən vətəndaşların yanındayam. Onlara böyük haqsızlıq edilib. Ancaq sizi əmin edirəm ki, bu işdə ən böyük zərəri elə mənim özüm çəkmişəm. Biznes aləmində "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun qardaşı oğlu olan Eldəniz Axundov öz şəxsi əlaqələrindən istifadə edərək, bizim başımıza bu oyunu açıb. Axundov həmin mənzillərə bir qəpik də olsun pul ödəməyib. Onun özü bunu izahatlarında da qeyd edib. Artıq mən məcbur olub bu şirkəti Qabil Əliyev adlı adama təhvil verirəm, ancaq səhmləşmə prosesi həyata keçirilmədiyi üçün, mən mənzilləri tikən qurumun rəhbəri sayılıram. Eldəniz Axundovun bizimlə bir barter razılaşması vardı. O bizə 10 hektar torpaq verəcəkdi, biz isə ona mənzil. Sonra gəlib dedi ki, barter istəmir. Razılaşmanı pozmalı olduq. Hətta təzminat olaraq məndən 60 min manat pul da aldı ki, mənzil iddiasından tam əl çəksin. Mən ona 60 mini ödəmişəm və bütün kağızları ondan aldım. Sonra gəldi bizim yeni tikintilərdən birindən evlər aldı və 600 min manata yaxın pul ödədi. Bina vaxtında bitmədiyi səbəbindən məhkəmələrə üz tutdu və dediyiniz mənzillərin də ona aid olduğuna dair iddia qaldırdı. Həmin vaxt mən Türkiyədəydim. Bir də xəbərim oldu ki, Axundov ona zərrə qədər də aidiyyəti olmayan mənzilləri də ələ keçirib. Mən zərərçəkən vətəndaşların yanındayam”.



Strategiya.az

Xəbərlər
23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

23.08.2019

Azərbaycan Respublikasının Birinci vitse - prezidenti xanım Mehriban Əliyevaya Esse...

23.08.2019

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

23.08.2019

“Azeri Light”ın bir barreli 63,12 dollara satılır

23.08.2019

Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəstəxanadan buraxılıblar

23.08.2019

Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

23.08.2019

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

23.08.2019

Rusiyadan Ukraynaya Krımla bağlı ŞOK TƏKLİF:Zelenski tədricən...

23.08.2019

Diqqət! Bakıda bəzi küçələrdə rənglənmə işləri aparılacaq

23.08.2019

Hacıqabulda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər yaralanıb

23.08.2019

Azərbaycanın bəzi ərazilərində qaz olmayacaq

23.08.2019

Avqustun 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

23.08.2019

XİN Füzuli və Cəbrayılın işğalının 26-cı ildönümü ilə bağlı infoqram hazırlayıb

23.08.2019

Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur

23.08.2019

Qurban Qurbanov: Cavab matçında böyük şansımız var

23.08.2019

Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib

23.08.2019

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

23.08.2019

Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

22.08.2019

“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub

22.08.2019

Tikinti materialları bazarındakı yanğın söndürülüb

22.08.2019

Leyla Abdullayeva: İşğal olunmuş ərazilərdə “seçkilər”ə vəsait ayıran Ermənistan Dağlıq Qarabağa nəzarəti həyata keçirdiyini etiraf etmiş olur

22.08.2019

İran “Oskar” mükafatına namizəd olan filmini təqdim edib

22.08.2019

Quba və Qusar rayon sakinlərinin nəzərinə

22.08.2019

Alimlər: “Titanik”in parçaları sürətlə yoxa çıxır

22.08.2019

Qazaxda raket tapılıb

22.08.2019

Taxta bazarında baş verən yanğın nəticəsində 6 nəfər xəsarət alıb

22.08.2019

Dünya rekordçusu iki il müddətinə yarışlardan kənarlaşdırıla bilər

22.08.2019

XİN: Ermənistanın təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb

22.08.2019

Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb

22.08.2019

Bərdədə top mərmisi tapılıb

22.08.2019

 Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi - ölən və yaralanan var

22.08.2019

Trampdan 4 ölkəyə - Müharibə çağırışı

22.08.2019

Ümumi müsahibədə iştirak üçün bu günədək 94 nəfər müraciət edib

22.08.2019

FHN yeni tikilən 133 binaya müsbət rəy verib

22.08.2019

Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib

22.08.2019

Paytaxt polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22.08.2019

Küçələrin işıqlandırılması “Azərişıq” ASC-nin səlahiyyətində deyil

22.08.2019

Sabah 42 dərəcə isti olacaq