Məktəblilər dərsdən niyə QAÇIR? - GÜNAH KİMDƏDİR? - VİDEO

12:00 / 10.05.2019

Sosial şəbəkələrdə paytaxtın Səbail rayonundakı 239 saylı orta məktəbdə şagirdin məktəbin 2-ci mərtəbəsindən tullanmasını əks etdirən görüntülər yayılıb. Videoda şagirdin dərsdən qaçmağa çalışdığı görünür.

ARB TV-nin "Günə doğru" proqramı məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.

Məsələnin bir tərəfi şagirdin həmin anda öz həyatını təhlükəyə atmasıdır. O düşərkən ciddi xəsarət ala bilərdi. Hətta daha ağır ola bilərdi. Digər tərəf isə odur ki, bir məktəbli niyə axı dərsdən yayınsın, qaçsın. Özü də qapıdan yox, pəncərədən.

Ziya Məmmədzadə (Təhsil Meneceri): "Bunu bəzən məktəb fobiyası ilə qarışdırırıq. Məktəb fobiyası ilə məktəbdən qaçma halları bir-birindən fərqlidir. Məktəb fobiyası məktəbə getməmək istəyidir. Məktəbdən qaçma isə tədris fəaliyətindən yayınıb, digər fəaliyətlərə yönlənmək".

Ekspertlərin sözlərinə görə, məktəblinin dərsdən qaçmasının səbəbi müxtəlif ola bilər. Bunu təkcə məktəbin daxili fəaliyəti ilə də əlaqələndirmək olmaz.

Ziya Məmmədzadə (Təhsil Meneceri): "Şagirdə valideynin yaşının artması ilə əlaqədar nisbətən diqqəti azalır. Əgər məktəbdə də şagirdin özünə yönəlik hər hansı bir xüsusi diqqət göstərilmədiyi halda, o bu boşluqdan fürsət kimi istifadə edir".

Vəfa Rəşidova (Psixoloq): "Burda məktəbli şagirdlərin yanında özünü qəhrəman kimi göstərmək niyyəti var daha çox. Amma burda başqa səbəblər dəola bilər. Sinifdə oturmaq onlar üçün artıq səbirsiz bir fona çevrilib. Yəni səbirsiz yanaşırlar bu şeylərə. Dərsdə oturmaq istəmirlər. Dərs bunlara sıxıcı gəlir".

Təhsil eksperti Kamran Əsədov isə deyir ki, sözügedən videogörüntündəki hal hər gün əksər məktəblərdə müşahidə olunur. Özünü pəncərədən ataraq, dərsdən qaçanlar isə daha çox repetitor yanına, hazırlıq kurslarına gedən şagirdlərdir.

Kamran Əsədov (Təhsil eksperti): "Onlara getmək üçünsə məktəb rəhbərliyi təbii ki, icazə vermir. Çünki qanunvericiliyin tələbinə görə dərs müddətində məktəbli məktəbdə olmalıdır. Hazırlıq kursları da şagirdin həyatını və təhlükəsizliyini nəzərə almalıdır. Yaxşı olar ki, repetitorlar və hazırlıq kursları mütləq şəkildə saat 4-dən etibarən başlasınlar".

Ekspertlər məktəblərin mühafizəsi və təhlükəsizliyinin aşağı səviyyədə təşkil edildiyinə də diqqət çəkir. Nəticədə belə xoşagəlməz mənzərə yaranır.

Kamran Əsədov (Təhsil eksperti): "Yalnız məktəbin giriş qapısını qorumaqla ki, şagirdlər dərs müddətində çıxmasınlar kənara və yaxud kənar şəxslər məktəbin inzibati ərazisinə daxil olmasınlar bununla təhlükəsizliyin təmin edilməsi mümkün deyil".

Ekspertlər hesab edir ki, əgər məktəb rəhbərliyi hər hansı xoşagəlməz halın baş verməsini istəmirsə, orada profilaktik işlər aparmalıdır. Hər bir şagirdə fərdi qaydada yanaşmaq, onun problemi ilə maraqlanmaq və o problemin həllinə birgə çalışmaq lazımdır. Təbii ki, təhlükəsizlik məsələsi də gözardı edilməməlidir.


Etiket:

Strategiya.az

Xəbərlər
21.05.2019

Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

21.05.2019

"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

21.05.2019

Avtomobildə dərman preparatları və mobil telefonlar aşkarlanıb

21.05.2019

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib

21.05.2019

“Azeri Light”ın bir barreli 75,53 dollara satılır

21.05.2019

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir

21.05.2019

DİN: axtarışda olan 28 nəfər saxlanılıb

21.05.2019

Bakıda 4 qəsəbədə iki gün su olmayacaq - SİYAHI

21.05.2019

TÜRKİYƏ-FRANSA SİYASİ ƏLAQƏLƏRİNƏ ERMƏNİ AMİLİNİN TƏSİRİ

21.05.2019

"ABŞ-ın qadağaları bizi qorxutmur" - "Huawei"in yaradıcısı

21.05.2019

Neft yenidən bahalaşıb

21.05.2019

Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub

21.05.2019

Atəşkəs 20 dəfə pozulub

21.05.2019

Mayın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.05.2019

Messi rekorda şərik oldu

21.05.2019

Mədəniyyətlərarası dialoq və Azərbaycançılıq

21.05.2019

Sabirabadda ev yanıb

21.05.2019

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

21.05.2019

Məktəblinin intiharı ilə bağlı qalmaqal böyüyür

21.05.2019

Türkiyə Prezidenti Türk Şurasının nümayəndə heyətini qəbul edib

21.05.2019

Final oyununa görə əlavə avtobuslar xəttə buraxılacaq 

21.05.2019

İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya "üçbucağı"nın ziddiyyətləri fonunda

21.05.2019

Ağsuda irigövdəli ağac yaşayış binasının üstünə düşüb

20.05.2019

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

20.05.2019

Güclü külək İsmayıllıda ağaclara ziyan vurub

20.05.2019

Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər 

20.05.2019

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub

20.05.2019

Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib

20.05.2019

Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırıb

20.05.2019

Elmi iclasda iqlim dəyişmələrinin çay axınına təsiri müzakirə olunub

20.05.2019

Zərifdən Trampa TARİXİ CAVAB: "İsgəndərin, Çingiz xanın..."

20.05.2019

Tovuzda kütləvi zəhərlənmə: Bir ailənin 5 üzvü

20.05.2019

Şuranın dəstəyi ilə QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq

20.05.2019

Vurğun Vəkilovun solo konserti keçiriləcək

20.05.2019

Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ:artıq işləməyəcək

20.05.2019

"Qolf da oynasam, "Real"da qalacam" - Beyl getmir

20.05.2019

Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

20.05.2019

Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

20.05.2019

Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir

20.05.2019

Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra...

20.05.2019

Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır

20.05.2019

Mbappe PSJ-dən ayrılır? - Özü açıqladı

20.05.2019

Buzovna sakinində 5 kq-dan artıq marixuana aşkar olunub

20.05.2019

Sabah Bakıda və rayonlarda yağış yağacaq

20.05.2019

Zelenski: "Ukrayna itirdiyi əraziləri qaytaracaq"

20.05.2019

“AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir

20.05.2019

“Exxon Mobil” İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir

20.05.2019

UEFA Avropa Liqasının final günü xəttə əlavə avtobuslar buraxılacaq

20.05.2019

“Alyans” “viki”çiləri təltif etdi

20.05.2019

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib