NƏQLİYYAT İNFRASTRUKTURU MÜRƏKKƏB SİSTEM KİMİ

09:33 / 17.05.2019

Günel MƏLİKLİ
Siyasi elmlər üzrə fəlsəfə doktoru

Müstəqillik şəraitində ölkəmizin inkişafı, mövcud potensialı quruculuq proseslərinə fəal surətdə cəlb etməsi; həm regional, həm də qlobal miqyasda öz nüfuzunu artırması reallıqdır. Hazırda əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, insanların həyat fəaliyyətinin bütün tərəflərini əhatə edən, böyük irəliləyişi şərtləndirən siyasi kurs Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilir. Məhz dövlət başçısının gündəlik qayğısının nəticəsidir ki, ölkəmizdə güclü nəqliyyat sektoru, nəqliyyat infrastrukturu formalaşıbdır. Nəqliyyat kompleksində özünü göstərən struktur prosesləri respublikamızın sosial-iqtisadi və mədəni inkişafına kömək edir.
Sevindirici haldır ki, qısa bir vaxtda ölkədə yüz kilometrlərlə yeni dəniz və şosse yolları, rayonlarda yüzlərlə körpülər çay keçidləri və digər infrastrukturlar inşa edilibdir.[7,s.64,65] Təsadüfi deyildir ki. Respublikamıza gələn qonaqlar, turistlər etiraf etiraf edirlər ki, Azərbaycanın nəqliyyat infrastrukturu yenidir, müasirdir, heyrətamizdir.
Müasir mərhələdə ölkəmizin nəqliyyat infrastrukturu kifayət qədər mürəkkəb olan kompleks kimi insanların həyat fəaliyyətinin davamlı, zəngin olması istiqamətində öz töhfələrini artırır. Zənnimizcə, müasir nəqliyyat infrastrukturu bir sistem olaraq üç istiqamətdə fəal iş aparılmasını tələb edir:
1. nəqliyyat infrastrukturunun müxtəlif elementlərinin bir bütövlük daxilində nizamlı fəaliyyətinin təmin olunması;
2. nəqliyyat infrastrukturunun təhlükəsizliyinin müasir tələblər səviyyəsində həyata keçirilməsi;
3. nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi imkanlarının diqqətdə saxlanılması və münasib şərait yarandıqda reallaşdırılması.
Nəqliyyat infrastrukturunun nizamlı fəaliyyəti üçün onun ayrı-ayrı elementlərinin qarşılıqlı əlaqə və təsirinin ahəngdarlığı çox vacibdir. Bu bir həqiqıtdir ki, bəzən infrastrukturun hər hansı elementinin, yaxud elementlərinin işində pozulma halları təzahür edir. Belə halların mütəmadi surətdə araşdırılmasına, profilaktik tədbirlərin görülməsinə ciddi ehtiyac yaranır. Nəqliyyat infrastrukturunun real vəziyyəti həmişə nəzərə alınmalı, onun ahəngdar fəaliyyəti yetərli səviyyədə təmin olunmalıdır.
Müasir şəraitdə həm ayrı-ayrı dövlətlərdə, həm də dövlətarası münasibətlərdə təhlükəsizlik problemləri aktuallaşır, getdikcə daha geniş sahələri əhatə edir. Hazırda beynəlxalq nəqliyyat dəhlizlərinin və boru kəmərlərinin təhlükəsizliyini təmin etmək istiqamətində əhəmiyyətli addımlar atılır. Bu baxımdan tam əminliklə deyə bilərik ki, respublikamız bir sıra istiqamətlərdə olduqca vacib vəzifələri həyata keçirir.
Beynəlxalq nəqliyyat dəhlizlərinin və boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikası aşağıdakı vəzifələri həyata keçirir:
- nəqliyyatın və nəqliyyatda təhlükəsizliyin təmin edilməsi; nəqliyyat sistemində səfərbərlik hazırlığının təmin edilməsi;
- Avropa – Qafqaz –Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədi ilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
- nəqliyyat infrastrukturlarının mühafizə sisteminin etibarlılığının təmin edilməsi; nəqliyyat infrastrukturlarının təhlükəsizliyinə kənardan təhdid yarada biləcək amillərin aşkarlanması və qarşısının alınması;
- nəqliyyat vasitələri və infrastrukturlarında, o cümlədən boru kəmərlərində terror aktlarının törədilməsində istifadə oluna biləcək vasitələrin dövriyyəsinin qadağan olunması və ya bu dövriyyəyə ciddi nəzarətin həyata keçirilməsi.[1,s.35,36]
Qeyd edək ki, bu vəzifələrin müxtəlif xarakterli təyinatlı təhlükəsizlik strukturlarının, aidiyyəti dövlət qurumlarının fəaliyyətində nəzərə alınmasına, həyata keçirilməsinə, adekvat imkanlar yaradılmasına daha ciddi diqqət yetirilir. Çünki bu, minlərlə insanların taleyinə, fəaliyyətinə dərindən təsir edən, onların əhval-ruhiyyəsində, psixologiyasında, davranışında müəyyən iz buraxan əhatəli vəzifələr kompleksidir.
Son illərdə Azərbaycanda nəqliyyatın, nəqliyyat infrastrukturunun təhlükəsizliyini daha yaxşı təmin etmək istiqamətində müvafiq qurumların fəaliyyətində nəzərə çarpan ciddi məqamları müşahidə olunur. Belə ki, nəqliyyat təhlükəsizliyi ilə əlaqədar işlək hüquqi baza yaradılıbdır və onun təkmilləşdirilməsi sahəsində normativ fəal iş gedir. “Nəqliyyat haqqında” Qanun, “Nəqliyyat sektorunun inkişafı Strategiyası” və s. xüsusilə diqqətə layiqdir. Bundan əlavə, nəqliyyat sektoruna qarşı yönəlmiş təhdidlərin müəyyənləşdirilməsi indi daha konkret səciyyə daşıyır, nəqliyyat infrastrukturu obyektlərinin, habelə nəqliyyat vasitələrinin kateqoriyalar üzrə qruplaşdırılmasında, müvafiq sahələr üzrə mütəxəssislərin hazırlanmasında yaxşı təcrübə toplanıbdır. Azərbaycan dövləti nəqliyyat dəhlizlərinin və infrastrukturlarının təhlükəsizliyinin təmin olunması istiqamətində fəal siyasət yeridir. Bu siyasət əslində bir sıra konkret vəzifələrin reallaşdırılmasını nəzərdə tutur:
- yüklərin və sərnişinlərin ölkə ərazisində maneəsiz hərəkətinin təmin olunması və Avropa-Asiya nəqliyyat sistemlərinin inteqrasiyası məqsədilə nəqliyyat infrastrukturunun razılaşdırılmış şəkildə inkişaf etdirilməsi;
- nəqliyyat sisteminin idarə olunmasında səmərəliliyin artırılması;
- intermodal nəqliyyat xətti üzrə ayrı-ayrı nəqliyyat növləri arasında qarşılıqlı əlaqənin səmərələşdirilməsi;
- beynəlxalq nəqliyyat dəhlizləri sahəsinə investisiya qoyulması üçün münbit şəraitin yaradılması;
- daxili daşımalarda milli nəqliyyat şəbəkəsinin yükləmə dərəcəsinin artırılması;
- beynəlxalq turizmin inkişafına yardım edilməsi.[9,s.132,133]
Azərbaycanın müasir nəqliyyat təhlükəsizliyi siyasətində həm də aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
- nəqliyyat sektorunda səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması istiqamətində islahatların aparılması;
- nəqliyyat sektorunda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi;
- nəqliyyat xidmətləri bazarında sağlam rəqabət mühitinin yaradılması, tarif sisteminin təkmilləşdirilməsi;
- ölkənin sərhəd-keçid məntəqələri yaxınlığında yerləşən nəqliyyat infrastrukturlarının müasir tələblərə uyğun yeniləşdirilməsinə dair layihələrin həyata keçirilməsi;
- nəqliyyat infrastrukturunun və nəqliyyat vasitələri parkının müasir tələblərə uyğun yeniləşdirilməsi;
- Bakı və ölkənin digər şəhərlərində nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun qurulması;
- Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün yolların buraxıcılıq qabiliyyətinin artırılmasını təmin edən proqramların işlənib hazırlanması;
- ölkə əhalisinin nəqliyyat xidmətlərinə olan tələbatının tam təmin edilməsi;
- ölkənin tranzit potensialından daha səmərəli istifadə edilməsi məqsədilə kompleks tədbirlərin davam etdirilmsəi. [9,s.140,141]
Araşdırmalar göstərir ki, respublikamızda enerji nəqliyyatı infrastrukturunun yaradılması sahəsində çox fəal iş aparılıbdır, başlıca ixrac marşuratları müəyyənləşdirilbdir. Bu baxımdan hələ 2011-ci ildə 28 may-Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev söylədiyi nitqində diqqəti bir neçə məqama cəlb etmişdir. O demişdir: “Bu gün çoxşaxəli enerji nəqliyyatı infrastrukturu yaradılıbdır. Azərbaycanın 7 neft və qaz kəməri vardır ki, təbii resurslarımızı 7 istiqamətdə dünya bazarlarına çıxarır. Yəni bu sözün əsl mənasında, şaxələndirmədir. Bəzi ölkələr şaxələndirmə məsələləri ilə bağlı indi fəal işləyirlər, o cümlədən Azərbaycanla da danışıqlar aparırlar. Biz isə şaxələndirmə siyasətimizi uğurla başa vurmuşuq. Növbəti illərdə artıq yalnız bu marşrutlar əsasında ixrac imkanlarımızı genişləndirə bilərik. Çünki bu 7 istiqamətdən başqa daha heç bir istiqamət qalmayıb. Enerji resurslarımız qonşu ölkələrə ixrac nəql edilir. Gələcəkdə aparılacaq danışıqlardan asılı olaraq biz istənilən istiqamət üzrə enerji resurslarımızın ixracının həcmini artıra bilərik”.[12,s.148]
Göründüyü kimi, Prezident İlham Əliyev məsələni belə qoyur ki, istehsal olunan neftin, qazın nəqli və dünya bazarlarına çıxarılması üçün yeni istiqamət axtarılmasına ehtiyac yoxdur, lakin enerji resurslarımızın ixracının həcmini artırmaq imkanlarımızın mövcudluğu faktını nəzərə almalıyıq. Azərbaycanda güclü nəqliyyat infrastrukturunun yaradılması və təkmilləşdirilməsi hazırda ümumən etiraf olunur. Ölkəmizi üç qonşu dövlətlə bağlayan müasir avtomobil yollarının tikilməsi, şimal və qərb istiqamətlərində bu işlərin tamamlanması üçün ciddi addımların atılması göstərir ki, dövlətimiz magistral avtomobil yollarının tam şəkildə istismara verilməsini, infrastrukturun ən müasir standartlara və prinsiplərə uyğun qurulmasını daim diqqətdə saxlayır, müəyyən problem ortaya çıxdıqda onun operativ həllini təmin edir. Son illərdə nəqliyyat sektoruna qoyulan investisiyalar getdikcə artır. Bu, təkcə mərkəzdə, böyük şəhərlərdə yox, həm də bölgələrdə nəqliyyat infrastrukturunun təkmilləşməsinə gətirib çıxarır. Bölgələrdə avtomobil və dəmir yollarının müasirləşdirilməsi ilə yanaşı yeni aeroportlar, özü də beynəlxalq səviyyəli hava limanları tikilmişdir. Ölkəmizə yeni, ən müasir təyyarələrin gətirilməsi, yeni marşrutların müəyyən edilməsi, nəqliyyatla bağlı müxtəlif layihələrin icra olunması inkişaf imkanlarımızı genişləndirir. Yeri gəlmişkən xatırlamaq yerinə düşər ki, MDB məkanında Azərbaycan birinci ölkədir ki, hələ 4 il bundan əvvəl ən müasir Boening-787 Dreamliner təyyarəsi, iki sərnişin təyyarəsi gətirilmişdir. Təsadüfü deyildir ki, Azərbaycan hava nəqliyyatı sahəsində həm yük, həm də sərnişin daşımaları baxımından artıq fəal regional mərkəzə çevrilibdir. Ölkə başçısı yaranmış yeni imkanları nəzərə alaraq, bir neçə məsələnin vacibliyini xüsusi olaraq nəzərə çarpdırmışdır: birincisi, turizm marşrutları nəqliyyat infrastrukturu ilə uzlaşdırılmalıdır, yəni bu məsələyə kompleks şəkildə baxılmalıdır; belə yanaşmada əldə ediləcək yeni təcrübə gələcəkdə respublikamızda turizmin inkişafına da öz töhfəsini verəcəkdir; ikincisi, bir fəal regional mərkəz olmaq rolumuzu daha da gücləndirmək; üçüncüsü, bizim coğrafi baxımdan əlverişli vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin edilməlidir; məsələn, dəniz ticarət limanının tikintisi və Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı olan məsələlərdir, onlara bir sistemin müxtəlif tərəfləri kimi baxılmalıdır. Ölkəmizin nəqliyyat infrastrukturunun inkişafı baxımından kifayət qədər əlverişli, münasib imkanları vardır. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri – onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastruktukturu həm ölkəmizə, həm də qonşulara xidmət göstərəcəkdir. [4,s.371]
Deməli, nəqliyyat infrastrukturu elə mürəkkəb və çoxşaxəli sistemdir ki, onun imkanlarından yetərincə yararlanmaq istiqamətində səylər getdikcə gücləndirilməli, müxtəlif ölkələrdə əldə edilmiş təcrübə diqqətlə araşdırılmalı və ondan yaradıcılıqla istifadə olunmalıdır.
Nəqliyyat infrastrukturu, xüsusilə geniş və miqyaslı əraziləri əhatə edən beynəlxalq xarakterli nəqliyyat infrastrukturu tarixiliklə müasirliyi əlaqələndirmək, sosial-siyasi və iqtisadi sahədə uğurları artırmaq, müasir dövrün zəngin imkanlarını işə qoşmaq baxımından olduqca əhəmiyyətlidir. Tarixi İpək Yolunun bərpası ideyasının müxtəlif dövlətlər və təşkilatlar tərəfindən dəstəklənməsi sübut edir ki, beynəlxalq marşrutlar əməkdaşlığın inkişafına yeni impuls verə bilər, daha perspektivli əlaqələrin qurulmasını və dərinləşməsini stimullaşdıra bilər. Məsələn, ATƏT Parlament Assambleyasının sədri məhz bu cəhəti nəzərdə tutaraq Bakıda keçirilən beynəlxalq konfransda qeyd etmişdir ki, “İpək Yolu bizim üçün çox önəmlidir. İpək Yolu bizim üçün çox önəmlidir. İpək Yolu elə marşrutdur ki, bu yol boyunca əhali yaşayır. Bu marşrut üzrə vacib şəhərlər yerləşir. Bunların xalqlarımızın inkişafı baxımından əhəmiyyət kəsb edən şəhərlərdir. Nəqliyyat infrastrukturunu müasirləşdirmək də əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolunu buna misal göstərmək olar. Ümumiyyətlə, hamımız üçün qarşımızda duran əsas prioritet iqtisadi sahədə müvəffəqiyyət əldə etməkdir” .[3,s.2]
Azərbaycan İpək Yolunun bərpasını reallaşdırmaq istiqamətində öz səylərini daim artırır. TRASEKA proqramı çərçivəsində 8 sentyabr 1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü ilə “Tarixi İpək Yolunun bərpası” adlı Beynəlxalq Konfransın keçirilməsi bunun əyani sübutudur. Bu konfransda 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri iştirak etmişdir. Konfransda ən mühüm nailiyyət qismində Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya, və Bolqarıstanın imzaladığı “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş”i qeyd etmək olar.
Hazırda Azərbaycanla Çin arasında malların nəqli və mübadiləsi baxımından İpək Yolu özünəməxsus tranzit mərkəzi kimi öz imkanlarını genişləndirir. Bu yolun yeni variant Orta Asiya və Avropaya Ələt limanından keçir, bu da regional əhəmiyyət baxımından İpək Yolu üçün əhəmiyyətli addımdır. Şərqi-Qərb və Qərb-Şərq marşrutlarını, eləcə də Şərqi Asiya və Cənubi Asiyanın marşrutlarını birləşdirən yeni Şimal-Cənub nəqliyyat dəhlizini birləşdirmək üçün İpək Yolu Azərbaycanın alternativ yoludur. Əksər hallarda bu, Azərbaycanın nəqliyyat infrastrukturuna əhəmiyyətli investisiyalar hesabına mümkün olmuşdur. [11,s.160]
Bakı şəhərində inşa edilən müasir tipli möhtəşəm körpülər, yeraltı keçidlər və dayanacaqlar meqapolis miqyaslı paytaxtda nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması ilə nəticələnmişdir. Azərbaycanın coğrafiyasının bütün çıxış nöqtələrinə doğru çəkilən yeni yollar mükəmməl otoban səviyyəsindədir. Ölkəmizin bütün regionlarını əhatə edən genişzolaqlı avtomobil yolları həm də respublikamızı iqtisadi və mədəni cəhətdən inkişaf etdirən at gücü funksiyasını daşıyır. [8]Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə 3,1 dəfə böyümüş nəqliyyat sektoru təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya regionu üçün nəqliyyat-logistika xəritəsinin yeni şəkil almasına gətirib çıxarmışdır. Xəzər dənizi akvatoriyasında ən böyük və müasir liman kompleksi olan bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafındakı Xüsusi İqtisadi Zona və Bakı Gəmiqayırma Zavodu Xəzərin bütün perimetri üzrə liman infrastrukturunun və su nəqliyyatının inkişafına stimul yaratmışdır.Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və dəstəyi ilə reallaşan “Dəmir İpək Yolu” adlanan Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi Böyük İpək Yolunun Xəzər dənizi, Aralıq dənizi və Qara dəniz arasındakı intermariumda bərpasını təmin etmişdir. Hava nəqliyyatı üzrə Bakı, Gəncə, Zaqatala, Naxçıvan, Lənkəran və Qəbələdə yeni aeroportlar tikilərək istifadəyə verilmişdir. Prezident İlham Əliyevin son 15 ildə həyata keçirdiyi meqalayihələr və iqtisadi diplomatiya sayəsində Azərbaycan dünyada yeganə ölkədir ki, okeana birbaşa çıxışı olmadan nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. [6]


ƏDƏBİYYAT:
1. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası. Bakı: Qanun Nəşriyyatı, 2012.
2. Azərbaycan 2013-2003. Əsrə bərabər illər. İqtisadiyyat inkişaf və tərəqqi amili kimi. Bakı-“Şərq-Qərb”, 2013.
3. Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı keçirilib. //“Respublika ” qəzeti 14 mart 2018-ci il.
4. Dövlətçiliyin, milli maraqların və təhlükəsizliyin Qarantı , Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2015.
5. European Neighbourhood and Partnership İnstrument, Azerbaijan Country Strategy Paper, 2007-2013, P.15.
6. Əmirov N. // İlham Əliyev-ulu öndərin və xalqın inandığı lider. Azərbaycan qəzeti 23 dekabr 2018-ci il.
7. Heydər Əliyev Müasir Azərbaycan Parlamentinin Banisidir. Bakı: Azərbaycan Respublikası Milli Məclisinin Nəşri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları və Milli Məclisdə çıxışları. 2008.
8. Həbibbəyli İsa. İlham Əliyev zirvələri// Azərbaycan qəzeti, 23 dekabr 2018-ci il.
9. Həsənov Ə. M. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı, “Letterpress” nəşriyyat evi, 2011.
10. Məlikli G. Azərbaycan iqtisadiyyatının inkişafı//XXI əsr-mülahizələr və düşüncələr. Gənc tədqiqatçıların elmi-praktik konfransının materialları-2009 s.90-93.
11. Məlikli G. İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər. Bakı, “Nurlar Poliqrafiya şirkəti” 2018.
12. 2003-2013 Prezident İlham Əliyevin Seçilmiş Nitqləri. SAM center for strategic studies, 2013.

Açar sözlər: nəqliyyat sistemi, nəqliyyat sektoru, nəqliyyat infrasrukturu, beynəlxalq nəqliyyat dəhlizləri, boru kəmərləri və onların təhlükəsizliyi, nəqliyyat infrastrukturunun təhlükəsizliyinə başlıca təhdidlər.

Key words: transport system, transport sector, transport infrastructure, international transport corridors, pipelines and their safety, major threats to the transport infrastructure.

Ключевые слова: транспортная система, транспортный сектор, транспортная инфраструктура, международные транспортные коридоры, трубопроводы и их безопасность, основные угрозы транспортной инфраструктуре.

Gunel Melikli, Ph.D. in Political Sciences, Doctoral Student of Institute of Philosophy of the National Academy of Sciences of Azerbaijan, Teacher at “Political and Social Sciences” Department of Baku State University
SUMMARY
The article focuses on the analysis of the formation and development of transport infrastructure. The elements of this infrastructure are characterized by close interaction and interaction with each other. At the present stage, the issues of ensuring the safety and efficiency of the transport infrastructure are studied in the context of different requirements and the necessity of training qualified personnel responsible for this area is emphasized. Coordinate national, regional and global levels of transport infrastructure, current approaches in terms of effective monitoring, positions are reviewed and relevant generalizations are being carried out.

Гюнель Меликли, доктор философии по политическим наукам, докторант института Философии НАНА, преподаватель кафедры «Политология и социология» Бакинского государственного университета
РЕЗЮМЕ
Статья посвящена анализу формирования и развития транспортной инфраструктуры. Элементы этой инфраструктуры характеризуются тесным взаимодействием и взаимодействием друг с другом. На современном этапе вопросы обеспечения безопасности и эффективности транспортной инфраструктуры изучаются в контексте различных требований, и подчеркивается необходимость подготовки квалифицированных кадров, ответственных за эту область. Координировать национальный, региональный и глобальный уровни транспортной инфраструктуры, существующие подходы с точки зрения эффективного мониторинга, позиции пересматриваются и выполняются соответствующие обобщения.

 

"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019


Etiket: "GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019 Günel MƏLİKLİ Siyasi elmlər üzrə fəlsəfə doktoru nəqliyyat sistemi nəqliyyat sektoru nəqliyyat infrasrukturu beynəlxalq nəqliyyat dəhlizləri boru kəmərləri və onların təhlükəsizliyi nəqliyyat infrastrukturunun təhlükəsizliyinə başlıca təhdidlər. transport system transport sector transport infrastructure international transport corridors pipelines and their safety major threats to the transport infrastructure. транспортная система транспортный сектор транспортная инфраструктура международные транспортные коридоры трубопроводы и их безопасность основные угрозы транспортной инфраструктуре.

Strategiya.az

Xəbərlər
16.06.2019

Bakıda daha bir su xətti partladı - VİDEO

16.06.2019

Azərbaycanda dəhşətli hadisə - ÖLƏN VƏ YARALANANLAR VAR - VİDEO

16.06.2019

Argentina və Uruqvayda elektrik enerjisi kəsilib

16.06.2019

Bakının mərkəzində GÜCLÜ YANĞIN

16.06.2019

Poroşenko ilə bağlı vacib qərar

16.06.2019

Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb

16.06.2019

Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq

16.06.2019

Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti görüşünün tarixi açıqlandı

16.06.2019

Lənkəranda zəlzələ baş verib

16.06.2019

Ərdoğan: Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir

16.06.2019

Ümumdünya Boks Superseriyasının ikinci finalçısı məlum oldu

16.06.2019

Sabunçu rayonunda bir gündə 10 nəfər it dişləməsi ilə xəstəxanaya müraciət edib

16.06.2019

Peşəyönümlü siniflərin yaradılması üçün hazırlıq işləri görülür - Nazir

16.06.2019

Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub

16.06.2019

"Fənərbaxça"da yeni yarımmüdafiəçi - rəsmi

16.06.2019

Yaponiya plastik paketlərdən ödənişsiz istifadəni ləğv edəcək

16.06.2019

Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verəcək

16.06.2019

Silsilə oğurluqlar edən şəxslər tutulub

16.06.2019

Qarabağ həqiqətləri dünyaya daha dolğun çatdırılacaq

16.06.2019

Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib

16.06.2019

Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açılıb

16.06.2019

Mariya Zaxarova: Mən Bakını çox sevirəm

16.06.2019

VII Muğam Televiziya Müsabiqəsi başa çatıb

15.06.2019

Bakıda ağac maşınların üstünə aşdı - VİDEO

15.06.2019

Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

15.06.2019

“Lider qadınlarının şəbəkəsi”nin yaradılması”

15.06.2019

Sabah 38 dərəcəyə qədər isti olacaq

15.06.2019

Azərbaycanlı polis baş serjantı erməni rəqibini məğlub edərək pauerliftinq üzrə Avropa çempionu olub

15.06.2019

Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir

15.06.2019

Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirdi

15.06.2019

ABŞ-da Ağ Evə soxulmaq istəyən kişi saxlanılıb

15.06.2019

Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO

15.06.2019

15 iyun – Milli Qurtuluş Günü də Azərbaycan xalqının və dövlətinin taleyində həlledici dönüş məqamıdır 

15.06.2019

Həkim və pasiyentlərlə bağlı sənədin ilkin detalları

15.06.2019

Azərbaycan Ordusunda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim edilib - VİDEO

15.06.2019

Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

15.06.2019

Çeferin ingilisləri tənqid etdi -"Londonda Azərbaycanın iki komandası oynasaydı..."

15.06.2019

Ötən gün 31 cinayətkar saxlanılıb

15.06.2019

Həsən Ruhani: "Yaxın Şərq dünyanın ən böhranlı regionlarından birinə çevrilib"

15.06.2019

Bakıda sürücü avtomobili YPX maşınına çırpıb, xəsarət alanlar var

15.06.2019

Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR

15.06.2019

Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir

15.06.2019

Berlində İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

15.06.2019

Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü başlayıb 

15.06.2019

15 iyun – xaosun sonu, milli qurtuluşun başlanğıcı

15.06.2019

Avrozonada vahid büdcə tətbiq olunacaq

15.06.2019

Atəşkəs növbəti dəfə iriçaplı pulemyotlarla pozulub

15.06.2019

Osakada G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

15.06.2019

İyunun 18-nə dolların rəsmi məzənnəsi

15.06.2019

Çavuşoğlunun açıqlamasından sonra türk lirəsinin dollara qarşı 5,93 səviyyəsinə düşüb