34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib

18:41 / 10.06.2019

2018-ci ildən bəri 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb.

Vergilər Nazirliyindən  verilən məlumata görə, nazirlik vergi sistemində şəffaflığın təmin olunması, korrupsiya və mənimsəmə hallarına qarşı mübarizənin aparılması istiqamətində tədbirləri davam etdirir.

Bir müddət əvvəl Vergilər Nazirliyi Baş Prokurorluqla birlikdə bir sıra ərazi vergilər idarələrinin fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair məlumat yayaraq, bu pozuntulara yol vermiş vergi əməkdaşları barədə cinayət işinin açıldığını bildirmişdi. Məlumata görə, nazirliyin daxili strukturlarında aparılan yoxlamalar zamanı ayrı-ayrı vergi əməkdaşlarının dövlət büdcəsinə çatmalı olan məbləğləri mənimsədiklərinə dair faktlar müəyyən edilmişdi.

Aparılan yoxlamaların məqsədi yerli maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarına dair ödəniş sənədlərinin düzgün işlənib-işlənməməsini araşdırmaq olub. Araşdırmalar zamanı bir sıra vergi əməkdaşları tərəfindən ödəniş məbləğlərinin ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsi müəyyən edilib. Vergilər Nazirliyi mənimsəməyə yol vermiş əməkdaşların vergi xidmətində fəaliyyətinə xitam verib, eyni zamanda aşkar olunmuş faktları toplayaraq, hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilib. Qeyd olunmalıdır ki, bu, vergi orqanlarının hüquq-mühafizə orqanlarına təqdim etdiyi ilk hal deyil. Təkcə 2018-ci il və 2019-cu ilin 1-ci rübündə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 24 nəfər barədə 14 material hüquq-mühafizə orqanlarına təqdim edilib.

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Cavanşir Nuriyev bildirib ki, nazirlik öz fəaliyyətində şəffaflığın təmin edilməsinə ciddi önəm verir. Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün təhlillər, daxili audit və xidməti araşdırmalar aparılır. Bu proses daim davam edir və vergi xidməti əməkdaşlarının fəaliyyətinin effektivliyinə, qanunvericiliyə uyğun icrasına nəzarət olunur. Aşkar edilmiş hallar müxtəlif xarakterlidir və yalnız rüşvətalma faktları ilə məhdudlaşmır. Bəzi hallarda vergi əməkdaşlarının himayəçilik etməsi, yaxud vergidən yayınmaq üçün ayrı-ayrı şəxslərə kömək etməsi, bəzən maraq toqquşmasına yol verilməsi və vergi qanunvericiliyinin tələblərinin düzgün tətbiq olunmaması nəticəsində yaranmış risklərlə bağlı hallar qeydə alınıb. 2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində yerli vergi strukturlarında aparılmış kompleks audit tədbirləri zamanı aşkar edilmiş müxtəlif faktlar üzrə 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb. C.Nuriyevin sözlərinə görə, bu kimi halların məhz nazirliyin təşəbbüsü ilə aparılan yoxlamalar çərçivəsində aşkar olunması vergi orqanlarının öz fəaliyyətində şəffaflığı təmin etmək istəyini ən bariz şəkildə nümayiş etdirir.

Beləliklə, Vergilər Nazirliyi öz sıralarını qanunazidd əməllərə yol verən əməkdaşlardan təmizləyəcəyinə dair vədlərinin icrasını davam etdirir. Nazirlikdən bildiriblər ki, qurum bundan sonra da elan etdiyi şəffaflıq prinsiplərinə sadiq qalacaq, daxili strukturlarının və vergi xidməti əməkdaşlarının fəaliyyətini nəzarətdə saxlamaqla korrupsiya və mənimsəmə hallarına qarşı ən sərt tədbirlər görəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
22.08.2019

Dünya rekordçusu iki il müddətinə yarışlardan kənarlaşdırıla bilər

22.08.2019

XİN: Ermənistanın təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb

22.08.2019

Taxta bazarındakı yanğında FHN əməkdaşı xəsarət alıb

22.08.2019

Bərdədə top mərmisi tapılıb

22.08.2019

 Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi - ölən və yaralanan var

22.08.2019

Trampdan 4 ölkəyə - Müharibə çağırışı

22.08.2019

Ümumi müsahibədə iştirak üçün bu günədək 94 nəfər müraciət edib

22.08.2019

FHN yeni tikilən 133 binaya müsbət rəy verib

22.08.2019

Tofiq Yaqubluya ciddi xəbərdarlıq edilib

22.08.2019

Paytaxt polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22.08.2019

Küçələrin işıqlandırılması “Azərişıq” ASC-nin səlahiyyətində deyil

22.08.2019

Sabah 42 dərəcə isti olacaq

22.08.2019

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

22.08.2019

Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

22.08.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb

22.08.2019

Bakı metrosunda daha iki qatar xəttə buraxılıb

22.08.2019

Qadın voleybolçularımız hazırlıqlara başlayıb

22.08.2019

İran yeni “Bavar-373” zenit-raket kompleksini nümayiş etdirib

22.08.2019

Bakalavrların nəzərinə: qeydiyyatın başa çatmasına bir gün qalıb

22.08.2019

Dünya birjalarında neftin qiyməti

22.08.2019

MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib

22.08.2019

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22.08.2019

Binədə 17 yaşlı gənc bıçaqlandı

22.08.2019

Goranboyda zəlzələ olub

22.08.2019

“Manqurt” nümayiş ediləcək

22.08.2019

Buzovna-Maştağa yolunda yol qəzası

22.08.2019

Atəşkəs 20 dəfə pozulub

22.08.2019

Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib

22.08.2019

Avqustun 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.08.2019

Gəncə kəndi yaxınlığında yanğın

22.08.2019

Qubada baş verən qəza iki nəfərin ölümü ilə nəticələnib

22.08.2019

“Qarabağ” – “Linfild” oyununun biletləri satışa çıxarılıb

22.08.2019

Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşını

22.08.2019

Qurban Qurbanov: Qarşılaşmaya yaxşı hazırlaşmışıq

22.08.2019

Akademik Rus Dram Teatrı sentyabr repertuarını açıqlayıb

21.08.2019

AFFA məşqçilər üçün seminar təşkil edib

21.08.2019

Rusiya, İran və Türkiyə liderlərinin Sammitinin vaxtı açıqlanıb

21.08.2019

Şəhid pilotun anım mərasimi keçirilib

21.08.2019

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun tətbiqi barədə fərman imzalayıb

21.08.2019

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb

21.08.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Təltif edildilər

21.08.2019

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb

21.08.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - General-mayor ali hərbi rütbəsi verilsin

21.08.2019

Ağcabədidə bədbəxt hadisə: Su borusu qırılıb iki nəfərin üzərinə düşdü

21.08.2019

DİQQƏT! Sabahdan bu avtomobil keçidində hərəkət dayandırılır - Tunel tikiləcək

21.08.2019

Azərbaycan-İtaliya arxeoloqları Gəncə və Goranboyda kurqanları tədqiq edir

21.08.2019

"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi

21.08.2019

NASA Yer kürəsi ölçüsündə və atmosferi olmayan yeni planet kəşf edib

21.08.2019

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

21.08.2019

Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb