"I-ci Xəzər iqtisadi Forumu"na həsr olunmuş dəyirmi masa

15:56 / 12.06.2019

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə "I-ci Xəzər iqtisadi Forumu"na həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə millət vəkilləri, xəzəryanı ölkə səfirlikləri, ekspert və politoloqlar, ziyalılar və tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov açaraq Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformalarının artırılması əhəmiyyətindən danışdı. O, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektivlərinə diqqəti çəkdi. Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonra Xəzəryanı ölkə başçılarının iştirakı ilə bu ilin avqust ayının 12-də Türkmənistanda təşkil olunacaq I-ci "Xəzər İqtisadi Forum"unun vacibliyindən söz açan BMAM sədri Rufiz Qonaqov, keçirilən bu tədbirin də məhz həmin Foruma həsr edildiyini bildirdi. Türkmənistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mekan İşankuliyev "Birinci Xəzər İqtisadi Forumu" mövzusunda cıxış edərək, həm Azərbaycan, həm də digər xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın, bu ölkələrin suverenliyinə vacib təsir göstərdiyini bildirərək, qlobal iqtisadi əməkdaşlığın genişləndiyi müasir dünyada xəzəryanı dostluq və əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Məruzə ilə cıxış edən Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin Birinci Katibi O. Cumanazarov "Xəzərin tranzit və logistika potensialı" mövzusunda məruzə ilə cıxış edərək, bildirmişdir ki, müasir iqtisadi inkişaf dünya bazarlarına daha effektiv cıxış yollarının axtarışını tələb edir. Bu baxımdan Xəzəryanı ölkələr həm quru, həm də dəniz vasitəsilə geoiqtisadi baxımdan daha əlverişli imkanlarını möhkəmləndirməli və birgə səylərini daha da genişləndirməlidirlər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Xəzərhövzəsi ölkələrin beyin mərkəzlərinin əməkdaşlıq perspektivləri" mövzusunda cıxış edərək, xəzəryanı ölkələrin birgə səylərin artırılmasında beyin mərkəzlərinin yaradılması ətrafında fəaliyyətin gücləndirilməsini təklif etdi. Həmçinin bildirdi ki, iqtisadi inisiativlərin sistemli və effektli nəticələnməsi üçün beyin mərkəzlərinin rolu müstəsna xarakter daşıya bilər. Milli Məclisin deputatı, professor Hikmət Məmmədov "Xəzər dənizi yeni enerji və nəqliyyat-kommunikasiya dəhlizi kimi" mövzusunda cıxış edərək Xəzərin nəqliyyat-kommunikasiya dəhlizi ətrafında real vəziyyət və xəzəryanı dövlətlərin əməkdaşlıq perspektivlərindən, qarşılıqlı fayda gətirən iqtisadi əməkdaşlığın bütün region ölkələri üçün səmərəliliyinin artırılmasının əhəmiyyətindən bəhs edib. Millət vəkili əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xəzərin qlobal və regional əhəmiyyətli enerji layihələri ətrafında sabit inkişaf strategiyasının bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. "BP-Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Xəzər dənizində neft-qaz layihələri" mövzusunda çıxış edərək, xəzər hövzəsinin neft-qaz layihələrinin dünya miqyasında artan əhəmiyyətinə diqqət çəkərək, mövcud zəmində xəzəryanı ölkələrin qarşılıqlı fayda verəcək regional və qlobal əhəmiyyətli əməkdaşlığınn gücləndirilməsindən bəhs etdi. O, həmçinin xəzər hövzəsi neft-qaz layihələrinin XXI -ci əsrdə ən iqtisadi səmərəli və strateji enerji layihələrindən olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə "Xəzəryanı ölkələrdə elmi-innovativ əməkdaşlığın davamlı inkişafının əsasları" mövzusunda dəyirmi masanın aktuallığına diqqəti çəkərək, bildirdi ki, xəzəryanı ölkələr elmi-innovativ və humanitar əməkdaşlığı da artırmalıdırlar. Belə əməkdaşlığın həm də, regional iqtisadi və qlobal əhəmiyyətli layihələrə müsbət təsir göstərdiyini bildirən professor, gələcək elmi strateji perspektivlərin vacibliyindən danışdı. Siyasi ekspert Rəfail Becanov "Xəzər regionunda inteqrasiya və regional əməkdaşlıq" mövzusunda inteqrasiya və əməkdaşlıq ətrafında həyata keçirilən layihələrin həm də regional təhlükəsizlik və sabit əməkdaşlığa böyük dəstək olduğunu qeyd etdi. O, enerji təhlükəsizliyinin davamlı təmin edilməsi istiqamətində hərtərəfli və çoxpilləli əməkdaşlıq formalarının axtarışlarının daim gücləndirilməsi vacibliyini vurğulayıb. Fəlsəfə doktoru, ekspert Hüseyn İbrahimov "Xəzər regionu: Beynəlxalq iqtisadi və mədəni maraqlar" mövzusunda çıxış edərək, xəzər regionu və bu zəmində iqtisadi-mədəni maraqların əlaqələndirilməsi məsələlərindən bəhs edərək, mövcud mədəni əlaqələrin daha da gücləndirilməsinin iqtisadi əməkdaşlıqda oynayacağı roluna diqqəti çəkdi. "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı "Xəzər hövzəsi və informasiya təhlükəsizliyi" kontekstində xəzərətrafı ölkələrin media qurumlarının əməkdaşlığının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tədbirin sonunda çıxışlar ətrafında müzakirələr aparıldı. Müzakirələrdə "Trend" İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Arzu Nağıyev, iqtisadçı ekspert Vüqar Bayramov, "Azpress.az" İnformasiya Agentliyinin rəhbəri Rasim Sadıxov, "Bakı-Xəbər" qəzetinin təsisçisi, siyasi şərhçi Aydın Quliyev və BMAM-ın eksperti Ramin Səmədov çıxış ediblər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.06.2019

Nazirlər Kabinetinin növbəti iclası keçirilib

20.06.2019

“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir

20.06.2019

Ramil Usubov Prezident yanında Təhlukəsizlik Şurasının katibi təyin edildi

20.06.2019

Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi

20.06.2019

Vilayət Eyvazov daxili işlər naziri təyin edilib

20.06.2019

Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib

20.06.2019

Maqnit qasırğasının səviyyəsi açıqlandı

20.06.2019

Hər il dünyada hava çirklənməsindən 7 milyondan çox insan dünyasını dəyişir

20.06.2019

Osakada G20 sammiti zamanı təhlükəsizliyi 32 min polis qoruyacaq

20.06.2019

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

20.06.2019

Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

20.06.2019

Metronun “Nizami” stansiyasında təmir işlərinə başlanılıb

20.06.2019

Rusiyanın bombardmançı təyyarələri Yaponiyanın hava məkanını iki dəfə pozub

20.06.2019

Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlanıb

20.06.2019

Hollivudda Merilin Monronun tunc heykəli oğurlanıb

20.06.2019

Sabah hava necə olacaq?

20.06.2019

DİM şikayət edən 726 abituriyentin qiymətində dəyişiklik etdi

20.06.2019

"Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forum keçirib

20.06.2019

İyunun 23-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

20.06.2019

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

20.06.2019

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

20.06.2019

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

20.06.2019

Kaşıkçı qətlinin səs yazısı yayıldı: İlk dəfədir, cəsədi yerdə kəsirəm

20.06.2019

Paytaxtın bu yolunda rənglənmə işləri aparılacaq

20.06.2019

Messi qol vurdu, Argentina heç-heçə etdi

20.06.2019

Gülnara Kərimovanın xaricdəki aktivləri geri qaytarılır

20.06.2019

Qanunsuz saxlanılan odlu silahlar və artan insidentlər – VİDEO

20.06.2019

Azərbaycanda əmək pensiyalarının artırılması üçün qanunvericiliyə dəyişiklik edilir

20.06.2019

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Yaxın Şərqə səfər edib

20.06.2019

Məmmədyarov Vaşinqtonda həmsədrlərlə görüşdü

20.06.2019

Gömrük nəzarətinə bəyan edilməyən müxtəlif məhsullar aşkarlanıb

20.06.2019

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 1881nəfərin ərizəsi təsdiqlənib

20.06.2019

Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü

20.06.2019

Neftin qiyməti bahalaşıb

20.06.2019

“Azeri Light”ın bir barreli 63,47 dollara satılır

20.06.2019

Mingəçevirdə 2 otaqlı mənzil yanıb

20.06.2019

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başlanıb

20.06.2019

İyunun 20-də xarici valyutaların manata qarşı məzənnələri

20.06.2019

Atəşkəs 20 dəfə pozulub - İriçaplı pulemyotlarla

20.06.2019

"Milan"da yeni baş məşqçi - rəsmi

20.06.2019

Rusiyada 70 karat çəkidə olan almaz daşına “Saxalin” adı verilib

20.06.2019

İran ABŞ-a məxsus PUA-nı vurub

20.06.2019

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa ikincisi olub

20.06.2019

Lənkəranda tank əleyhinə 3 ədəd mina aşkarlanıb

20.06.2019

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb

20.06.2019

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir

20.06.2019

Cənubi Koreya müharibə zamanı məcburi əməyə görə Yaponiya ilə danışıqların şərtlərini açıqlayıb

19.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

19.06.2019

ABŞ-ın Federal Ehtiyyatlar Sistemi baza faiz dərəcəsini dəyişilməz saxlayıb: 2,25-2,5%

19.06.2019

Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib