Rekord qıran “Çernobıl”ın əsas qəhrəmanlarının REAL HƏYATI - FOTO

09:47 / 10.06.2019

İntihar, həbsxana və həyata davam edənlər

HBO-nun "Çernobıl" mini-serialı tam olaraq gerçəkəri əks etdirir  və 1986-cı ildə Çernobıl AES-də baş vermiş dəhşətli qəza ilə bağlı detallı şəkildə məlumat verir.  Qəzanın ekranda göstərilən qorxunc fəsadları  diqqətləri yenidən bu mövzuya yönəldib və hər şeyin əslində necə baş verdiyini öyrənməyə sövq edir. Mini-film yalnız Rusiyada  deyil, Qərbdədə çox bəyənilib: bütün diqqət prototiplərinin real mühəndislər, yanğınsöndürənlər, sovet məmurları, əsgərlərin olduğu əsas qəhrəmanlara yönəlib. 

Strategiya.az xəbər verir ki, modern.az saytı həmin qəhrəmanların 1986-cı il hadisəsindən sonrakı  taleləri  və onların gerçək həyatlarında baş verənlərin ekranda göstərilənlərlə nə qədər üst-üstə düşməsi ilə bağlı material hazırlayıb.

Valeri Leqasov - akademik

Filmin baş qəhrəmanı akademik Valeri Leqasov hadisə yerinə ilk gələn və  qərarlarıyla Çernobılda qəzanın nəticələrinin ardan qaldırılmasına böyük töhfə verən alimdir.  O, dağılan reaktorun yanında dörd aya qədər vaxt keçirib və orta ağır dərəcədə - 100 ber radiasiya alıb. Qəzanın ilk günlərində o hər gün 5-6 dəfə helikopterlə reaktorun üzərinə qalxıb. Sonra yanan reaktorun üzərinə bor, qurğuşun və dolomit gili qarışığı tökməyi təkif edib. Eləcə də Pripyatın tam təxliyəsinə nail olub.  Valeri Leqasov 1986-cı ilin avqustunda Vyanada MAQATE-nin konfransında çıxış edib. Onun Çernobıl AES-dəki qəzanın səbəblərinin analizi və qəzanın radioloji nəticələrinə dair məruzəsi beş saat çəkib. Ehtimal olunur ki, bu məruzə onun həyatında dönüş nöqtəsi olub. Vyana konfransından sonra Qərbdə  akademiki  cəsarətinə görə qiymətləndirsələr və dünyanı radiasiya qəzasının ciddi fəsadlarından  xilas edən qəhrəman kimi təqdim etsələr də, SSRİ-də  ona şübhə ilə yanaşmağa başlayırlar. Onun səsləndirdiyi məlumatlar hökuməti rüsvayçı vəziyyətə salmışdı - akademik açıqlanması qadağan olunan dövlət sirrlərini faş etmişdi. Nəticədə iki dəfə onun Sosialist Əməyi Qəhrəmanı adına namizədliyi irəli sürülsə də, bu ad Leqasova verilmir, ona sadəcə "Slava" saatı hədiyyə etməklə kifayətlənirlər.

1988-ci ilin 27 aprelində, Çernobıl AES-də qəzanın iki illiyində Leqasov Moskvadakı mənzilində asılmış vəziyyətdə tapılır. İlkin versiya intihar idi. Akademik  səhərisi gün qəzanın səbəblərinin araşdırılmasının nəticələri ilə bağlı məruzə ilə çıxış etməli idi. Ölümündən əvvəl Valeri Leqasov qəzanın səbəbləri və  özünün qəzanın səbəblərinin aradan qaldırılmasında  roluna dair monoloqunu (bu epizod filmdə də əksini tapıb)  kassetə yazıb.  Bu monoloq artıq yazıya köçürülüb. Rusiya prezidenti Boris Yeltsin 1996-cı ildə Valeri Leqasova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib.

Boris Şerbina - məmur

Çernobılda partlayışın baş verməsi ilə bağlı məlumatlar təsdiqi tapdıqdan dərhal sonra Boris Şerbinanı qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı SSRİ Nazirlər Sovetinin hökumət komissiyasına  sədr  təyin edirlər.  O, Çernobıla gəldiyində faciənin miqyasının Moskvada düşünüldüyündən daha ağır olduğunu görür.  Komissiyanı müxtəlif istiqamətlərdə çalışan operativ qruplara bölürlər. Hökumət komissiyasının iclasında Şerbina insanların saat 14-də təhlükəli ərazidən köçürülməsinə qərar verir. O, radio üçün məlumat hazırlanmasını və vətəndaşlara sakit tonda müvəqqəti  köçürülmə zərurətinin yarandığını çatdırmağı  tapşırır.  Vətəndaşlar hökumətə inanırdılar, ona görə də təxliyə operativ və təşkilatlanmış şəkildə baş tutur. Şerbinanın rəhbərlik etdiyi komissiya stansiyada yanğınların söndürülməsi, AES-dəki  4-cü enerji blokunun üstünün örtülməsi, ərazinin zərəsizləşdirilməsi, salamat qalmış enerji bloklarında işlərin bərpası kimi  digər məsələləri də həll edib.

Çernobılda güclü şualanmaya məruz qalması onun immunitetini tamamilə aşağı salmışdı. Boris Şerbina 1990-cı ilin avqustunda vəfat edib.

Vasili və Lüdmila İqnatenko - yanğınsöndürən və onun həyat yoldaşı

Vasili və Lüdmila İqnatenkonun toy şəkli

"Çernobıl" filminun böyük hissəsi ər-arvad İqnatenkoların faciəvi hekayəsinə həsr olunub. Yanğınsöndürən İqnatenko və onun həyat yoldaşı aprelin 27-də Minskə getməli idilər.  Amma Çernobıl AES-dəki qəza onların planlarını pozur. Aprelin 26-sı gecə saat 01:30-da Vasili İqnatenkonu yanğını söndürməyə çağırırlar.  O, altı yanğınsöndrən həmkarı ilə radioaktiv alovu söndrməyə ilk gələnlərdən idi. Nəticədə Vasili güclü radiasiya zəhərlənməsinə məruz qalır və xəstəxanaya yerləşdirilir. Bir neçə saat sonra Lüdmila ərini xəstəxana palatasında tapır: onun üz-gözü şişmiş,  gözləri qıpqırmızı idi, elə hey qusurdu. Lüdmilaya ərinə toxunmamağı əmr edirlər: "Qucaqlamaq və öpmək olmaz, hətta ona yaxınlaşa da bilməzsən. Yarım saatın var".  Zərərçəkmiş yanğınsöndrənləri xüsusi reyslə Moskvaya, 6 nömrəli radioloji xəstəxanaya yola salırlar. Lüdmila da ərinin  arxasınca yollanır.

İki həftə sonra Vasili İqnatenko şüa xəstəliyindən dünyasını dəyişir. Onu sink tabutda Moskva qəbiristanlığında üzərinə sement qarışığı tökməklə dəfn edirlər. Məzarı başında Lüdmila İqnatenko əlində qərənfillər və ərinin şişmiş ayaqlarına yaramayan çəkmələrini tutmuşdu.

Qəza zamanı Lüdmila hamilə idi. O, ərinin uşaq üçün nə qədər təhlükə vəd etdiyini bilmirdi. Onun qızı Nataşa doğulduqdan sonra sadəcə beş gün yaşayır: o ürək qüsuru və qara ciyər sirrozu ilə dünyaya gəlmişdi.  Lüdmila İqnatenkoya Troşinadakı  20 Çernobıl evindən birində ikiotaqlı mənzil veririlər.  O, qida sənayesində texnoloq peşəsinə yiyələnir  və qənnadıçı kimi çalışır. Bir neçə il sonra Lüdmilanın Anatoli adlı oğlu doğulur. Yaxın illərdə onun oğlu da dünyasını dəyişib. Oğlunun vəfatından sonra Lüdmila mikroinsult keçirib, bir neçə dəfə əməliyyat olunub. Hazırda Vətənində, Kiyevdə yaşayır.

Anatoli Dyatlov - baş mühəndisin müavini

Qəza işi ilə bağlı mühakimə olunanlar (soldan sağa): Çernobıl AES-in direktoru Viktor Bryuxanov, baş mhəndisin mavini Anatoi Dyatlov, baş mühəndis Nikolay Fomin

Rəsmi versiyalara görə, qəzanın əsas günahkarlarından biri Anatoli Dyatlov  Çernobıl AES-in istismarı üzrə baş mühəndisin müavini idi. Kifayət qədər ciddi - 390 ber şüalanmaya məruz qalmasına baxmayaraq, o ümumi rejimli təcridxanada cəza çəkmək üzrə 10 il azadlıqdan məhrum edilir.  Dörd il sonra isə onun müdafiəsinə məktub və xahişlər, o cümlədən akademik Andrey Saxarovun xahişlərindən sonra Anatoli Dyatlov vaxtından əvvəl azadlığa buraxılır. Dyatlov günahını heç vaxt boynuna almayıb. "Çernobıl" kitabında o, qəzanın necə baş verdiyini qələmə alıb. Onun sözlərinə görə qəzaya "reaktorun fiziki xarakteristikası, tənzimləmə qurğularının  konstruksiyasının xüsusiyyətləri və reaktorun reqlamentdən kənar vəziyyətə gətirilməsi"  səbəb olub.  Qəzanın 30 illiyi ərəfəsində youtube-da Dyatlovun evində naməlum operator tərəfindən lentə alınmış görüntüləri yayımlanıb. Orada baş mühəndisin müavini qəza ilə bağlı öz versiyasiyasını səsləndirir və növbəti dəfə bildirir ki, heç bir günahı  yoxdur. Dyatlov 1985-ci ildə 65 yaşında infarktdan dünyasını dəyişib.

 Viktor Bryuxanov - Çernobıl AES-n direktoru

Viktor Bryuxanov Pripyat şəhərində orta məktəbdə

 
Çernobıl AES-in keçmiş direktoru  Viktor Bryuxanov da rəsmi versiyaya görə, faciənin əsas günahkarlarından sayılır. O, "işdə buraxdığı qəza və ağır nəticələrə gətirib çıxaran  ciddi  səhvlər və çatışmazlıqlara görə" partiya sıralarından xaric olunub və cəzasını  ümumi rejimli islah-əmək düşərgəsində  çəkmək üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Həbsxanada Viktor Bryuxanovun vəziyyəti ağır idi. Onun hansı təcridxanaya yerləşəcəyi buranın sakinlərinə o gəlmədən öncə çatmışdı . Bütün zon qəzanın əsas səbəbkarını görməyə çıxmışdı. Viktor Bryuxanov zonda ingilis dilini öyrənir,  rus ədəbiyyatı klassiklərini oxuyur. Səhhətindəki problemlərlə bağlı onu vaxtından əvvəl azad edirlər.

1991-ci ildə azadlığa buraxıldıqdan sonra Bryuxanov dərhal Çernobıla gedir. Onu burada "çox isti qarşılayırlar" və texniki şöbənin rəisi vəzifəsini təklif edirlər. 1995-ci ildə isə Ukraynanın energetika naziri  Aleksey Makuşin Bryuxanovu "İnterenerqo" Birliyi rəisinin mavini vəzifəsinə dəvət edir.  Bryuxanov elektrik enerjisinin xarici ölkələrə satışına dair danışıqlara məsul idi, Macarıstan, Yaponiya və Almaniyada ezamiyyətdə olub. 72 yaşında görmə problemlərinə görə təqaüdə çıxıb. Serial yayıma çıxdığında Bryuxanov artıq 83 yaşında idi.

 Nikolay Fomin - baş mühəndis

Rəsmi versiyaya əsasən Çernobıl AES-in baş mühəndisi Nikolay Fomin də qəzanın əsas günahkarlarından biri elan olunub. O, qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edir, amma eyni zmanda stansiyanın direktoru Viktor Bryuxanovla birlikdə həbs olunur. Onu da 10 illik azadlıqdan məhrum edirlər. Hələ istintaq zamanı baş mühəndis ağlını itirir - gözlüyünü sındırır, onun şüşəsi ilə damarlarını kəsməyə cəhd edir.  1988-ci ildə, həbsinin ikinci ilində Nikolay Fomində reaktiv psixoz (reallığın qəbulu və ətraf aləmlə qarşılıqlı əlaqə yollarının müvəqqəti dəyişikliyi və patologiyası) müşahidə olunur. Onu məhkumlar üçün nəzərdə tutulan Rıbinsk psixonevroloji xəstəxanasına yerləşdirirlər.  Bir müddət sonra isə Fomin  yaxınlarının təkidiylə həbsxana xəstəxanasından  Tver vilayətində mülki psixiatriya klinikasına köçürülür. Keçmiş baş mühəndis bir müddət  Kalininsk AES-ində çalşıb.

Çernobıl AES-in keçmiş mühəndisi hazırda həyat yoldaşı, övladları və nəvələriylə Tver vilayətinin Udomlya şəhərində yaşayır.  O, 1986-cı il hadisələrini xatıramamağa çalışır. Fominin bir deyimi isə KİV-də geniş rezonans doğurmuşdu:  "Məni çox şeydə ittiham edirlər. Amma ünvanıma deyilən hər şeyin ədalətli olduğunu düşünmürəm. Özüm bir məsələdə günahkar bilirəm:  həmişə belə düşünürdüm ki, müəssisənin fəaliyyətində əsas texnikadır, amma sən demə əsas insanlar  imiş.   Onların əhəmiyyətini düzgün qiymətləndirməmişəm".

Aleksandr Akimov - gecə növbəsinin rəisi

Qəza işi üzrə gnahlandırılanlar (soldan sağa): stansiyanın istismar üzrə baş mühəndisinin müavini Anatoli Dyatlov və və baş mühəndis Nikolay Fomin hökmü dinləyir.

Faciənin baş verdiyi gün gecə növbəsinin rəisi Aleksandr Akimov pultun arxasında təcrbəni izləyirdi. Müşahidəçilər nəyinsə yolunda getmədiyini anladıqlarında dərhal  əsas soyutma nasosunu bağlayırlar. Uran çubuqları qızmağa başlayır. Zəncirvari reaksiya aktivləşir. Eyni anda bir neçə uran çubuğu gözlənilmədən reaktorun fəal hissəsinə düşür, ancaq reaktorun gücü zəifləmir.  Yalnız reaktorun gücü bir neçə yüz dəfə yüksəldikdən sonra Akimov qəza düyməsini basır.

4-cü enerji blokunda partlayışdan dərhal sonra Aleksandr Akimov AES-in onlarla əməkdaşı ilə birlikdə üçüncü blokun su nasosları və su təchizatını bərpa edib. Onlar bütün əməkdaşları təhlükəli ərazidən uzaqlaşdırır, generatorlardan hidrogeni çıxarır, onu təhlkəsiz azotla əvəzləyirlər, nasosla tonlarla yağı boşaldır, onun yanmasına imkan vermirlər. Məhz bu insanlar qəzanın dünya miqyaslı bir faciəyə çevrilməsinin qarşısını alırlar. Üçüncü blokun stabil vəziyyətdə işini davam etdirməsinə nail olunur.

Çernobıl AES-də növbə dəyişimi. Soldan birinci Aleksandr Akimov

Bu prosesdə iştirak edənlərin hamısı yüksək dozada şüalanmaya məruz qalırlar və reaktorda yanğını söndürməyə ilk gələn yanğınsöndrənlərin ardınca yerli xəstəxanaya yerləşdirilirlər.  İki həftə sonra Aeksandr Akimov Moskvada şüa xəstəliyindən dünyasını dəyişir.

Leonid Toptunov - Çernobıl AES-in reaktor sexinin baş mühəndisi

Çernobıl AES-in reaktor sexinin baş mühəndisi Leonid Toptunov reaktorun gücünün tənzimlənməsinə cavabdeh idi  və ilk olaraq o anayır ki, sürətin artırılması reaktorun nəzarətdən çıxmasına gətirib çıxara bilər.  Belə olduqda o, təcrbəni dayandırmağı tələb edir. Amma Dyatlov onu dinləmir, reaktorun gücünü artırmağı tələb edir, hansı ki, sonda məlum faciəyə gətirib çıxarır. Toptunov qəzadan iki həftə sonra Moskva xəstəxanasında şüalanmadan dünyasını dəyişib.

Radioaktiv  suya baş vuran qəhrəmanlar

Qəzanın nəticələrini aradan qaldıran briqadanın bərpa işləri üçün növbə dəyişimi  

Çəndəki suyun rəzəsini açmaq üçün radioaktiv suya girən Aleksey Ananenko, Valeri Bespalov və Boris Baranov  stansiyada daha dəhşətli partlayışın qarşısını alıblar. Ananov və Bespalov hazırda sağdırlar və işləməyə davam edirlər. Baranov isə 2005-ci ildə ürək tutmasından dünyasını dəyişib.

 


Etiket:

Strategiya.az

Xəbərlər
25.06.2019

Növbəti hərracda 29 dövlət əmlakı üzrə ümumilikdə 71 sifariş verilib

25.06.2019

Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib

25.06.2019

Lempard "Çelsi" ilə danışıqlara başladı - rəsmi

25.06.2019

İran BMT Təhlükəsizlik Şurasının iclasına buraxılmayıb

25.06.2019

Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb

25.06.2019

Fövqəladə Hallar Nazirliyi sürücülərə müraciət etdi

25.06.2019

Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

25.06.2019

Üç güləşçimiz Avropa Oyunlarının yarımfinalına yüksəlib

25.06.2019

Zakir Həsənov təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

25.06.2019

Təmas xəttində monitorinq insidentsiz başa çatıb

25.06.2019

İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən qadın saxlanılıb

25.06.2019

Sabahın havası - İstilər davam edir

25.06.2019

İki güləşçimiz Avropa Oyunlarına qələbə ilə başladı

25.06.2019

Mərkəzi Bankda növbəti hərrac: Manat sabitdir

25.06.2019

Saxta 100-lüklər satan Cəlilabad sakinləri ələ keçdi

25.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb

25.06.2019

DİM Tarif Şurasına müraciət edəcək - Qiymətlər dəyişə bilər

25.06.2019

Sayt yaradan fiziki şəxs sadələşdirilmiş, gəlir və ya əlavə dəyər vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilər

25.06.2019

İsti havada iş dayandırılmalıdırmı? – VİDEO

25.06.2019

İranda terrorçu qruplaşma məhv edilib

25.06.2019

III Respublika Xalq Teatrları Festivalı başa çatdı

25.06.2019

Meşədə çətənə becərən keçmiş məhkumdan silah-sursat da aşkarlandı

25.06.2019

Bakıda istirahət mərkəzində məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb

25.06.2019

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

25.06.2019

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminin görüntüləri yayılıb - VİDEO

25.06.2019

Liseylərə qəbul üzrə müsabiqə keçirilib

25.06.2019

Heydər Əliyev prospektinin bir zolağında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

25.06.2019

“Azeri Light”ın bir barreli 65,5 dollardan baha satılır

25.06.2019

Qadağan olunan yerlərdə avtomobil saxlamayın - TƏXLİYƏ EDİLƏCƏK - RƏSMİ

25.06.2019

Təhlükəli istilər başlayır: Açıq havada işləyənləri nə gözləyir… - VİDEO

25.06.2019

Dünya bazarlarında neft bahalaşıb

25.06.2019

Təmas xəttində nisbi sakitlik müşahidə olunub

25.06.2019

İyunun 25-də xarici valyutaların manata qarşı məzənnələri

25.06.2019

“Xəzər-1” üzən qazma qurğusunda yanğın olub

25.06.2019

Olimpiya Oyunları İtaliyada

25.06.2019

Samux rayonunda hərbi sursat aşkarlanıb

25.06.2019

Sürücülərin NƏZƏRİNƏ: Yollarda 2 yeni nişan olacaq

25.06.2019

“Lenta.ru” Azərbaycan haqqında təxribat xarakterli məqaləyə görə üzr istədi

25.06.2019

Avropa ikincisi olan azərbaycanlı sərbəst güləşçilər vətənə qayıdıb

25.06.2019

Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır

24.06.2019

Elmar Məmmədyarovla müsahibə -"Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində nə işi var?"

24.06.2019

Şirməmməd Hüseynov vəfat etdi

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva: “Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”

24.06.2019

Bu gündən Azərbaycanda “Sığorta həftəsi” başlayıb

24.06.2019

Həmsədrlər nazirlərə yeni sənəd təqdim ediblər

24.06.2019

Qazaxıstanda partlayışlar bir neçə gün davam edə bilər

24.06.2019

Yaqub Mahmudov: Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır

24.06.2019

Prezident hərbçilərlə bağlı SƏRƏNCAM İMZALADI

24.06.2019

Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanacaq

24.06.2019

Bidzina İvanişvili: Kütləvi iğtişaşlar törədənlər və səlahiyyətlərini aşanlar cəzalandırılmalıdır