Ermənistan-Rusiya münasibətləri: daha iki erməni təxribatı

08:43 / 25.04.2019

Cənubi Qafqazda geosiyasi vəziyyətin sadə olmadığı haqqında ekspertlər çoxdandır ki, fikir yürüdürlər. Onlar hesab edirlər ki, bu regionda getdikcə daha təhlükəli çalarlar alan risklərin təsir dairəsi də genişlənir. Belə bir gedişatın daha böyük geosiyasi məkanda yeni təhlükələr meydana gətirə bilməsi istisna edilmir. Bunun olmaması üçün isə region dövlətləri proqnozlaşdırılan, aydın və konstruktiv siyasət yeritməli, gərginlik yarada biləcək addımlar atmamalıdırlar. Ermənistan hakimiyyəti isə bunların heç biri ilə uzlaşmayan addımlar atmaqdadır. Məsələn, Ermənistan parlamentində Rusiyanın ünvanına təxribat xarakterli fikirlər səsləndirilib. Moskvanın bu regiondakı imkanlarını nəzərə alsaq, görərik ki, əslində, ermənilər mövcud vəziyyəti daha da çətinləşdirirlər. Onlar həqiqət deyil, təxribat, sabitsizlik və gərginlik axtarışındadırlar. Erməni deputatlar 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktının arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığını deyib və Rusiya telekanallarının translyasiyasını dayandırmaq məsələsini qaldırıblar. Hər iki məsələ Moskvada əks-reaksiya doğurub. Həmin kontekstdə bir sıra geosiyasi məqamlar üzərində geniş dayanmağı lazım bildik.

Paşinyanın deputatları: Moskvaya atılan güllələr

Belə görünür ki, Ermənistanla Rusiya arasında yeni ixtilaf mövzusu meydana gəlir. Bu günlərdə İrəvanda bəzi erməni deputatlar ortaya Moskva ilə münasibətlərə ciddi təsir edə biləcək təxribatçı məzmunlu iki mövzu atıblar. Onların hər ikisi Nikol Paşinyanın "Mənim addımım" blokunu parlamentdə təmsil edənlər tərəfindən ortaya atılıb. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan deyib ki, 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktını Rusiya xüsusi orqanları həyata keçirib. Və bu, artıq sübut olunub. Xatırladaq ki, oktyabrın 27-də (1999-cu il) olan həmin terror hadisəsində o zamankı baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçiyan, onun iki müavini, bir nazir və üç deputat öldürülmüşdü.

Digər fikir yenə də "Mənim addımım" blokundan seçilmiş deputat, parlamentin elm, təhsil, mədəniyyət, diaspor, gənclik və idman üzrə daimi komissiyasının üzvü Narine Xaçatryan tərəfindən səsləndirilib. Həmin erməni millət vəkili Ermənistan televiziya və radio verilişləri Milli Komissiyasının sədri Tiqran Akopyandan soruşub ki, Rusiya televiziyalarının Ermənistanda translyasiyasını dayandırmaq və ya heç olmasa məhdudlaşdırmaq olarmı? Onun fikrinə görə, bir çox Rusiya KİV-i, məsələn, "Mir" və "Rossiya 1" telekanalları ermənilərə qarşı nifrət oyatmaqla məşğuldur.

Suala cavabında T.Akopyan xanım deputatla eyni fikirdə olduğunu ifadə edib. Ancaq indiki geosiyasi şərtlər daxilində bunu etməyin mümkün olmadığını deyib. Belə ki, Ermənistan zərər görə bilər. Bu dialoqa KİV maraq göstərib. Hesab edirlər ki, əslində, məsələ bütövlükdə N.Paşinyan hökumətinin antirusiya mahiyyəti ilə bağlıdır. Yəni baş nazirin özü zaman-zaman bu kimi məsələləri cəmiyyətin diqqətinə çatdırır ki, ictimai rəyi Moskvanın əleyhinə dəyişsin, hətta imkan daxilində Kremlə qarşı aqressiv əhval-ruhiyyə də formalaşdırsın.

Maraqlıdır ki, bu iki informasiyaya Rusiya ekspert dairələri ciddi reaksiya veriblər. Belə hesab edənlər vardır ki, bütün bu addımlar İrəvan üçün çox pis qurtara bilər. Hətta hərbi ekspert Vladislav Şurıqin Ermənistan-Rusiya münasibətlərinin soyumasına inanır, lakin buna sakit yanaşdığını deyir. Çünki Ermənistan Rusiya üçün "bütün mövcud olanlardan ən mənasız müttəfiqdir" (bax: Ирина Джорбенадзе. В Ереване опять решили "наехать" на Москву / "Rosbalt", 15 aprel 2019). Rusiyalı ekspert sözlərinə davam edərək vurğulayır ki, bu baş versə, Ermənistan öz geosiyasi mövqeyinə ciddi surətdə yenidən baxmalı olacaq. "Ən azından o, Azərbaycandan zəbt etdiklərini geri qaytarmalı olacaq" (bax: əvvəlki mənbəyə).

Pərdəarxası: rəsmi İrəvanın əsl məqsədləri

Bu informasiyalar geosiyasi aspektdə maraq doğuran iki məqamı ortaya çıxarır. Onlardan biri Nikol Paşinyan komandasının zaman-zaman Rusiya əleyhinə təxribatlara əl atması ilə bağlıdır. Baş nazir özü rəsmi şəkildə Rusiya ilə müttəfiqliyin davam etdiriləcəyini bəyan etsə də, onun seçki blokundan parlamentə deputat seçilənlər bunun tam əksini sübut edən fikirlər ortaya atırlar. Biz, əlbəttə, Ermənistan parlamentində terror aktını kimin törətdiyi haqqında bir fikir bildirmirik. Bu, Ermənistan hüquq-mühafizə orqanlarının işidir. Lakin parlamentin daimi komissiyasının sədri ifadə edirsə ki, terroru Rusiya xüsusi xidmət orqanları törədib, bu, ciddi ittihamdır. Həm də həmin mövzunun niyə məhz indi ortaya atıldığı məlum deyil.

Digər tərəfdən, niyə indiyə qədər Ermənistan hakimiyyətlərinin heç biri bu barədə fikir bildirməmişdi? Xatırladaq ki, həmin terror hadisəsi baş verən günün səhəri onu Türkiyə xüsusi xidmət orqanları ilə bağlamağa çalışdılar. Lakin bu məsələ dərhal arxa plana atıldı, çünki heç bir fakt ortaya qoyulmadı. Nə Levon Ter-Petrosyan, nə Robert Koçaryan, nə də Serj Sarkisyan bu məsələni qabartmadılar.

Lakin onların hər biri haqqında Ermənistan dövlətçiliyinə xidmət edən, vətənpərvər və səviyyəli liderlər kimi danışırdılar. Belə çıxır ki, bunların hamısı vətən xaini imiş, deyilənlər isə yalanmış. Onda kim təminat verə bilər ki, indi N.Paşinyan əsl lider, mili siyasətçi, vətənpərvər və dövlətçidir? Ona xaricdəki ağaları bu kimi informasiyaları qəsdən ötürmürlərmi ki, regionda yeni bir gərginlik yaransın? Çünki indi Yaxın Şərqdən terrorun Qafqaza keçməsi barədə ehtimallar səslənir. Konkret desək, terror mövzusu indi dəbdədir.

Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılması və ya məhdudlaşdırılması haqqında deyilənlər də hökumət dəhlizlərindəki təxribatçı ab-havadan xəbər verir. Çünki bunun mümkün olmadığını hamı bilir. Ermənistan KTMT-nin və Aİİ-nin üzvü kimi belə bir addım ata bilərmi? Onda ona sual edərlər ki, Dağlıq Qarabağ məsələsinə gəldikdə, rus əsgərinin Ermənistanı müdafiə etməsini borc kimi təqdim etməyə çalışırsan, Rusiya KİV-ini isə qəbul etmirsən? Ən tutarlı arqument isə ondan ibarətdir ki, Rusiya KİV-i qətiyyən antierməni mövqeyi tutmayıb və tutmur. Əksinə, şimal qonşumuzun media qurumları azərbaycanlılara qarşı qərəzli mövqeləri ilə seçiliblər. Son zamanlar isə bu vəziyyət bir qədər dəyişib və obyektiv yanaşmalar artıb. Ermənilər isə o qədər şıltaq olublar ki, həqiqəti deyənləri antierməni mövqe tutmaqda ittiham edirlər. Əslində, onlar özləri kim olduqlarını əyani nümayiş etdirirlər. Yəni şər-böhtan atmırsansa, doğru danışırsansa, antierməni mövqedəsən. Bəli, elədir!

İkinci geosiyasi məqam ondan ibarətdir ki, Vladislav Şurıqin faktiki olaraq bəyan edir ki, Dağlıq Qarabağ Rusiyanın ciddi yardımı ilə zəbt edilib və əgər Moskva çəkilsə, həmin ərazini Azərbaycan sürətlə azad edə bilər. Bu da ermənilərin hərbi gücü ilə bağlı mifə zərbə olmaqla yanaşı, onu da ifadə edir ki, Moskva mövqeyini dəyişə bilər. Dolayısı ilə Ermənistan son dərəcə çətin vəziyyətə düşmüş olur. O, nə Rusiyaya qarşı çıxa, nə də geosiyasi olaraq Qərbə yaxınlaşa bilər. Moskva buna qətiyyən imkan verməz. Kreml istənilən zaman ermənilərin ipini istədiyi qədər çəkmək iqtidarındadır.

Onda bəs Ermənistanın bu cür addımlarının nə kimi geosiyasi nəticələri ola bilər? Rəsmi İrəvan regionda vəziyyəti mürəkkəbləşdirir, qeyri-müəyyənliyi artırır. Səbəbi də odur ki, özünün illərdir işlətdiyi cinayətləri ört-basdır etsin. Əgər regionda beynəlxalq hüquq möhkəmlənsə, sabit vəziyyət yaransa, onda həqiqətlər aydınlaşar. Bu halda isə Ermənistan özü üçün çox çətin olan suallara cavab verməli olacaq. Burada geosiyasi qeyri-müəyyənlik yüksək olduqda isə böyük dövlətlər əsasən bir-biri ilə mübarizə apararaq üstünlüyü əldə etməyə çalışacaqlar. Bununla su bulanıq qalacaq və Ermənistanın işğalçılıq siyasəti özü üçün əlverişli mühit əldə edəcək.

Digər tərəfdən, Ermənistan regiondakı qonşularına qarşı təxribatçı addımlar atmaqdadır. Burada məqsəd real mənzərəni təhrif edərək, diqqəti əsas təhlükə ocağından yayındırmaqdır. Guya Ermənistan həmişə təcavüz qurbanı olub. Əvvəlcə Azərbaycan və Türkiyə ona "hücum edib", ancaq "güclü Ermənistan ordusu" qalib gəlib. Sonra isə Rusiya xüsusi xidmət orqanları "erməni demokratiyasına" zərbə vurub. Baxın, necə bir mənzərə alınır: yüz il əvvəl "soyqırımı", sonra Azərbaycanın "təcavüzü" və eyni zamanda, Rusiya xüsusi xidmət orqanlarının "terroru"! Lakin Ermənistan bütün bunlara tab gətirərək, regionda "söz azadlığı", "demokratiya" və "barışın" təmsilçisidir! Qərbin bir sıra təşkilatları təcavüzkar, antidemokratik, vassal, forpost Ermənistanı məhz bu obrazda da təqdim etməyə çalışır.

Deməli, real olaraq bütövlükdə Cənubi Qafqaz yeni səviyyədə ermənilərin və onların havadarlarının siyasi, geosiyasi, ideoloji və informasiya təxribatı ilə üzləşib. Təbii ki, bu yaramazlığa əvvəl-axır son qoyulmalıdır. Belə olmasa, erməni yaramazlığı dağıdıcı ünsür kimi daha böyük geosiyasi məkanda xaos yarada bilər!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
18.08.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm

18.08.2019

Şəhriyar Məmmədyarov Hikaru Nakamura ilə mübarizə aparacaq

18.08.2019

Şəmkirdə ailə münaqişəsi zəminində baş vermiş hadisə ilə bağlı Prokurorluqdan rəsmi açıqlama

18.08.2019

Sabah hava küləkli olacaq

18.08.2019

Bakıda ağırçəkili şəxs xilasedicilərin köməyi ilə mənzildən çıxarılıb

18.08.2019

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

18.08.2019

Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

18.08.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub

18.08.2019

İsrailin Baş Naziri Ukraynaya səfər edəcək

18.08.2019

Zaur Əliyev dünya çempionatında gümüş medal qazanıb

18.08.2019

Türkiyənin Orduya Kömək Təşkilatı “British Steel” şirkətini satın alır

18.08.2019

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür

18.08.2019

Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edib

18.08.2019

Qazaxıstanda zəlzələ baş verib

18.08.2019

Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

18.08.2019

Teleaparıcı təyyarə qəzasında həlak oldu

17.08.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli müğənni Müslüm Maqomayevin anım mərasimində iştirak edib

17.08.2019

Qazaxıstan hərbi gəmisi Bakı limanını tərk edib

17.08.2019

Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü

17.08.2019

Məktəbli formalarının qiyməti açıqlandı

17.08.2019

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib

17.08.2019

Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17.08.2019

Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17.08.2019

Azərbaycan bitki və heyvan mənşəli piy və yağların ixracını artırıb

17.08.2019

Xocəsən poçt şöbəsində quldurluq: İşçini bıçaqla vurub qaçdılar

17.08.2019

ABŞ-da yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

17.08.2019

Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub

17.08.2019

Cəlilabadda keçmiş məhkumun evindən narkotik və psixotrop maddələr aşkarlanıb

17.08.2019

"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb

17.08.2019

İstanbulda güclü partlayış: ölən var

17.08.2019

Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür

17.08.2019

Rusiya-ABŞ nüvə müharibəsi: Günəşə həsrət qalacağıq

17.08.2019

Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

17.08.2019

Əhalinin Siyahıyaalınmasına Yardım Komissiyasının iclası keçirilib

17.08.2019

Abşeronda 20-yə yaxın evdən oğurluq edən şəxslər tutulub

17.08.2019

Qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər

17.08.2019

Messinin rekordu təkrarlanıb, "Barselona" son 11 ildə ilklə üzləşib

17.08.2019

Bakıda 7 otaqlı evdə yanğın olub

17.08.2019

Məktəbli formaları ilə bağlı direktorlara -XƏBƏRDARLIQ

17.08.2019

"Qalatasaray" fransalı futbolçunu transfer edib

17.08.2019

Yaponiya Müdafiə Nazirliyi ABŞ-dan “F-35B” qırıcılarının alınması planını təsdiqləyib

17.08.2019

Zaur Əliyev dünya çempionatının finalında

17.08.2019

3 rayonun qaz təhizatı 2 gün müddətinə dayandırılır - SƏBƏB?

17.08.2019

“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başlayıb

17.08.2019

Düşmən atəşkəs rejimini 21 dəfə pozub

17.08.2019

BMT Cammu və Kəşmirdəki vəziyyətdən narahatdır

17.08.2019

Kiyevin "Dinamo" klubunda yeni baş məşqçi

17.08.2019

Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb

16.08.2019

Arktikada 35 dərəcə isti qeydə alınıb

16.08.2019

Onkoloji xəstəliklərlə “vuruşan” ərzaqların siyahısı hazırlanıb