Tural Gəncəliyev: "Ermənilər Şuşadakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər"

12:32 / 22.05.2019

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətində Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüş keçirilib.


Görüşdə Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatı, Bakı Dağ yəhudiləri dini icması, "Azərbaycan Respublikasında Katolik kilsənin Apostol Prefekturası” dini qurumu, Avropa Yəhudilərinin Bakı dini icması və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının rəhbərləri iştirak ediblər.


İcmanın İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, dünyada baş verən terror hadisələrinin fonunda Azərbaycanda stabillik hökm sürür.


O qeyd edib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını hələ də işğal altında saxlayır: "Hələ işğaldan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif dini icmaların nümayəndələri mehriban şəkildə yaşayıblar. Ermənilər 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra oradakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər. Digər tərəfdən, Şuşadakı tarixi "Mamayi" məscidindən kilsə kimi istifadə edib, orada dini ayinlər icra edirlər. Bundan əlavə, xristian-katolik kilsələri də erməniləşdirilib. Ermənistan özünü "birinci xristian ölkəsi" kimi dünyada tanıtmağa çalışır. Özünü belə hesab edən dövlətə məscidləri, kilsələri dağıtmaq yaraşarmı? Azərbaycan müxtəlif dini icmalara, o cümlədən ermənilərə aid abidələri qoruyub saxladığı halda, ermənilər işğal altında olan ərazilərimizdə xalqımıza aid qədim məscidlərimizi, qəbiristanlıqlarımızı, ziyarətgahlarımızı dağıdırlar".


T. Gəncəliyev dini icma rəhbərlərini ermənilərin bu vandalizim aktlarına səssiz qalmamağa çağırıb.


Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının keşişi Konstantin Pominov bildirib ki, ermənilər Şuşada yerləşən rus-pravoslav kilsəsinə müdaxilə etmələri barədə onları məlumatlandırmayıblar: "Qarabağ Azərbaycan torpağıdır. Qarabağ, İrəvan xanlıqları olub. Dağlıq Qarabağdakı rus-pravoslav kilsələri də Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına tabedir".


O xatırladıb ki, ermənilər Yaxın Şərqdə, Bizans imperiyasının tərkibində yaşayıblar.


Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının keşişi Jozef Marek Azərbaycanı müxtəlif dini icmaların birgə və mehriban yaşadıqları ölkə kimi xarakterizə edib. O, ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktını pisləyib, dini məbədlərə hər hansı müdaxilənin yolverilməz olduğunu vurğulayıb.


Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili isə ermənilərin dini məbədləri özününküləşdirmək istəyindən söz açıb. R. Mobili qeyd edib ki, ermənilər hər zaman dini-mədəni ibadətgahların mahiyyətini dəyişməyə cəhd ediblər.


Görüş müzakirələrlə başa çatıb. (ONA)


Etiket:

Strategiya.az

Xəbərlər
24.09.2019

Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24.09.2019

Prezident İlham Əliyev Xorvatiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24.09.2019

Azərbaycanlı hakim futbol üzrə dünya çempionatında

24.09.2019

Bakıda avtobus sürücüsü “avtoşluq” etdi - VİDEO

24.09.2019

“Şərq-Qərb”, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqlar

24.09.2019

52 min nəfərə ŞAD XƏBƏR - Əmanətləriniz geri qaytarılacaq

24.09.2019

İƏT hər zaman Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib

24.09.2019

Dostluq məktublarından tanıdığım dost, müəllim, şair və nasir Həzər Dərgahov -80

24.09.2019

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

24.09.2019

Finalçılar nə qədər səs toplayıb? - "The Best

24.09.2019

Əyani təhsil alan tələbələr barədə məlumatlar məşğul şəxslərin reyestrinə daxil ediləcək

24.09.2019

Şamaxıda yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb - Səhiyyə Nazirliyi

24.09.2019

Maduro Putinlə görüşmək üçün təcili Rusiyada gedir

24.09.2019

XİN Azərbaycan əsgərinin neytral ərazidə şəhid olması ilə bağlı bəyanat yaydı

24.09.2019

Azərbaycan əsgərinin meyiti neytral zonadan çıxarılıb

24.09.2019

Gəncənin bir hissəsində qaz təchizatı dayandırılıb

24.09.2019

Vergilər Nazirliyinin bu mərkəzində şöbələr dəyişdirildi

24.09.2019

Atəşkəs bu gecə də pozuldu - 21 dəfə

24.09.2019

Neft yenidən ucuzlaşıb

24.09.2019

İlin ən yaxşı futbolçusu açıqlandı

24.09.2019

Sentyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri

24.09.2019

Tramp ona Nobel mükafatının verilməməsindən gileyləndi

24.09.2019

Bakıda qayınata dörd uşaq anası olan gəlinini baltalayıb öldürdü

24.09.2019

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

24.09.2019

Göygöldə 15 yaşlı qız itkin düşdü

24.09.2019

AZƏRBAYCAN TƏCRÜBƏSİ MÜSBƏT VƏ MÜTƏRƏQQİ NÜMUNƏ KİMİ…

24.09.2019

Maqnit qasırğası xəbərdarlığı

24.09.2019

Türkiyə Ermənistanın işğalçılıq siyasətini növbəti dəfə qınayıb

24.09.2019

Qazaxda 9 ədəd top mərmisi aşkarlanıb

24.09.2019

Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilir

23.09.2019

Elmar Məmmədyarov: Ermənistanın son bəyanatları sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn kobud şəkildə pozulması yolunu davam etdirir

23.09.2019

Pakistan Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal geri çəkilməsini tələb edir

23.09.2019

Qazax-Bakı marşrutu ilə hərəkət edən avtobus Hacıqabulda qəza törədib

23.09.2019

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

23.09.2019

1575 müəllim müddətli müqavilə ilə işə götürüldü

23.09.2019

Azərbaycan Qafqazda Çinin əsas strateji tərəfdaşına çevrilir

23.09.2019

Dələduzluqla məşğul olan “general” saxlanılıb

23.09.2019

Bakıda insanlığa sığmayan hərəkət - Eldar şamı ağacının dibi betonlandı

23.09.2019

Almaniya dəmir yollarında təhlükəsizliyə dair tələblər sərtləşdirilir

23.09.2019

Dekabrın 5-də Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək

23.09.2019

Pompeodan İranla müharibə açıqlaması: "Ordunu ona görə göndərdik ki..."

23.09.2019

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb

23.09.2019

Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır

23.09.2019

BQXK ermənilər tərəfindən vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır

23.09.2019

Sürücülərin diqqətinə: Texniki baxışa görə dövlət rüsumu artırılır

23.09.2019

DİM-dən AÇIQLAMA: Özəl ali məktəblərə qəbul olanlar, əsasən...

23.09.2019

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub

23.09.2019

Mourinyu: İnsanlar “Mançester Yunayted”in indiki vəziyyətindən həzz aldığımı düşünür

23.09.2019

Sabahın hava proqnozu açıqlanıb

23.09.2019

Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı