Dövlət Taxıl Fondu üçün 2019-cu ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edilir

17:06 / 19.06.2019

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2019-cu ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edir.

Nazirlikdən  verilən məlumata görə, Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen MMC”, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC “Aveta” MMC, “Karat-Holdinq” MMC-nin Şəki bölməsi, “Xaçmaz-Taxıl” MMC, “Xırman” MMC, “AZAQROTAXIL” MMC, “Sarı Sünbül” firması, “Azəri-Arapoğlu” US T.LTD BM və “SAF Ekspress Aqro” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 20-dən sentyabr ayının 1-nə kimi “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq məhsullarının qiymətinin dəyişməsi ilə bağlı operativ tədbirlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsi arasında bağlanmış Razılaşmaya əsasən İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu üzvlərinin təkliflərinə əsasən yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 300 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcəkdir:

I. Dənin naturası (bir litrlik purkalarda qramla):

buğda üçün – 750 q/l-dən az olmamaqla

II. Alaq otları (zibil) qarışığı (faizlə)

buğda üçün – 2 faizdən çox olmamaqla

III. Dən qarışığı (faizlə):

buğda üçün – 5 faizdən çox olmamaqla

IV. Nəmlik (faizlə):

bütün bitkilər üçün – 13,0 faizdən çox olmamaqla

V. Yapışqanlıq:

3-cü sinif buğda üçün – 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti – 2-ci qrupdan aşağı olmamaqla (göstərici: 65-75)

VI. Şüşəvarilik:

3-cü sinif buğda üçün – 40% -dən az olmamaqla

VII. İyi və dad – bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad – yol verilmir

VIII. Sürmə ilə sirayətlənmiş dənlər – yol verilmir

IX. Anbar ziyanvericiləri ilə sirayətlənmə - yol verilmir

X. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) – yol verilmir

Bildiririk ki, bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcəkdir. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9:00 -dan 18:00 -a kimi):

“Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03;
“Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06;
“Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, tel: 012-342-90-04; 050-488-88-80;
“Dəvəçi-Dəyirman MMC”: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21;
“Karat-Holdinq”: Xirdalan şəhəri, Samaxı şossesi-23, tel: 050-222-38-36;
“Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şossesi-23, tel: 050-265-80-75;
“Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 050-320-64-54;
“N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel: 012-566-00-44; 050-214-72-81;
“Muğan” ASC “, Bakı şəhəri, Əli bəy Hüseynzadə küç., tel: 012-596-50-74, 012- 497-43-58, 050-322-12-75;
“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 0-50-200-11-87;
“Karat-Holdinq” MMC-nin Şəki bölməsi, tel: 050-613-53-69;
“Xaçmaz-Taxıl” MMC: Xaçmaz şəhəri, tel: 050-590-18-36;
“Xırman” MMC: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20;
“SAF Ekspress Aqro” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92;
“Azəri-Arapoğlu” US və T.LTD BM, Gəncə şəhəri, tel: 050 222 65 22;
“Azaqrotaxıl” MMC, Ağcabədi rayonu, Hindarxı kəndi, tel: 050-255-49-55;
“Sarı Sünbül” firması, Giləzi, tel: 050-212-29-66.

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər:

Dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti. Uyğunluq sertifikatı könüllülük prinsipi əsasında təqdim edilə bilər. 1 iyul 2018-ci il tarixindən buğda məhsulu istehsalçılarının qeydiyyata alınmaları üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri tövsiyə edilir;
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.


Etiket:

Strategiya.az

Xəbərlər
23.07.2019

BVF neftin qiyməti üzrə proqnozunu artırıb

23.07.2019

Azərbaycan güləşçiləri Bakı-2019-u 16 medalla başa vurublar

23.07.2019

Macarıstanla iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən tərkibi dəyişdirilib

23.07.2019

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

23.07.2019

Balotellini qovan hakim “Qarabağ”ın Bakıdakı oyununa təyin olundu

23.07.2019

Boris Conson Britaniyanın yeni Baş naziri seçildi

23.07.2019

BƏƏ hökuməti bir hərfdən ibarət ilk domeni istifadəyə verib

23.07.2019

YouTube kanalında ən çox baxılan mahnılar açıqlanıb

23.07.2019

Avqustun 1-dən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

23.07.2019

“Azərbaycan” kinoteatrı özəlləşdirildi - Bügünkü hərrac

23.07.2019

Beş güləşçimiz EYOF-un finalında

23.07.2019

Təhsil Nazirliyi: 1535 nəfər ali məktəblərdən köçürülmək üçün müraciət edib

23.07.2019

Qubada qətl törədən şəxs tutulub - RƏSMİ

23.07.2019

Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB?

23.07.2019

Ağsu sakini “Mercedes”i aşırdı - Sərnişini öldü, özü xəstəxanada

23.07.2019

Müəllimlərin işə qəbulu imtahanları başa çatır

23.07.2019

"Eternity-2019" təliminin yekun planlaşdırma konfransı keçirilib - VİDEO

23.07.2019

“Gənc qırğız şeiri antologiyası”nın təqdimatı keçirildi

23.07.2019

EYOF-da velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib

23.07.2019

"Abşeron" yatağında infrastrukturun qurulmasına bu ilin IV rübündə başlanacaq

23.07.2019

Güclü külək davam edəcək, rayonlara dolu düşəcək

23.07.2019

EYOF: Güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar

23.07.2019

Komitə sədri: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var

23.07.2019

Komitə sədri Qobustan və Şamaxıdan olan vətəndaşları qəbul edəcək

23.07.2019

"Neymarı transfer etmək çətindir" - Qrizmann

23.07.2019

Ali məktəblərdə antinarkomaniya mövzusu tədris ediləcək

23.07.2019

Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

23.07.2019

Cəzaçəkmə müəssisələrinə narkotik keçirilməsinin qarşısı alınıb

23.07.2019

XİN: Ərazi bütövlüyümüzün bərpası Azərbaycanın BMT Nizamnaməsində təsdiqlənmiş hüququdur

23.07.2019

Los Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin premyerası keçirilib

23.07.2019

“Fikirləşdik, “ağ günə” çıxarıq” – İlk cinayətini 15 yaşında törədən məhkum – VİDEO 

23.07.2019

Abituriyentlər məsləhət üçün Azərbaycan Universitetinə müraciət edə bilərlər

23.07.2019

"EYOF Bakı 2019": Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara start verilib

23.07.2019

Bakıda icazəsiz mitinq keçirmək istəyənlərə xəbərdarlıq edilib

23.07.2019

Ali məktəblərə ixtisas seçimi başlayır

23.07.2019

Daha 2 rayonda qaz olmayacaq

23.07.2019

DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23.07.2019

DİM magistraturanın boş qalan yerlərinə qəbul elan edib

23.07.2019

Bu ərazilərdə qaz təchizatı dayandırıldı - Qaz sızması var

23.07.2019

Neftin bahalaşması davam edir

23.07.2019

Azərbaycan Avropa Festivalına başçılıq edir - MEDAL SIRALAMASI

23.07.2019

Atəşkəs 18 dəfə pozuldu

23.07.2019

Azərbaycanın sənətkar təşkilatlarının tarixindən

23.07.2019

İyulun 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.07.2019

"Qarabağ"ın potensial rəqibləri üz-üzə 

23.07.2019

Tramp: 10 milyon insanı öldürmək istəmirəm

23.07.2019

Monitorinq çaylarda suyun səviyyəsinin dəyişdiyini göstərdi

23.07.2019

BMT-nin baş katibi Hörmüz boğazında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb

23.07.2019

Pompeo İranı bütün dünya üçün təhlükə adlandırıb

23.07.2019

Avtobus qəza törətdi, digər marşrutlar xətdən çıxdı