Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”

07:55 / 26.05.2019

Müasir mərhələdə Azərbaycan ilə İsrailin qarşılıqlı münasibətləri, o cümlədən Azərbaycan neftinin İsrail dövlətinə böyük həcmdə ixracı, iki ölkə arasında sıx hərbi-texniki əməkdaşlıq məsələləri möhkəm strateji xarakter daşıyır. İki dövlətin münasibətlərində insan amili də mühüm rol oynayır. Xalqlarımız arasında əsrlərboyu yaxşı, səmimi münasibətlər formalaşıb.


AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Odlar Diyarında səfərdə olmuş israilli jurnalist Daniel Tsemax İsrailin nüfuzlu İ24 telekanalında İsrail ilə Azərbaycan arasında münasibətlərin indiki səviyyəsi barədə danışıb.


İsrailli jurnalist deyir: "Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev İsrail-Azərbaycan münasibətlərinin səmimi xarakterini vurğulayaraq bizi – israilli jurnalistləri "Şalom ma nişma” sözləri ilə qarşıladı. Həqiqətən bu münasibətlər o dərəcədə səmimi və yaxındır ki müdafiə nazirinin müavini israilli jurnalistləri öz dəftərxanasında qəbul edirdi.


Biz Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə də görüşdük. O dedi: "Mənim fikrimcə, Azərbaycan-İsrail dövlətlərarası münasibətlərini başqa ölkələr üçün yaxşı nümunə hesab etmək olar. İslam dünyasının bir hissəsi olan Azərbaycan bu gün həm İsrail ilə, həm də dünyanın bir sıra başqa ölkələri ilə çox yaxşı, etimada əsaslanan konstruktiv münasibətlər yaradıb”.


D.Tsemax öz süjetində qeyd edir ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan sülhsevər ölkədir. Bu ölkənin, eyni zamanda həm qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri, həm İranla, həm də İsrail ilə səmimi dostluq münasibətləri Azərbaycan rəhbərliyinin incə, çoxvektorlu xarici siyasətini təsdiq edir.


Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov: "İsrail ilə bizim xüsusi strateji münasibətlərimiz var. Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir. Bizim yüksək səviyyəli siyasi dialoqumuz, sabit iqtisadi əlaqələrimiz var. İsrail ilə hərbi-texniki əməkdaşlıq sayəsində biz İsraildən ən müasir hərbi texnologiyaları alırıq, bu isə bizim hərbi qüdrətimizi möhkəmlətməyə imkan verir”.
 
 


Daniel Tsemax qeyd edir ki, Azərbaycan İsraili dünyada özünün dörd mühüm strateji tərəfdaşından biri hesab edir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb: "İsrail bizim hərbi sənaye kompleksinin inkişafında fəal iştirak edib. Biz İsrail xalqını və İsrail dövlətini yüksək qiymətləndiririk və onlara hörmət edirik. Biz bütün sahələrdə Azərbaycan-İsrail münasibətlərinin möhkəmləndirilməsi və dərinləşdirilməsi üzərində işi bundan sonra da davam etdirəcəyik”.


Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev jurnalistlərlə söhbətində vurğulayıb ki, Azərbaycanın arsenalında hava hücumundan müdafiə sistemindən başlamış pilotsuz uçuş aparatlarına qədər müasir İsrail silahları var. Bu yaxınlarda Ermənistanla silahlı münaqişədə Azərbaycan həmin silahlardan fəal şəkildə və uğurla istifadə edib.
 
 


General Kərim Vəliyev deyib: "Ermənistan ilə münaqişənin həll edilməməsi səbəbindən biz torpaqlarımızı işğaldan azad etməyə hazırlığı davam etdirməyə məcburuq. Doğrudur, qan tökülməsini heç kəs istəmir, lakin Ali Baş Komandan əmr verən kimi biz həmişə torpaqlarımızı azad etməyə hazırıq”.
Qeyd etmək lazımdır ki, sonuncu Aprel döyüşləri zamanı Azərbaycan İsrailin hərbi texnologiyalarından real olaraq və uğurla istifadə edib.
Daniel Tsemax İsrailin nüfuzlu İ24 xəbər telekanalında İsrail-Azərbaycan münasibətlərinə həsr olunmuş süjetin sonunda deyir: "Bu gün Azərbaycan ilə İsrail arasında münasibətlər bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Artıq neçə ildir ki, israilli mütəxəssislər Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, aqrosənaye kompleksi və sənaye sahələrində çalışır, ən yeni texnologiya və avadanlığı tətbiq edirlər. Azərbaycan İsrail üçün çox böyük geostrateji və geosiyasi əhəmiyyət kəsb edir”.

 


Etiket:

Strategiya.az

Xəbərlər
15.09.2019

Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası və Bakının erməni-bolşevik işğalından azad edilməsi

15.09.2019

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbliləri və tələbələri Bilik Günü münasibətilə təbrik edib

15.09.2019

“Liverpul”, səni təbrik edirəm. Çempionsan!” – Qvardiola

15.09.2019

Snouden Fransadan sığınacaq istədi

15.09.2019

Türkiyədə qaçaqmalçılığa qarşı əməliyyat zamanı 800 yaşı olan kitab aşkarlanıb

15.09.2019

Musa Qasımlı: Bakının azad edilməsi Cümhuriyyətin qurulmasından sonra ikinci böyük tarixi hadisə oldu

15.09.2019

HDP millət vəkili ilə bağlı axtarış başlanıb

15.09.2019

Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatının medalları ictimaiyyətə təqdim olunub

15.09.2019

Tramp danışıqların pozulmasına görə “Taliban”ı günahlandırıb

15.09.2019

Böyük Britaniya digər raketləri müdafiə edə biləcək raket hazırlayacaq

15.09.2019

ABŞ bazarı sabitləşdirmək üçün ehtiyat neftdən istifadə etməyə hazırdır

15.09.2019

Rusiyada vertolyot itib

15.09.2019

Şəhriyar Məmmədyarov dünya kuboku turnirinin onaltıdabir finalına vəsiqə qazanıb

15.09.2019

Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?

15.09.2019

Atəşkəs bu gecə də pozuldu - 22 dəfə

15.09.2019

Bakının erməni-bolşevik işğaldan azad edilməsinin 101-ci ildönümü tamam olur

15.09.2019

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışında iştirak edib

14.09.2019

Prezident İlham Əliyev Latviya və Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

14.09.2019

Sabahın HAVA PROQNOZU açıqlandı

14.09.2019

“Azeri Light”ın bir barreli 63,74 dollara satılır

14.09.2019

Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat

14.09.2019

Qorbaçovun “sarayı” satışa çıxarılıb

14.09.2019

DYP sürücülərə müraciət etdi: oktyabr ayının 1-dən...

14.09.2019

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 245 nəfər uğur qazanıb

14.09.2019

Xalq rəssamı Tahir Tahirov vəfat edib

14.09.2019

DİN: Ötən gün törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb

14.09.2019

Neft yenidən ucuzlaşıb

14.09.2019

Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır

14.09.2019

Səbrimiz daşarsa... - Ərdoğandan SƏRT XƏBƏRDARLIQ

14.09.2019

Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşdə nakautla qələbə qazandı

14.09.2019

Sentyabrın 16-na dolların məzənnəsi

14.09.2019

Güləşçimiz dünya çempionatına erməni ilə start verəcək

14.09.2019

Tramp Boltonun yerinə yeni namizədlə görüşüb

14.09.2019

Naməlum ölümcül xəstəlik aşkar edildi – Artıq ilk qurban var

14.09.2019

Azərbaycan güləşçiləri dünya çempionatına qələbə ilə başlayıb

14.09.2019

"Qarabağ" - "Sevilya" matçına maraq olduqca böyükdür

14.09.2019

Cəbhədən son xəbər

14.09.2019

Bu günün havası

14.09.2019

Sabiq məhkəmə sədri güllələndi - Tovuzda

14.09.2019

Tacikistanda elmə məlum olmayan rəsədxana aşkar olunub

14.09.2019

N.Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki...

14.09.2019

Şirvanda 1 nəfər kanalizasiya quyusuna düşərək ölüb

14.09.2019

Roma papasının səfəri Yaponiya ilə Vatikan arasında münasibətləri daha da möhkəmləndirəcək

14.09.2019

Şəhriyar Məmmədyarov dünya kubokunun növbəti mərhələsində qələbə qazanıb

14.09.2019

Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub

13.09.2019

Əli Həsənov Türkiyədən Azərbacana gələn nümayəndə heyətini qəbul edib - FOTOLAR

13.09.2019

Ölən və yaralananlar var

13.09.2019

Xəzərdə zəlzələ olub

13.09.2019

DYP yük avtomobillərinin sahiblərinə və sürücülərinə müraciət edib

13.09.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı