“Lider qadınlarının şəbəkəsi”nin yaradılması”

16:59 / 15.06.2019

“Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək “Lider qadınlarının şəbəkəsi”nin yaradılması” tədbiri keçirilib.

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsi çərçivəsində 10 iyun 2019-cu il tarixdə, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 3 №-li tam orta məktəbin iclas zalında tədbir keçirildi.

Tədbiri Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Cəbrayılov qonaqları salamlayaraq açıq elan etdi. Bu tədbirin Dayanıqlı İnkişaf Məqsədlərinə söykənərək keçirildiyini bildirdi və sözü Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Sədaqət Qəhrəmanovaya verdi.

Sədaqət xanım çıxışında cəmiyyətdə qadınlarla kişilərin çiyin-çiyinə fəaliyyət göstərməklə daha çox səmərə və nailiyyət əldə ediləcəyini vurğuladı. Hətta son illərdə tədris ocaqlarında kişi müəllimlərinin sayca azlıq təşkil etməsinin təhsil alan uşaqların tərbiyəsində özünü büruzə verdiyini bildirən Komitə rəsmisi çıxışını “Qadınlarımız qadın olduqları üçün deyil, işləməyi bacardıqları üçün seçilməlidir, işləməlidir” fikriylə tamamladı.

Daha sonra Saray bələdiyyəsinin sədri xanım Təranə İsmayılzadə çıxış edərək, təmsil etdiyi qurumun gördüyü işlər haqqında məlumat verdi. Bir çox sosial layihələr həyata keçirməklə, xüsusi istedadlı gənc və məktəbliləri üzə çıxartdıqlarını qeyd edən bələdiyyə sədri, məqsədin nəinki gənc xanımlar, ümumiyyətlə bütün gənclərə dəstək verərək irəli çəkmək olduğunu dedi. Təranə xanım bələdiyyə büdcəsinin artmasına, onların fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə, həm də seçicilərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək “İnvestisiya cəlb edilməsinin təşkili” və “Gender bərabərliyi” komissiyalarının yaradılması təklifini irəli surdu. Təranə xanım çıxışının sonunda üzünü xanımlara tutaraq: “Siz də peşəkarlığınızı artırmaq üçün öz üzərinizdə çalışın, bilik və bacarıqlarınızı daim inkişaf etdirin” deyə müraciət etdi.

“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri və “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin koordinatoru xanım Lyudmila Xəlilova geniş təqdimatla çıxış etdi və bu layihənin dekabrda keçiriləcək bələdiyyə seçkilərinə yeni nəfəs gətirəcəyini vurğuladı. Bələdiyyə İnstitutları, bələdiyyə seçkisi qanunvericiliyi və bu sahədə beynəlxalq təcrübə haqqında məlumatlar verərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üçün Avropa təcrübəsindən istifadə olunmasını təklif etdi. Yerli özünü idarəetmə orqanlarında və qərar qəbuletmədə qadın təmsilçiliyi ilə bağlı statistik məlumatları da iştirakçıların diqqətinə çatdıran Lyudmila xanım “Arzum budur bələdiyyələrə peşəkar, dövlətimizin inkişafı və seçicilərin problemlərinin həllinə töhvə verəcək qadınlar gəlsin” deyərək çıxışını sonlandırdı.

Tədbirdə həmçinin AMEA-nın şöbə müdiri, professor xanım Rəna Mirzəzadə çıxış etdi. O, layihənin məqsədlərindən danışdı. Bələdiyyələrin şəbəkəsinin yaradılması, gördükləri işlər və əldə edilən nəticələr haqqında sosial şəbəkələrdə məlumat paylaşımları etmək təklifini irəli sürən Rəna xanım, bələdiyyələr gördükləri işlərlə rəqabət aparmalı və öz reklamlarını fəaliyyətəri ilə etməli olduğu fikrini qeyd etdi. Həmçinin bələdiyyə sədrlərinə tədbir haqqında öz ərazilərində insanları məlumatlandırmağı və bu layihədə aktiv iştirak etmələri üçün təbliğat aparmalarını tövsiyə etdi. Sonda Saray qəsəbəsi 3 saylı məktəbin direktoru xanım Teyyubə Hüseynovanın aktiv iş fəaliyyətini vurğulayaraq ona bu günkü tədbir üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirdi.

Tədbirdə Abşeron rayon YAP Gənclər Təşkilatının sədri Teymur Mirzəyev də öz fikirlərini bölüşərək, bu layihənin gənclərin gələcək fəaliyyətləri istiqamətində önəmli yer tutacağını bildirdi və hər kəsi gənclərə dəstək olmağa çağırdı.

Tədbirin sonunda, proqrama uyğun olaraq bələdiyyə seçkilərində və idarəçiliyində qadın iştirakçılığını gücləndirən tədbirləri və təklifləri müəyyənləşdirmək məqsədi ilə sorğu keçirildi, Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan 17 qanunun təbliği məqsədiylə flaşmob təşkil edildi  və iştirakçılarla birgə xatirə fotosu çəkdirildi.


Etiket:

Strategiya.az

Xəbərlər
10.12.2019

İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10.12.2019

ABŞ qərarını verdi: Türkiyəyə satılan F-35-lər alınacaq

10.12.2019

Heydər Əliyevin siyasi kursu dinamik şəkildə inkişaf etdirilir

10.12.2019

Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq

10.12.2019

“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir

10.12.2019

Moskvanın sabiq meri Yuri Lujkov vəfat edib

10.12.2019

Bu şəxslərə təqaüd təyinatı ilə bağlı - VACİB ADDIM

10.12.2019

ABŞ rəsmilərinin Əfqanıstan müharibəsi barədə məxfi sənədləri üzə çıxıb

10.12.2019

FHN: 5 hektar bazar ərazisinin 2 hektarı yanıb

10.12.2019

Sabahın hava proqnozu açıqlanıb

10.12.2019

"EuroHome” tikinti materialları bazarındakı yanğın söndürülüb - FHN

10.12.2019

Salam Azərbaycan! Salam Bakı!

10.12.2019

Elman Nəsirov: Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir

10.12.2019

ÇL-in oyunlarını göstərəcək kanallar - Siyahı

10.12.2019

Bakıda ögey ananın azyaşlılara işgəncə verməsi ilə bağlı cinayət işi başlandı

10.12.2019

SOCAR və “Baker Hughes” arasında bir sıra sənədlər imzalanıb

10.12.2019

Azərbaycanın Xalq artisti vəfat edib

10.12.2019

Ticarət Mərkəzindəki yanğınla bağlı əraziyə təyyarə cəlb olundu

10.12.2019

Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi

10.12.2019

"Eurohome"dakı yanğında 9 nəfər zəhərləndi, 3 nəfər xəstəxanaya yerləşdirildi

10.12.2019

Ərdoğan “S-400”lə bağlı mübahisələrə son qoydu

10.12.2019

Məhkəmədə media ilə işləyən xüsusi hakimlər təyin olundu

10.12.2019

Dövlət   idarəçiliyində nəzarət sisteminin təşkili  

10.12.2019

Azərbaycan nefti bahalaşıb

10.12.2019

Noyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 459 vətəndaş müraciəti daxil olub

10.12.2019

Yanğına görə Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı

10.12.2019

FHN: "EuroHome”da yanğını söndürmək üçün 3 helikopter cəlb olunub, "Çağırış 3" elan edilib 

10.12.2019

"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərib

10.12.2019

Bu gün Konqresin Trampa qarşı ittihamları açıqlanacaq

10.12.2019

Radarlardan itən hərbi təyyarə qəzaya uğrayıb - YENİLƏNİB

10.12.2019

Yanğın baş verən əraziyə 4 Təcili Tibbi Yardım briqadası yollanıb

10.12.2019

Dekabrın 10-də xarici valyutaların manata qarşı məzənnələri

10.12.2019

Atəşkəs rejimi 20 dəfə pozulub

10.12.2019

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10.12.2019

FHN Ağdamdakı yanğınla bağlı məlumat yayıb

10.12.2019

Neft yenidən ucuzlaşıb

10.12.2019

İbrahimoviç "Bolonya"nın təklifini rədd etdi - Başqa seçim edib

10.12.2019

Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi

10.12.2019

“Normand dördlüyü” liderləri Ukrayna Kontitusiyasına dəyişiklikləri dəstəklədi

10.12.2019

Tramp FTB-nin əməliyyatını çevriliş cəhdi adlandırdı

10.12.2019

Bakıda ticarət mərkəzi yanır

10.12.2019

Putin: WADA-nın qərarı Olimpiya Xartiyasına ziddir - VİDEO

09.12.2019

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi

09.12.2019

Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirib

09.12.2019

Bakının ən böyük Yeni il yolkasının yeri dəyişdirildi

09.12.2019

FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb

09.12.2019

Azərbaycan-Rusiya arasında Niyyət Protokolu imzalanıb

09.12.2019

Baş Nazir dövlət bayrağı haqqında qanunun tətbiqi ilə bağlı sərəncam imzalayıb

09.12.2019

Əlişir Musayev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib - SƏRƏNCAM

09.12.2019

AMEA 2019-cu il üçün doktoranturaya və dissertanturaya qəbul elan edir