Ailə həyatı quran xanımların cehiz verməsi məcburidirmi? - VİDEO

11:15 / 15.05.2019

Toy adət ənənəsi xalqımızın ən sevimli adətlərindən biridir. “Toyunu görək”, ”toyunda oynayaq” kimi ifadələr işlədilməsi bu adətə nə qədər önəm verildiyinin göstəricisidir. Elə buna görə də insanlar toy edərkən hər şeyin ən yaxşısını etmək istəyir ki, bu da bəzən mümkün olmur. Nəticədə üz tutmalı olurlar banklara.

ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Fərid Abbasov - Sakin: "Məclis edirdilər, nişan gəldi, elçi, plov gəlirdi nə gəlirdi o formalarda kreditlə yola verilirdi. İndi kreditlə təsəffür elə götürülürsə qaytarmaq olmur axı, problemlər ondan sonra başlayır". 

Səbinə Bağırova - Sakin: "Oğlan məcbur edir ay belə bişey gətirmədi , ay filan şey yaddan cıxdı. Əgər kreditə girirsənsə heç ona girmək lazım deyil".

Həsənov Mərdan - Sakin: "Kredit götürürdülər, məclisi yola verirdilər. Amma indi isə risk etmək istəmirlər, o kredit də sonradan qalır. Onun ödənişi sonradan cətinləşir problemləri nəzərə alaraq indi belə hallar çox da olmur".

Əkil Kazımov - Sakin: "1-ci ağıllı gənc fikirləşir ki , mən elə eliyim ki, özümə bir yol qoyum ki, mən çörək pulu qazana bilim. Öz kreditimi ödəyə bilməyəcəmsə, valideyinimi borca salıramsa, valideyinimə qarşı xəyanət edirəm".

Əvvəllər toydan əldə olunan gəlirlə yeni cütlüklərin cehiz, avtomobil və b. ehtiyaclarının qarşılanması mümkün olurdusa, indi yalnız restoran və müğənni xərclərini ödəmək mümkündür. Bu vəziyyətə ən çox şadlıq evlərindəki qiymətlər səbəb olur. Bu qiymətlərə görə həm məclis sahibi, həm də qonaqlar maddi çətinliklərlə üzləşirlər.

Ehtiram Fəttayev - Vəkil: "Cehiz əşyaları nağd şəkildə almaq imkanları olmur və həmin kreditlərin ödənişlərində gecikmələr baş verəndə öhtəlik pozulmaları halları olan zaman artıq həmin şərti girov kimi götürülmüş məhz cehiz əşyaları üzərinə müəyyən məhdudiyyətlər qoyulur həps qoyulur, hətda nəticə etibari ilə girov əmlakların geri alınmasına qədər məsələlər mübahisələndirilir".

Əlbəttə bütün bu cür xoşagəlməz hadisələrə baxmayaraq yenə də bu yolla xeyir iş edənlər yüzlərlədir. Qohum qonşunun necə deyərlər dillərində dastan olmaq üçün nəinki kredit alan, hətda şəxsi mülkiyyətində olan əşyaları satanlar da var.

Rəşad Əsgərov - Sosioloq: "Toylar sanki böyük bir festivala bizdə Azərbaycanda bənzəyir. Toylara da, məsələn 500-1000 nəfər insanı dəvət edirlər .Valideyinlər uşaqları üçün banklardan böyük kredit götürüb toy edir və sonra ömrünün axırına kimi bu krediti verməyə məcbur olurlar. Amma daha yaxşı olar ki, bu kimi israfçılıq hallarından insanlar azad olsunlar. Daha çox kiçik, yəni yaxın qohum əqraba və yaxud tanışlardan ibarət şad günləri qeyd etsinlər. Bununla da həm valideyinlərin üzərinə böyük məsuliyyət düşər, həm də övladlar xoşbəxt olarlar.

Azərbaycanda toy məclislərinin keçirilməsi qaydaları ilə bağlı Milli Məclisdə qanun layihəsinin hazırlanması barədə təkliflər səsləndirilsə də, məsələ hələ də öz həllini tapmayıb. Təbii ki, bütün vətəndaşlar üçün qəbul edilən, daha doğrusu, bütün vətəndaşları məmnun salacaq qaydaların müəyyən edilməsi çox çətin, bəlkə də mümkünsüzdür. Lakin yaranan problemlərdən nəticə çıxarmaq mümkündür.


Etiket:

Strategiya.az

Xəbərlər
21.05.2019

"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

21.05.2019

Avtomobildə dərman preparatları və mobil telefonlar aşkarlanıb

21.05.2019

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib

21.05.2019

“Azeri Light”ın bir barreli 75,53 dollara satılır

21.05.2019

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir

21.05.2019

DİN: axtarışda olan 28 nəfər saxlanılıb

21.05.2019

Bakıda 4 qəsəbədə iki gün su olmayacaq - SİYAHI

21.05.2019

TÜRKİYƏ-FRANSA SİYASİ ƏLAQƏLƏRİNƏ ERMƏNİ AMİLİNİN TƏSİRİ

21.05.2019

"ABŞ-ın qadağaları bizi qorxutmur" - "Huawei"in yaradıcısı

21.05.2019

Neft yenidən bahalaşıb

21.05.2019

Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub

21.05.2019

Atəşkəs 20 dəfə pozulub

21.05.2019

Mayın 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.05.2019

Messi rekorda şərik oldu

21.05.2019

Mədəniyyətlərarası dialoq və Azərbaycançılıq

21.05.2019

Sabirabadda ev yanıb

21.05.2019

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

21.05.2019

Məktəblinin intiharı ilə bağlı qalmaqal böyüyür

21.05.2019

Türkiyə Prezidenti Türk Şurasının nümayəndə heyətini qəbul edib

21.05.2019

Final oyununa görə əlavə avtobuslar xəttə buraxılacaq 

21.05.2019

İran regionda geosiyasi faktor kimi: ABŞ-Aİ-Rusiya "üçbucağı"nın ziddiyyətləri fonunda

21.05.2019

Ağsuda irigövdəli ağac yaşayış binasının üstünə düşüb

20.05.2019

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

20.05.2019

Güclü külək İsmayıllıda ağaclara ziyan vurub

20.05.2019

Azərbaycan boksçuları Çexiyada beynəlxalq turnirdə iştirak edəcəklər 

20.05.2019

“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub

20.05.2019

Həsən Ruhani ABŞ Prezidentinin dialoq təklifinə cavab verib

20.05.2019

Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırıb

20.05.2019

Elmi iclasda iqlim dəyişmələrinin çay axınına təsiri müzakirə olunub

20.05.2019

Zərifdən Trampa TARİXİ CAVAB: "İsgəndərin, Çingiz xanın..."

20.05.2019

Tovuzda kütləvi zəhərlənmə: Bir ailənin 5 üzvü

20.05.2019

Şuranın dəstəyi ilə QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq

20.05.2019

Vurğun Vəkilovun solo konserti keçiriləcək

20.05.2019

Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ:artıq işləməyəcək

20.05.2019

"Qolf da oynasam, "Real"da qalacam" - Beyl getmir

20.05.2019

Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

20.05.2019

Taekvondoçumuz ardıcıl ikinci dəfə dünya çempionu oldu

20.05.2019

Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir

20.05.2019

Hicabla bağlı DAHA BİR QADAĞA: bundan sonra...

20.05.2019

Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır

20.05.2019

Mbappe PSJ-dən ayrılır? - Özü açıqladı

20.05.2019

Buzovna sakinində 5 kq-dan artıq marixuana aşkar olunub

20.05.2019

Sabah Bakıda və rayonlarda yağış yağacaq

20.05.2019

Zelenski: "Ukrayna itirdiyi əraziləri qaytaracaq"

20.05.2019

“AzerGold” QSC Finlandiya təcrübəsini nəzərdən keçirir

20.05.2019

“Exxon Mobil” İraqdakı neft yatağında çalışan işçilərini evakuasiya edir

20.05.2019

UEFA Avropa Liqasının final günü xəttə əlavə avtobuslar buraxılacaq

20.05.2019

“Alyans” “viki”çiləri təltif etdi

20.05.2019

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

20.05.2019

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb