Qlobalistika və insanın bu dünyadakı yeri

10:02 / 16.05.2019

NAZİM İSMAYILOV, 
Fəlsəfə üzrə fəlsəfə doktoru


SEVDA YUSİFOVA, 
Baş müəllim

Qlobalistika - müasir dünyada baş verən proseslərin təsiri altında beynəlxalq münasibətlər və dünya siyasəti sahəsində analitik fənn kimi çıxış edən biliyin fənlərarası formasıdır. O, qloballaşmanın mahiyyəti, meylləri və səbəblərini üzə çıxardır, insan və biosfera üçün bu proseslərin pozitiv nəticələrinin bərqərar olması, neqativ nəticələrinin isə aradan qaldırılması yollarını axtarır. Daha geniş mənada bu termin qloballaşmanın və qlobal problemlərin müxtəlif aspektlərinin elm, fəlsəfə, mədəniyyət və tətbiqi tədqiqatların məcmusunun müxtəlif aspektlərini; həmçinin, ayrı - ayrı dövlətlər səviyyəsində, həm də beynəlxalq miqyasda bu cür tədqiqatlardan alınmış nəticələrin iqtisadi, sosial və siyasi sahələrdə reallaşdırılması, praktiki fəaliyyətdə istifadə edilməsini ifadə etmək üçün istifadə edilir.
Qlobalistika sərbəst elmi istiqamət kimi XX əsrin 60-cı illərindən formalaşmağa başlayır. Bu zaman əvvəlcə sənaye cəhətdən ən inkişaf etmiş ölkələrdə, sonra isə digər ölkələrdə də ekoloji vəziyyətin kəskinləşməsi müşahidə olunurdu. 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində qlobal təhlükəsizliyin təmin olunması ilə bağlı problemlər xüsusilə kəskinləşir ki, bu da siyasi qlobalistikanın inkişaf etməsinə səbəb olur. O zaman qlobalistika hələ elmi biliyin bir sahəsi kimi formalaşmamışdır. Qlobalistikanın təkamül prosesini analiz etsək, görərik ki, əgər XX əsrin 60-cı - 70-ci illərində tədqiqatın obyekti bütovlükdə dünya həmrəyliyinin perspektivləri idi isə (bu mərhələnin əsas kateqoriyaları - "qlobal problemlər" və "qlobal dinamika" anlayışları idi), 1980 - 1990-cı illərdə, yəni, qlobalistikanın inkişafının 2- ci mərhələsində, artıq konkret ümumbəşəri məsələlərin öyrənilməsinə həsr edilmiş silsilə işlər yazılır və bu mərhələnin əsas kateqoriyası - "qloballaşma" olur.
XX əsrin sonundan başlanan qlobalistikanın inkişafının 3-cü, müasir mərhələsində alimlər qlobal problemləri məcmu halda, yəni onları həm bütövlükdə dünya həmrəyliyinin problemləri kimi, həm də ümumbəşəri məsələlər kimi (məsələn, ekoloji böhran, nüvə təhlükəsi, zəhərli maddələrin nəticələri, terrorizm, səhiyyə sahəsi ilə bağlı problemlər və s.) tədqiq edirlər. XXI əsrin əvvəllərində qlobalistika, müxtəlif elmi istiqamətlər və fəlsəfə, bir-biri ilə sıx qarşılıqlı təsirdə, hər biri öz predmeti və metodundan çıxış edərək, qloballaşmanın mövcud ola bilən hər cür aspektlərini təhlil edir, qlobal problemlərin həlli yollarını təklif edirlər. XX əsrin sonundan başlanan və müasir dövrə qədər davam edən qlobalistikanın inkişafının bu, 3-cü mərhələsinin açar kateqoriyası - artıq, "qlobalistika" anlayışının özü olur.
"İnsan" mövzusu həmişə ictimai şüurun mərkəzində olub, bəşəriyyətin əsas problemlərindən birini təşkil etmişdir. Ancaq, insan fəaliyyətinin nəticəsi olan "qloballaşma" ilə bağlı bütün dünyada gedən proseslər və bununla bağlı, insanın şəxsiyyətinin formalaşmasına təsir edən müxtəlif amillər və s. yeni dövrdə sonadək dərk edilməmiş və indiyə qədər geniş və hərtərəfli təhlil edilməmişdir.
Müasir dövrdə Yer kürəsindəki canlı həyatın, insanın sosial və bioloji növ kimi özünün; bəşəriyyət tərəfindən formalaşmış mədəniyyətlərin, həyat tərzlərinin, həmçinin dəyərlər və normativlərin inkişaf etdirilərək, saxlanılması ilə bağlı suallar meydana çıxır. Bizim planetimiz heç vaxt əvvəllər bu cür çətin vəziyyətə düşməmiş və onun ağır təsirlərinə məruz qalmamışdır; insan isə heç vaxt öz əməyinin nəticələri ilə belə ziddiyyətlərə girməmiş, yaratdığı elmi - texniki nailiyyətlərin nəticələrindən özünü bu cür, son dərəcə asılı vəziyyətə salmamışdır.
XXI əsrin əvvəllərində insanların daim sürətlənən həyat fəaliyyəti prosesində bəşəriyyət öz inkişafının yeni dövrünə daxil olur. Bizim dövrümüzün fərqləndirici xüsusiyyəti - ictimai həyatın bütün sferalarında: iqtisadi, siyasi, sosial və mənəvi tərəflərini əhatə edən qlobal böhranın daha da inkişaf edib, dərinləşməsidir. O, bir çox səbəblərlə doğurulmuşdur, amma ilk növbədə bu, ictimai həyatda baş verən qloballaşmanın müasir prosesləriylə üzvi surətdə bağlıdır. İnsan durmadan dəyişir və bu proseslərin təsiri altında onun amansızcasına başqalaşması prosesi baş verir. Onun psixologiyasında və dünyagörüşündə, bilik səviyyəsində, həyata həssaslığında, nigarançılıq, iztirab və təşvişlərində, analitik qabiliyyətində dəyişikliklər müşahidə olunur. Bu yeni dövrün əsas əlaməti ondadır ki, müasir insan öz fərdi və intellektual imkanları - yəni, özü üçün çox mürəkkəb bir dünyanı yaratmışdı. Nəticədə, acınacaqlı bir hal olsa da, insan çox vaxt obyektıv və subyektiv şərtlərdən asılı olaraq, bu dünyanın və burada baş verən dəyişikliklərin əsas, baza qanunauyğunluqlarını dərk etmək bacarığını, öz səylərinin nəticələrini və öz şəxsi inkişafının istiqamətlərini qabaqcadan görüb, başa düşmək qabiliyyətini bəzi hallarda düzgün qiymətləndirə bilmir.
Qloballaşan dünyada insan şəxsiyyətinin sonrakı formalaşması məsələsi insanın özünün bir fərd kimi bu dünyada qalması, saxlanılması probleminin kəskinləşməsi məsələsi ilə sıx bağlıdır. Qloballaşma proseslərinin şüurlara, idrak prosesinə təsiri nəticəsində, müasir insanın dünyagörüşü spesifik tərzdə formalaşmağa başlayır. İçtimai həyatın bütün sferalarında baş verən böhran insanın dünyaya baxışlarını da sarsıdır, bir çox hallarda bəşəri dəyərlərin, mənəviyyatın korlanmasına, deformasiyasına səbəb olur.
Obyektiv tarixi inkişaf meyllərinə məhəl qoymadan, qloballaşmanın lehinə və ya əleyhinə qarşı asanlıqla fikir yürütmək, çıxış etmək əlbəttə ki, düzgün deyil. Əsas məsələ, müasir dünyada nə baş verdiyini, müasir dünyanın əvvəlkı dövrlərdən nə ilə fərqləndiyini dərk etməkdən ibarətdir. Qloballaşma - müasir həyatın reallığıdır və bəşəriyyət yeni əsrin başlanğıcında bir çox yeni qlobal problemlərlə rastlaşdığından, bu gün qloballaşan dünyada insanın varlığının dərk edilməsinə çox böyük ehtiyac duyulur. Həyat sübut edir ki, bəşəriyyətin tarixi çoxmənalı, inkişafı isə çox mürəkkəb olduğundan, o, çox vaxt qabaqcadan nəzərdə tutulmuş, ehtimal edilən xətt üzrə inkişaf etmir. Buna görə də, mədəniyyətlərin və sivilizasiyaların çox variantlılığına əsaslanaraq, qloballaşma dövründə insanın şəxsiyyətiylə bağlı problemlər, qlobal unifikasiyaya doğru inkişaf şəraitində dünyanın mədəni - mənəvi müxtəlifliyinin saxlanılması konsepsiyası çərçivəsində araşdırılmalıdır.
İnsanın bir şəxsiyyət kimi formalaşması probleminin tədqiqi məsələsi uzun bir tarixə malikdir. Bu məsələ ilə bağlı ideyalara biz hələ qədim dövrün filosoflardan Konfusi, Platon, Aristotel, Siseron, Plotin və digərlərinin yaradıcılığında rast gəlirik. Hələ o dövrün filosofları insan şəxsiyyətinin inkişafı ilə bağlı problemlərin həllində, bu məsələyə bütöv, tam yanaşmanın əhəmiyyətini xüsusilə qeyd edirdilər. İnsanın bir şəxsiyyət kimi formalaşması problemi hər zaman aktual olmuşdur, amma müasir dövrdə bu məsələyə münasibət xüsusilə güclənib. Bu isə onunla bağlıdır ki, qlobalizasiya ilə bağlı proseslərlə insanların şüuru və dünyagörüşü, fəaliyyəti, rəftar və əməlləri də daxil olmaqla, onların həyatlarının müxtəlif tərəfləri ilə sıx, birbaşa əlaqəsi olan yeni problemlər meydana çıxır. Yeni tarixi dövrdə texniki və informasiya cəhətdən həddən artıq inkişaf etmiş cəmiyyətlərdə insanın və cəmiyyətin mövcudluğu problemi də müasir dünyanın kəskin problemlərindən birinə çevrilərək, filosofların, sosioloqların, politoloqların və digərlərinin diqqəttini daim özünə cəlb edir. Lakin, müasir dövrdə insanın onu əhatə edən dünya ilə qarşılıqlı əlaqəsi ilə bağlı tədqiqatlar hərtərəfli surətdə araşdırılaraq, tam bitmədiyinə görə, qloballaşan dünyada insan şəxsiyyətinin formalaşması ilə bağlı məsələlər də hələlik tam ölçüdə tədqiq olunmamış qalır.
XXI əsrin əvvəllərində aparılan qlobalistik araşdırmalar göstərir ki, qloballaşma prosesi müxtəlif region, ölkə, xalqlar və bir fərd kimi insanın özü üçün də müxtəlif, fərqli nəticələrə gətirib çıxardır. Lakin qlobalistika - müxtəlif elmlər arasında elmi tədqiqatların müstəqil sahəsi kimi sübut edir ki, qloballaşma prosesinin müasir forması vəhdətə, tamlığa və yeknəsəqliyə (bir cürəliyə), unifikasiyaya (vahid şəklə salınmaya) gətirib çıxardaraq, milli müstəqilliyə və milli sərhədlərə, mədəniyyətlərin müxtəlifliyinə məhəl qoymur. Amma, bildiyimiz kimi, bəşəriyyətin tarixini əks etdirən dünya həmişə millinin - vahidin çoxluğun içində mövcudluğu, inkişafı kimi qəbul edilib.
Müasir qloballaşma prosesi insanların düşüncələri ilə onların həyatlarının birliyini tələb edir və bu birlik, vəhdət insanın yaradıcı qabiliyyəti ilə sıx bağlıdır. Özü də insanın bu yaradıcı, quruculuq prosesı bəşər mədəniyyətinin tərkib hissəsi, onun real hərəkətverici qüvvəsi kimi çıxış edir. Qloballaşma dövrünün insanı dünyanı və təbiəti həm abadlaşdıran, həm də onları dərk edən zaman təbiətin qanunlarını, onun təbii imperativlərini (imperativ - idealist fəlsəfədə qəti, qeyd-şərtsiz tələb deməkdir) pozmadan mövcud olması üçün özünü də dəyişdirməyə, başqa cür olmağa məcburdur. Müasir dövrün insanı bu günkü və gələcək həyatı üçün hər bir tarixi burumda dəyişən tənzimləyici, nizamlayıcı funksiyaları saxlayaraq və onlara arxalanaraq, onları müasir dövrün iqtisadi, sosial, mədəni və mənəvi prosesləriylə əlaqələndirməyi bacarmalıdır. Qloballaşan və inteqrallaşan dünyada insanın mədəniyyəti bəşəri mədəniyyətin təsiri ilə yenilənmış yaradıcı və yeni formalar əmələ gətirmə xarakteri əldə edir. Bu isə o deməkdir ki, insanın şəxsiyyətinə bu prosesin təsir gücündən danışarkən, bunu insanın mədəni və bütün digər fəaliyyət sferalarına da aid etmək lazımdır.
Qloballaşma dövründə insanının şəxsiyyətinin formalaşması, bir tərəfdən, onun inkişafı nəticəsində yüksələn, artan daxili, mənəvi dünyası ilə, 2- ci tərəfdən isə onun azadlığının təzahürü kimi onun ekzistensiyasını (ekzistensializm - həyatın mənasızlığını, ictimai fəaliyyətin, əxlaqın faydasızlığını sübut etməyə çalışan fəlsəfi cərəyan) tabelikdə saxlayan xarici reallıq arasındakı artan ziddiyyətlə sıx bağlıdır. Bundan irəli gələrək, hal - hazırkı dövrdə insan azadlığı, bərabərliyi, həmrəyliyi, qardaşlığı kimi ideyaların inteqral, sintetik anlamının təkmilləşdirməsinə böyük ehtiyac duyulur ki, bu da bu ideyaların insanların yalnız hər hansı bir aktiv yaradıcı sferasının sərhədləri çərçivəsində əsaslandırılması ilə məhdudlaşdırılmamalıdır.
Qloballaşma dövründə şəxsiyyətin mövcudluğunun və fəaliyyətinin mənası sadə insan işlərinin və hərəkətlərinın sərhədlərindən kənara çıxır və o, bütün dünyanın mədəni və mənəvi fəzasında yayılmaq xarakteri əldə edir. Bu gün insanların həyatı artıq bəşəriyyətin etik, humanist, insanpərvərlik kimi planetar dəyərlərindən kənarda bir normativ olaraq qiymətləndirilə bilməz. Buna görə də, bəşəriyyətin ən yaxın və uzaq gələcəkdə necə olacağı məsələsi, müəyyən mənada xeyli dərəcədə tez dəyişən reallığın nəzəri cəhətdən nə dərəcədə düzgün dərk edilməsindən, qiymətləndirilmənin adekvat olmasından və praktiki fəaliyyətdə seçilmiş prioritetlərin düzgünlüyündən asılıdır. Bununla bağlı olaraq, qeyd etmək lazımdır ki, müasir qlobalistika nöqteyi-nəzərindən bəşəriyyət üçün əsas təhlükəni özü - özlüyündə qloballaşma deyil, onun neqativ nəticələri, fəsadları - ilk növbədə, yaratdığı qlobal problemlər təşkil edir. Öz əsasında qloballaşma - obyektiv prosesdir və o da elmi-texniki tərəqqi kimi müəyyən üstünlüklərə və mənfi çalarlara malikdir. Əsas məsələ, bunu bəşəriyyətin ziyanına yox, onun xeyrinə, tərəqqisinə, inkişafına, əmin - amanlığına yönəltmək və istifadə etməkdir.


ƏDƏBİYYAT:
1. Mazanlı İ.A. Jurnalistika və müasir dövrün qlobal problemləri: Dərs vəsaiti. – Bakı, “Bakı Universiteti” nəşr., 2013, 416 səh.
2. Məmmədov Q. və b. Sosial ekologiya (sosioekologiya). Ali məktəb üçün dərslik. Bakı, "Radius" nəşr., 2015, 675 səh.
3. Məmmədov N. Xarici siyasət: reallıqlar və gələcəyə baxış. Bakı, Qanun Nəşriyyatı, 2013, 264 səh.
4. Глобальная геополитика. Под ред. Абылгазиева И.И., Кефели И.Ф., Ильин И.В. Москва, Изд-во МГУ, 2010.
5. Гранин Ю. Д. Глобализация: диалектика исторических форм осуществления - Журнал: " Век глобализации". 2014, № 1(13).
6. Ильин И.В. Глобальные проблемы в контексте предметного поля глобалистики. - "Вестник университета". Теорет. и науч. - метод. журнал. 2010, №13.
7. Махаматов Т. М. От эпохи глобализации к неоглобализации: культурно -цивилизационный аспект. - Журнал: "Век глобализации". 2017, №4 (24).
8. Панфилова Т. В. Ценности глобализированного мира: общечеловеческие или обесчеловеченные? - Журнал: "Философия и общество". 2014, №2(74).
9. Пфаненштиль И. А. Современные процессы глобализации и геополитические последствия : социально-философское осмысление. Красноярск, СФУ, 2013.
10. Чумаков А.Н. Глобалистика в системе современного научного знания. - "Вопросы Философии". Научно-теоретический журнал, Москва, 2012, №-7.

Açar sözlar: qlobalistika, qlobal problemlər, insan, bəşəriyyət, qloballaşma.
Ключевые слова: глобалистика, глобальные проблемы, человек, человечество, глобализация.
Key words: Key words: global studies, global problems, human being, humanity, globalization.

РЕЗЮМЕ
Глобалистика и место человека в этом мире.
Исмайылов Назим Исрафил о.
Доктор философии философских наук.
Юсифова Севда Фаррух к.
Старший преподователь.
В статье отмечается, что в современном мире человек никогда не входил в такой степени в конфликт с итогом своей трудовой деятельности и не ставил бы себя в такое зависимое положение от ее результатов. Поэтому, сегодня диктуется большая потребность в познании бытия человека в глобализирующемся мире. В статье указывается, что происходящий во всех сферах общественной жизни кризис поражает и взгляды человека на мир и поэтому, вопрос о том, каким будет человечество в ближайшем и отдаленном будущем, зависит от того, в какой степени правильно расстановлены выбранные приоритеты и как направить их на благо человечества.

SUMMARY
Global studies and man's place in this world
Ismayilov Nazim Israfil
Doctor of Philosophy
Yusifova Sevda Farrukh
Senior Lecturer
The article notes that in the modern world a person has never been in such a degree in conflict with the outcome of his work activity and would not put himself in such a dependent position on its results. Therefore, today there is a great need for the knowledge of human existence in a globalizing world. The article points out that the crisis occurring in all spheres of public life also affects the world’s views of a man and therefore, the question of how humanity will be in the near and distant future depends on the degree to which the selected priorities are correctly placed and how to direct them to the good of humanity.

 

"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019



Strategiya.az

Xəbərlər
10.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı min nəfəri ötüb

10.04.2020

Elmar Məmmədyarovun rusiyalı həmkarı ilə telefon danışığı olub

10.04.2020

Prezident İlham Əliyev: Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir

10.04.2020

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib

10.04.2020

Sayğacsız və abonent kimi qeydiyyata düşmədən qazdan istifadə edənlər aşkarlandı

10.04.2020

Moskva meri: Koronavirusla bağlı ciddi sınaqlara hazır olmalıyıq

10.04.2020

Pakistan işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır

10.04.2020

Qazaxıstanda COVID- 19-a yoluxanların sayın 800-ü keçib

10.04.2020

Bakıdakı aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ilə keçirilib

10.04.2020

Aprelin 10-da xarici valyutaların manata qarşı məzənnələri

10.04.2020

Fransada koronavirusdan ölənlərin sayı 12 min 210-a çatıb

10.04.2020

Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub

10.04.2020

Boris Conson reanimasiyadan adi palataya keçirilib

10.04.2020

Məhəmməd Barkindo: May ayında qlobal neft ehtiyatı həcmi dola bilər

10.04.2020

PANDEMİYAYA BİOETİK BAXIŞ:qanunların, yoxsa insanların keşiyində durmalı?

10.04.2020

Türkiyədə bir gündə koronavirusdan 96 nəfər dünyasını dəyişib

09.04.2020

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək

09.04.2020

Bakıda heç bir marşrutun fəaliyyətinə məhdudiyyət qoyulmayıb

09.04.2020

Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb

09.04.2020

“Su-35” və “MiQ-35” təyyarələrinin silahlanmamıza daxil edilməsi hava məkanındakı üstünlüyümüzü dəfələrlə artıracaq

09.04.2020

DİN: Vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə çağırırıq

09.04.2020

Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır

09.04.2020

Belarusda koronavirusa yoluxanların sayı 1486 nəfərə çatıb, 16 nəfər ölüb

09.04.2020

Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edilib

09.04.2020

Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir

09.04.2020

Almaniyada karantin tədbirlərini yüngülləşdirmək niyyətindədirlər

09.04.2020

Rusiyada koronavirusa yoluxanların sayı 10 mini keçib

09.04.2020

Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

09.04.2020

Milli Məclisin iclası başlayıb

09.04.2020

Neftin qiyməti bahalaşır

09.04.2020

Fransada pandemiyanın növbəti dalğası gözlənilir

09.04.2020

Bakıda hava nəzərəçarpacaq dərəcədə yaxşılaşıb

09.04.2020

Böyük Britaniyada koronavirus səbəbindən ölənlərin sayı 7 min nəfəri ötdü

09.04.2020

Xüsusi karantin rejiminin pozan 9959 nəfər inzibati məsuliyyətə cəlb edilib

08.04.2020

Aprelin 9-dan bu şəxslərin küçəyə çıxma icazəsi ləğv olunur

08.04.2020

Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti uzadıldı

08.04.2020

Azərbaycanda koronavirusla bağlı XƏBƏRDARLIQ: Say artsa, biz bununla bacara bilməyəcəyik

08.04.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

08.04.2020

Xaçmazda ağacları kəsən şəxs cəzalanıb

08.04.2020

Bakıda saxta arayışlar satan şəxslər tutulub

08.04.2020

Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı

08.04.2020

Azərbaycanda onlayn sosial etibarnamənin tətbiqinə başlanıldı

08.04.2020

Azərbaycan koronavirusla mübarizədə liderlər sırasındadır!

08.04.2020

Neftin qiyməti bahalaşıb

08.04.2020

Bakı polisi vətəndaşlara növbəti dəfə xəbərdarlıq etdi

08.04.2020

Koronavirusla bağlı SON STATİSTİKA

08.04.2020

Pandemiyadan zərərçəkən sahələrlə bağlı paketlər reallaşdırılır

08.04.2020

icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb

08.04.2020

Dünyada koronavirusdan ölənlərin sayı 81 mini ötüb

07.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatıb