Misirdə İmadəddin Nəsiminin Azərbaycan dilində əlyazması tapılıb

09:42 / 12.06.2019

Azərbaycanlı tədqiqatçı-alim, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb.

Seymur Nəsirov bildirib ki, dahi şair haqqında apardığı tədqiqatlar əsnasında, Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dər əl-Kutub əl-Misriyyə) İmadəddin Nəsiminin Azərbaycan və fars dillərində olan əlyazmalarını tapıb.

O bildirib ki, Azərbaycan dilində olan əlyazmanın üzərində Nəsimi Külliyatı yazılıb və bu külliyat şer və nəsrdən ibarətdir. Şeirlərin çoxu rübai və məsnəvi üslubunda yazılsa da, qəzəl də var. Nəsrlər isə əsasən öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir.

“Mənim ən çox diqqətimi çəkən ərəb əlifbasının sırasına uyğun olaraq, sonu eyni hərflə bitən ayrı-ayrı şerlərin olmasıdır. 254 vərəqdən ibarət əlyazma kiçik hərflərlə nəstəliğ xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi 1535-ci il) Pir Əhməd İskəndər oğlu tərəfindən üzü köçürülüb. Fars dilində olan əlyazma isə nisbətən kiçikdir və sadəcə şeirlərdən ibarətdir. Adı "Divan Nəsimi"dir. Şikəstə xəttinə bənzəyən nəstəliğ xətti ilə yazılıb. Əlyazma 86 vərəqdən ibarətdir. Vərəqlərin eni 11, uzunluğu isə 16 santimetrdir”, - deyə tədqiqatçı alim bildirib.

Xatırladaq ki, Seymur Nəsirov 20 ildən çoxdur ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.

Qeyd edək ki, “Misir Kitablar Evi” (Dər əl-Kutub əl-Misriyyə) dünyanın ən məşhur və zəngin kitabxanalarından biridir.

 

Asya Hacızadə


Etiket:

Strategiya.az

Xəbərlər
20.06.2019

Vilayət Eyvazov daxili işlər naziri təyin edilib

20.06.2019

Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib

20.06.2019

Maqnit qasırğasının səviyyəsi açıqlandı

20.06.2019

Hər il dünyada hava çirklənməsindən 7 milyondan çox insan dünyasını dəyişir

20.06.2019

Osakada G20 sammiti zamanı təhlükəsizliyi 32 min polis qoruyacaq

20.06.2019

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

20.06.2019

Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

20.06.2019

Metronun “Nizami” stansiyasında təmir işlərinə başlanılıb

20.06.2019

Rusiyanın bombardmançı təyyarələri Yaponiyanın hava məkanını iki dəfə pozub

20.06.2019

Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlanıb

20.06.2019

Hollivudda Merilin Monronun tunc heykəli oğurlanıb

20.06.2019

Sabah hava necə olacaq?

20.06.2019

DİM şikayət edən 726 abituriyentin qiymətində dəyişiklik etdi

20.06.2019

"Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forum keçirib

20.06.2019

İyunun 23-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

20.06.2019

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

20.06.2019

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

20.06.2019

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

20.06.2019

Kaşıkçı qətlinin səs yazısı yayıldı: İlk dəfədir, cəsədi yerdə kəsirəm

20.06.2019

Paytaxtın bu yolunda rənglənmə işləri aparılacaq

20.06.2019

Messi qol vurdu, Argentina heç-heçə etdi

20.06.2019

Gülnara Kərimovanın xaricdəki aktivləri geri qaytarılır

20.06.2019

Qanunsuz saxlanılan odlu silahlar və artan insidentlər – VİDEO

20.06.2019

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir

20.06.2019

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Yaxın Şərqə səfər edib

20.06.2019

Məmmədyarov Vaşinqtonda həmsədrlərlə görüşdü

20.06.2019

Gömrük nəzarətinə bəyan edilməyən müxtəlif məhsullar aşkarlanıb

20.06.2019

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 1881nəfərin ərizəsi təsdiqlənib

20.06.2019

Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü

20.06.2019

Neftin qiyməti bahalaşıb

20.06.2019

“Azeri Light”ın bir barreli 63,47 dollara satılır

20.06.2019

Mingəçevirdə 2 otaqlı mənzil yanıb

20.06.2019

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başlanıb

20.06.2019

İyunun 20-də xarici valyutaların manata qarşı məzənnələri

20.06.2019

Atəşkəs 20 dəfə pozulub - İriçaplı pulemyotlarla

20.06.2019

"Milan"da yeni baş məşqçi - rəsmi

20.06.2019

Rusiyada 70 karat çəkidə olan almaz daşına “Saxalin” adı verilib

20.06.2019

İran ABŞ-a məxsus PUA-nı vurub

20.06.2019

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa ikincisi olub

20.06.2019

Lənkəranda tank əleyhinə 3 ədəd mina aşkarlanıb

20.06.2019

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb

20.06.2019

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir

20.06.2019

Cənubi Koreya müharibə zamanı məcburi əməyə görə Yaponiya ilə danışıqların şərtlərini açıqlayıb

19.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

19.06.2019

ABŞ-ın Federal Ehtiyyatlar Sistemi baza faiz dərəcəsini dəyişilməz saxlayıb: 2,25-2,5%

19.06.2019

Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib

19.06.2019

Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

19.06.2019

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik 

19.06.2019

"Kaspi" liseyi bu il növbəti məzunlarını buraxdı - VİDEO

19.06.2019

Bakıda 40 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb