Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

12:27 / 25.05.2019

Mayın 27-də Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi açılacaq.

Mərkəzdən verilən məlumata görə, ekspozisiyada 300-dək eksponat nümayiş olunacaq. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim fars incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən kolleksiya və Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər təqdim ediləcək.

Sərgidə Qacarlar epoxasına aid qədim fars incəsənəti əksəriyyəti Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalarla təqdim olunacaq. Təsvirin gücünü yaxşı bilən Fətəli şah nüfuzunu və nailiyyətlərini nümayiş etdirmək üçün memarlıq, rəsm və dekorativ sənətdən geniş istifadə edirdi. Sərgidə Fətəli şahın özünün portreti də yer alacaq.

Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinə böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin yağlı boya ilə işlənmiş altı əsəri sərgilənəcək. Mirzə Qədim İrəvani tikmə üçün olan trafaret rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınır. XIX əsrin ortalarında İrəvan xanlığının Sərdar sarayının salamat qalmış orijinal əsərlərini, həmin saray kompleksinin məscid və sarayının dekorunda işlədilən plitələri yenidən boyamış şəxs məhz o olub.

İrəvan xanlığının Sərdar sarayının arxeoloji qalıqları arasında Cənubi Qafqazın müxtəlif quberniyalarında yaşayan Azərbaycan xalqına məxsus ənənəvi kostyum və əşyalar, eləcə də mebel nümunələri, vazalar və digər gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim olunacaq. Bu eskponatlarla tanışlıq o dövrün həyat və məişət mənzərəsini daha aydın təsəvvür etməyə imkan verəcək, sarayın memarlıq üslubunu nümayiş etdirəcək.

 
Sərgidə hərbi topoqraf kimi çalışan, sonra isə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş D.Yermakovun fotoşəkillərindən ibarət kolleksiya da təqdim olunacaq. Müharibədən sonra Yermakov Tiflisdə foto işi ilə məşğul olub, Qafqaz bölgəsində səyahətlər edib və bir sıra arxeoloji ekspedisiyalarda fəaliyyət göstərib. İrəvanın Sərdar məscidinin, divarlarında İran şahının, vəliəhdin, Qacar ailəsinin yerli hökmdarları və “Şahnamə” qəhrəmanlarının təsviri olan İrəvan xanlığı sarayı, onun Güzgülü zalındakı tarixi, yağlı boyalarla işlənmiş əsərlərin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən unikal fotoşəkillər silsiləsini yaradıb.

Sərgi oktyabrın 6-dək davam edəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
15.09.2019

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbliləri və tələbələri Bilik Günü münasibətilə təbrik edib

15.09.2019

“Liverpul”, səni təbrik edirəm. Çempionsan!” – Qvardiola

15.09.2019

Snouden Fransadan sığınacaq istədi

15.09.2019

Türkiyədə qaçaqmalçılığa qarşı əməliyyat zamanı 800 yaşı olan kitab aşkarlanıb

15.09.2019

Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu

15.09.2019

HDP millət vəkili ilə bağlı axtarış başlanıb

15.09.2019

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının medalları ictimaiyyətə təqdim olunub

15.09.2019

Tramp danışıqların pozulmasına görə “Taliban”ı günahlandırıb

15.09.2019

Böyük Britaniya digər raketləri müdafiə edə biləcək raket hazırlayacaq

15.09.2019

ABŞ bazarı sabitləşdirmək üçün ehtiyat neftdən istifadə etməyə hazırdır

15.09.2019

Rusiyada vertolyot itib

15.09.2019

Şəhriyar Məmmədyarov dünya kuboku turnirinin onaltıdabir finalına vəsiqə qazanıb

15.09.2019

Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?

15.09.2019

Atəşkəs bu gecə də pozuldu - 22 dəfə

15.09.2019

Bakının erməni-bolşevik işğaldan azad edilməsinin 101-ci ildönümü tamam olur

15.09.2019

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışında iştirak edib

14.09.2019

Prezident İlham Əliyev Latviya və Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

14.09.2019

Sabahın HAVA PROQNOZU açıqlandı

14.09.2019

“Azeri Light”ın bir barreli 63,74 dollara satılır

14.09.2019

Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat

14.09.2019

Qorbaçovun “sarayı” satışa çıxarılıb

14.09.2019

DYP sürücülərə müraciət etdi: oktyabr ayının 1-dən...

14.09.2019

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 245 nəfər uğur qazanıb

14.09.2019

Xalq rəssamı Tahir Tahirov vəfat edib

14.09.2019

DİN: Ötən gün törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb

14.09.2019

Neft yenidən ucuzlaşıb

14.09.2019

Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır

14.09.2019

Səbrimiz daşarsa... - Ərdoğandan SƏRT XƏBƏRDARLIQ

14.09.2019

Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşdə nakautla qələbə qazandı

14.09.2019

Sentyabrın 16-na dolların məzənnəsi

14.09.2019

Güləşçimiz dünya çempionatına erməni ilə start verəcək

14.09.2019

Tramp Boltonun yerinə yeni namizədlə görüşüb

14.09.2019

Naməlum ölümcül xəstəlik aşkar edildi – Artıq ilk qurban var

14.09.2019

Azərbaycan güləşçiləri dünya çempionatına qələbə ilə başlayıb

14.09.2019

"Qarabağ" - "Sevilya" matçına maraq olduqca böyükdür

14.09.2019

Cəbhədən son xəbər

14.09.2019

Bu günün havası

14.09.2019

Sabiq məhkəmə sədri güllələndi - Tovuzda

14.09.2019

Tacikistanda elmə məlum olmayan rəsədxana aşkar olunub

14.09.2019

N.Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki...

14.09.2019

Şirvanda 1 nəfər kanalizasiya quyusuna düşərək ölüb

14.09.2019

Roma papasının səfəri Yaponiya ilə Vatikan arasında münasibətləri daha da möhkəmləndirəcək

14.09.2019

Şəhriyar Məmmədyarov dünya kubokunun növbəti mərhələsində qələbə qazanıb

14.09.2019

Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub

13.09.2019

Əli Həsənov Türkiyədən Azərbacana gələn nümayəndə heyətini qəbul edib - FOTOLAR

13.09.2019

Ölən və yaralananlar var

13.09.2019

Xəzərdə zəlzələ olub

13.09.2019

DYP yük avtomobillərinin sahiblərinə və sürücülərinə müraciət edib

13.09.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

13.09.2019

Xalq artistinə vəzifə verildi