Uğurlu siyasi kurs və mədəniyyət diplomatiyası: inkişaf modelinin yeni çalarları

06:35 / 05.06.2019

Tarixdə xoş təsadüflərə rast gəlinir. Ancaq hər bir təsadüfün də arxasında bir zərurət vardır. Heydər Əliyevin doğum günü ilə onun adını daşıyan Fondun yubileyinin eyni günə təsadüf etməsi də bir tarixi zərurətdir. Həmin gün müəyyən mənada ikiqat əlamətdar sayıla bilər. Həm Ulu öndərin əziz xatirəsi bir daha yad edilib, fəaliyyəti haqqında geniş danışılıb, dövlət quruculuğu kursunun müxtəlif aspektləri bir daha təhlil edilib, həm də Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti barədə söhbət açılıb. Hər iki əlamətdar hadisə münasibətilə təşkil edilən rəsmi mərasimdə Prezident İlham Əliyev geniş və dərin məzmunlu nitq söyləyərək, maraqlı tezislər ifadə edib. Bu iki hadisəyə dövlət başçısının nitqində yer almış fikirlərin işığında təhlili nəzər salmağa ciddi ehtiyac vardır. Həmin məsələ üzərində bir qədər geniş dayanmaq istərdik.

Ümummilli Lider: milli dəyərlərə və dövlətçiliyə sadiqlik nümunəsi

May ayının 10-u Azərbaycan üçün əlamətdar olan iki hadisə ilə yadda qaldı. Həmin gün ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyi bir yerdə təntənəli mərasim vasitəsilə qeyd edildi. Bu iki əhəmiyyətli hadisənin eyni günə təsadüf etməsi həm tarixi məqamdır, həm də burada bir daxili məntiq vardır. Müasir müstəqil Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevdir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond Heydər Əliyevin adını daşıyır.

Ulu Öndər Azərbaycan üçün olduqca böyük işlər görüb. Heydər Əliyev Fondu da həmin ruhda Ümummilli Liderin işlərini davam etdirərək, müstəqil dövlətçiliyimizə ciddi töhfələr verir. 15 ildir ki, Azərbaycan xalqı ilə bərabər bütün dünya bunun şahididir. Çünki Heydər Əliyev Fondu dünyanın hər guşəsində Azərbaycan mədəniyyətini təbliğ edir, ölkəmizi tanıdır və həm də başqa xalqların mədəni abidələrinin qorunması istiqamətində, uşaqlara, yoxsullara, ehtiyacı olanlara yardım sahəsində olduqca vacib proqramlar həyata keçirir.

Bu iki əhəmiyyətli hadisənin eyni gündə qeyd edilməsinin bütün vacib aspektlərini Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə söylədiyi nitqində dolğun şəkildə ifadə edib. Dövlət başçısı Ümummilli Liderin Azərbaycan dövlətçiliyi üçün gördüyü işləri ardıcıl şəkildə təhlil edib.

Hələ SSRİ dönəmində Heydər Əliyev Azərbaycanın inkişafı istiqamətində əhəmiyyətli addımlar atmışdı. Kremlin ciddi nəzarətinə baxmayaraq, Ulu Öndər Azərbaycanın milli-mənəvi dəyərlərinin, dilinin, adət-ənənələrinin qorunması, bütün sahələrdə inkişafı istiqamətində fədakarlıq göstərirdi. Məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan üçün milli kadrlar yetişdirildi və ölkə ciddi inkişaf yoluna çıxdı.

Bu prosesi illərlə və düşünülmüş şəkildə aparan Heydər Əliyev gələcəkdə səmərəli işləyə bilən milli kadrlar ordusu yaratdı. Bütün bunların nəticəsi olaraq "...sovet dövründə – 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə ən geridə qalmış respublikalardan birindən ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Məhz o illərdə çox möhkəm sənaye potensialı yaradılmışdır, infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir".

Ulu Öndərin Kremldə yüksək vəzifədə çalışarkən Azərbaycan naminə göstərdiyi xidmətləri haqqında ayrıca danışmaq lazımdır. Xüsusilə bir sıra dairələrin ölkəmiz əleyhinə məkrli planları həyata keçirməsinin qarşısını Heydər Əliyevin qətiyyətli siyasəti və parlaq şəxsiyyəti alırdı. Bu məqamı dövlət başçısı İlham Əliyev də xüsusi vurğulayıb. Ölkə rəhbəri həmin aspektdə deyib: "1987-ci ildə vəzifədən gedəndən sonra xalqımız, respublikamız üçün problemlər başladı. İki həftə də keçməmiş erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycandan ayırıb Ermənistana verilməsi haqqında iddia qaldırdılar. Güclü Heydər Əliyev amili imkan vermirdi ki, bu məsələ bundan əvvəlki dövrdə qaldırılsın. Halbuki, belə cəhdlər, belə meyillər var idi. Ancaq Heydər Əliyev amili buna imkan vermirdi".

Yəni fürsətdən istifadə edən düşmən uzun illər hazırlığını gördüyü təcavüzkarlıq siyasətini həyata keçirməyə başladı. SSRİ-nin o vaxtkı rəhbərliyinin ciddi dəstəyi ilə ermənilər Dağlıq Qarabağ ətrafında vəziyyəti gərginləşdirdilər. Həmin mərhələ ilə bağlı İlham Əliyev belə bir fikir ifadə edib: "Deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanın rəhbərliyində olsaydı, heç şübhəsiz ki, Dağlıq Qarabağ problemi heç vaxt yaranmazdı. O vaxtdan xalqımız üçün böyük problemlər başladı". Bu, bir həqiqətdir. Təcrübə də sübut etdi ki, məhz Heydər Əliyev güclü havadarları olan düşməni cilovlaya bilərdi.

Yeni mərhələ: humanitar fəaliyyət və uğurlu Azərbaycan qadını obrazı

Bu tezisin sübutu Heydər Əliyev hakimiyyətə qayıdandan sonra tədricən erməni təcavüzünün qarşısını ala bilməsidir. Ümummilli Lider öncə düşmənin irəliləyişini dayandırdı, sonra işğal altındakı torpaqların bir qismini hərbi əməliyyatlarla azad edib düşməni danışıqlar masası arxasına qayıtmağa məcbur etdi. Bundan sonra Ulu Öndər atəşkəs rejiminə nail oldu və Azərbaycan dövlətinin etibarlı inkişaf strategiyasını həyata keçirməyə başladı. Təcrübə göstərdi ki, Heydər Əliyevin işləyib hazırladığı inkişaf kursu çox səmərəlidir və hazırda Ermənistan Azərbaycandan dəfələrlə zəifdir. Yəni keçən müddət ərzində Ermənistan dövlətçiliyi inkişaf etmədi, lakin Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəldi.

Təbii ki, müstəqil dövlət quruculuğu həm də ölkənin ərazi bütövlüyünü bərpa etmək istiqamətində fəaliyyətlə tamamlanır. Keçən müddətdə Heydər Əliyevin xarici siyasət kursu imkan verdi ki, beynəlxalq təşkilatlar qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü tanısın. Belə də oldu. İndi Azərbaycan yüksək beynəlxalq nüfuza sahib, müstəqil və sürətlə inkişaf edən bir dövlət kimi qəbul edilir. Prezident İlham Əliyev dəfələrə vurğulayıb ki, Azərbaycan rəhbərliyi Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu reallaşdırır və bu, həmişə belə olacaq!

O da sevindiricidir ki, Ulu Öndərin adını daşıyan Fond da fəaliyyətində çox böyük uğurlara imza atmaqdadır. Bu barədə nitqində fikir bildirən dövlət başçısı vurğulayıb ki, 15 il ərzində Heydər Əliyev Fondu bir çox sahələrdə – mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə böyük işlər görüb. Təhsil sahəsində Fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı həyata keçirilməyə başlayıb. Həmin proqram çərçivəsində dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikilib və təmir edilib. Fondun xətti ilə çox sayda uşaqlar müalicə alıblar.

Bütün bunların sayəsində Fond artıq dünyada böyük nüfuza sahib bir təşkilat kimi tanınır. Bu proses durmadan indi də davam edir. Həyata keçirilən geniş əhatəli və çoxsaylı layihələr Heydər Əliyev Fondunun nüfuzunu durmadan artırmaqdadır. Prezident İlham Əliyev həmin bağlılıqda nitqində vurğulayıb: "Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir”.

Bunlarla yanaşı, Ulu Öndərin anadan olmasının ildönümü üçün də əhəmiyyətli məqam kimi Fond tərəfindən Heydər Əliyevin siyasi irsinin bütün dünyada geniş təbliğ edilməsini göstərmək olar. Şübhə yoxdur ki, həmin istiqamətdə də Heydər Əliyev Fondu yeni-yeni uğurlara imza atacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox uğurlu fəaliyyəti sayəsində Fond dövlətçiliyin inkişafı, milli mədəniyyətin təbliği və siyasi kursun təşviqi istiqamətlərində əhəmiyyətli proqramları reallaşdıracaq.

Yuxarıda vurğulanan məqamlar bir daha sübut edir ki, ölkəmiz Ulu Öndərin doğum gününü uğurlu nəticələrlə, böyük planlarla qarşılayıb. Bundan sonra da ölkə rəhbərliyinin qətiyyəti, yüksək siyasi iradəsi və milli maraqları əsas tutması sayəsində daha yüksək nəticələr əldə ediləcək. Azərbaycan daha çox inkişaf etdikcə, Heydər Əliyevin xatirəsi də xalq üçün daha əziz olacaq və dünyada Ümummilli Liderin nüfuzu yeni zirvələrə yüksələcək.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
05.06.2020

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

05.06.2020

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

05.06.2020

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST