Birinci vitse-prezident Mehriban Əliyeva idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi tanınır – Nazir müavini

13:26 / 26.04.2019

Azərbaycanda gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, beynəlxalq arenada idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycan bu gün start götürəcək daha bir idman yarışına ev sahibliyi edir:

“Ölkəmizin müstəqillik qazanmasından elə böyük vaxt ötməsə də, tarixi baxımdan bu qısa müddət ərzində Azərbaycan özünü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilib. İqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan dövlətimizin göstərdiyi qayğı sayəsində Azərbaycan idmanı da yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə aparılan düşünülmüş, məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Artıq ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşımaqdadır”.

İ.İsmayılov əlavə edib ki, son illər müxtəlif səviyyəli beynəlxalq yarışların vətənimizdə keçirilməsi və idmançılarımızın ən mötəbər yarışlarda əldə etdiyi böyük uğurlar bunun əyani sübutudur: “Buna əsaslanaraq beynəlxalq qurumlar da tərəddüd etmədən irimiqyaslı yarışların keçirilməsini Azərbaycana həvalə edirlər. Azərbaycanın ən böyük və ən gözəl idman məkanlarından biri – Mili Gimnastika Arenası qapılarını bir daha bədii gimnastika peşəkarları və bu idman növünün pərəstişkarlarının üzünə açır”.

Nazir müavini bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində fəal olan bir şəxs kimi idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi olaraq tanınır: “2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçiləndən bu sahədə uğurlu inkişafın əsası qoyulub. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkə gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Mehriban xanımın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına olan münasibət istər ölkə daxilində, istərsə də dünyada əsaslı şəkildə dəyişilib”.

O vurğulayıb ki, ümumiyyətlə, son 16 ildə Bakı bir çox beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib: “Ölkəmizdə gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq yüksək səviyyədə təşkili, əlbəttə, ölkədə gimnastika növlərinin, o cümlədən bədii gimnastikanın inkişafına böyük təkan verir və gimnastika sevərlərin sayını ildən-ilə artırır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil olunan Dünya Kubokunda da arenaya toplaşacaq tamaşaçılar tanınmış bədii gimnastların təqdimatında zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olacaqlar”.

İ.İsmayılov deyib ki, bu yarışda 39 ölkənin 200-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması Dünya Kubokunun gərgin mübarizə şəraitində kecəcəyinə, maraqlı və pozitiv olacağına əminlik yaradır:

“Fürsətdən istifadə edib, ölkə idmanına göstərdikləri davamlı diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı ifadə edir, belə gözəl idman tədbirinin ölkəmizdə təşkilinə etimad göstərdiklərinə görə beynəlxalq idman qurumuna təşəkkürümü bildirir, idmançılara isə yaranmış bu imkandan bəhrələnərək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirəm”.

 


Etiket:

Strategiya.az

Xəbərlər
25.08.2019

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib
 

25.08.2019

Türkiyə təhlükəsizlik qüvvələri 24 terrorçunu məhv edib

25.08.2019

Sabahın hava proqnozu açıqlanıb

25.08.2019

Xaçmazda 2 nəfər bıçaqlanıb

25.08.2019

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

25.08.2019

“WordPress”in avtomatik yenilənmə siyasəti barədəXƏBƏRDARLIQ

25.08.2019

Şamaxıda yanğın olub

25.08.2019

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

25.08.2019

“Nur” şadlıq sarayında baş verən yanğın söndürülüb

25.08.2019

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25.08.2019

"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

25.08.2019

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

25.08.2019

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

24.08.2019

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

24.08.2019

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

24.08.2019

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

24.08.2019

İran yeni raketini sınaqdan keçirib

24.08.2019

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat - "Bibixanım" saxlanıldı (FOTO)

24.08.2019

Bazar gününə olan hava proqnozu

24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24.08.2019

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019

Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

24.08.2019

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

24.08.2019

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.2019

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb

24.08.2019

Neftin qiyməti ucuzlaşıb

24.08.2019

Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

24.08.2019

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

24.08.2019

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

24.08.2019

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

24.08.2019

Hirkan Milli Parkında yanğın tam söndürülüb

24.08.2019

İstirahət günlərində hava necə olacaq?

24.08.2019

Xəzər dənizində zəlzələ baş verib

24.08.2019

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

23.08.2019

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23.08.2019

"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib

23.08.2019

Azərbaycan Respublikasının Birinci vitse - prezidenti xanım Mehriban Əliyevaya Esse...