Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır

16:52 / 19.06.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı iyunun 18-də imzaladığı sərəncamlar bir daha göstərdi ki, dövlətimizin başçısının siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Bu sözləri  Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov söyləyib.

Elman Nəsirov qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev hələ keçən ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra çox geniş islahatlar paketinin həyata keçiriləcəyini, xüsusilə də sosialyönümlü ciddi addımların atılacağını demişdi. 2019-cu ilin fevralında Prezidentin imzaladığı Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırıldı və yaşayış minimumu ilə eyniləşdirildi. İndi isə Prezident İlham Əliyevin yeni Sərəncamı ilə minimum əməkhaqqı 40 faiz artırılaraq 180 manatdan 250 manata qaldırıldı. İl ərzində fevral ayından indiyə kimi iki dəfə minimum əməkhaqqı yüksəlmiş oldu. Beləliklə, əhalinin alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB ölkələri arasında ikinci yerə yüksəlmiş oldu. Bu, çox ciddi nailiyyətdir və Azərbaycanda əhalinin rifahı üçün atılmış böyük addımdır. Eyni zamanda, minimum aylıq əməkhaqqının 250 manata qaldırılması bu tarif cədvəlində qrafalar üzrə maaşların artımını təmin edəcək. Bu artım bütün sahələrdə öz əksini tapacaq.

“Dünən imzalanan sərəncamlarla hüquq-mühafizə orqanları, hərbi, elm və təhsil sahələrində işləyən insanların əməkhaqları artırılıb. Bu addım Azərbaycanda vətəndaşların yaşayış tərzinin, onların həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət göstərir. Eyni zamanda, yaxın zamanlarda dövlətimizin başçısının bu istiqamətdə yeni addımlarının şahidi olacağıq. Xalqımız bu addımları böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu, bir daha onu göstərir ki, Azərbaycandakı əmin-amanlığın, vətəndaş həmrəyliyinin, səfərbər olmuş cəmiyyətin kökündə dayanan fundamental səbəb xalq-hakimiyyət birliyidir, Azərbaycan Prezidentinin məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirməsidir. Bunlar Azərbaycanı gücləndirir. Ölkəmiz yeni-yeni hədəflərə doğru irəliləyir. Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sosial rifahının daha da möhkəmləndirilməsi istiqamətində atdığı bu addımlar cəmiyyətimizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb”, - deyə Milli Məclisin deputatı vurğulayıb.


Etiket:

Strategiya.az

Xəbərlər
23.07.2019

BVF neftin qiyməti üzrə proqnozunu artırıb

23.07.2019

Azərbaycan güləşçiləri Bakı-2019-u 16 medalla başa vurublar

23.07.2019

Macarıstanla iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib

23.07.2019

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

23.07.2019

Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu

23.07.2019

Boris Conson Britaniyanın yeni Baş naziri seçildi

23.07.2019

BƏƏ hökuməti bir hərfdən ibarət ilk domeni istifadəyə verib

23.07.2019

YouTube kanalında ən çox baxılan mahnılar açıqlanıb

23.07.2019

Avqustun 1-dən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

23.07.2019

“Azərbaycan” kinoteatrı özəlləşdirildi - Bügünkü hərrac

23.07.2019

Beş güləşçimiz EYOF-un finalında

23.07.2019

Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət edib

23.07.2019

Qubada qətl törədən şəxs tutulub - RƏSMİ

23.07.2019

Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB?

23.07.2019

Ağsu sakini “Mercedes”i aşırdı - Sərnişini öldü, özü xəstəxanada

23.07.2019

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

23.07.2019

"Eternity-2019" təliminin yekun planlaşdırma konfransı keçirilib - VİDEO

23.07.2019

“Gənc qırğız şeiri antologiyası”nın təqdimatı keçirildi

23.07.2019

EYOF-da velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib

23.07.2019

"Abşeron" yatağında infrastrukturun qurulmasına bu ilin IV rübündə başlanacaq

23.07.2019

Güclü külək davam edəcək, rayonlara dolu düşəcək

23.07.2019

EYOF: Güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar

23.07.2019

Komitə sədri: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var

23.07.2019

Komitə sədri Qobustan və Şamaxıdan olan vətəndaşları qəbul edəcək

23.07.2019

"Neymarı transfer etmək çətindir" - Qrizmann

23.07.2019

Ali məktəblərdə antinarkomaniya mövzusu tədris ediləcək

23.07.2019

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

23.07.2019

Cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinin qarşısı alınıb

23.07.2019

XİN: Ərazi bütövlüyümüzün bərpası Azərbaycanın BMT Nizamnaməsində təsdiqlənmiş hüququdur

23.07.2019

Los Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin premyerası keçirilib

23.07.2019

“Fikirləşdik, “ağ günə” çıxarıq” – İlk cinayətini 15 yaşında törədən məhkum – VİDEO 

23.07.2019

Abituriyentlər məsləhət üçün Azərbaycan Universitetinə müraciət edə bilərlər

23.07.2019

"EYOF Bakı 2019": Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara start verilib

23.07.2019

Bakıda icazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib

23.07.2019

Ali məktəblərə ixtisas seçimi başlayır

23.07.2019

Daha 2 rayonda qaz olmayacaq

23.07.2019

DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23.07.2019

DİM magistraturanın boş qalan yerlərinə qəbul elan edib

23.07.2019

Bu ərazilərdə qaz təchizatı dayandırıldı - Qaz sızması var

23.07.2019

Neftin bahalaşması davam edir

23.07.2019

Azərbaycan Avropa Festivalına başçılıq edir - MEDAL SIRALAMASI

23.07.2019

Atəşkəs 18 dəfə pozuldu

23.07.2019

Azərbaycanın sənətkar təşkilatlarının tarixindən

23.07.2019

İyulun 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.07.2019

"Qarabağ"ın potensial rəqibləri üz-üzə 

23.07.2019

Tramp: 10 milyon insanı öldürmək istəmirəm

23.07.2019

Monitorinq çaylarda suyun səviyyəsinin dəyişdiyini göstərdi

23.07.2019

BMT-nin baş katibi Hörmüz boğazında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb

23.07.2019

Pompeo İranı bütün dünya üçün təhlükə adlandırıb

23.07.2019

Avtobus qəza törətdi, digər marşrutlar xətdən çıxdı