Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik

08:39 / 22.04.2019

Aprelin 20-21-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turniri keçirilib. Turnir Azərbaycan gimnastları üçün uğurlu nəticələrlə yadda qalıb. Belə ki, fərdi proqramda gimnastlarımız bir gümüş, iki bürünc, qrup hərəkətlərində isə bir qızıl və iki gümüş medal qazanıblar.

Təmsilçilərimiz yarışdakı nəticələrin onlarda özünəinam hissini artırdığını, gələcəkdə daha böyük qələbələr əldə etməyə stimul verdiyini və ən əsası təcrübə qazanmaq baxımından əhəmiyyətli olduğunu deyiblər.

Gənclərdən ibarət komandamızın üzvləri bildiriblər ki, əldə edilən medallar çəkilən əziyyətlərin bəhrəsidir.

Gənc gimnastlar deyiblər: “Yaxşı nəticələr qazandığımız üçün çox xoşbəxtik. Qələbəmizdə pay sahibi olan hər kəsə, o cümlədən tamaşaçılara minnətdarıq. Arenadakı tamaşaçılar bizi fəal dəstəkləyirdi. Onların dəstəyi bizim üçün çox önəmlidir. İstərdik ki, bütün turnirlərdə onların dəstəyini hiss edək. Düşünürük ki, hər şey qabaqdadır və uğurların ardı gələcək”.

Fərdi proqramda çıxış edən və bir bürünc medal qazanan gimnastımız Arzu Cəlilova öz çıxışından və əldə etdiyi nəticədən razı olduğunu qeyd edib. Təmsilçimiz sevinci belə ifadə edib "Ötən gün "AGF Trophy"ni qazanmağım finalda çıxış üçün məni ruhlandırdı. Qazandığım nəticədən və çıxışımdan razıyam. Bütün alətlərlə çıxış etməyi sevirəm. Daha yaxşı nəticə əldə etmək üçün öz üzərimdə çalışıram. Azarkeşlərə isə dəstək üçün çox minnətdaram".

Turnirdə iki medal qazanan gimnastımız Nərminə Səmədova da öz çıxışından razı qalıb: "Turniri bir gümüş və bir bürünc medalla başa vurdum. Mükafatçılar sırasında olduğum üçün sevinirəm. Lakin daha da yaxşı çıxış edə bilərdim. Kiçik səhvlərim də oldu. Düşünürəm ki, onlar olmasaydı birinci yeri də tuta bilərdim. Səhvlərdən nəticə çıxarmaq və gələcək yarışlarda təkrarlamamaq daha önəmlidir.

Azarkeşlər də bu gün möhtəşəm idilər. Doğma arenada çıxış etmək rahat olmaqla yanaşı, məsuliyyətlidir. Qarşıdan mötəbər turnirlər gəlir. İyulda Rusiyanın paytaxtı Moskvada keçiriləcək gənclər arasında bədii gimnastika üzrə ilk dünya çempionatına hazırlıq tam sürətlə gedir. Məşqlərdə var-gücümüzlə işləyir, üzərimizə düşən işi uğurla yerinə yetirməyə çalışırıq".


Etiket:

Strategiya.az

Xəbərlər
23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

23.08.2019

Azərbaycan Respublikasının Birinci vitse - prezidenti xanım Mehriban Əliyevaya Esse...

23.08.2019

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

23.08.2019

“Azeri Light”ın bir barreli 63,12 dollara satılır

23.08.2019

Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xəstəxanadan buraxılıblar

23.08.2019

Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

23.08.2019

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

23.08.2019

Rusiyadan Ukraynaya Krımla bağlı ŞOK TƏKLİF:Zelenski tədricən...

23.08.2019

Diqqət! Bakıda bəzi küçələrdə rənglənmə işləri aparılacaq

23.08.2019

Hacıqabulda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər yaralanıb

23.08.2019

Azərbaycanın bəzi ərazilərində qaz olmayacaq

23.08.2019

Avqustun 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

23.08.2019

XİN Füzuli və Cəbrayılın işğalının 26-cı ildönümü ilə bağlı infoqram hazırlayıb

23.08.2019

Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur

23.08.2019

Qurban Qurbanov: Cavab matçında böyük şansımız var

23.08.2019

Ağsuda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopterlər cəlb edilib

23.08.2019

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

23.08.2019

Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

22.08.2019

“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub

22.08.2019

Tikinti materialları bazarındakı yanğın söndürülüb

22.08.2019

Leyla Abdullayeva: İşğal olunmuş ərazilərdə “seçkilər”ə vəsait ayıran Ermənistan Dağlıq Qarabağa nəzarəti həyata keçirdiyini etiraf etmiş olur

22.08.2019

İran “Oskar” mükafatına namizəd olan filmini təqdim edib

22.08.2019

Quba və Qusar rayon sakinlərinin nəzərinə

22.08.2019

Alimlər: “Titanik”in parçaları sürətlə yoxa çıxır

22.08.2019

Qazaxda raket tapılıb

22.08.2019

Taxta bazarında baş verən yanğın nəticəsində 6 nəfər xəsarət alıb

22.08.2019

Dünya rekordçusu iki il müddətinə yarışlardan kənarlaşdırıla bilər

22.08.2019

XİN: Ermənistanın təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb

22.08.2019

Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb

22.08.2019

Bərdədə top mərmisi tapılıb

22.08.2019

 Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi - ölən və yaralanan var

22.08.2019

Trampdan 4 ölkəyə - Müharibə çağırışı

22.08.2019

Ümumi müsahibədə iştirak üçün bu günədək 94 nəfər müraciət edib

22.08.2019

FHN yeni tikilən 133 binaya müsbət rəy verib

22.08.2019

Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib

22.08.2019

Paytaxt polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22.08.2019

Küçələrin işıqlandırılması “Azərişıq” ASC-nin səlahiyyətində deyil

22.08.2019

Sabah 42 dərəcə isti olacaq