TÜRKİYƏ-FRANSA SİYASİ ƏLAQƏLƏRİNƏ ERMƏNİ AMİLİNİN TƏSİRİ

10:00 / 21.05.2019

Aynur Dadaşova
Bakı Slavyan Universiteti

Siyasi təhlil göstərir ki, müasir dövrdə Qərb dövlətlərinin Cənubi Qafqaz və Türkiyə siyasətlərinə erməni amili mühüm təsir edir. Bunun bariz nümunəsi olaraq Türkiyə-Fransa siyasi əlaqələrini göstərə bilərik. Belə ki, erməni amili daim Türkiyə və Fransa arasındakı qarşılıqlı siyasi əlaqələrin inkişafına mane olmağa çalışmışdır. Qondarma “erməni soyqırımı” məsələsi iki ölkə arasında soyuq münasibətlərə və mübahisələrə rəvac verən problem olmuşdur.
Qeyd etmək lazımdır ki, Birinci Dünya müharibəsinin sonunda Cənubi Qafqazda klassik Qərbi Azərbaycan torpaqlarında Ermənistan Respublikasının yaranmasına baxmayaraq, “Böyük Ermənistan” yaratmaq xülyası boşa çıxdıqdan və Lozanna konfransında Türkiyəyə qarşı əsassız ərazi iddiaları rədd edildikdən [ətraflı məlumat üçün bax:17, s.360-369] sonra ermənilər siyasi xarakter daşıyan sui-qəsd yoluna, terror yoluna keçdilər. Buna pararel olaraq qondarma “erməni soyqırımı” ortaya atıldı.
Bu uydurmanın XX əsrin ən böyük yalanı olduğunu tarixi faktlar və beynəlxalq hüquqi sənədlər sübut edir. Belə ki, BMT-nin “soyqırım” cinayəti haqqında Konvensiyası erməni “soyqırımı” iddiasının hüquqi baxımından düzgün olmamasını göstərmişdir[18].
Buradan göründüyü kimi, kütləvi qıirğınları o halda soyqırım saymaq olar ki, o həmin dövlətin qərarı ilə qəsdən törədilmiş olsun. Lakin Osmanlı dövləti tərəfindən ermənilərin kütləvi öldürülməsi barəsində heç bir qərara və tarixi hadisəyə rast gəlinməmişdir. Habelə Ermənistanın ilk baş naziri Kaçaznuninin Daşnakstüyun partiyasına təqdim etdiyi sənəddə də Türkiyə tərəfindən “soyqırım”ın törədilməsilə bağlı dəlillərə rast gəlinməmişdir. Hətta Türkiyənin ermənilərə qarşı köçürülmə tədbirinin görülməsində Daşnakstüyn partiyasını səbəbkar saymışdı. Bir də maraqlısı odur ki, BMT “soyqırım”cinayəti haqqında sənədi hazırlamadan öncə nəzərdən keçirdiyi bir çox kütləvi qırğınlar sırasında ermənilərin iddia etdikləri qondarma “soyqırım” hadisəsinə yer ayırmamışdır [13,s.3-7].
Ermənilər “soyqırım” hadisəsinin qondarma olmasını gizlətmək üçün məsələyə tarixi və hüquqi tərəfdən yanaşılmasının, arxivlərin açılaraq müştərək komissiyada araşdırılmasının həmişə əleyhinə olmuş, yalnız siyasi müstəvidə daimi gündəmdə tutmağa çalışmışlar. Bununla belə, “erməni soyqırımı”nın uydurma olması, dünyada türklərə və onların dövlətçiliyinə qarşı məkrli məqsədlərə qulluq etməsi barədə xeyli tədqiqat əsərləri yazılmışdır.Türk tədqiqatçısı K.Gürün, M. Perincək, amerikan alimləri A.Uimz Səmyuel, Azərbaycan tədqiqatçıları C.Həsənli, R.Sevdimalıyev, S.Hacıyev və digərləri geniş arxiv materialları əsasında yazdıqları əsərlərində “erməni soyqırımı”nın uydurma olduğunu sübut etmişlər.
Lakin sual yaranır: Uydurma olduğu, tarixi həqiqətdən daha çox siyasi şantaj mahiyyəti daşıdığı artıq hamıya açıq-aşkar məlum olan və eyni zamanda Türkiyə üçün həssas mövzu olan bu qondarma “erməni soyqırımı”nı nəyə görə Fransa tanıyır və bu uydurmanı qəbul etməsi üçün Türkiyəyə təzyiqlər edir? Bu, “xristian təəssübkeşliyi”ndən, yoxsa Fransanın geosiyasi maraqlarından irəli gəlir? Nəyə görə Fransa erməni terrorçularına daha geniş qucaq açmış və daim onların Türkiyə əleyhinə terrorçuluq fəaliyyətinə açıq-aşkar göz yummuşdur? Türkiyə ilə ikitərəfli münasibətlərə ciddi zərbə vuran qondarma “erməni soyqırımı” məsələsinə nəyə görə Fransada bu qədər önəm verilir? Bizcə, bu sualların cavabı erməni amilinin Fransanın Türkiyə siyasətində nə qədər yeri, rolu və təsiri olduğunu göstərir.
Məsələni araşdırmaq üçün ilk növbədə Fransada ermənilərin kompakt şəkildə məskunlaşmasına və erməni diasporu və lobbisinin fransız hökümətinin daxili və xarici siyasətinə güclü təsir etməsi faktına nəzər salaq.
Belə ki, Fransada ermənilərin məskunlaşması 1811-ci ildə bəzi ermənilərin katolik məzhəbinə keçməsi ilə başlamışdır və Fransada hazırda 450000-500000 nəfər erməni yaşayır [11, s.9].
Fransaya köçən ermənilərin çox hissəsi əsası 1890-cı ildə Tiflisdə qurulmuş Daşnakstüyun partiyasının ətrafında sıx birləşmişlər. Hazırda partiyanın mərkəzi Parisdə yerləşir. “Daşnaksütyun” yarandığı andan əsas fəaliyyət üsulu kimi terror metodlarını seçib. “Daşnaksütyun”un tarixçilərindən biri Mikayıl Varandyanın K.S.Papazyana istinad edərək yazdığı kimi, Rusiya xalqçıları və italyan karbonariləri daxil olmaqla bəlkə heç vaxt “Daşnaksütyun” kimi terror aktlarının həyata keçirilməsi sahəsində belə zəngin təcrübəyə malik inqilabçı partiya olmayıb, hansı ki, çətin şəraitdə ən amansız terrorçular, həmçinin qisas almaq üçün tapança, bomba və xəncərdən istifadə edən yüzlərlə peşəkar hazırlayıb”. Başqa erməni müəllifi Sarkis Atamyan iddia edirdi ki, “Daşnaksütyun” üçün “terrorizm populist və daşnakların gizli təşkilatının, Qərb anlayışında müharibəylə müqayisə edilə bilən cəsarət aktı oldu”[15].
Yalnız Daşnakstüyun partiyası deyil, bir çox digər erməni partiyaları da Fransada geniş fəaliyyət göstərir. Erməni libe­ral burjuaziyasını təmsil edən “Ramqavar”, 1887-ci ildə əsası Cenevrədə qoyulmuş “Hnçaq” partiyası belələrindəndir.
Bu partiyalar və erməni lobbisi Fransanın nüfuzlu şəxslərini satın almaqla, yaxud da öz yalanlarına inandırmaqla Fransanın daxili və xarici siyasətinə təsir edə bilmişlər və bundan öz məqsədləri üçün istifadə etməyi bacarmışlar. Ermənistan 1965-ci ildə qondar­ma “erməni soyqırımı” qurbanlarının xatirəsini yad etmək məqsədi ilə aprelin 24-də kütləvi tədbilər təşkil etməyə başlamış və Çiçernakabertdə “soyqırım” abidəsi inşa etmişdir. Bu tarixdən sonra Ermənistan SSR diaspor təşkilatlarının qondarma “soyqırımı” təbliğatını koordinasiya etmişdir. Emənistan SSRİ-nin tərkibində olduğu üçün təbliğat fəaliyyətinə davam etməkdə bəzi problemlərlə qarşılaşmış, ancaq müstəqilliyini elan etdikdən sonra “soyqırım” təbliğatında fəaliyyət sahəsini genişləndirdi [5,s. s.202]. Beynəlxalq siyasi aləmdə “soyqırım” iddiasını dövlət səviyyəsində irəli sürməyə başlayan Ermənistan höküməti Fransa kimi dövlətlərin dəstəyi ilə qondarma “erməni soyqırımı”nı qəbul etdirməklə Türkiyədən böyük miqdarda təzminatın alınmasına və türk torpaqlarında “Böyük Ermənistan” dövlətinin yaradılmasına nail olmaq istəyir.
Bunu xüsusilə qeyd etmək lazımdır ki, Fransada erməni terrorçularının özünə möhkəm yer etməsi, burada erməni terrorizminin bu və digər formada dəstəklənməsi də türk-fransız münasibətlərinə mənfi təsir göstərmişdir. Belə ki, 1970-ci illərdən etibarən Fransada ASALA terrorları ilə birlikdə siyasi münasibətlərdəki soyuqluq və geriləmə daha da artdı. 1983-ci ildə ASALA-nın Orli aerodromunda Türk Hava Yolları heyətinə təşkil etdiyi hücum nəticəsində 8 nəfər öldü. Bütün bunlar isə Türk hökuməti tərəfindən narazılıqla qarşılandı. Təsadüfi deyildir ki, TBMM-də müzakirələr zamanı Türkiyə Respublikasının Xarici İşlər naziri İsmayıl Cem erməni terrorizmini dəstəklədiyinə görə Fransanı belə suçlayırdı: “Fransa erməni terrorizminin çox canlı olduğu bir məmləkətdir. Fransada keçmişdə 6 türk diplomatı erməni terroristləri tərəfindən şəhid edilmişdir. Məlum Orli qətliamında 8 türk və fransız vətəndaşı öldürülmüşdür... Bütün Avropada yabancı düşmənçiliyinin, türk düşmənçiliyinin, müsəlman düşmənçiliyinin ən təsirli olduğu ölkə, təəssüf ki, Fransadır. Bütün Avropada, bu düşmənçilik üzərində qurulmuş partiyalar içində ən güclüsü Fransadakı Le Penin Partiyasıdır. Fransada belə zarafatlar etməyə, belə oyunlar oynamağa dəyməz; sabah, ya o biri gün, bütün Fransada bir terror dalğasının yüksəlməsinə fransızlar şahid olar”[9].
Əksəriyyətinin Sosialist partiyasının üzvlərindən ibarət olan Fransa Məclisinin 29 səslə 1998-ci ilin mayın 29-da erməni “soyqırımını” tanınmasına gətirib çıxartmışdır[12]. Amma Senat tərəfindən Məclisin qəbul etdiyi qanuna veto qoyuldu. Senat rəhbəri Rene Monori bunu qərarın leqallaşması üçün yetərli sayın olmamasıyla izah etmişdi. Belə olan halda erməni lobbisi 1999-cu ilin martında qanunun yenidən Senatın gündəminə gətirməyə çalışsa da, məqsədinə nail ola bilmədı.
Sonrakı aylarda da Fransa Parlamentində müzakirə və mübahisələr davam etdi. 9 məsələyə həssas yanaşan TBMM Baş Məclisi 9 Yanvar 2001 tarixində Fransa parlamentində qəbul ediləcək “Erməni soyqırımı” layihəsinin “tarixin təhrif edilməsinə və qərəzə söykəndiyini” ifadə edən bir bəyannamə verdi. Baş nazir Bülent Ecevid 17 Yanvarda Fransanın Ankaradakı səfiri Bernard Qarsiyanı qəbul edərək, layihənin qanuniləşməsi halında Türkiyə-Fransa əlaqələrinin zərər görəcəyi xəbərdarlığını etdi. B.Ecevid ayrıca etdiyi yazılı şərhdə Türkiyənin bu mövzudakı həssaslıqlarını bir daha vurğuladı, qorunmasına əhəmiyyət və dəyər verilən köklü Türkiyə-Fransa əlaqələrinin bu layihənin qəbulundan böyük və ciddi zərər görəcəyini ifadə etdi[9].
Buna baxmayaraq, Fransa Parlamenti 2001-ci il yanvarın 29-da erməni soyqırımı”nı qəbul etdi [4]. Bu hadisə erməni lobbisinin Fransanın daxili və xarici siyasətinə güclü təsirini aydın göstərməkdədir.
Prezident Şirakın kompramis məzmunlu məktuba baxmayaraq, layihənin Fransa Məclisində qəbulundan sonra edilən hökumət şərhində qərar şiddətlə qınandı,Fransa hökümətinə kəskin etiraz bildirildi. Baş nazir B.Ecevid “erməni soyqırımı” layihəsinin Fransa Milli Məclisində qəbul edilməsini son dərəcə kədərli bir hadisə olduğunu ifadə edərək, “lazım olan reaksiya göstəriləcək” dedi, TBMM sədri Ömər İzgi layihənin qəbul edilməsini şiddətlə qınadığını bildirdi. Xarici işlər naziri İsmayıl Cem Fransanın Ankaradakı səfiri Bernard Qarsiyanı Xarici İşlər Nazirliyinə dəvət edərək, Fransa Milli Məclisinin qəbul etdiyi son qərarı Türkiyənin təəssüf hissi ilə qarşıladığını bildirdi,“qərar, erməni terrorizmini yenidən hərəkətə keçirə biləcək məsuliyyətsiz bir davranışdır” dedi. Ankara Ticarət Evi (ATO) sədri Sinan Aygün fransız mallarına boykot çağırışı etdi [10].
TBMM-nin bu məsələnin müzakirəsinə həsr edilmiş iclasında çıxış edən Xarici İşlər naziri İsmayıl Cem Fransanı çəkindirmək və iki ölkə arasındakı yaxın münasibətləri qoruyub saxlamaq istiqamətində Türkiyə dövlətinin fəaliyyətini bu cür ümumiləşdirdi: “Fransız Parlamentində həmişə mövcud olan bu yanlış hesablı yanaşmalar son iki ildə sürətlənərək inkişaf etmişdir və biz, bu iki il içində, Türkiyə olaraq və bu son səsvermə öncəsi də daxil olmaqla, Türkiyəmizin bütün əlaqədar qurumları, təşkilatları ilə ciddi bir iş reallaşdırdıq; danışılacaq hər şey danışıldı, həm də hər səviyyədə danışıldı. Prezidentimiz, sentyabr ayında (2000-ci ilin sentyabrını nəzərdə tutur-müəllif), Fransa prezidenti Şirakla bu məsələni müzakirə etdi və Fransadan bu səhvə yol verməməsini bildirdi. Prezident Şirakdan əlindən gələn hər şeyi etməsini istədi və orada qarşı tərəfdən gördüyümüz “biz, Prezident olaraq, əlbəttə, belə bir təklifin qanuniləşməsinə qarşıyıq; amma, bu, Məclisin işidir, bizim bundan çox deyəcəyimiz, təsirimiz ola bilməz” kimi bir yanaşma oldu. Baş nazir səviyyəsində, sonra prezident səviyyəsində təkrar məktub yazıldı. Mən, uzun müddət həmsöhbət olduğum xarici işlər nazirinə hər şeyi izah etdim; bənzər bir cavab aldım. Daha sonra əlaqədar bir çox nazirimiz, iş adamlarımız məktub yazdı, iş adamlarımız şəxsən getdi, Türkiyədə iş görənlər (fransızlar nəzərdə tutulur-müəllif) hərəkətə keçdi; əsgərimiz öz həmkarları ilə təmas qurdu; Millət Məclisimiz, Millət Məclisi Başçımız, millət vəkili yoldaşlarımız, millət vəkili heyəti ... Yəni, deyiləcək hər şey deyildi və işin gerçəyi budur: Fransada regional seçkilər, bələdiyyə seçkiləri yaxınlaşır. Bu erməni əslli fransız toplumu çox güclü, çox yaxşı təşkilatlanmış vəziyyətdədir, bir çox böyük bələdiyyədə başçılıq onların seçimi ilə təyin olunacaq... Çox detala varmaq istəmirəm; amma-aldıqları bu qərar, birbaşa, Fransız Konstitusiyasının da pozuntusudur...”[10].
Türkiyə-Fransa münasibətlərini gərginləşdirən amillərdən biri də erməni lobbisinin təsiri ilə Parisdə 2003-cü ildə erməni bəstəkarı və din xadimi Komitasın 6 metrlik heykəlinin ucaldılması oldu. Abidə üzərində “XX əsrin ilk soyqırımının qurbanı, 1,5 milyon erməninin xatirəsinə” sözləri yazılmışdı [14].
Ermənilər qondarma erməni “soyqırımı” məsələsinin Fransa səviyyəsində real bir tarixi hadisəyə çevirmək və Türkiyəyə tanıtdırmağa sövq etdirmək üçün müxtəlif yollara əl atırdılar. Bunlardan ən mühümü isə Fransada hər dəfə keçirilən prezident və bələdiyyə seçkilərindən ermənilərin yararlanmalarıdır. Güclü erməni lobbisinin seçkilərin nəticələrinə mənfi təsir etməsindən qorxan Fransa nüfuz dairələri ermənilərə hər dəfə güzəştə getməyə məcbur olurdular. Məsələn, Nikola Sarkozinin mənsub olduğu Xalq Hərəkatı partiyası ilk vaxtlar partiya daxilində Jan Fransua və Fransua Fillon arasında gedən siyasi mübarizə səbəbindən erməni “soyqırımı” haqqında ümumi bir qərarın verilməsi çətinliyi ilə üzləşsə də, seçkilərdə ermənilərin səslərini qazanması müqabilində qondarma erməni “soyqırımı”nı inkar edənlərə ölkədə cəza qanununun tətbiq edəcəyinə söz vermişdi. Hətta erməni lobbisinin təsiri ilə Fransanın Sosialist və Xalq Hərəkatı partiyası Məclisə “soyqırımı” rədd edənləri cəzalandırılması təklifini də irəli sürmüşdülər [1, s.233].
Qondarma erməni “soyqırımı”nın inkarına görə cəza verilməsi təklifi Fransa ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmamışdır. Bəzi siyasi xadimlər, bunu insan haqlarına, söz və fikir azadlıqlarına zidd bir hadisə kimi qiymətləndirmişlər. “College de Frans” Osmanlı tarixinin Araşdırmalar Mərkəzinin rəhbəri Jille Veynsteyn, Fransa -Türkiyə Parlamentlərarası Dostluq qrupunun rəhbəri Mişel Defianbaşvə sağ mərkəzçi, prezdentliyə namizədliyini irəli sürmüş Fransua Bayru, Beynəlxalq Strateji Araşdırmalar İnstitunun lideri Dider Billon “soyqırımın” inkarına görə cəza verilməsinə qarşı çıxmışdır[7].
Məclisə “soyqrımın” inkarına görə cəza verilməsi təklifindən dərhal sonra Türkiyə öz ölkəsində yerləşən bir sıra Fransa şirkətlərini bağladı və Fransa ilə iqtisadi əlaqələri məhdudlaşdırdı[13, s.3]. Fransa mətbuatı bu hadisəni narahatlıqla qarşıladı. Bəzi mətbuat orqnları xüsusilə də “Le Croix” qəzeti Türkiyə ilə münasibətlərinin pozulamsının iqtisadi cəhətdən mənfi nəticələrə gətirib çıxarmasından bəhs edərək, Türkiyə-Fransa əlaqələrində gərginliyin artmasını anbaan izləyirdilər. “Le Figaro” qəzetinə istinadən Türkiyənin öz səfirliyini geri çağırmasını, “La Stampa” qəzetinə istinadən isə Fransa Xarici İşlər naziri Alen Jupp tərəfindən Türkiyəni sərt təpki göstərməməyə çağirmasını görə bilərik. “Le Parisien” və “La Tribune” qəzetləri isə erməni “soyqırımı”nın qəbul edilməsi hadisəsindən sonra Türkiyənin Fransa ilə əlaqələrini dondurulmasından, “L`Humanite” qəzeti R.Ərdoğanın Fransa ilə bərpası çətin olan əlaqələrdən bəhs etməsinə toxunaraq öz narahatçılıqlarını ifadə etmişdilər.
Bütün bu etirazlara baxmayaraq, 2006-cı il oktyabrın 12-də Fransa parlamentinin aşağı palatası qanun layihəsini bəyəndi. Azərbaycan və türk diasporunun nümayəndələri Fransa Milli Məclisdə “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən edən qanunun qəbul edilməsinə etiraz olaraq Fransanın Praqadakı səfirliyi qarşısında etiraz aksiyası keçirmişlər. “Azər-Çex” Cəmiyyətinin sədri Elşən S.Nəzərov fransız, erməni və türk dilində yazılmış “Erməni terroru” kitabının nüsxəsini və kompakt diski (CD) səfirliyin əməkdaşına təqdim edərək, demokratik Fransanın ermənipərəst mövqedən çəkinməsini dilə gətirmişdir[6].
Qondarma erməni soyqırımını inkar edilməsinə görə cəza tədbirlərinin görülməsi haqqında qanunun müəllifi Xalq Hərəkatı partiyasının üzvü Valeri Boyer idi. Onun fikrinə görə məqsəd Tükiyə ilə münasibətləri pozmaq deyil, Fransa vətəndaşlarını qorumaqdır [3].
Beləliklə, Fransa parlamentinin aşağı palatası tərəfindən qəbul edilmiş erməni “soyqırımını” inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsi Senata təqdim edildi. Amma 18 yanvar 2012-ci ildə Senatın konstitutsiya komissiyasında qanun layihəsinin Fransa Konistitutsiyasının 33-cü maddəsindəki fikir və söz azadlığına zidd olması əsas götürülərək onun qəbul edilməzliyi qərarına gəlinmişdi. O cümlədən, qanun layihəsi Avropa İnsan Haqları müqaviləsinin 10-cu maddəsinə də zidd idi [22]. Hadisələrin gedişatı ilk vaxtlar 2006-cı ildə olduğu kimi cərəyan etsə də birdən vəziyyət ermənilərin xeyrinə dəyişdi. Belə ki, 23 yanvar 2012-ci ildə Senatda konstitutsiya komissiyasının “soyqırımın” inkarına görə cəza verilməsi qanun layihəsinin qəbul edilməzliyi qərarı rədd edildi, əksinə layihə bəyənildi və həmin gün qanuniləşdirildi [19].
Siyasi təhlil göstərir ki, Fransa Türkiyənin Avropa İttifaqına daxil olmasının həmişə əleyhinə olmuşdur. Və bu məsələdə məqsədləri üst-üstə düşən fransız höküməti və Fransadakı erməni lobbisi “soyqırım” məsələsindən istifadə etməklə Türkiyənin Avropa İttifaqına daxil olmasına da mane olmağa çalışırlar. Fransanın Türkiyənin Avropa İttifaqına daxil olmasını istəməməsi ölkə mətbuatıın nüfuzlu qəzetlərdən biri olan “La Republica” qəzetində də etiraf edilmişdir. Türkiyənin Avropa İttifaqına daxil olmasının yalnız erməni “soyqırımı”nı tanınmasından sonra mümkünlüyü fikrinə bəzi nüfuzlu mətbuat orqanlarının, o cümlədən “L`Expresse” qəzetinin baş redaktoru M. Kristianın mövqeyi heç də erməni icmasının ürəyincə olmamışdı. Erməni “soyqırımı” məsələsinin insan haqlarından ayrılmamasını qeyd edən Kristian, keçmiş hadisələrin Avropa İttifaqı ilə əlaqələndirilməməsinin lazım olduğunu söyləmişdir. Nəzərə almaq lazımdır ki, Kristian Makarianın fikri sadəcə insan haqları ilə bağlı idi. Düzdür onun, sadəcə insan haqlarını nəzərə almaqla qondarma erməni “soyqrımı”nın Avropa İttifaqının gündəminə qaldırılmasının əleyhinə olması erməniləri az da olsa narazı salsa da, əslində o da erməni “soyqrımı” iddiasını dəstəkləyənlərdən biri idi. Kristian Makarian hətta Türkiyə tərəfindən erməni “soyqrımı” tanınmasa, onun Avropa İttifaqına daxil olmasının mümkünsüzlüyünü də qeyd etmişdir [1, s.232-233].
Fransanın rəsmi dairələrindən təklif edilmişdi ki, Türkiyə erməni “soyqrımı”nı tanıdıqdan sonra onun Avropa İttifaqına daxil olması məsələsinə görə bu ölkə ilə dialoq aparıla bilər. Türkiyə dövləti Fransadakı səfiri Uluc Özülkər vasitəsi ilə buna rəsmi etirazını bildirmişdir. Dialoq tərəfdarı olan bəzi siyasi xadimlər Fransanın dialoq üçün uyğun bir ölkə olmadığını bildirmişdilər. Amma erməni lobbisi hər vəchlə Türkiyə tərəfindən erməni “soyqrımı”nın tanınmasına və ondan təzminatın qoparılmasına nail olmaq istəyirdi. Ona görə də erməni lobbisi Fransa vasitəsilə Türkiyənin önünə Avropa İttifaqına daxil olması qarşılığında belə bir ağır şərti qoyaraq dialoq tərəfdarı olduqlarını israrla bildirirdilər. Erməni lobbisinin liderlərindən biri olan Klavde Mutafyan “soyqrım” məsələsinin müzakirə edilməsinə israrla nail olmaq istəyirdi.
Beləliklə, Senatın təsdiqindən sonra növbəti addım onun Konistitutsiya Məhkəməsinə təqdim edilməsi idi. Bunu Məclis və ya Senat rəhbəri, 60 millət vəkili və ya senator etməli idi. Senatorlar prezident və mənsub olduqları partiyaların təzyiqi altında idilər. Lakin qondarma erməni soyqrımına qarşı deyil, qanunun insanların fikir və söz azadlıqlarına zidd olmasını əsas gətirən 65 millət vəkili və 77 senator onun ləğvi üçün 31 yanvar 2012-ci ildə Konistitutsiya Məhkəməsinə müraciət etdi.2012-ci il fevralın 28-də Konistitutsiya Məhkəməsi qərarı ləğv etdi.
Beləliklə, N.Sarkozinin prezidentliyi zamanı erməni amili Fransa - Türkiyə siyasi əlaqələrinin pozulması istiqamətində təəssüf ki, böyük rol oynaya bilmişdir.
İndi isə Fransanın digər nüfuzlu siyasi təşkilatı olan Sosia­list partiyasının mövqeyinə nəzər salaq. Yeni prezident seçkiləri ərəfəsində Sosialist partiyasından olan Fransua Olland 12 mart 2012-ci ildə Erməni Qurluşları Komitəsinin üzvləri ilə görüşərkən Türkiyənin yalnız qondarma erməni soyqırımını tanımasından sonra Avropa İttifaqına daxil olmasının mümkünlüyünü söyləmişdi [2].
Siyasi təhlil göstərir ki, 2012-ci ilin mayında Fransada Prezident seçkisində Fransua Ollandın qələbə qazanması nəticəsində ikitərəfli əlaqələr təkrar canlanma dövrünə girdi. Fransua Olland prezident seçildikdən sonra bildirdi ki, “Türkiyə ilə münasibətlərdə ağ səhifə açırıq”. Tezliklə iki ölkə arasında yüksək səviyyədə siyasi münasibətlərdə buzlar əriməyə başladı.
2014-cü il yanvarın 27-28-də Fransa prezidenti Fransua Ollandın Türkiyəyə reallaşdırdığı rəsmi səfəri ilə iki ölkə arasındakı yaxınlaşma yüksək nöqtəyə çatdı.22 il idi ki, Fransa tərəfindən Türkiyəyə prezident səviyyəsində dövlət səfəri həyata keçirilmir­di. Buna görə də F.Ollandın Türkiyəyə reallaşdırdığı rəsmi səfər bir Fransa Prezidentinin bu səviyyədə 22 il keçəndən sonra reallaşdırdığı ilk dövlət səfəri olması etibarilə də mühüm əhəmiyyət daşıyırdı. Prezident F. Ollandla birlikdə geniş bir heyətin gəlməsi və təxminən 50 nəfər fransız iş adamının heyətdə yer alması diqqəti cəlb edirdi. Dövlət səfəri zamanı tərəflər arasında enerji, nəqliyyat, gömrük, kənd təsərrüfatı və kredit verilməsinin asanlaşdırılması kimi müxtəlif sahələrdə ümumilikdə 13 müqavilə imzalandı. Xüsusilə, iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış “Əməkdaşlıq üçün Strateji Çərçivə yaradılmasına dair Birgə Siyasi Bəyannamə” ilə iki ölkə arasında siyasi əlaqələr yeni təşkilati bir çərçivə qazandı[16].
10 oktyabr 2014-cü il tarixində isə Xarici İşlər Nazirləri tərəfindən 2014-2016-cı illərdə Fəaliyyət Planı imzalandı [8].
Beləliklə, prezident F. Ollandın Türkiyəyə qarşı müsbət yanaşması ikitərəfli siyasi əlaqələrdə yaranmış problemlərin çözülə biləcəyinə ümidi artırdı və xüsusilə iqtisadi əməkdaşlıq imkanlarını önə çıxartdı. F. Olland bu səfərində əlaqələrin daha çox iqtisadi tərəfini vurğulayaraq iki ölkənin arasındakı ticarət və investisiya əlaqələrinin inkişaf potensialını gündəmə gətirdi.
31 oktyabr 2014-cü il tarixində prezident Rəcəb Tayyib Ərdoğanın Fransaya reallaşdırdığı işgüzarlıq səfəri ikitərəfli əlaqələrə yeni təkan verdi. F.Olland bu görüşdə 23-cü və 24-cü fəsillərlə bağlı müzakirələrə açıq olduğunu, bu fəsillərin şərtsiz olaraq həll edilə biləcəyini vurğuladı. Eyni zamanda Fransa - Türkiyə münasibətlərinin qlobal miqyasda və çox istiqamətli olduğunu ifadə edən F.Olland kosmos və aviasiya, müdafiə, kənd təsərrüfatı və ərzaq, nüvə enerjisi kimi bir çox sahələrdə ikitərəfli əlaqələrin və investisiyaların inkişaf etdirilməsinin vacib olduğunu ifadə etdi[8].
Beləliklə, Türkiyə-Fransa siyasi əlaqələrinə erməni amilinin güclü təsir edə bilməsini aşağıdakı səbəblərlə izah etmək olar:
-Fransada XIX-XX əsrlərdə formalaşan erməni diasporu və lobbisinin, bu ölkədəki erməni partiya və terror təşkilatlarının güclü təsiri;
- Fransada XX əsrin ortalarından formalaşan türk diasporunun sayca ermənilərdən az olmasa da, zəif təşkilatlanması və Fransa hökümətinin daxili və xarici siyasətinə güclü təsir edə bilməməsi, ali idarəetmə orqanlarında ermənilər kimi təmsil olunmaması;
- Erməni lobbisi isə öz növbəsində hər seçki öncəsi qondarma erməni “soyqırımı” məsələsini daima gündəmdə saxlamağa çalışmış və ən sonda “soyqırım”ın Fransa tərəfindən tanınmasına nail olmuşdur;
- 1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qondarma “erməni soyqırımı”nı dövlətlərarası münasibətlər səviyyəsinə qaldırması;
-Ermənilərin Fransadan Birinci dünya müharibəsi illərində Osmanlı Türkiyəsindən torpaq vədini yerinə yetirməsini tələb etməsi;
- Türkiyə Respublikasının Avropa İttifaqına daxil olmasına Fransanın qarşı çıxması;
- Yaxın Şərq bölgəsində Türkiyə-Fransa maraqlarının xüsusilə, SSRİ-nin süqutundan sonra toqquşması (Türkiyə Respublikasının regionda rolunun artması, AKP iqtidarının “Yeni osmançılıq” siyasəti, “Ərəb baharı”ndan sonra ərəb dünyasında nüfuz üstünlüyü uğrunda mübarizə) və s.
Statistik göstəricilərin analizindən belə bir məntiqi nəticə çıxır ki, Fransada yaşayan türk diasporu daha ciddi təşkilatlanaraq güclü lobbiyə malik olmalı, Fransanın yerli idarəetmə orqanları ilə yanaşı, ali dövlət orqanlarında təmsil olunmalı və bu ölkədəki erməni lobbisini fəaliyyətini heçə endirməlidir. Ermənilərin birtərəfli qaydada dünyanı aldatmaq imkanları daralıb. Bütün bunlar isə ümidverici siyasi proqnozlar irəli sürməyə imkan verir.
Beləliklə, erməni amili həmişə Türkiyə-Fransa siyasi əlaqələrinə ciddi zərbə vurmuş, bütövlükdə dünyada sülh və əmin-amanlığın rəhni olan sivilizasiyalararası və mədəniyyətlərarası əməkdaşlığa mənfi təsir göstərmişdir.


ƏDƏBİYYAT:
1. Abasov E. Fransa və qondarma erməni soyqırımı. Тarix və onun problemləri, № 1 2014, s. 232-233
2. Ahmet Fuat Mütevelli. Ermeni soykırımı iddiaları karşısında gerçekler, http://dergiler.ankara.edu.tr/dergiler/19/1268/14611.pdf
3. Армянский вопрос - одна из главных преград в турецко-французских отношениях, Сенатор/http://www.1news.az/politics /20130212040801485. htm
4. Assemblée nationale des affaires étrangères, compte rendu n ° 19 (Application de l’article 46 du règlement) Mercredi 10 janvier 2001 (Séance de 9 heures 30) Présidence de M. François Loncle, Président. Официальный сайт Национальной Ассамблеи Франции // www. assemblee-nationale.fr
5. Cabbarlı H. Ermənistanın xarici siyasəti (1991-2012). Bakı: ATSAM, 2014, 420 s.
6. Çexiyadaki Azərbaycan və türk diasporu Fransa parlamentinin qərarina etiraz olaraq aksiya keçirmişlər / azertag.az/.../Chexiyadaki_Azarbaycan..
7. Elif Arslan. Ermeni diasporasının Ermenistan iç politikasına etkisi / Ermeni sorununun ortaya çıkışında Fransanın rolu. Kocaeli, 2006, s.143-145.
8. 2015: Fransa’ya türk göçünün 50’nci yilinda türkiye – fransa ilişkileri sema çapanoğlu, İKV Kıdemli Uzmanı Deniz Servantie / http://www.ikv.org.tr/images/files/ Fransa%20 türkiye%20ilişkileri.pdf
9. Fransa ‘soykırım’ı tanıdı - Türkiye’den Fransa’ya sert tepki. Dışişleri Bakanı Cem’in TBMM’de yaptığı konuşma. T. B. M. M. Tutanak dergisi 47 nci Birleşim 23.1.2001 Salı https://www.tbmm. gov.tr/tutanak/donem 21/yil 3 /bas/b047m.htm
10. Fransa ‘soykirim’i tanidi Türkiye’den Fransa’ya sert tepki http://blog.milliyet. com.tr /2001-den-gunumuze-ne-degisti-/Blog/?BlogNo=158305 18 Ocak 2001
11. Mazıçı Nurşen. Erməni soyqırımı qanunu və Fransa xarici siyasəti, Radikal dərgisi, 23.02.2012, sayı 11, s.9
12. “Milliyyet” qəzeti, 30 may 1998
13. Av. Nazan Moroğlu yazdı: Hukuki açıdan sözde Ermeni soykırımı iddiaları http://tbbdergisi.barobirlik.org.tr/m2015-119-1505
14. Sedat Laçıner. Ermeni sorunun Fransa Türkiye ilişkilerine etkisi, 6 Ocak 2010.
15. Sevdimalıyev R. Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (I hissə) http://1905.az/beyn%C9%99lxalq-erm%C9%99ni-terrorizminin-formalasmasi-v%C9%99-inkisafi-tarixi-baxis/
16. Türkiye Cumhuriyyeti Dış İşleri Bakanlığı. Türkiye-Fransa İlişkileri / http://www.mfa.gov.tr/turkiye-fransa-siyasi-iliskileri.tr.mfa
17. Гюрюн К. Армянское досье. Перевод с турецкого. Б.:Язычы,1993, 372 с.
18. Конвенция о предупреждении преступления геноцида и наказании за него / http://www.un.org/ru/documents/ decl_conv/conventions /genocide. shtml
19. Франция ввела уголовную ответственность за отрицание геноцида армян / https://gr1.global.ssl.fastly. net /Politics/ World/Europe/m. 195073. html
20. Французский Сенат одобрил законопроект, предусматривающий уголовное наказание за отрицание “геноцида армян” http://mk-turkey.ru/politics /2012 /01/24/ francuzskij-senat-odobril-zakonoproekt-o-nakazanii-za-otricanie-genocida-armyan.html
21. www.ikv.org.tr
22. www.newstimes.az.

Açar sözlər: Türkiyə, Fransa, siyasi əlaqələr, erməni amili, Avropa İttifaqı

Ключевые слова: Турция, Франция, политические отношения, армянский фактор, Европейский союз

Key Words: Turkey, France, political relations, armenian factor,European Union

Дадашева Айнур
РЕЗЮМЕ
Влияние армянског фактора на политические связи Турции и Франции
В статье были проанализированы влияние армянского фактора на политическим отношениям между Турцией и Францией.
В статье на основе фактических материалов выявлены, что армянский фактор всегда мешал развитию взаимных политических отношений между Турцией и Францией. Проблема так называемого «геноцида армян» была проблемой, вызвавшей холодные отношения и споры между двумя странами. Несправедливая проармянская позиция Франции временами обостряла турецко-французские взаимоотношения.

SUMMARY
Dadashova Aynur
The influence of the Armenian factor on the political relations of Turkey and France
The article analyzed the influence of the Armenian factor on political relations between Turkey and France.
The article on the basis of factual materials revealed that the Armenian factor has always hampered the development of mutual political relations between Turkey and France. The problem of the so-called “Armenian genocide” was a problem that caused cold relations and disputes between the two countries. The unfair pro-Armenian position of France at times aggravated Turkish-French relations.

 

 

"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019



Strategiya.az

Xəbərlər
15.06.2019

Bakıda ağac maşınların üstünə aşdı - VİDEO

15.06.2019

Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

15.06.2019

“Lider qadınlarının şəbəkəsi”nin yaradılması”

15.06.2019

Sabah 38 dərəcəyə qədər isti olacaq

15.06.2019

Azərbaycanlı polis baş serjantı erməni rəqibini məğlub edərək pauerliftinq üzrə Avropa çempionu olub

15.06.2019

Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir

15.06.2019

Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirdi

15.06.2019

ABŞ-da Ağ Evə soxulmaq istəyən kişi saxlanılıb

15.06.2019

Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO

15.06.2019

15 iyun – Milli Qurtuluş Günü də Azərbaycan xalqının və dövlətinin taleyində həlledici dönüş məqamıdır 

15.06.2019

Həkim və pasiyentlərlə bağlı sənədin ilkin detalları

15.06.2019

Azərbaycan Ordusunda aşpaz hazırlığı kursunun məzunlarına sertifikatlar təqdim edilib - VİDEO

15.06.2019

Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

15.06.2019

Çeferin ingilisləri tənqid etdi -"Londonda Azərbaycanın iki komandası oynasaydı..."

15.06.2019

Ötən gün 31 cinayətkar saxlanılıb

15.06.2019

Həsən Ruhani: "Yaxın Şərq dünyanın ən böhranlı regionlarından birinə çevrilib"

15.06.2019

Bakıda sürücü avtomobili YPX maşınına çırpıb, xəsarət alanlar var

15.06.2019

Elmi ekspedisiyalarda iştirak edən sürücülərlə bağlı YENİ TƏLƏBLƏR

15.06.2019

Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir

15.06.2019

Berlində İkinci Dünya müharibəsi dövründən qalan bomba aşkarlanıb

15.06.2019

Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü başlayıb 

15.06.2019

15 iyun – xaosun sonu, milli qurtuluşun başlanğıcı

15.06.2019

Avrozonada vahid büdcə tətbiq olunacaq

15.06.2019

Atəşkəs növbəti dəfə iriçaplı pulemyotlarla pozulub

15.06.2019

Osakada G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

15.06.2019

İyunun 18-nə dolların rəsmi məzənnəsi

15.06.2019

Çavuşoğlunun açıqlamasından sonra türk lirəsinin dollara qarşı 5,93 səviyyəsinə düşüb

15.06.2019

Novruz Məmmədov Tacikistanın prezidenti ilə görüşüb

15.06.2019

Ronaldo Xamesi istəyir - açıqlama

15.06.2019

Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi

15.06.2019

Bu il taxıl biçini zamanı kombayn problemi olmayacaq - Nazir

15.06.2019

Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu

14.06.2019

Həbib Nurməhəmmədov: “Onu və komandasını darmadağın etdik”

14.06.2019

Bakıda 83 yaşlı qadın itkin düşdü

14.06.2019

Məhkəmə Assanjın ABŞ-a ekstradisiyası məsələsinə gələn ilin fevralında baxacaq

14.06.2019

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti başa çatıb

14.06.2019

Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib

14.06.2019

Ekoloji fəlakət astanasında: nəhəng “ölüm zonası” yaranacaq

14.06.2019

NASA-dan gündəm açıqlama: "Dünyadan ayrılmağın zamanıdır"

14.06.2019

Ağsuda 3 hektara yaxın buğda sahəsi yandı

14.06.2019

POS-terminalların işləməməsi məsələsinə nazirdən - CAVAB

14.06.2019

Müdafiə Nazirliyindən əsgər valideynlərinəXOŞ XƏBƏR

14.06.2019

MİDA ilkin razılıq qərarının alınması ilə bağlı video-çarx hazırlayıb

14.06.2019

Millimiz FİFA reytinqində iki pillə gerilədi

14.06.2019

Vaqif Əsədov: "Son zəng" tədbirlərini məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edirik

14.06.2019

Dövlət Komitəsinin sədr müavini Qaxda vətəndaşları qəbul edib

14.06.2019

Sabah hava necə olacaq?

14.06.2019

Aleksandr Dyukov: “OPEK+” üzvləri neftin qiymətini 55-65 dollar civarında saxlamaq barədə razılığa gələ bilərlər

14.06.2019

DSX hərbçilərinin pensiya təyinatı qaydasına dəyişiklik edildi

14.06.2019

Maradona istefa verdi