İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir

15:21 / 23.05.2019

Azərbaycan Odlar Diyarıdır. Bu od, həm çoxlarının qəlbinə hərarət verir, həm də ərazilərinin Ermənistan tərəfindən işğal edilməsindən zərər çəkmiş Azərbaycan xalqının tarixinə işıq saçır.

İsrailli jurnalist Daniel Tsemax İsrailin nüfuzlu İ24 telekanalında nümayiş etdirilmiş süjetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti barədə söhbət açır: https://www.youtube.com/watch?v=G3wUB5yC-PM

Jurnalistin sözlərinə görə, Sovet imperiyasının dağılmasından keçən 27 ildən artıq müddətdə Azərbaycan onun ərazisinin 20 faizini işğal etmiş qonşu Ermənistanın ərazi iddiaları ilə bağlı etnik münaqişədən əziyyət çəkir. Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun ərazisi Ermənistan tərəfindən işğal edilib. İsrailli jurnalist vurğulayır ki, Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir.

Daniel Tsemaxın sözlərinə görə, illər boyu mövcud olan atəşkəs rejiminə baxmayaraq bu illər ərzində Ermənistanla Azərbaycan arasında vaxtaşırı döyüş əməliyyatları baş verib.

İsrailli jurnalist öz süjetində deyib: “Sonuncu tammiqyaslı hərbi qarşıdurma 2016-cı ilin aprelində baş verib. Azərbaycan silahlı qüvvələri 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə erməni ordusuna sarsıdıcı hərbi zərbələr endirib. Bu döyüşlərin sübutları hələ itməyib”.

Tsemax yazır ki, cəmi bir neçə il bundan əvvəl ermənilərin atdığı minomyot mərmiləri Tərtər rayonunun mərkəzindəki binalara düşüb. Qanlı münaqişənin izləri bu şəhərdə hələ də qalır, münaqişə hər gün davam edir. Lakin bu münaqişə Azərbaycan əhalisini daha sıx birləşdirib, xalq daha dözümlü olub, öz torpağına daha möhkəm bağlanıb.

Tərtər sakini Bulud Budaqov: “Münaqişənin lap əvvəlindən biz buradayıq və heç yerə getməyəcəyik. Ölsək də burada öləcəyik. Bu, bizim torpağımızdır, bu torpaq bizə, bizim xalqımıza məxsusdur. Biz başqasının torpaqlarına iddia etmirik, öz torpağımızda rahat yaşamaq istəyirik”.

İsrailli jurnalist deyir: “İşğal edilmiş Azərbaycan əraziləri ilə təmas xəttinə yaxınlaşdıqda orada yandırılmış torpağı, dağıdılmış evləri və viran edilmiş məzarlıqları görürük. Biz bilirik ki, Ermənistan ilə Azərbaycan arasında ərazi münaqişəsi nəticəsində qurbanlar çox olub. Erməni silahlı dəstələri tərəfindən dağıdılmış bu evdə sözün həqiqi mənasında faciə baş verib. 2016-cı ilin aprel ayında ermənilər tərəfindən buraxılmış raket birbaşa bu evə düşərək onu dağıdıb.

Həlak olmuş azərbaycanlı TƏRANƏ HƏSƏNOVANIN ANASI deyir: “Mənim evim raket zərbəsi ilə dağıdılıb. Ermənilərin atdığı mərmi evimin həyətinə düşəndə 16 yaşlı qızım Təranə Həsənova faciəvi şəkildə həlak olub”.

Tsemax qeyd edir ki, azərbaycanlıların sözlərinə görə, ermənilər daim provokasiya və təxribatlar törədir, Azərbaycan kəndlərini atəşə tutur, nəticədə dinc əhali arasında tələfat olur. Öz doğma torpaqlarını işğalçılardan azad etməyə çalışan Azərbaycanlı əsgərlər fədakarcasına döyüşərək, möhkəmlədilmiş yüksəklikləri qısa müddətdə tutub və erməniləri oradan çıxarıblar. Hasarlar, minalar, pulemyot və artilleriya atəşləri bu əsgərləri dayandırmayıb. Lələtəpə yaxınlığında şiddətli döyüşdə Azərbaycan silahlı qüvvələri Cocuq Mərcanlı kəndinin yaxınlığındakı strateji əhəmiyyətli döyüş postunu tutublar. Azərbaycan hökuməti bu kəndi bərpa edib və kəndin əvvəlki sakinlərinin hamısı oraya qayıda biliblər.

Ermənilər həm Lələtəpədə, həm də Cocuq Mərcanlı kəndi uğrunda döyüşdə rus tanklarından və artilleriya silahlarından istifadə ediblər.

Azərbaycan müdafiə nazirinin müavini general Kərim Vəliyev: “Ermənistanda Rusiyanın hərbi bazaları var, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq edir və eyni hərbi struktura daxildirlər”.

Kərim Vəliyev deyir: “Biz Rusiyadan silahları pulla alırıq, Ermənistana isə Rusiya silahı pulsuz verir. Əlbəttə, belə bir fikir yaranır ki, görünür, bəzi ölkələr bu münaqişəsinin davam etməsində maraqlıdırlar”.

Süjetin sonunda studiyada çıxış edən Daniel Tsemax vurğulayır ki, bu gün İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yüksək səviyyədədir. Məhz Azərbaycan ilə İsrailin hərbi əməkdaşlığı sayəsində regionda qüvvələr nisbəti əsaslı şəkildə dəyişib və Azərbaycan silahlı qüvvələri praktiki olaraq bir neçə gün ərzində işğalçı erməni ordusunun ön hissələrini məhv ediblər. Tsemax vurğulayır ki, bu gün Azərbaycan ilə İsrail arasında hərbi və hərbi-texniki sahədə münasibətlər tərəfdaşlıq münasibətləri kimi səciyyələnir.

İsrailin nüfuzlu İ24 xəbərlər telekanalının israilli jurnalisti Daniel Tsemax öz süjetinin sonunda deyir: “İndiki halda tərəfdaşlıq çox yüksək səviyyədədir, ikitərəfli siyasi və iqtisadi münasibətləri etimada əsaslanan yüksək səviyyəli strateji tərəfdaşlıq hesab etmək olar”.


Etiket:

Strategiya.az

Xəbərlər
25.06.2019

Növbəti hərracda 29 dövlət əmlakı üzrə ümumilikdə 71 sifariş verilib

25.06.2019

Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib

25.06.2019

Lempard "Çelsi" ilə danışıqlara başladı - rəsmi

25.06.2019

İran BMT Təhlükəsizlik Şurasının iclasına buraxılmayıb

25.06.2019

Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb

25.06.2019

Fövqəladə Hallar Nazirliyi sürücülərə müraciət etdi

25.06.2019

Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

25.06.2019

Üç güləşçimiz Avropa Oyunlarının yarımfinalına yüksəlib

25.06.2019

Zakir Həsənov təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

25.06.2019

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

25.06.2019

İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən qadın saxlanılıb

25.06.2019

Sabahın havası - İstilər davam edir

25.06.2019

İki güləşçimiz Avropa Oyunlarına qələbə ilə başladı

25.06.2019

Mərkəzi Bankda növbəti hərrac: Manat sabitdir

25.06.2019

Saxta 100-lüklər satan Cəlilabad sakinləri ələ keçdi

25.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb

25.06.2019

DİM Tarif Şurasına müraciət edəcək - Qiymətlər dəyişə bilər

25.06.2019

Sayt yaradan fiziki şəxs sadələşdirilmiş, gəlir və ya əlavə dəyər vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilər

25.06.2019

İsti havada iş dayandırılmalıdırmı? – VİDEO

25.06.2019

İranda terrorçu qruplaşma məhv edilib

25.06.2019

III Respublika Xalq Teatrları Festivalı başa çatdı

25.06.2019

Meşədə çətənə becərən keçmiş məhkumdan silah-sursat da aşkarlandı

25.06.2019

Bakıda istirahət mərkəzində məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb

25.06.2019

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

25.06.2019

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminin görüntüləri yayılıb - VİDEO

25.06.2019

Liseylərə qəbul üzrə müsabiqə keçirilib

25.06.2019

Heydər Əliyev prospektinin bir zolağında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

25.06.2019

“Azeri Light”ın bir barreli 65,5 dollardan baha satılır

25.06.2019

Qadağan olunan yerlərdə avtomobil saxlamayın - TƏXLİYƏ EDİLƏCƏK - RƏSMİ

25.06.2019

Təhlükəli istilər başlayır: Açıq havada işləyənləri nə gözləyir… - VİDEO

25.06.2019

Dünya bazarlarında neft bahalaşıb

25.06.2019

Təmas xəttində nisbi sakitlik müşahidə olunub

25.06.2019

İyunun 25-də xarici valyutaların manata qarşı məzənnələri

25.06.2019

“Xəzər-1” üzən qazma qurğusunda yanğın olub

25.06.2019

Olimpiya Oyunları İtaliyada

25.06.2019

Samux rayonunda hərbi sursat aşkarlanıb

25.06.2019

Sürücülərin NƏZƏRİNƏ: Yollarda 2 yeni nişan olacaq

25.06.2019

“Lenta.ru” Azərbaycan haqqında təxribat xarakterli məqaləyə görə üzr istədi

25.06.2019

Avropa ikincisi olan azərbaycanlı sərbəst güləşçilər vətənə qayıdıb

25.06.2019

Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır

24.06.2019

Elmar Məmmədyarovla müsahibə -"Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində nə işi var?"

24.06.2019

Şirməmməd Hüseynov vəfat etdi

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: “Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”

24.06.2019

Bu gündən Azərbaycanda “Sığorta həftəsi” başlayıb

24.06.2019

Həmsədrlər nazirlərə yeni sənəd təqdim ediblər

24.06.2019

Qazaxıstanda partlayışlar bir neçə gün davam edə bilər

24.06.2019

Yaqub Mahmudov: Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır

24.06.2019

Prezident hərbçilərlə bağlı SƏRƏNCAM İMZALADI

24.06.2019

Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanacaq

24.06.2019

Bidzina İvanişvili: Kütləvi iğtişaşlar törədənlər və səlahiyyətlərini aşanlar cəzalandırılmalıdır