Absurd "miatsum" oyununun yeni səhnəsi: dirijor keşiş və əfəl lider

10:29 / 03.06.2019

Cənubi Qafqazda münaqişələrin həll edilməməsi hər keçən gün yeni problemlər ortaya çıxarır. Region daha riskli məkana çevrilir. Qeyri-müəyyənliklər artır. Bunların fonunda bir sıra dairələr daha dağıdıcı mövqe tutmağa cəhdlər göstərirlər. Eyni zamanda, Ermənistanın siyasi səhnəsində qarşıdurmalar, qarşılıqlı ittihamlar getdikcə artır. İndi erməni siyasi mühiti xaosu xatırladır. Burada monolitlikdən danışa bilməzlər. Üstəlik, erməni siyasi mühiti radikal, məntiqsiz, müasir geosiyasi reallıqlara uyğun olmayan ideoloji konseptlərlə doludur. Həmin bağlılıqda "miatsum" (yəni "birləşmə") çağırışının gündəmə gətirilməsi, əslində, erməni siyasi şüurunun çaşqınlığını ifadə edir. Onun ən qabarıq ifadəsi Dağlıq Qarabağla bağlıdır. Ortaya atılan erməni iddialarının fonunda bütövlükdə bu məsələnin geosiyasi dinamikası üzərində geniş dayanmağa ehtiyac görürük.

Paşinyanın çaşqınlığı: iki səviyyədə təzyiqlər

Ermənistan mətbuatı Nikol Paşinyanı sözün əsl mənasında topa tutur. Bir çox ekspertlər onu müxtəlif məsələlərdə ittiham edirlər. İndi açıq yazırlar ki, o, küçədən gəlib və hələ də özünü "siyasi fiqur" kimi orada hiss edir. Hazırda Ermənistanın baş naziri olan adam "küçə lideri" statusuna malikdir. Məhkəmələrlə bağlı baş verənlərdən sonra bu barədə söhbətlər daha da artıb. Hətta Avropada siyasətçilər və ekspertlər sual edirlər ki, iqtidarda olan adam niyə problemləri hələ də küçədən olan təzyiqlə həll etməyə çalışır? O, özünü radikal müxalifətçi kimi aparmaqda davam edir. İqtidar da özüdürsə, onda N.Paşinyan özü-özünə müxalifdir. Əslində, bu, siyasi məzmunu olmayan fikir deyil. Daha geniş bucaq altında baxdıqda, bu, N.Paşinyanın fəaliyyətinin məntiqi nəticəsidir.

Məsələ ondan ibarətdir ki, N.Paşinyan konkret fəaliyyət planı olmayan, populist mövqe tutan və siyasi səhnədə olanları ancaq öz maraqları naminə məhv etməyə çalışan "siyasətçi" imicini qazanıb. O, Ermənistanı müstəqil və monolit etmək adı altında qeyri-müəyyən geosiyasi mövqe tutmaqda davam edir. Ekspertlərin fikrinə görə, bu, daha çox Kremli qıcıqlandıran qərbpərəst mövqedir. Buna görədir ki, Moskva addım-addım N.Paşinyanın Ermənistandakı siyasi mövqeyini laxladır. Bunu Rusiya iki səviyyədə həyata keçirir.

Birincisi, konkret faktlar əsasında N.Paşinyanın uğursuz lider obrazı yaradılır. Bu kontekstdə N.Paşinyanın vədlərə əməl edə bilmədiyi, sanballı siyasi kursa malik olmadığı və kənardan idarə edildiyi vurğulanır. Bunların fonunda N.Paşinyanın erməni dövlətçiliyi üçün heç bir müsbət iş görə bilməyəcəyi fikri yaradılır. Misal kimi hətta Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu gətirilir və onun güclü olduğu etiraf edilir. Bu, maraqlıdır, çünki adətən erməni ekspertlər özlərindən bədgüman olur, qarşı tərəfə isə təhqiredici yanaşmağa çalışırlar. Əlbəttə, onların məntiqi imkanları məhduddur və ciddi bir təhlil ortaya qoya bilmirlər. Məsələ indi bununla bağlı deyil. Ermənilər Azərbaycanın xarici siyasətinin uğurlarını etiraf etməyə məcbur qalıblar.

İkincisi, mətbuatda analitik yazılar və ekspert rəyləri vasitəsilə N.Paşinyanın Ermənistan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərən obrazı formalaşdırılır. Və bunun sifarişinin Qərbdən olduğu təsəvvürü yaradılır. Dərc edilən məqalələrdə ifadə edilir ki, N.Paşinyan faktiki olaraq erməni xalqını parçalayır. Bunu baş nazirin "iki erməni xalqı" ifadəsini işlətməsində görürlər. Bu kimi fikirlərin Azərbaycanın maraqlarına xidmət etdiyini iddia edirlər. Əslində isə erməni ancaq vahid erməni xalqı və "Böyük Ermənistan"dan danışmalıdır. Son məqsəd isə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək olmalıdır. Bütün bunların yekununda isə belə qənaət yaradılır ki, əgər Ermənistan rəhbərliyi Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirsə, ölkəni böyük fəlakətlər gözləyir. Təbii ki, buna sadə ermənilərin münasibəti çox pis olar.

Beləliklə, hazırda Ermənistanda "miatsum" haqqında çağırışlar siyasi müstəviyə çıxarılır. Əvvəlcə bu barədə kilsə danışıb. Erməni kilsəsi radikal ideoloji kursun mənbəyi olduğunu və qonşu dövlətlərə qarşı aqressiyanı alovlandırdığını növbəti dəfə nümayiş etdirdi. Erməni kilsəsi əsrlərdir ki, xristianlığı mənəvi-əxlaqi aspektdə təmsil edən təşkilatdan siyasi oyuncağa, ideoloji zəhər yuvasına çevrilib. Din təəssübkeşliyi adı altında erməni kilsəsi insanları qətl etməyə səsləyir, müxtəlif dövlətlərə qarşı düşmənçilik etməyə təhrik edir və daha çox siyasi rol oynayır. Və bütün bunları xristian dini adı altında, utanmadan, həya etmədən insanlıq, humanizm və mədəniyyət aktı kimi təqdim etməyə çalışır. Ən pisi odur ki, bütün bunlara dünyanın böyük xristian dövlətləri barmaqarası baxır, yeri gələndə öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Özü də bunu həm Qərb, həm də Şərqdəki güclü xristian dövlətləri edir.

Kilsənin arzusu: Ermənistanda ideoloji böhran

İndi "miatsum" çağırışının siyasi-ideoloji və geosiyasi təsirindən də bəhs edirlər. Bir sıra erməni ekspertləri hesab edirlər ki, əslində, "miatsum" Azərbaycana yardım etmək deməkdir. Çünki bununla Dağlıq Qarabağdakı "erməni dövləti" məhv olur. Onu Ermənistana qatmaqla müstəqil "Arsaxı" qəbirə gömürlər. Yeganə fərq ondan ibarət olur ki, bunu ermənilərin özü edir, Azərbaycanın hərb maşınına ehtiyac qalmır. Məsələn, "Regnum" informasiya agentliyinin baş redaktoru Modest Kolerov deyib ki, "dqr"-in Ermənistana birləşdirilməsi onun "dövlətçiliyi"ni Azərbaycan hərb maşınından öncə məhv edəcək (bax: Станислав Тарасов. Пауза Мамедъярова и будущие слезы Пашиняна. Кому нужен сегодня миацум? / "Regnum", 28 may 2019).

Əlbəttə, reallıqda Dağlıq Qarabağda heç bir erməni dövləti yoxdur, "dqr" dedikləri qondarma bir qurumdur. Ancaq ermənilər və ermənipərəstlər məsələni məhz bu kontekstdə qoyurlar ki, bütövlükdə danışıqları ona istiqamətləndirsinlər. Guya belə bir dövlət var və onun Ermənistana birləşdirilməsinin kimə sərf etdiyini müzakirə etmək olar. Problemin başqa aspekti bəzi dairələrin Azərbaycana təzyiq etməyə cəhd göstərməsi ilə bağlıdır. Sanki xəbərdarlıq etməyə çalışırlar ki, "biz istəyəni Bakı etməsə, işğal olunmuş ərazilərin Ermənistana birləşdirilməsi məsələsi ortaya atıla bilər". Bu da Qüds və Colan təpələri məsələsinə bənzəyir.

Təbii ki, Azərbaycan heç bir təzyiqə boyun əyən dövlət deyil. Ən əsası isə Dağlıq Qarabağ rəsmən və tarixən Azərbaycan torpağıdır. Kimin harada nə sayıqlaması bu real vəziyyəti dəyişə bilməz. O da düşündürücüdür ki, erməni kilsəsinin aqressivliyi müəyyən dairələrin "Keşikçidağ" (və ya "David Qareci") məbədi ilə bağlı atmaq istədiyi addımlarla sinxronluq təşkil edir. Bunun təsadüf, yoxsa eyni bir planın fraqmentləri olduğunu zaman göstərəcək.

İstənilən halda hər kəs bilir ki, Ermənistan-Azərbaycan münaqişəsi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll olunur. Prinsiplərə görə, münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salına bilər. Bundan kənarda onun hər hansı həllindən söhbət gedə bilməz. Azərbaycan Prezidenti dəfələrlə öz mövqeyini qətiyyətlə ortaya qoyub. Rəsmi Bakı başqa variantı qəbul etməz və etməyəcək. Bunu ermənilər də, onların havadarları da bilirlər. Deməli, indi bir sıra dairələr məsələni məhz absurd "miatsum" qışqırıqları fonunda qaldırmağa çalışırlarsa, bu, ancaq ideoloji alət kimi Ermənistanın daxili mühiti üçündür.

Görünür, Ermənistana iki istiqamətdən təzyiqlər artır. Birinci istiqamət böyük güclərin region uğrunda geosiyasi mübarizəsinin yeni səviyyəyə yüksəlməsidir. Konkret olaraq ABŞ, Aİ-nin böyük dövlətləri və Rusiya burada daha gərgin mübarizəyə girişiblər. N.Paşinyan da bu mübarizənin aləti kimi sıxıntı keçirir. Hər iki tərəf onu şillələyir: biri göstərişləri tam yerinə yetirmədiyinə görə, digərləri isə ənənəvi ağalarından imtina etmək cəhdinə görə. Hələlik zərbələrdən N.Paşinyanın ancaq üzü qızarır – siyasi kimliyində dəyişiklik yoxdur.

İkinci istiqamət birincidən qaynaqlanır. Yəni Ermənistanın daxilində olan rıçaqlardan həm Qərb, həm də Rusiya öz oyunu üçün yararlanmağa çalışır. Biri R.Koçaryanı həbsdən çıxarırsa, digəri küçə təzyiqi ilə əks addım atmağa cəhd göstərir. Bunun fonunda Ermənistan siyasi mühitinin bütün paxırları üzə çıxır. Aydın olur ki, ölkədə ermənilərin özlərinə xidmət edəcək siyasi qüvvə yoxdur. Hər biri xaricdəki hansısa dairələrin quludur. Bu səbəbdən Ermənistan siyasi rəhbərliyinə biri deyir "oxu", o biri isə əmr edir ki, "oxuma"! N.Paşinyan bu iki "səddin" arasında vurnuxan zavallıya bənzəyir.

Bütün bunların geosiyasi nəticəsi nə ola bilər? Etiraf edək ki, Ermənistan regionu sabitlikdən çıxaran daha bir addım da atıb. Daha doğrusu, onun üzərində ağalıq etmək üçün mübarizə aparanlar yeni riskləri ortaya atırlar. Bütövlükdə Cənubi Qafqaz daha həssas geosiyasi hala gəlir – istənilən kiçik fluktuasiya belə onu tarazlıqdan çıxara bilər. Ermənilər ümid edirlər ki, bu cür bulanıq suda balıq tutmaqda davam edəcəklər. Amma onlar bir şeyi anlamaq istəmirlər: şərtlər dəyişir və bulanıq suyun mənbəyini quruda biləcək qüvvələr formalaşıb. Bu, Azərbaycan və Türkiyədir!

Newtimes.az
 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM