Ankarada Rəsulzadənin adını daşıyan litseydə onun bir portreti belə yoxdur - REPORTAJ

13:41 / 22.05.2019


Xatirələrində, yazılarında Azərbaycan həsrəti, mühacir həyatının qəriblikləri duyulan  Məhəmməd Əmin Rəsulzadənin Ankarada üç anım məkanı var: 1949-cu ildə yaratdığı Azərbaycan Kültür Mərkəzi, 1955-ci ildən Cəbəçi Əsri məzarlığının 28 may küçəsində uyuduğu məzarlığı, bir də adını daşıyan Anadolu Litseyi.

ONA-nın Türkiyə bürosunun məlumatına görə, məktəb 1993-cü ildə Türkiyənin səkkizinci prezidenti Turqut Özalın təşəbbüsü ilə yaradılıb. Təhsil səviyyəsinə görə Ankarada ilk üçlükdə, bütün Türkiyə də ilk onluqdadır.

Litseydə Rəsulzadəni andıran bir xatirə guşəsi, bir portreti belə yoxdur

Nə qədər qəribə olsa da, litseydə Məhəmməd Əmin Rəsulzadəni andıran bir xatirə guşəsi, divarlarında bir portreti belə yoxdur.

Bununla belə, litseyin direktoru Hüseyn Qazi Yıldırım ONA-ya açıqlamasında məktəbin uğurlarının Rəsulzadənin adına, sanına, ruhuna yaraşdığını bildirib. Məktəbdə Rəsulzadənin bir portretinin belə olmamasını isə belə izah edib: “Dəyərli fikir və dövlət adamı olaraq Rəsulzadə isminə böyük hörmətim var. Təəssüf ki, mənim rəhbərlik dövrümə qədər məktəbdə onun adını əbədiləşdirməyə, Rəsulzadənin adına yaraşan tədbirlər keçirməyə bir müddət fasilə verilib. Doğrudur, mənə qədər də, hazırda da Rəsulzadəni anma tədbirləri keçirilir, amma məncə, bu, yetərli deyil. Əlbəttə, mən də bu vəzifədə əbədi qalmayacağam. Məktəbin rəhbərliyindən getməzdən öncə isə Rəsulzadə adına yaraşan tədbirlər görməsəm, bunu özümə əskiklik sayaram. Rəsulzadənin büstü də daxil olmaqla, məktəbin girişində onun guşəsini yaratmaq arzusundayıq. Gördüyünüz kimi, məktəbdə Atatürkün adına görkəmli guşə var. Büstünün, həyat hekayəsinin, dəyərli fikirləri olan lövhələrin, kitablarının, rəsmlərinin olduğu belə bir guşəni Rəsulzadə üçün də yaratmaq istəyirik. Maliyyə mənbəyi olmasa, bunu məktəbin imkanları hesabına da edə bilərik, amma bu, bəsit bir şey olar. Onun ruhuna, şanına layiq şəkildə bir guşə olmalıdır. Ona görə də təmsil olunduğunuz media vasitəsilə bu məsələnin Azərbaycanda da bilinməsini istərdik”.

"Azərbaycana getmək istədik, təəssüf ki, maliyyə dəstəyi olmadı"

Azərbaycanla münasibətlərin daha möhkəmləndirilməsi üçün Hüseyn Qazi Yıldırım iki ölkənin məktəbləri arasında əlaqələrinin genişlənməsinin zəruri olduğunu qeyd edib: “İndiyə qədər Hayrı Ataş adlı, Azərbaycan heyranı olan həmkarımızın təşəbbüsü ilə bir tədbir keçirmişik. Onu da deyim ki, Hayrı Ataş Bakıda 4-5 il ədəbiyyat müəllimi işləyib. İki ildir, Türkiyəyə qayıdıb, amma Azərbaycandan tam qopmayıb. 2015-ci ildə Hayrı Ataşın təşkilatçılığı ilə istiqlal şairlərimiz “Mehmet Akif Ərsoy və Əhməd Cavadın izində” layihəsini icra etdik. Bakı Türk Anadolu Litseyindən müəllim və şagirdlər gəldi, litseyimizdə tədbirlər keçirildi, Azərbaycan musiqiləri, rəqsləri ifa olundu, söhbətlər apardıq və bu, məktəbimizdə böyük maraqla qarşılandı. Sonra qonaqlarımızı İstanbula, oradan Ədirnəyə, Çanaqqalaya, Bursaya gəzintiyə apardıq. Bu layihənin davamı olaraq biz də Azərbaycana getmək istədik, təəssüf ki, maliyyə dəstəyi olmadı. Bu günlərdə öz təşəbbüsümüzlə İstanbul Atatürk Litseyi və bizim məktəbin Azərbaycan əsilli müəllimi Murat Gülbətəkinlə Hayrı Ataş bir qrup şagirdlə Azərbaycanın Ağcabədi rayonunda məskunlaşan Laçın rayon Vağazin kənd orta məktəbini ziyarət ediblər, təhsil səviyyəsi ilə maraqlanıblar. Köçkün məktəblilərə  hədiyyələr göndərmişdik. Çox hörmətlə qarşılanıblar. Biz çox istərdik ki, bu əlaqələrimiz davamlı olsun, könül bağımız daha da möhkəmlənsin”.

Məktəbdə Azərbaycan əsilli şagirdlər də təhsil alırlar

Litseyin uğurlarından danışan direktor məktəbə şagirdlərin seçilərək qəbul edildiyini deyib: “Litseyimiz fəaliyyətə 450 şagirdə başlayıb, hazırda 650 şagirdimiz var. Bunun da səbəbi imtahanla şagird qəbul edən məktəblərdə limit məhdudlaşdırılması ilə bağlıdır. Çünki təhsil səviyyəsinin daha keyfiyyətli olması qarşıya məqsəd kimi qoyulduğundan siniflərdə şagird sayının az olması önəmlidir. Bu səbəbdən orta məktəbi, yəni 8-ci sinfi bitirib imtahanda çox yüksək nəticə əldə edənlər məktəbimizdə təhsil almaq haqqı qazanır. Bura gələn şagirdlərin çoxu tibb və ya mühəndislik ixtisasına yiyələnməsi qarşılarına məqsəd qoyur, böyük əksəriyyəti də hədəfinə çatır. Bir sinifdə 6 şöbə varsa, onun 5-i texniki, yalnız biri humanitar təmayüllü olur.

Bundan başqa, Avropa Birliyi layihəsi çərçivəsində şagirdlərimiz xarici ölkə məktəblərinin şagirdləri ilə mübadilə proqramı icra edir. İngilis dilli şagirdlərimiz isə, adətən, öz maliyyə vəsaitləri hesabına xaricdə bir illik təhsil alırlar. Avropanın müxtəlif ölkələrindən də gəlib şagird mübadiləsi proqramı əsasında məktəbimizdə türkcə təhsil alanlar var”.

Sonda Hüseyn Qazi Yıldırım Rəsulzadənin ruhuna hörmət əlaməti olaraq litseydə Azərbaycan adına hər hansı tədbirin keçirilməsinin mümkün olduğunu da vurğulayıb: “Müstəqil Azərbaycanın yaranma günü - 28 May ərəfəsində məktəbimizdə Rəsulzadəni andıran musiqili tədbir keçirmək istərdik. Valilikdən izn alıb bu tədbirləri reallaşdırmaq olar. Buna məktəbimizin imkanı var. Məktəbimizdə Azərbaycan əsilli şagirdlər də təhsil alırlar. Azərbaycanla olan əlaqələrimizin genişlənməsi çox önəmlidir”.

P.S. Ümid edək ki, təhsil ocağında Azərbaycan və Rəsulzadə ilə bağlı arzular xeyirxah insanlar sayəsində reallaşacaq. Arzu olunandır ki, Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadə də babasının adını daşıyan litseydə olsun, orada görüşlər keçirsin, babasının öz əli ilə çəkdiyi portretini məktəbə hədiyyə etsin.

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
24.09.2019

Sabahın hava proqnozu açıqlanıb

24.09.2019

Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24.09.2019

Prezident İlham Əliyev Xorvatiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24.09.2019

Azərbaycanlı hakim futbol üzrə dünya çempionatında

24.09.2019

Bakıda avtobus sürücüsü “avtoşluq” etdi - VİDEO

24.09.2019

“Şərq-Qərb”, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqlar

24.09.2019

52 min nəfərə ŞAD XƏBƏR - Əmanətləriniz geri qaytarılacaq

24.09.2019

İƏT hər zaman Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib

24.09.2019

Dostluq məktublarından tanıdığım dost, müəllim, şair və nasir Həzər Dərgahov -80

24.09.2019

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

24.09.2019

Finalçılar nə qədər səs toplayıb? - "The Best

24.09.2019

Əyani təhsil alan tələbələr barədə məlumatlar məşğul şəxslərin reyestrinə daxil ediləcək

24.09.2019

Şamaxıda yol qəzasında 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb - Səhiyyə Nazirliyi

24.09.2019

Maduro Putinlə görüşmək üçün təcili Rusiyada gedir

24.09.2019

XİN Azərbaycan əsgərinin neytral ərazidə şəhid olması ilə bağlı bəyanat yaydı

24.09.2019

Azərbaycan əsgərinin meyiti neytral zonadan çıxarılıb

24.09.2019

Gəncənin bir hissəsində qaz təchizatı dayandırılıb

24.09.2019

Vergilər Nazirliyinin bu mərkəzində şöbələr dəyişdirildi

24.09.2019

Atəşkəs bu gecə də pozuldu - 21 dəfə

24.09.2019

Neft yenidən ucuzlaşıb

24.09.2019

İlin ən yaxşı futbolçusu açıqlandı

24.09.2019

Sentyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri

24.09.2019

Tramp ona Nobel mükafatının verilməməsindən gileyləndi

24.09.2019

Bakıda qayınata dörd uşaq anası olan gəlinini baltalayıb öldürdü

24.09.2019

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

24.09.2019

Göygöldə 15 yaşlı qız itkin düşdü

24.09.2019

AZƏRBAYCAN TƏCRÜBƏSİ MÜSBƏT VƏ MÜTƏRƏQQİ NÜMUNƏ KİMİ…

24.09.2019

Maqnit qasırğası xəbərdarlığı

24.09.2019

Türkiyə Ermənistanın işğalçılıq siyasətini növbəti dəfə qınayıb

24.09.2019

Qazaxda 9 ədəd top mərmisi aşkarlanıb

24.09.2019

Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında görüş keçirilir

23.09.2019

Elmar Məmmədyarov: Ermənistanın son bəyanatları sübut edir ki, hazırkı hökumət beynəlxalq hüququn kobud şəkildə pozulması yolunu davam etdirir

23.09.2019

Pakistan Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal geri çəkilməsini tələb edir

23.09.2019

Qazax-Bakı marşrutu ilə hərəkət edən avtobus Hacıqabulda qəza törədib

23.09.2019

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

23.09.2019

1575 müəllim müddətli müqavilə ilə işə götürüldü

23.09.2019

Azərbaycan Qafqazda Çinin əsas strateji tərəfdaşına çevrilir

23.09.2019

Dələduzluqla məşğul olan “general” saxlanılıb

23.09.2019

Bakıda insanlığa sığmayan hərəkət - Eldar şamı ağacının dibi betonlandı

23.09.2019

Almaniya dəmir yollarında təhlükəsizliyə dair tələblər sərtləşdirilir

23.09.2019

Dekabrın 5-də Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək

23.09.2019

Pompeodan İranla müharibə açıqlaması: "Ordunu ona görə göndərdik ki..."

23.09.2019

Ağcabədidə kredit təşkilatına saxta qızıl təqdim edən şəxslər saxlanılıb

23.09.2019

Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır

23.09.2019

BQXK ermənilər tərəfindən vurulan Azərbaycan hərbçisi ilə bağlı danışıqlar aparır

23.09.2019

Sürücülərin diqqətinə: Texniki baxışa görə dövlət rüsumu artırılır

23.09.2019

DİM-dən AÇIQLAMA: Özəl ali məktəblərə qəbul olanlar, əsasən...

23.09.2019

Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub

23.09.2019

Mourinyu: İnsanlar “Mançester Yunayted”in indiki vəziyyətindən həzz aldığımı düşünür

23.09.2019

Sabahın hava proqnozu açıqlanıb