Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi: reallıqlar, imkanlar, perspektivlər

18:39 / 10.06.2019

Elman Nəsirov

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Müstəqil Azərbaycan Respublikası 23 ay hakimiyyətdə olmuş (1918-ci il 28 may – 1920-ci il 28 aprel) Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Respublikası ötən payız müstəqilliyinin ­27-ci ildönümünü qeyd etdi. Bu illər ərzində ölkəmiz şərəfli və eyni zamanda, mürəkkəb bir inkişaf yolu keçmişdir. Bu yazıda həmin yolun beynəlxalq aləmlə əməkdaşlıq kontekstində təhlükəsizlik məsələləri ilə bağlı hissəsi haqqında təhlillər aparmaq, elmi nəticə və qənaətlərimizi paylaşmaq niyyətindəyik.

Bu, bir həqiqətdir ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin memarı olduğu xarici siyasət kursunda başlıca yer tuturdu. Bu məqsədlə ulu öndər 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin həllinə nail olmaq üçün ikitərəfli formatda keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə tədbirlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr haqqında təkzibedilməz faktları və arqumentləri ortaya qoymuş, münaqişənin əzəli və tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı ilhaq edib özünə birləşdirməyə çalışan bədnam qonşumuzun ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yarandığını bəyan etmişdi. Həmin dövrdə keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi nəticəsində münaqişə dərinləşərək müharibəyə çevrildi.
1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən zirvə görüşündə Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qurumun fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək ATƏM-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdılar. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılmasının səbəbi olmalı idi. Münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində də ayrıca qərar qəbul olundu. ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, 53 dövlət tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu.
Ümummilli lider Heydər Əliyevin münaqişənin aradan qaldırılması sayəsindəki titanik fəaliyyətinin göstəricisi olan bəzi faktlara istinad etmək yerinə düşərdi. Belə ki, 1993-2000-ci illər ərzində ulu öndər ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin dövlət başçısı ilə 485 dəfə görüşmüşdür. Bu görüşlərin hamısında Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. NATO-nun, Müstəqil Dövlətlər Birliyinin zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd zirvə görüşündə, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərində hər dəfə ulu öndər Heydər Əliyev Ermənistan – Azərbaycan münaqişəsini gündəliyə çıxarmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcısı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin -- Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu, sırf zaman məsələsidir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Bu yanaşma tərzi Ermənistan -- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə münasibətdə də istisna təşkil etmir. 
Bu gün dünyada “güclü haqlıdır” məntiqinin işlədiyini nəzərə alaraq, Prezident İlham Əliyev davamlı şəkildə güclənmək xəttini daha da möhkəmləndirmişdir. Yalnız bu halda Ermənistan --Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun ədalətin bərpasına yönəlik siyasətinin formalaşmasına ümid bəsləmək olar. Hazırda isə bu qurumun fəaliyyəti sanki münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmişdir. Elə Minsk qrupu bu fəaliyyəti ilə də məlum Aprel döyüşlərinədək öyünürdü. Aprel döyüşləri bu illüziyanı alt-üst etdi. Məlum olduğu kimi, Azərbaycan Ordusu 2016-cı il aprelin 2-dən 5-dək Ermənistan silahlı qüvvələrinin növbəti hərbi avantürasının qarşısını əks-həmlə ilə aldı və düşmənə sarsıdıcı zərbələr endirdi. Dördgünlük hərbi əməliyyatlarda qoşunlarımız mövqe üstünlüyünü təmin etmiş oldu.
Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Qüdrətli Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz ermənilər üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır.
Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də həmin il aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı. Ermənistanın Azərbaycanla dövlət sərhədində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan Ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik ordumuzun 4 gün ərzində düşməni əks-hücumu ilə darmadağın etməsi Prezidentimizin yuxarıda qeyd olunan fikirlərinin tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi. 
Prezident İlham Əliyevin cari il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, Ermənistanda iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, ölkədə əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir.” Bəli, Serj Sarkisyanın məhz işğal siyasətini davam etdirməsi nəticə etibarilə onun “taxt-tacı”nı laxlatmış, ölkədə siyasi kataklizmləri labüd etmiş, Ermənistanda inqilab baş vermiş və nəticədə o, tarixin qaranlıq arxivinə atılmışdır.
Ermənistanın siyasi tarixində Nikol Paşinyan erası başlanmışdır. Onun nə qədər davamlı olması Ermənistanın yeni rəhbərinin öz sələflərinin səhvlərindən nə dərəcədə ibrət dərsi almasından asılı olacaq. Əgər Nikol Paşinyan dərk etsə ki, işğalçılıq siyasəti Ermənistanın üzləşdiyi bütün böhran və kataklizmlərin əsas fundamental səbəbidir və aradan qaldırılmalıdır, bu halda Nikol Paşinyan rəhbərlik etdiyi dövlət və xalqın qaranlıq tuneldən çıxışını təmin edə biləcək. Yox, əgər əksi olarsa, bu halda o da sələfləri kimi səbəblərlə deyil, nəticə ilə mübarizə apararaq qaranlıq tunelin sərgərdan yolçusu statusuna enəcəkdir. Bu eniş isə onu da sarkisyanların sığınacaq tapdığı tarixin qaranlıq zirzəmisinin sakininə çevirəcəkdir.
Ən azı, bu eniş və onun məlum ünvanı qorxusu Nikol Paşinyanı konstruktiv mövqe axtarışına sövq etməlidir. Zənnimizcə, hazırda bu istiqamətdə müəyyən meyillər diqqətdən yayınmır. Onlar hansılardır? Birincisi, hakimiyyətinin ilk aylarında qondarma Dağlıq Qarabağ rejiminin münaqişənin tənzimlənməsi prosesində bir tərəf kimi iştirakında israrlı olan Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi qarşısında geri çəkilməli oldu. Həmin mövqeyə görə, münaqişənin yalnız iki tərəfi vardır. Bunlar Ermənistan və Azərbaycandır. Bundan fərqlı yanaşma qəbuledilməzdir. Hadisələrin sonrakı gedişi göstərdi ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycan Prezidentinin polad iradəsi qarşısında geri çəkilərək 2018-ci ilin sentyabr ayında Düşənbədə, dekabr ayında Sankt-Peterburqda və cari ilin yanvar ayında Davosda qondarma Dağlıq Qarabağ rejiminin iştirakı olmadan danışıqlar aparmaq məcburiyyətində qalmışdır. Eyni məntiqlə də artıq dörd dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşlər. Xüsusilə, hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində Parisdə aparılan danışıqlarda konkret olaraq hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yolları müzakirə edilmişdir. Tərəflər bu istiqamətdə əməli addımların atılmasının zəruriliyi ilə bağlı ortaq mövqeyə malik olduqlarını bildirmişlər.
Nikol Paşinyanın timsalında Ermənistanda hakimiyyətə gəlmiş və onu daha da möhkəmləndirməkdə olan qüvvələrlə ona qarşı dayanan müxalif tərəflər arasında ziddiyyətlər yeni məzmun kəsb etməyə başlayır. Onu da nəzərdən qaçırmayaq ki, Nikol Paşinyana müxalif radikal qüvvələrin başında Dağlıq Qarabağın erməni klanı dayanır. Əslində, onlar arasında “kim-kimi” prinsipi üzrə açıq mübarizəyə start verilib. Bu mübarizənin kompromissiz olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Təsadüfi deyildir ki, Nikol Paşinyan artıq açıq mətnlə Dağlıq Qarabağdakı rejimin qondarma “rəhbəri” Bako Saakyanı və ətrafını ittiham etməkdən çəkinmir. O qeyd edir ki, Bako Saakyan Serj Sarkisyan qüvvələrinə işləyir və 9 dekabr erkən parlament seçkilərində müxalif Ermənistan Respublika Partiyasını müdafiə etmişdir. Yaxın zamanlarda Nikol Paşinyan -- Bako Saakyan qarşıdurmasının açıq müstəvidə yeni məzmun kəsb edəcəyini proqnozlaşdırmaq olar. Məsələyə eyni məntiqlə yanaşsaq seçkiöncəsi zaman kəsimində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi də təsadüfi sayılmamalıdır. Son parlament seçkilərindən sonra tərəflər bir-birinə qarşı açıq müharibə elan etdiklərini gizlətmirlər. Bu mübarizədə Nikol Paşinyan Dağlıq Qarabağ klanını siyasi səhnədən tam uzaqlaşdıra bilsə, bu, onun ikinci qələbəsi olacaq. Bu hadisənin regionun təhlükəsizliyi üçün faydalı ola biləcəyinı ehtimal etmək mümkündür.
Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Bunu cari il martın 29-da Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında Vyanada keçirilən görüş də təsdiqlədi. Görüşün yekunu oaraq, birgə bəyanat qəbul edildi. Həmin sənəd Vyana görüşünün substantiv xarakter daşıdığını və əhatəli olduğunu göstərir. Ermənistanda parlament seçkilərindən sonra eyforiyada olan ölkə rəhbərliyi işğal altındakı Azərbaycan torpaqlarında yaratdıqları qondarma rejimi hər vəchlə leqallaşdırmaq üçün danışıqlar formatının dəyişdirilməsi istəyini açıq-aydın büruzə verirdi. Birgə bəyanat, ilk növbədə, Ermənistan tərəfinin son dövrdə danışıqların formatının dəyişdirilməli olduğuna, bunun baş vermədiyi müddətdə münaqişənin mahiyyəti üzrə danışıq apara bilməyəcəklərinə dair verdikləri bəyanatların iflasa uğradığına dəlalət edir. 
Vyana görüşü bu istəyin əsassız olduğunu və onun reallaşdırılmasının mümkün olmadığını Ermənistan tərəfinə nümayiş etdirdi. Prezident İlham Əliyev də görüşdən sonra verdiyi açıqlamada bildirdi ki, danışıqların formatı dəyişməz qalır.
Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin nizamlanmasında öz qəti mövqeyini dəfələrlə bəyan edib. Bu mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağ ermənilərinə respublikamızın hüdudları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir.


Etiket:

Strategiya.az

Xəbərlər
18.10.2019

Azərbaycana partlayıcı maddə keçirmək istədilər

18.10.2019

Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib

18.10.2019

Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib

18.10.2019

Nazirlik Bakıda küçəyə atılan birgünlük körpə ilə bağlı məlumat yaydı

18.10.2019

Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

18.10.2019

ABŞ səfirliyindən Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım

18.10.2019

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun ikinci görüşdəki rəqibi dəqiqləşib

18.10.2019

UEFA "Qarabağ"ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb

18.10.2019

Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib

18.10.2019

AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

18.10.2019

Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb

18.10.2019

Qorbaçov Putinə müraciət etdi

18.10.2019

Bakıda birgünlük körpəni küçəyə atdılar 

18.10.2019

"Azeri Light" nefti ucuzlaşıb

18.10.2019

Bu şəxslərin maaşları 25 faiz artırıldı

18.10.2019

Ərdoğan və Pensin bu görüntüsü izlənmə rekordu qırır - VİDEO

18.10.2019

“Brexit” reallaşmaq üzrədir – Britaniya Avropaya 33 milyard funt odəyəcək

18.10.2019

Postmodern oyun - “Müəmmalı bir qətlin üç versiyası”

18.10.2019

Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək

18.10.2019

Oktyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.10.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 21 dəfə pozuldu

18.10.2019

Bu rayonlarda qaz olmayacaq 

18.10.2019

"El Klassiko"nun vaxtı dəyişdirildi

18.10.2019

Neftin ucuzlaşması davam edir

18.10.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

18.10.2019

Bir adamın dərd yükü = hər adamın - dərd yükü...

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür

17.10.2019

Sona Vəliyevanın səssiz nəğməsi - Akademik Dusko M.Petroviç

17.10.2019

Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir

17.10.2019

Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir

17.10.2019

Qazaxda 2 ədəd top mərmisi aşkarlanıb

17.10.2019

Türkiyə Prezidenti Ankarada ABŞ-ın vitse-prezidenti ilə görüşüb

17.10.2019

Azərbaycan əhalisinin sayı açıqlanıb

17.10.2019

Gənclər üçün 13-cü qrant müsabiqəsinin nəticələri açıqlanıb

17.10.2019

ATƏT Minsk qrupunun həmsədrləri regiona səfərləri ilə bağlı bəyanat yaydı

17.10.2019

Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir

17.10.2019

Azərbaycan Prezidenti: Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir

17.10.2019

18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis

17.10.2019

Rusiya XİN: Suriyanın şimalında həbsdə olan İŞİD-çilərin mühafizəsindən narahatıq

17.10.2019

İran yeni reaktiv təyyarəsini təqdim edib

17.10.2019

“Rosneft” İraqdakı yataqda işlərini dayandırıb

17.10.2019

“Traktor” “Barış Pınar”ına dəstək olan futbolçuya sahib çıxdı

17.10.2019

Problemli krediti olanların nəzərinə: Siyahı hazırlandı

17.10.2019

Böyük Britaniya və Aİ arasında “Brexit” üzrə yeni razılaşma əldə olunub

17.10.2019

Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur

17.10.2019

2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq

17.10.2019

Angela Merkel: Aİ İrlandiya adasında sərt sərhədə yol verə bilməz

17.10.2019

Nazirdən vahid məktəbli forması ilə bağlı - AÇIQLAMA

17.10.2019

Sabahın hava proqnozu

17.10.2019

Narkotik alveri ilə məşğul olan "Volk Qədir” tutuldu - Meşədə