Nazir "Qarabağ" - “Persepolis” matçının keçirilməsini təklif etdi

10:12 / 14.05.2019

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov mayın 13-də İrana səfəri çərçivəsində bu ölkənin İdman və Gənclər naziri Məsud Soltanifər ilə görüşüb.

Nazirlikdən  verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi və idman sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

A.Rəhimov bildirib ki, hər iki ölkənin siyasi rəhbərliyi arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir: "Bu fakt idman və gənclər sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ən müasir idman kompleksləri tikilib istifadəyə verilib. Təsadüfi deyil ki, Azərbaycan 2015-ci ildə I Avropa, 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarına, həmçinin ardıcıl dörd il ərzində "Formula 1" yarışına uğurla ev sahibliyi edib".

Nazir İranın Azərbaycan üçün yaxın qonşu və dost ölkə olduğunu deyib: "Buna görə də idmançılarımızın iştirak etdikləri turnirlərin keçirilməsinin bu sahədə əməkdaşlığın genişlənməsinə xüsusi töhfəsi var. Dövlətlərimizin həmsərhəd olması idmançıların səfərləri üçün heç bir çətinlik yaratmır".

Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasının Bakıda keçiriləcəyini xatırladan nazir vurğulayıb ki, bu mötəbər idman hadisəsi ilə əlaqədar Azərbaycana 40 mindən çox avropalı futbol azarkeşi gələcək. Eləcə də İrandan min nəfər bu qarşılaşmanı izləmək üçün Azərbaycana səfər edəcək.

A.Rəhimov Azərbaycanın idman infrastrukturu haqqında məlumat verərək qeyd edib ki, Gənclər və İdman Nazirliyinin nəzdində idmançıların reabilitasiyası üçün müasir standartlara cavab verən klinika yaradılıb. İranlı idmançılar da bu klinikada reabilitasiya kurslarına cəlb oluna bilərlər.

Müasir idmanda dopinq problemindən danışan nazir Bakıda Azərbaycan Milli Antidopinq Agentliyinin təsis olunduğunu bildirib və bu sahədə də əməkdaşlıq əlaqələrinin qurulmasını təklif edib. Bununla yanaşı, iranlı tələbələrin də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almaları üçün lazımi şəraitin olduğu da diqqətə çatdırılıb.

Nazir İranın "Persepolis” futbol komandası ilə Azərbaycanın "Qarabağ” komandası arasında yoldaşlıq görüşünün keçirilməsi təklifini irəli sürüb. Qeyd olunub ki, hər iki ölkənin futbol komandalarının birgə təlim-məşq toplanışının keçirilməsi üçün Azərbaycanda əlverişli şərait var.

Dövlət gənclər siyasəti haqqında məlumat verən A.Rəhimov bildirib ki, gənclərlə iş sahəsində əməkdaşlıq zəruridir. Bu əməkdaşlıq üçün gənclər təşkilatlarının qarşılıqlı səfərlərini, "Dostluq həftələri” təşkil etmək və təcrübə mübadiləsi aparmaq lazımdır.

İranın idman və gənclər naziri Məsud Soltanifər təkliflərə görə təşəkkürünü bildirib, 2008-ci ildə Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumunun müddətinin 2021-ci ilədək uzadılmasının önəmini vurğulayıb. O, 15 il əvvəl vitse-prezident vəzifəsində çalışdığı dövrdə və 2018-ci ildə Azərbaycana etdiyi səfərləri xatırlayıb. Azərbaycanın sürətlə inkişaf etdiyini, Bakının simasının dəyişdiyini və ölkəmizdə çoxlu sayda turistin üz tutduğunu vurğulayan M.Soltanifər bildirib ki, paytaxtla yanaşı, Gəncə və Qəbələ şəhərləri də inkişaf edib. Bu inkişaf bizi sevindirir. Futbol üzrə UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinin böyük uğur və tarixi hadisə olduğunu vurğulayan M.Soltanifər bu münasibətlə Azərbaycan xalqını və dövlətini təbrik edib.

O, rəhbərlik etdiyi Nazirliyin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, hər iki xalq ortaq tarixə, mədəniyyətə və adət-ənənəyə malikdir. Buna görə də tarixi idman oyunları üzrə turnirin keçirilməsi zəruridir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Sonra hər iki nazir mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Həmin gün A.Rəhimov İranın Milli Olimpiya Komitəsinin sədri Salehi Əmiri ilə də görüşüb. Görüşdə əməkdaşlıq əlaqələrinin perspektivləri, birgə tədbirlərin və layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

A.Rəhimov İran Milli Olimpiya Komitəsinin Paralimpiya Akademiyası və "Azadi” İdman Kompleksi ilə tanış olub.

Görüşlərdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.


Etiket:

Strategiya.az

Xəbərlər
21.05.2019

“Azeri Light”ın bir barreli 75,53 dollara satılır

21.05.2019

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir

21.05.2019

DİN: axtarışda olan 28 nəfər saxlanılıb

21.05.2019

Bakıda 4 qəsəbədə iki gün su olmayacaq - SİYAHI

21.05.2019

TÜRKİYƏ-FRANSA SİYASİ ƏLAQƏLƏRİNƏ ERMƏNİ AMİLİNİN TƏSİRİ

21.05.2019

"ABŞ-ın qadağaları bizi qorxutmur" - "Huawei"in yaradıcısı

21.05.2019

Neft yenidən bahalaşıb

21.05.2019

Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub

21.05.2019

Atəşkəs 20 dəfə pozulub

21.05.2019

Mayın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.05.2019

Messi rekorda şərik oldu

21.05.2019

Mədəniyyətlərarası dialoq və Azərbaycançılıq

21.05.2019

Sabirabadda ev yanıb

21.05.2019

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

21.05.2019

Məktəblinin intiharı ilə bağlı qalmaqal böyüyür

21.05.2019

Türkiyə Prezidenti Türk Şurasının nümayəndə heyətini qəbul edib

21.05.2019

Final oyununa görə əlavə avtobuslar xəttə buraxılacaq 

21.05.2019

İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya "üçbucağı"nın ziddiyyətləri fonunda

21.05.2019

Ağsuda irigövdəli ağac yaşayış binasının üstünə düşüb

20.05.2019

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

20.05.2019

Güclü külək İsmayıllıda ağaclara ziyan vurub

20.05.2019

Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər 

20.05.2019

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub

20.05.2019

Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib

20.05.2019

Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırıb

20.05.2019

Elmi iclasda iqlim dəyişmələrinin çay axınına təsiri müzakirə olunub

20.05.2019

Zərifdən Trampa TARİXİ CAVAB: "İsgəndərin, Çingiz xanın..."

20.05.2019

Tovuzda kütləvi zəhərlənmə: Bir ailənin 5 üzvü

20.05.2019

Şuranın dəstəyi ilə QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq

20.05.2019

Vurğun Vəkilovun solo konserti keçiriləcək

20.05.2019

Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ:artıq işləməyəcək

20.05.2019

"Qolf da oynasam, "Real"da qalacam" - Beyl getmir

20.05.2019

Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

20.05.2019

Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

20.05.2019

Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir

20.05.2019

Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra...

20.05.2019

Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır

20.05.2019

Mbappe PSJ-dən ayrılır? - Özü açıqladı

20.05.2019

Buzovna sakinində 5 kq-dan artıq marixuana aşkar olunub

20.05.2019

Sabah Bakıda və rayonlarda yağış yağacaq

20.05.2019

Zelenski: "Ukrayna itirdiyi əraziləri qaytaracaq"

20.05.2019

“AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir

20.05.2019

“Exxon Mobil” İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir

20.05.2019

UEFA Avropa Liqasının final günü xəttə əlavə avtobuslar buraxılacaq

20.05.2019

“Alyans” “viki”çiləri təltif etdi

20.05.2019

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

20.05.2019

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

20.05.2019

AMB vəsaitlərin cəlb edilməsi üzrə növbəti hərracını keçirib

20.05.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

20.05.2019

Sumqayıt Təlim, Tədris Mərkəzi şagird qəbulu üçün müsabiqə keçirir