Antimilli ünsürlərin “falabaxma kampaniyası”

10:51 / 22.04.2019

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR


Proqnozlar özünü tam doğrultmaqdadır... Azərbaycan əleyhinə olan beynəlxalq siyasi dairələr və onların miskin əlaltısına çevrilmiş antimilli ünsürlər yenidən fəllaşmaqdadırlar. Bu dəfə anti Azərbaycan qüvvələri və onların tör-töküntülərinin “yuxusuna haram qatan” hadisə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Strateji tərəfdaşlıq sazişi”nin imzalanması prosesinin həlledici mərhələyə daxil olması ilə bağlıdır. Məsələyə bu kontekstdə yanaşdıqda 3 hadisənin eyni vaxtda və paralel olaraq baş verməsi diqqətdən yayınmır: a) Azərbaycan müxalifətinin radikal kəsiminin sözügedən saziş əleyhinə dinləmələr keçirməsi və bu prosesdə Azərbaycan iqtidarı əleyhinə böhtan və şər kampaniyasına rəvac verməsi; b) Ermənistanda da oxşar müzakirələrin təşkil olunması və Avropa İttifaqına daxil olan ölkələrə öz lobbiləri vasitəsilə təsir edib, imzalanma prosesinin qarşısının alınması istiqamətində cəhdlər göstərməsi; c) Hər zaman Azərbaycan əleyhinə qərəzli mövqeyi ilə tanınan “Sərhədsiz Repartiyorlar Təşkilatı”nın 2018-ci il üçün “ Dünyada mətbuat azadlığı indeksi”ndə ölkəmizi işğalçı və öz əhalisinin gülləbəran edildiyi Ermənistandan belə xeyli aşağıda təqdim etməsi. 
Hadisələr arasındakı ilk baxışdan müəmmalı görünən sinxronluq ayıq-sayıq xalqımızı qətiyyən təəccübləndirmir, çünki yenə də eyni ssenari, eyni tamaşa və eyni ifaçılar...
Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmzi öz düzgün yolundan sapdıra bilməz. Taleyimiz öz əlimizdədir. Ölkəmizdə mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezident də hər hansı beynəlxalq siyasi dairələrin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil bir siyasət həyata keçirir. Bu xalq-hakimiyyət birliyini güclü edən həlledici amilldir, eyni zamnada bu monolitliyin xarici bədxahlarımızın və daxili “sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir.
Qoy antimilli ünsürlər və onların xarici havadarları unutmasınlar ki, onların heç bir siyasi hoqqabazlığı həmişə olduğu kimi, bu dəfə də məğlubiyyətə məhkumdur. Səbəbi də sadədir. Hakimiyyətin mənbəyi olan xalqımız görür və əmindir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu yalnız milli maraqların müdafiəsinə əsaslanır, istənilən dövlət və ya beynəlxalq təşkilatla bərabər hüquq, qarşılıqlı hörmət, qarşılıqlı faydalı əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə söykənir. Bu baxımdan Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı və onun inkişaf göstəricisi olan “Strateji tərəfdaşlıq sazişi”nin imzalama prosesinə hazırlanması da eyni yanaşmalardan qaynaqlanır.
Antimilli ünsürlərin işçi sənəd səviyyəsində olan bir sazişi mətni ilə tanış olmadan belə tənqid atəşinə tutmaları əslində onların qaragüruhçu, qurucu deyil, dağıdıcı xislətlərinin ifadəsidir.
Radikal müxalifət və onların tör-töküntülərinin nəzərinə çatdırırıq ki, Ermənistan-Azrbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair müvafiq bəndin guya ki,sənəddə əks olunmamasına dair sizin “öngörməniz” əslində “siyasi korluq”dan başqa bir şey deyildir. Bəsirət gözünüz açılsa, görərsiniz ki, qeyd edilən sazişdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı müvafiq maddələrin əks olmasını şərtlədirən kifayət qədər ciddi sənədlər mövcuddur. Kütləşmiş hafizənizi təzələmək və bəhanələriniz üçün şans qalmasın deyə, onların bəzilərini diqqətinizə çatdırırıq:
1. 2017-ci il tarixli Şərq Tərəfdaşlığı Brüssel Zirvə Bəyannaməsində tərəfdaş ölkələrin hər birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının təmin edilməsi bəndi əks olunmuşdur.
2. 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə də eyni yanaşma ortaya qoyulmuşdur. Burada qeyd olunmuşdur ki, münasibətlər suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı olaraq dəstəklənməsi əsasında inkişaf edəcəkdir.
3. Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi, məruzəçiləri Xarici Məsələlər Komitəsinin sədri D. Makalister və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi F.Moqerini olan “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasətinə dair” qətnamə tərəfdaşlırın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək öhdəliyini təsdiq edir, bütün dondurulmuş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həll edilməsi, bu ölkələrin vətəndaşları-məcburi köçkünlər və qaçqınlara yardımların göstərilməsinin vacibliyini vurğulayır.
Beləliklə, ermənilər, ermənipərəstlər, antimilli ünsürlər, milli dönüklər və qaragüruhçu tor-toküntülər, nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında mühüm siyasi sənədin imzalanması ərəfəsində keçirdiyiniz təlaş, həyəcan və qorxunun motivlərini başa düşürük. Sizin Azərbaycandakı sabitliyin, təhlükəsizliyin, inkişafın daha da möhkəmləndirilməsinə və bunun əsasında dayanan xalq-hakimiyyət birliyinin sarsılmaz qüvvəyə çevrilməsinə xidmət edən istənilən addımdan vahimələndiyinizin də fərqindəyik. Müdrik xalqımız sizi hələ keçən əsrin 90-ci illərin əvvələrindən çox yaxşı tanıyır. Xalqımızın yaddaşına siz “xaos” və “anarxiya” sözlərinin sinonimi kimi həkk olunmusuz. Xalqı bir dəfə aldatdınız, daha yetər. Çəkilin siyasi səhnədən! Qorxun, el qınağı yaman olur...


Etiket:

Strategiya.az

Xəbərlər
18.07.2019

Meteohəssas insanlar üçün XƏBƏR

18.07.2019

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən daha bir pendir sexi aşkarlanıb

18.07.2019

Təhsil Nazirliyi: Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq

18.07.2019

Leyla Abdullayeva: Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!

18.07.2019

SON DƏQİQƏ! Biləcəridə yük qatarının vaqonu yanır

18.07.2019

Qaldığı yeri gizlədənlər 800 manat ziyana düşəcək - XƏBƏRDARLIQ

18.07.2019

Bu qan qruplu insanlar xərçəngdən sığortalanıb

18.07.2019

Aeroportda problem yaradan 8 əşya

18.07.2019

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - gözlənilməz zəng

18.07.2019

Kral terror qurbanlarının ailələrini həcc ziyarətinə dəvət edib

18.07.2019

Ərəb Dövlətləri Liqası Sudanda əldə olunmuş razılaşmanı alqışlayır

18.07.2019

Kondisioneri təcili təmizləyin- Özünüz və ailə üzvləriniz təhlükədədir

18.07.2019

Göygöl, Abşeron, Xırdalan və Zərdabda REYD keçirildi - Qanunsuz heyvan kəsiminə qarşı

18.07.2019

Prezident İlham Əliyev: Azərbaycan ilə Aİ arasında əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək

18.07.2019

DİQQƏT! Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

18.07.2019

Türkiyədə dəhşətli qəza: 15 nəfər öldü - VİDEO

18.07.2019

Sorğu: Vladimir Zelenskinin partiyası parlament seçkilərində səslərin 50 faizə yaxınını qazanacaq

18.07.2019

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başa çatıb

18.07.2019

DANX-dan sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə AÇIQLAMA

18.07.2019

Neymarla bağlı yeni iddia - "Yuventus"...

18.07.2019

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların yarısı "ölü torpaq" sahələridir

18.07.2019

XİN Ursula Fon der Leyeni Aİ Komissiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib

18.07.2019

Sabah 40 dərəcə isti olacaq

18.07.2019

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru səhhəti ilə bağlı istefa verə bilər

18.07.2019

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub

18.07.2019

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

18.07.2019

Türkiyədə terror aktının qarşısı alındı

18.07.2019

İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər

18.07.2019

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

18.07.2019

Bu gecə atəşkəsin pozulması nəticəsində “Qa­zax” sərhəd dəstəsinin əsgəri yaralanıb

18.07.2019

Azərbaycan XİN İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib

18.07.2019

4219 abonentin qaz təchizatı dayandırılacaq

18.07.2019

Azərbaycan neftinin ucuzlaşması davam edir

18.07.2019

Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR

18.07.2019

Gəncədə 100 kq yararsız ətin satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb

18.07.2019

Sağlamlıq üçün təhlükəli olan limonadların adı açıqlandı

18.07.2019

ÇL-də birinci mərhələyə yekun vuruldu

18.07.2019

Atəşkəs pulemyot və snayperlərlə pozuldu - 25 dəfə

18.07.2019

Neft bahalaşıb

18.07.2019

Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb

18.07.2019

Titrəmə Merkelin işinə əngəl deyil

18.07.2019

Türkiyənin F-35 proqramında iştirakının dayandırılacağı vaxt bəlli olub

18.07.2019

Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir

18.07.2019

İyulun 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.07.2019

İsveçrədə qaçqın sığınacaqlarının bir qismi bağlana bilər

18.07.2019

Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb

18.07.2019

Diqqət! Düzgün ixtisas seçimi edən abituriyentlər tələbə adını qazanacaq - VİDEO

18.07.2019

İran XİN-in başçısı: Avropalılar təhlükəsizliyə investisiya yatırmağa hazır deyillər

18.07.2019

Dövlət qulluğuna qəbulla bağlı iyulun 19-da sınaq imtahanı keçiriləcək

18.07.2019

"Qarabağ"ı 2-ci mərhələyə yüksəldən qələbə - Video