STRATEJİ İNNOVASİYA PROSESLƏRİNİN VƏ İDARƏ EDİLMƏSİNİN SƏMƏRƏLİLİK PROBLEMLƏRİ

09:50 / 20.05.2019

LALƏ MAHMUDOVA
İqtisad üzrə fəlsəfə doktoru

Qlobal iqtisadi proseslərin dərinləşdiyi bir dövrdə hər bir ölkənin innovasiya proseslərinin və bununla bağlı fəaliyyət istiqamətlərinin idarə edilməsinin səmərəlilik problemləri mühüm əhəmiyyət kəsb edir. Belə ki, qlobal təhdidlər artdıqca, innovasiyayönlü iqtisadi inkişaf mexanizmləri, başqa sözlə, innovatik inkişaf modeli xeyli aktual görünür. Bunun üçün, ilk növbədə, milli innovasiya sisteminin yaradılması və onun strukturunun təkmilləşdirilməsi vacib şərtlərdəndir. Milli innovasiya sisteminin əsas mexanizmləri və struktur elementləri innovasiya proseslərinin və idarəetmə funksiyalarının başlıca prinsiplərini özündə əks etdirməlidir [1]. İnnovasiya proseslərinin sistem əhəmiyyətli komponentlərinin təmin olunması, ölkədə dünya təcrübəsinə adekvat olan innovasiya infrastrukturun formalaşdırılması məsələlərinə daha çox önəm verilməlidir. Bu problemlərin həlli ilə bağlı məsələlərdə strateji innovatik idarəetmə mexanizmlərinin maksimum çevik və səmərəli şəkildə tətbiq edilməsi və ölkənin iqtisadi inkişaf hədəflərinə uyğun şəkildə praktiki fəaliyyət alətlərinin müəyyənləşdirilmsəsi mühüm əhəmiyyət kəsb edir [2]. Milli innovasiya sisteminin tərkib elementlərini, strukturunu, mühüm fəaliyyət istiqamətlərini, bunlarla bağlı strateji yanaşmaları müəyyənləşdirərkən qlobal təsirdən yaranan daxili və xarici amillər, innovasiyaların tələb olunma səviyyəsi, innovasiyalar və texnologiyalar bazarının inkişaf etdirilməsi problemləri mütləq şəkildə nəzərə alınmalıdır. Ölkədə innovasiya proseslərinin və idarə edilməsinin səmərəliliyinin təmin olunması və ümumilikdə innovasiya sisteminin inkişaf prioritetlərinin reallaşdırılması ilə bağlı strateji vəzifələrin həyata keçirilməsi üçün bir qrup məsələlərə xüsusi önəm verilməlidir: 1) dövlətin qlobal tendensiyalar kontekstində əsaslandırılmış innovasiya siyasətinin prioritetlərinin və strategiyasının hazırlanması, onun məqsədlərinin və vəzifələrinin optimal olaraq, müəyyənləşdirilməsi, innovativ inkişafın milli prioritetlərinin seçilməsi, innovasiya fəaliyyətinin xüsusiyyətlərin dərindən öyrənilməsi və qiymətləndirilməsi; 2) real şəraitdə innovasiya fəaliyyətinin inkişafı və stimullaşdırılmasının normativ-hüquqi bazasının yaradılması, zəruri olan qanunların qəbul edilməsi, innovasiya fəaliyyəti cəlbediciliyinin yüksəldilməsi; 3) milli innovasiya sisteminin dinamik inkişafının təmin olunması və bununla əlaqədar maddi-texniki bazanın, müvafiq innovasiya infrastrukturunun yaradılması; 4) ölkədə bilik iqtisadyyatının yaradılması və yayılması sisteminin dünya təcrübəsinə uyğunlaşdırılması, təhsil sistemində islahatların dərinləşdirilməsi və intellektual resursların üzə çıxarılması şəraitinin formalaşdırılması; 5) ölkədə innovasiya fəaliyyəti üzrə müəssisələr şəbəkəsinin formalaşdırılması tədbirlərinin görülməsi, bununla əlaqədar dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi, ixtisaslaşdırılmış innovatik elmi-sənaye korporasiyaları, yüksək texnologiyalı sənaye istehsalı da daxil olmaqla ixtisaslaşdırılmış innovasiya müəssisələrinin təşkili; 6) innovasiyaların mənimsənilməsi, bu sahədə müvafiq biliklərə yiyələnmiş mütəxəssislərin hazırlanması, təhsil və ixtisaslı təlim sahəsinin səmərəliliyinin yüksəldilməsi, innovasiyalar sferasının təşkili və idarə edilməsi üzrə yüksək peşəkarlığa malik kadrların hazırlanması; 7) ölkədə innovasiyaların işlənməsi, hazırlanması və tətbiqinə təkan verən bazar iqtisadiyyatı şəraitinin və rejiminin formalaşdırılması; 8) innovasiyaların inkişafı və innovasiya məhsulların çeşidinin artırılması məqsədilə bu proseslərin dayanıqlı maliyyə təminatı mexanizmlərinin yaradılması, innovasiya müəssisələrinin ucuz kredit və maliyyə resurslarına çıxışının təmin edilməsi, bu sahələrin investisiya cəlbediciliyinin yüksəldilməsi; 9) dünya texnologiyalar və innovasiyalar bazarlarına fəal çıxışın təmin olunması, onların transferi istiqamətində strateji fəaliyyətin təmin edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq elm və texnologiyalar layihələrində ölkə mütəxəssislərinin iştirakına nail olunması və 10) innovasiya proseslərinin qlobal təsirlərə uyğun şəkildə səmərəli idarəetmə mexanizmlərinin təşkili, onun bütün elementləri arasında qarşılıqlı əlaqələr sistemini əks etdirən innovativ inkişaf mexanizminin yaradılması və s. Bütün bu məsələlərə strateji yanaşmaların təmin edilməsi ölkədə innovasiya sisteminin inkişafını sürətləndirməyə və innovasiya proseslərinin səmərəliliyini artırmağa əlavə stimullar yarada bilər [3; 4].
Qeyd edək ki, innovasiya proseslərinin maksimum səmərəli təmin olunması üçün strateji yanaşmaların və mexanizmlərin əsalandırmış formada seçilməsi və tətbiq edilməsi, onların xüsusiyyətləri ilə bağlı məsələlərin nəzərə alınması vacib şərtlərdəndir [5; 6]. Bu proseslərdə sistemli yanaşmanın təmin olunması innovasiya strategiyasının hazırlanmasında, innovasiya proseslərinin və idarə edilməsinin səmərəlilik problemlərinin artırılmasında əlavə imkanlar formalaşdırır və bunlarla bağlı bir sıra məsələləri, elementləri ayrıca nəzərə almağa imkan verir:
- buraxılan innovasiya məhsullarının və tətbiq olunan texnologiyaların təkmilləşdirilməsi üçün tədbirlər sisteminin formalaşdırılması;
- qlobal innovasiya bazarlarına uyğun yeni növ məhsulların və mütərəqqi texnologiyaların yaradılması və mənimsənilməsi;
- innovasiya sahəsində tələb olunan səviyyədə kadr potensialından və informasiyalardan daha səmərəli istifadə edilməsi;
- innovatik inkişafa imkan verən texniki-texnoloji, elmi-tədqiqat və layihə-konstruktor bazasının keyfiyyətcə təkmilləşdirilməsi və yeni qlobal səmtlərə uyğunlaşdırılması;
- innovasiya proseslərinin idarəetmə mexanizmlərinin və bütünlüklə, ölkədə innovasiya fəaliyyətinin mövcud yanaşmalarının, təşkili alətlərinin təkmilləşdirilməsi;
- innovasiya proseslərinin sabit və səmərəli inkişafına imkan verən maddi-texniki bazanın formalaşdırılması, innovatik resurs bazasının möhkəmləndirilməsi;
- daxili və xarici bazarda analoji təyinatlı məhsulla müqayisədə innovasiya məhsulunun rəqabət üstünlüyünün təmin edilməsi, innovatik məhsullara sifarişlərin dairəsinin genişləndirilməsi, innovasiyayönlü müəssisələrinin fəaliyyətinin stimullaşdırılması üzrə dövlət dəstəyi mexanizmlərinin strateji səviyyədə baxılması və təkmilləşdirilməsi;
- ölkə səviyyəsində innovasiya proseslərinin inkişafına konseptual yanaşmaların təmin olunması və idarəetmə mexanizmlərinin maksimum yenilənməsi və s.
Qeyd edək ki, müasir dövrdə innovasiya proseslərinin səmərəliliyinin yüksəldilməsi və bununla əlaqədar olaraq, dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi bir qrup məqamlara xüsusi önəm verilməsini şərtləndirir. Bunların içərisində elm və texnologiyaların prioritetliyi, ixtiraların və kəşflərin əhatəsinin genişləndirilməsi şəraitinin formalaşdırılması, milli innovasiya mühəndislərinin və konstruktorlarının yetişdirilməsi daha çox fərqlənirlər [7;8]. Ümumilikdə isə, dövlətin innovasiyalara dəstək sahəsində rolunu bir qrup məsələlər üzrə baxmaq mümkündür: 1) dövlət elmin, o cümlədən, tətbiqi elmin inkişafına və innovasiya ideyalarının əsas mənbəyi olan mühəndis və elmi kadrların hazırlanmasına şərait yaradır; 2) dövlət idarələri çərçivəsində biznesin innovasiya fəallığının yüksəldilməsi istiqamətində müxtəlif proqramlar işlənib hazırlanır və reallaşdırılır; 3) elmi-texnoloji tədqiqat layihə işlərinin aparılması üzrə müqavilə formasında dövlət sifarişlərinin formalaşdırılması və bir sıra yeniliklərə ilkin tələbi təmin olunması, nəticədə sonrakı proseslərdə bu yeniliklər ölkə iqtisadiyyatının müxtəlif sahələrində geniş tətbiq edilməsi, 4) innovasiyaların inkişafı və daha geniş marağın yaradılması məqsədilə bu sahədəki fəaliyyətin maliyyə təminatı mexanizmlərinin gücləndirilməsi, fiskal və digər dövlət tənzimləmə alətləri vasitəsilə stimullaşdırıcı tədbirlərin görülməsi; 5) akademik və tətbiqi elm arasında səmərəli qarşılıqlı əlaqənin təşkil edilməsində dövlətin vasitəçi kimi çıxış etməsinin müasir mexanizmlərinin yaradılması, elmi-texnoloji tədqiqat layihə işlərinin yerinə yetirilməsində sənaye korporasiyaları və universitetlər arasında kooperasiyanın gücləndirilməsi, bu sahədəki fəaliyyətin “elm-universitet-istehsalat” sxemi əsasında davamlı şəkildə təşkili, təkmilləşdirilməsi və s. Digər tərəfdən, innovasiya fəaliyyətinin dövlət tənzimlənməsini tədqiq edərkən innovasiya mexanizmlərinin mühüm komponentlərini, o cümlədən, innovasiya proseslərinin idarəetmə mexanizmlərinin səmərəlilik problemlərinin ciddi şəkildə qiymətləndirilməsi vacibdir. İnnovasiya mexanizmi dedikdə, innovasiya fəaliyyətinin həyata keçirilməsinin iqtisadi-təşkilati forması, innovasiya qərarlarının axtarışı, innovasiya fəaliyyətinin stimullaşdırılması və idarə edilməsi mexanizmi ilə bağlı fəaliyyət prosesləri və mexanizmləri başa düşülür [9].
Qeyd edək ki, dünya təcrübəsində innovasiya proseslərinin və idarə edilməsinin səmərəlilik problemlərinin həlli istiqamətində uzun onilliklər ərzində mütərəqqi təcrübə formalaşmış və özünü doğruldan idarəetmə mexanizmləri, fəaliyyət modelləri yaradılmışdır. Şübhəsiz, bunlar, ilk növbədə, hər bir ölkənin iqtisadi inkişaf xüsusiyyətləri və prioritetləri, milli resursları, intellektual bazası və s. nəzərə alınmaqla mümkün olmuşdur. Əgər, 20-30 il bundan əvvəl analoji proseslər əsasən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə aid idisə, son 10 ildə bir qrup inkişaf etməkdə olan ölkələrdə də innovasiya proseslərinin intensivləşdirilməsi, innovasiyalar və texnologiyalar bazarının inkişafının sürətləndirilməsi, daha səmərəli innovatik mexanizmlərinin hazırlanaraq dövriyyəyə cəlb edilməsi, milli innovasiya sisteminin səmərəli modelinin formalaşdırılması, innovasiyalarının hazırlanması, işlənməsi və tətbiqi problemlərinə daha çox məqsədli investisiyalarının yönəldilməsi və maliyyə resurslarının ayrılması diqqət çəkir. Milli innovasiya sistemlərinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı problemlərin biznesin inkişafı kontekstində baxılması prioritetləri də innovasiya bazarlarının inkişaf etdiyi ölkələr üçün xeyli xarakterikdir [10]. Şübhəsiz, milli innovasiya sisteminin inkişafında, innovasiya proseslərinin səmərəliliyinin yüksəldilməsində və idarəetmə mexanizmlərinin daha optimal modellərinin formalaşdırılmasında ABŞ-da əldə olunmuş təcrübə daha çox diqqətə layiqdir [11]. Bu ölkədə innovasiyaların inkişafına mane olan baryerlərin aradan qaldırılması problemlərinə strateji yanaşmalar kifayət qədər prioritetlik təşkil edir. Milli innovasiya sisteminin və onun idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi proseslərinə güclü maliyyə resursları yönəldilir, infrastruktur şəbəkəsi yaradılır [12]. Analoji yanaşmalar Avropa Birliyi ölkələri üçün də xarakterikdir və burada innovasiyaların yeni nəslinin, qlobal iqtisadi çağırışlara adekvat olan müasir innovatik məhsulların formalaşdırılması prioritetlərinə daha çox üstünlük verilməkdədir [13; 14]. Böyük Britaniyada isə milli innovasiya sisteminin bütün elementləri, o cümlədən, idarəetmə məsələləri dövlət tərəfindən ən yüksək səviyyədə - strateji səviyyədə baxılır və zəruri tədbirlər görülür, innovasiyalar üçün dövlət sifarişləri verilir və nəzarətedici orqanların sayı azaldılır, vergi güzəştləri müəyyənləşdirilir [15]. Fransada Milli İnnovasiya Agentliyi fəaliyyət göstərir və onun il ərzində koordinasiya etdiyi fərdi innovasiya proqramlarının sayı 4 mindən çoxdur. Bu Agentliyin özünün illik fəaliyyət büdcəsi təxminən 300 mln. avro həcmindədir. Ölkənin 45 universiteti və ali texniki məktəbləri 14 texnologiyalar və innovasiyalar mərkəzində davamlı şəkildə innovasiya fəaliyyəti ilə məşğul olurlar [16]. Almaniyada dövlətin innovasiya siyasətinin əsasında bu sahəyə güclü maliyyə dəstəyinin göstərilməsi yer almışdır. Ölkədə 220 innovasiya müəssisəsi və 14 innovasiya mərkəzi fəaliyyət göstərir [17]. Həyat səviyyəsi və əhalinin yaşayış şəraiti yüksək olan ölkə kimi İsveçdə iqtisadiyyatın və cəmiyyətin bütün sahələrində innovatik yanaşmalar və mexanizmlər mütləq şərtlərdən biri kimi qəbul olunmuşdur [18]. Son illərdə iqtisadi gücünə görə sürətlə inkişaf edən və dünya ikincisi kimi möhkəmlənən Çində il ərzində innovasiyaların və texnologiyaların inkişafı proseslərinə 700-800 mlrd. dollar səviyyəsində vəsait xərclənir [19]. Bu ölkələrlə bərabər, Azərbaycanla elmi-texniki və iqtisadi inkişaf amilləri baxımından xeyli oxşar cəhətlərə malik olan postsovet respublikalarında - Rusiya və Qazaxıstanda da milli innovasiya sisteminin inkişaf etdirilməsi, innovasiya proseslərinin və idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində milli konsepsiyaların və strategiyaların hazırlanmasına, reallaşdırılmasına diqqət son 10 ildə xeyli artmışdır [20; 21].
Qlobal təsirlərin genişləndiyi bir şəraitdə Azərbaycanda innovatik inkişafın təmin edilməsi, innovasiya proseslərinin və idarə edilməsinin səmərəlilik problemlərinin həll olunmasının vacibliyi diqqət çəkir. Bir tərəfdən, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması istiqamətində qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması prosesləri intensivləşibsə, digər tərəfdən, ölkə iqtisadiyyatının yüksək texnologiyalar əsasında inkişafının təmin olunması strateji vəzifə kimi qarşıda durmuşdur. Belə ki, inkişaf etməkdə olan digər ölkələr kimi, Azərbaycan iqtisadiyyatının da gələcək inkişafı innovasiya yönümlü iqtisadiyyata yönəldilməlidir [22, s.13]. Bundan əlavə, ölkəmizdə innovasiya proseslərinin və idarə edilməsinin dünya təcrübəsi kontekstində təşkili iqtisadiyyatımızın əsas aparıcı sahələrindən biri kimi sənaye sektorunun yüksək texnologiayalar bazasında inkişafına güclü təkan verə bilər. İnnovasiyaların inkişafı üçün əlverişli şəraitin yaradılması Azərbaycan iqtisadiyyatının texnoloji bazasını modernləşdirilməyə imkan yaradar və milli məhsullarımızın rəqabət qabiliyyətini yüksəldər [23]. Eyni zamanda, ölkə iqtisadiyyatının inkişaf tempinin təmin edilməsi və dayanıqlılığının gücləndirilməsi baxımından milli iqtisadiyyat sahələrinin innovasiyalaşdırılması prosesləri sürətləndirilməlidir [24]. Bunun üçün artıq əsaslı zəmin də formalaşmaqdadır. Artıq İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənmişdir və bu Agentliyin fəaliyyəti ilə bağlı dövlət büdcəsindən vəsait də ayrılmışdır. Əsas məqsəd - müasir texnologiyalarının və texnoloji həllərin əldə olunması, ölkədə innovasiya sahibkarlığının inkişafına təkan verilməsidir [25].
Yaxın perspektivdə ölkəmizdə innovasiya proseslərinin daha strateji səviyyəyə qaldırılması və onun səmərəlilik problemlərinin həlli üçün optimal mexanizmlərin işlənib hazırlanması, tətbiq edilməsi tədbirləri intensiv xarakter alacaqdır. Bu sırada əsas məsələlər kimi ölkədə innovasiyayönlü iqtisadiyyatın qurulması, innovasiya müəssisələri şəbəkəsinin yaradılması, innovasiya proseslərinin idarə edilməsi mexanizmlərinin səmərəliliyinin artırılması daha çox diqqət çəkəcəkdir və s.

 

ƏDƏBİYYAT:
1. Красноперова Т.Я. Национальная инновационная система: структура, роль финансовой составляющей // Научно-технический вестник информационных технологий, механики и оптики. 2013. №6 (88), С. 46-54.
2. Давлетов, И.И., В.П. Черданцев, М.В. Тронина. Стратегическое управление инновационными процессами в организации. ФГБОУ ВО «Пермская ГСХА». – Пермь, 2015. – 290 с.
3. Третьяк В.В., Середа О.О. Национальная инновационная система как основа экономики инновационного типа // Вестник экономической науки Украины. 2010. №1 (17), с.115-118.
4. Вольчик В. В., Кривошеева-Медянцева Д. Д. Институты, ресурсы и национальная инновационная система или почему не получается инновационный суп // Journal of Institutional Studies, 2014. - С. 51-64.
5. Модели формирования национальных инновационных систем - http://kapital-rus.ru.
6. Гузырь В.В. Национальная инновационная система как основа экономики качества жизни. Дисс. канд. экон. наук. Томск, 2007, 171с.
7. Золотых И.Б. Национальная инновационная система как составляющая экономики знаний: проблемы и перспективы // Технологический аудит и резервы производства. № 2/6(22), 2015, С.94-99.
8. Шумилин А.Г. Сущность и функции национальной инновационной системы // Вестн. Том. гос. ун-та. Экономика. 2016. №1 (33), С.28-39.
9. Астапенко М. С. Общая характеристика теоретико-методологической основы национальной инновационной системы России // Интернет-журнал Науковедение. 2014. №4 (23), С. 67-79.
10. Гавловская Г.В. Национальные инновационные системы: зарубежный опыт // Бизнес в законе. 2013. №3, C. 37-49.
11. Национальная инновационная система США - https://habr.com/ru/post/405577/
12. Фролов А.В. Национальная инновационная система США: институциональные аспекты // Актуальные проблемы экономики и права. 2011. №4 (20), C.51-63.
13. Смирнов Е.Н.. Феномен наднациональной инновационной системы Европейского Союза // Вестник Университета, № 9, 2013, С. 208-214.
14. Шаров В.Ф. Опыт стран Европейского союза по созданию условий, повышающих конкурентоспособность и эффективность национальных инновационных систем // Экономические науки, 2012, 10(95). С.205-213.
15. Махортова В.К. Национальная инновационная система Великобритании // Вестник БГУ. 2014. №3. C.39-48.
16. Варламов М.Г. Инновационная среда Франции, Германии, России: сравнительный анализ // Вестник Казанского технологического университета. 2013. №9. C.43-52.
17. Романова Е.В. Национальная инновационная система ФРГ региональные исследования // Региональные исследования. 2 (48), 2015, С.98-108.
18. Удальцова Н.Л., Чирухина К.С., Федорова А.А. Национальная инновационная система Швеции: стратегия развития и факторы успеха // Вопросы экономики и права. 2015. № 2. - С.97-100.
19. Файзуллина Н.Г. Национальная инновационная система Китая // Фундаментальные исследования. – 2015. – № 6-3. – С. 628-631.
20. Еремина О. С., Демина Н. В. К вопросу о развитии национальной инновационной системы России // Научно-методический электронный журнал «Концепт». – 2015. – Т. 8. – С. 36–40.
21. Ситенко Д.А. Национальная инновационная система Казахстана: анализ и перспективы развития // Вестник КарГУ. 2010, №2, С.33-39.
22. Tağıyev A.H. İnnovasiya (nəzəri və tətbiqi səpkidə). Bakı, Təknur, 2018, 552 s.
23. Aslanzadə İ.A. Dövlət innovasiya siyasətinin formalaşması və sənaye sektorunun rəqabət qabiliyyətliyinin yüksəldilməsi problemləri. İ.e.d. dissertasiyasının Avtoreferatı. Bakı, 2013, 56 s.
24. Əliyev Ş.T. Azərbaycan iqisadiyyatı. Sumqayıt. SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2018-376 s.
25. İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib. 22.02.2019. https://azertag.az/print/1249972.

Açar sözlər: strateji innovasiya prosesləri, innovasiya proseslərinin idarə edilməsi, innovativ inkişaf istiqamətləri, milli iqtisadiyyatın innovasiyalaşdırılması problemləri, innovasiya proseslərinin idarəetmə mexanizmlərinin səmərəliliyi, iqtisadiyyatın innovasiyalaşdırılması prioritetləri.
Ключевые слова: стратегические инновационные процессы, управление инновационными процессами, направления инновационного развития, проблемы инноватизации национальной экономики, эффективность механизмов управления инновационных процессов, приоритеты инноватизации экономики.
Key words: strategic innovative processes, management of innovative processes, directions of innovative development, problem of innovatization of national economy, efficiency of mechanisms of management of innovative processes, innovatization priorities of economy.

Резюме
Проблемы эффективности инновационных процессов и управления инновациями
В статье исследованы стратегические подходы к проблемам эффективности инновационных процессов и управления инновациями. Раскрыта сущность и важность существующих проблем в управлении инновационными процессами. Обоснована необходимость ускорения основных направлений инновационного развития. Обоснована важность интенсификации совершенствования процессов инноватизации национальной экономики Азербайджана в ближайшей перспективе. Обобщены ключевые моменты по проблемам эффективности инновационных процессов и управлению инновациями в современных условиях.

Summary
Problems of efficiency of innovative processes and innovation management
Strategic approaches to problems of efficiency of innovative processes and innovation management are investigated in the article. The essence and importance of the existing problems in innovation management is disclosed with this purpose. Need of acceleration of the main directions of innovative development is improved too. Importance of an intensification of improvement of processes of an innovatization of national economy of Azerbaijan is improved too. The key moments on problems of efficiency of innovative processes and innovation management in modern conditions are generalized in the end of the article.

 

 

"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019


Etiket: "GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019 LALƏ MAHMUDOVA İqtisad üzrə fəlsəfə doktoru STRATEJİ İNNOVASİYA PROSESLƏRİNİN VƏ İDARƏ EDİLMƏSİNİN SƏMƏRƏLİLİK PROBLEMLƏRİ strateji innovasiya prosesləri innovasiya proseslərinin idarə edilməsi innovativ inkişaf istiqamətləri milli iqtisadiyyatın innovasiyalaşdırılması problemləri innovasiya proseslərinin idarəetmə mexanizmlərinin səmərəliliyi iqtisadiyyatın innovasiyalaşdırılması prioritetləri. Ключевые слова: стратегические инновационные процессы управление инновационными процессами направления инновационного развития проблемы инноватизации национальной экономики эффективность механизмов управления инновационных процессов приоритеты инноватизации экономики. Key words: strategic innovative processes management of innovative processes directions of innovative development problem of innovatization of national economy efficiency of mechanisms of management of innovative processes innovatization priorities of economy

Strategiya.az

Xəbərlər
24.09.2019

Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24.09.2019

Prezident İlham Əliyev Xorvatiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24.09.2019

Azərbaycanlı hakim futbol üzrə dünya çempionatında

24.09.2019

Bakıda avtobus sürücüsü “avtoşluq” etdi - VİDEO

24.09.2019

“Şərq-Qərb”, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqlar

24.09.2019

52 min nəfərə ŞAD XƏBƏR - Əmanətləriniz geri qaytarılacaq

24.09.2019

İƏT hər zaman Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib

24.09.2019

Dostluq məktublarından tanıdığım dost, müəllim, şair və nasir Həzər Dərgahov -80

24.09.2019

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

24.09.2019

Finalçılar nə qədər səs toplayıb? - "The Best

24.09.2019

Əyani təhsil alan tələbələr barədə məlumatlar məşğul şəxslərin reyestrinə daxil ediləcək

24.09.2019

Şamaxıda yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb - Səhiyyə Nazirliyi

24.09.2019

Maduro Putinlə görüşmək üçün təcili Rusiyada gedir

24.09.2019

XİN Azərbaycan əsgərinin neytral ərazidə şəhid olması ilə bağlı bəyanat yaydı

24.09.2019

Azərbaycan əsgərinin meyiti neytral zonadan çıxarılıb

24.09.2019

Gəncənin bir hissəsində qaz təchizatı dayandırılıb

24.09.2019

Vergilər Nazirliyinin bu mərkəzində şöbələr dəyişdirildi

24.09.2019

Atəşkəs bu gecə də pozuldu - 21 dəfə

24.09.2019

Neft yenidən ucuzlaşıb

24.09.2019

İlin ən yaxşı futbolçusu açıqlandı

24.09.2019

Sentyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri

24.09.2019

Tramp ona Nobel mükafatının verilməməsindən gileyləndi

24.09.2019

Bakıda qayınata dörd uşaq anası olan gəlinini baltalayıb öldürdü

24.09.2019

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

24.09.2019

Göygöldə 15 yaşlı qız itkin düşdü

24.09.2019

AZƏRBAYCAN TƏCRÜBƏSİ MÜSBƏT VƏ MÜTƏRƏQQİ NÜMUNƏ KİMİ…

24.09.2019

Maqnit qasırğası xəbərdarlığı

24.09.2019

Türkiyə Ermənistanın işğalçılıq siyasətini növbəti dəfə qınayıb

24.09.2019

Qazaxda 9 ədəd top mərmisi aşkarlanıb

24.09.2019

Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilir

23.09.2019

Elmar Məmmədyarov: Ermənistanın son bəyanatları sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn kobud şəkildə pozulması yolunu davam etdirir

23.09.2019

Pakistan Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal geri çəkilməsini tələb edir

23.09.2019

Qazax-Bakı marşrutu ilə hərəkət edən avtobus Hacıqabulda qəza törədib

23.09.2019

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

23.09.2019

1575 müəllim müddətli müqavilə ilə işə götürüldü

23.09.2019

Azərbaycan Qafqazda Çinin əsas strateji tərəfdaşına çevrilir

23.09.2019

Dələduzluqla məşğul olan “general” saxlanılıb

23.09.2019

Bakıda insanlığa sığmayan hərəkət - Eldar şamı ağacının dibi betonlandı

23.09.2019

Almaniya dəmir yollarında təhlükəsizliyə dair tələblər sərtləşdirilir

23.09.2019

Dekabrın 5-də Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək

23.09.2019

Pompeodan İranla müharibə açıqlaması: "Ordunu ona görə göndərdik ki..."

23.09.2019

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb

23.09.2019

Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır

23.09.2019

BQXK ermənilər tərəfindən vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır

23.09.2019

Sürücülərin diqqətinə: Texniki baxışa görə dövlət rüsumu artırılır

23.09.2019

DİM-dən AÇIQLAMA: Özəl ali məktəblərə qəbul olanlar, əsasən...

23.09.2019

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub

23.09.2019

Mourinyu: İnsanlar “Mançester Yunayted”in indiki vəziyyətindən həzz aldığımı düşünür

23.09.2019

Sabahın hava proqnozu açıqlanıb

23.09.2019

Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı