Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

13:42 / 19.06.2019

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdədir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb.

Görüşdə Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov və Eldar İbrahimov, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhart, Avstriya parlamentinin üzvü Qeral Hauzer, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının rəhbərliyi iştirak ediblər.

Görüşün əvvəlində iyunun 19-da Vyanada keçiriləcək "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans üçün yaradılan şəraitə görə təşəkkür edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin ideya rəhbəri olduğu tədbir barədə ətraflı məlumat verib. Qeyd edilib ki, müxtəlif dinlərin və mədəniyyətlərin dinc birgə yaşadıqları Avstriya tarixən yüksək tolerantlığın hökm sürdüyü ölkə kimi tanınıb və məhz buna görə də beynəlxalq konfransın bu ölkənin paytaxtı Vyana şəhərində keçirilməsi qərara alınıb.

Şeyxülislam Avstriya nümayəndələrini bu ilin sentyabrında keçiriləcək “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştiraka dəvət edib.

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhart konfransın Vyanada keçirilməsindən məmnunluğunu ifadə edərək, özünü əbədi bitərəf dövlət elan etmiş Avstriyada dinlərarası və mədəniyyətlərarası dialoqun mühüm əhəmiyyət daşıdığını bildirib. Bu tarixi ənənə fonunda Avstriyanın müxtəlif dini, milli, mədəni və digər görüşləri təmsil edən tərəflər arasında dialoqun baş tutduğu ölkəyə çevrildiyini qeyd edən nazir, həmçinin bu amillərlə yanaşı, iqtisadi əlaqələrin inkişafının diqqət mərkəzində durduğunu bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanı və Avstriyanı uzun illərə söykənən dostluq əlaqələri bağlayır. Bu ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya səfəri bu dostluğun zirvə nöqtəsini təşkil edib. Həmin səfər çərçivəsində Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının əsası qoyulub. Bu Şuranın əsas məqsədi iki ölkə arasındakı dostluq əlaqələrini yeni mərhələyə çıxarmaqdır. Avstriya-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşməsi ilə yanaşı, mədəni və dini mövzularda layihələrin inkişaf etdirilməsini hədəf seçən bu qurum ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək. Uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı marağın mövcud olması hər iki ölkənin bu əlaqələrdən bəhrələnməsinə gətirib çıxaracaq.

Nazir bir daha iki ölkə arasında sıx və mütəmadi əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını və şəxsən özünün Azərbaycana dərin dostluq hissləri bəslədiyini ifadə edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov görüşdə çıxış edərək Prezident İlham Əliyevin Avstriya xalqına və hökumətinin üzvlərinə ehtiram və salamlarını çatdırıb. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfi ölkələrimiz arasında münasibətlərin daha da inkişafına dəstək verəcək və bu inkişafa maraq dövlət başçıları tərəfindən də ifadə olunub.

Cari ilin martında Prezident İlham Əliyevin Avstriyaya uğurlu səfərinin nəticəsi olaraq Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının yaradıldığını və bu qurumun artıq öz fəaliyyət istiqamətlərini müəyyən edərək işə başladığını bildirən Əli Həsənov Şuranın iki ölkə arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Vyananın Avrasiyada dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzlərindən biri olduğunu bildirən Prezidentin köməkçisi beynəlxalq konfransın keçirilməsi üçün məkan seçimində qərarın bu şəhərin xeyrinə verilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. Qeyd edilib ki, dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin istiqamətlərindən biridir. Azərbaycanın müstəqillik tarixinin son 25 ilində ölkə daxilində davamlı olaraq bu istiqamətdə dialoq dövlətin yürütdüyü ali siyasi kursdur. Lakin Azərbaycan bu dialoqu ölkə daxilində reallaşdırmaqla kifayətlənmir, eyni zamanda, qarşılıqlı hörmət və rəğbətə söykənən bu dəyərləri dövlətlərarası münasibətlərin əsas prinsiplərindən biri hesab edir. Dövlətlərarası müstəvidə bu, özünü müxtəlif sivilizasiyalar arasında əlaqələrin intensivləşməsində tapır. Azərbaycan dövlətinin başçısı müxtəlif xüsusiyyətlərə malik sivilizasiyalar arasında dialoq, əməkdaşlıq və tərəfdaşlığı alternativi olmayan bir istiqamət hesab edir və dünya ölkələrinin bu siyasi xəttə əməl etməsi arzuolunandır.

Vyanada keçiriləcək konfransa toxunan Əli Həsənov qeyd edib ki, bütün dinləri və sivilizasiyaları təmsil edən nümayəndələrin, dövlət və hökumət rəsmilərinin iştirak edəcəkləri tədbirdə dinlərarası və sivilizasiyalararası əməkdaşlığa çağırış edən bəyannamənin qəbul olunacağı da gözlənilir. Konfransda müzakirəyə çıxarılacaq mövzular, ediləcək çağırışlar, onun təmsil etdiyi dəyərlər həm Azərbaycanın, həm Avstriyanın, həm də bütövlükdə Avropa İttifaqının kursuna tam uyğundur.

Qeyd edək ki, iyunun 19-da Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda keçiriləcək beynəlxalq konfransda dünyanın 30-dan çox ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimlərinin, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərlərinin, o cümlədən BMT Baş katibinin müavinləri - M.Moratinos və R.Xalikovun, Avstriya Federal Hökumətinin və parlamentinin nümayəndələrinin, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

 

 

Elgün Niftəli

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
23.07.2019

Maqnit qasırğasının səviyyəsi açıqlandı

23.07.2019

Rezidenturaya keçirilmiş müsabiqənin NƏTİCƏLƏRİ elan olunub

23.07.2019

BVF neftin qiyməti üzrə proqnozunu artırıb

23.07.2019

Azərbaycan güləşçiləri Bakı-2019-u 16 medalla başa vurublar

23.07.2019

Macarıstanla iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib

23.07.2019

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

23.07.2019

Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu

23.07.2019

Boris Conson Britaniyanın yeni Baş naziri seçildi

23.07.2019

BƏƏ hökuməti bir hərfdən ibarət ilk domeni istifadəyə verib

23.07.2019

YouTube kanalında ən çox baxılan mahnılar açıqlanıb

23.07.2019

Avqustun 1-dən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

23.07.2019

“Azərbaycan” kinoteatrı özəlləşdirildi - Bügünkü hərrac

23.07.2019

Beş güləşçimiz EYOF-un finalında

23.07.2019

Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət edib

23.07.2019

Qubada qətl törədən şəxs tutulub - RƏSMİ

23.07.2019

Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB?

23.07.2019

Ağsu sakini “Mercedes”i aşırdı - Sərnişini öldü, özü xəstəxanada

23.07.2019

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

23.07.2019

"Eternity-2019" təliminin yekun planlaşdırma konfransı keçirilib - VİDEO

23.07.2019

“Gənc qırğız şeiri antologiyası”nın təqdimatı keçirildi

23.07.2019

EYOF-da velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib

23.07.2019

"Abşeron" yatağında infrastrukturun qurulmasına bu ilin IV rübündə başlanacaq

23.07.2019

Güclü külək davam edəcək, rayonlara dolu düşəcək

23.07.2019

EYOF: Güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar

23.07.2019

Komitə sədri: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var

23.07.2019

Komitə sədri Qobustan və Şamaxıdan olan vətəndaşları qəbul edəcək

23.07.2019

"Neymarı transfer etmək çətindir" - Qrizmann

23.07.2019

Ali məktəblərdə antinarkomaniya mövzusu tədris ediləcək

23.07.2019

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

23.07.2019

Cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinin qarşısı alınıb

23.07.2019

XİN: Ərazi bütövlüyümüzün bərpası Azərbaycanın BMT Nizamnaməsində təsdiqlənmiş hüququdur

23.07.2019

Los Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin premyerası keçirilib

23.07.2019

“Fikirləşdik, “ağ günə” çıxarıq” – İlk cinayətini 15 yaşında törədən məhkum – VİDEO 

23.07.2019

Abituriyentlər məsləhət üçün Azərbaycan Universitetinə müraciət edə bilərlər

23.07.2019

"EYOF Bakı 2019": Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara start verilib

23.07.2019

Bakıda icazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib

23.07.2019

Ali məktəblərə ixtisas seçimi başlayır

23.07.2019

Daha 2 rayonda qaz olmayacaq

23.07.2019

DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23.07.2019

DİM magistraturanın boş qalan yerlərinə qəbul elan edib

23.07.2019

Bu ərazilərdə qaz təchizatı dayandırıldı - Qaz sızması var

23.07.2019

Neftin bahalaşması davam edir

23.07.2019

Azərbaycan Avropa Festivalına başçılıq edir - MEDAL SIRALAMASI

23.07.2019

Atəşkəs 18 dəfə pozuldu

23.07.2019

Azərbaycanın sənətkar təşkilatlarının tarixindən

23.07.2019

İyulun 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.07.2019

"Qarabağ"ın potensial rəqibləri üz-üzə 

23.07.2019

Tramp: 10 milyon insanı öldürmək istəmirəm

23.07.2019

Monitorinq çaylarda suyun səviyyəsinin dəyişdiyini göstərdi

23.07.2019

BMT-nin baş katibi Hörmüz boğazında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb