Çimərliklərdə giriş niyə ödənişlidir? – VİDEO

10:15 / 19.06.2019

Havalar isinib, artıq yeni dəniz mövsümü də başlayıb. Hər kəs üz tutur dənizə. Amma dənizə gələrkən, seçim etməlisən. Pullu və pulsuz çimərliklər. Bəli, elə çimərliklər var ki, o çimərliyin qapısından girmək belə pulludur. Qiymət isə 5, 10, 15, hətta 20 manat.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Çəkiliş apardığımız “Şıxov” çimərliyində ümumiyyətlə ödənişsiz çimərlik qalmayıb. Yol boyu hasara alınaraq özəl çimərlik xidmətləri göstərilir. Ərazidə cəmi 1 yerdə ictimai çimərlik var ki, ona da giriş 1 manatdır.

Sakin: “Dəniz məgər gömrükdür şlaqbaun qoysunlar. Dəniz Allahın bizə vergisidir. Bütün dünyanın hər yerindən gəlirlər. Gəlib orda o şlaqbaunu görsə gedib orda nə deyəcəklər”.

Sakin: “Dənizə hec bir maneəçilik olmaz. Insanlar girməlidir. Pul alınmamalıdır”.

Çingiz İsmayilov - Ekoloq: “Əsasən servisə ödənişlər ödənilir. Ancaq sahilə bəlkə hər hansı bir sakin gedib sahildə oturub dənizə baxmaq istəyir. nəfəs almaq istəyir. yəni bu qətiyyən qəbul edilməzdir”.

Rəhman Quliyev - Turizm Üzrə Ekspert: “Özəl çimərliklər onsuz da özəldir. Orada xidmətlər daha yüksəkdir. Orada xüsusi yerlər ayrılıb, xüsusi besetkalar tikilib. Təbii ki, bu pulla satılır. Bir az da yüksək məbləğə satılır. Bir ailədə 5-6 nəfər olur. Bu ailə çimərliyə getdikdə, 5 manatdan ödədikdə, bu 30 manat edir. Burda 30 manat böyük puldur”.

Amma girişi pulsuz, xidmətləri pullu olan çimərliklər də var. Bura gəlib, dənizdə çimib, qumda uzana bilərsən. Ödənişi isə istifadə etdiyin xidmətlərə görə edirsən. Bu da ki məcburi deyil.

İbrahim Novruzov – Administrator: “Gələn vətəndaşlar keçib qumdan dənizdən tam istifadə edə bilərlər. Bizim xidmətlərimizdən istifadə etdiyi zaman biz ondan pul alırıq”.

Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb. Məqsəd insanların çimərliklərə pulsuz girişini təmin etmək və özəl çimərliklərin sayını azaltmaqdır.

Kənan Quluzadə - Dövlət Turizm Agentliyinin Mətbuat Katibi: “Monitorinq Azərbaycanda bütün çimərlikləri əhatə edəcək. Biz həm çimərliklərin vəziyətini həm də göstərilən xidmətləri müəyyən etmək istəyirik. Biz onun tərəfdarıyıq ki, azərbaycanda çimərliklər ictimai olmalıdır. Giriş pulsuz olmalıdır”

Monitorinqin nəticəsindən asılı olaraq bəzi özəl çimərliklərin bağlanması üçün vəsatət qaldırıla bilər.


Etiket:

Strategiya.az

Xəbərlər
11.11.2019

QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi yaşıllığa büründü... - Fotolar

11.11.2019

Oleq Kuznetsov: Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir

11.11.2019

Bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən partiyaların sayı 13-ə çatıb

11.11.2019

Azərbaycan XİN Lavrovun fikirlərinə münasibət bildirib

11.11.2019

DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

11.11.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər

11.11.2019

Qalaaltıda yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb

11.11.2019

"Həbib Nurməhəmmədovla zarafat etmirəm" - Ramil Şeydayev

11.11.2019

Türkiyə irimiqyaslı hərbi-dəniz təlimlərinə başladı

11.11.2019

“Sülh çeşməsi” antiterror əməliyyatı zamanı 331 ədəd mina və 891 partlayıcı maddə zərərsizləşdirilib

11.11.2019

Hərəkətdə olan “Opel” aşdı, sürücü öldü

11.11.2019

NI Rusiyanın “ən pis kabusu” haqqında yazdı

11.11.2019

Maşınları toqquşduğu üçün sürücünü öldürdü - Gəncədə dəhşətli qətlin təfərrüatı

11.11.2019

İraqda partlayış zamanı 5 italiyalı hərbçi yaralanıb

11.11.2019

Ukraynada həqiqi hərbi xidmətə çağırış formatı ləğv ediləcək

11.11.2019

Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı

11.11.2019

"Yuventus" "Milan"ı məğlub etdi

11.11.2019

Tramp İranın “müsbət” və “pis” addımını açıqladı

11.11.2019

Rusiyada bütün ABŞ gəmi aviasiyasını bir anda məhv etməyin yolu tapıldı

11.11.2019

Neft yenidən ucuzlaşıb

11.11.2019

Gəncədə valyuta mübadiləsi ilə məşğul olan kişi küçədə öldürüldü

11.11.2019

İraq xaosu: geosiyasi mübarizənin daha riskli mərhələsi

11.11.2019

Rusiya İranda “Buşəhr” AES-in ikinci blokunun tikintisinə başlayıb

11.11.2019

Evlənmək istəyən 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb

11.11.2019

Evo Morales istefa etdiyini açıqlayıb

11.11.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 24 dəfə pozub

11.11.2019

Şahmatçılarımız Avropa kubokuna qələbə ilə start veriblər

11.11.2019

Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək

10.11.2019

Kənan Əliquliyev 81 kiloqram cəki dərəcəsində Azərbaycan kubokunun qalibi olub

10.11.2019

İranda yeni neft yatağı aşkarlanıb

10.11.2019

QLOBALLAŞMA VƏ KOMMUNİKASİYA   

10.11.2019

Azərbaycan cüdoçuları Kamerunda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar

10.11.2019

Səhiyyə Nazirliyindən xəbərdarlıq: Buna görə məsuliyyət daşımırıq

10.11.2019

Mixael Şumaxerin həyat yoldaşı yaşadıqları faciədən sonra ilk dəfə müsahibə verdi

10.11.2019

Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək

10.11.2019

Pirallahıda yataqxana binasında yanğın olub

10.11.2019

"Çelsi" uddu, "Arsenal" uduzdu

10.11.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

10.11.2019

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK - QƏRAR DƏYİŞDİ

10.11.2019

Elektron siqaretlərin ölümcül təsiri açıqlandı

10.11.2019

Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq

10.11.2019

Nurməhəmmədov alman döyüşçüyə uduzdu

10.11.2019

Tramp prezidentlikdən sonra televiziyaya qayıtmaq istəmədi

10.11.2019

Tehran ABŞ-a güzəştə getməyəcək - RƏSMİ

10.11.2019

Çaylarda sululuq səviyyəsi açıqlanıb

10.11.2019

Sülh və İnkişaf Naminə Dünya Elm Günü

10.11.2019

Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: saxlanılanlar var

10.11.2019

Regional təhlükəsizlik: Ermənistanın pozucu fəaliyyəti və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının imkanları

10.11.2019

“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov altıncı pillədədir

10.11.2019

ANAMA mütəxəssisləri Zaqatala rayonunun Uzunqazmalar kəndi ərazisinə baxış keçirib