"Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forum keçirib

13:06 / 20.06.2019

 

      Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Gəncə şəhərində "Ermənistanın regional təhdidi" mövzusunda Beynəlxalq Forum keçirib.

      Beynəlxalq Forumda ictimaiyyət nümayəndələri, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar və tələbələr iştirak edib.

      Forumu giriş sözü ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, BMAM sədri Rufiz Qonaqov açaraq forum iştirakçılarını salamlayıb. BMAM sədri Bakıdan sonra Gəncə şəhərində keçirilən beynəlxalq forumun əhəmiyyətindən danışıb, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz Regionuna ciddi təhlükə olduğunu bildirib. Şura üzvü qeyd edib ki, bütün səylərə baxmayaraq Ermənistanın təcavüzə son qoymamması cənubi Qafqaz regionunda o cümlədən dünyada artan risklər və təhdidlərə ciddi təkan verir. O, həmçinin bildirib ki, danışıqlar prosesini uzatmağa çalışaraq qeyri-konstruktiv mövqe sərgiləyən işğalçı Ermənistan, beynəlxalq hüquqa, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymayaraq öz çirkin siyasətini davam etdirir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı adından salamlayaraq çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının müavini Vəfa Abbasova Forumun Gəncə şəhərində keçirilməsindən məmnunluğunu ifadə edərək, bu kimi beynəlxalq Forumların ölkədə və ölkə xaricində keçirilməsinin  vacibliyindən danışıb. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Forumun əhəmiyyətindən bəhs edib.   Ermənistanın separatizm siyasətinin qarşısının alınması istiqamətində BMT qətnamələrinə diqqəti yönəldərək Vəfa Abbasova bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, öz etnik separatizm əməllərindən imtina etməlidir.

   Milli Məclisin deputatı, YAP Gəncə şəhər Təşkilatının sədr müavini Pərvin Kərimzadə "Ermənistan-Azərbaycan Dağlıq Qaranağ münaqişəsinin həllində Beynəlxalq Təşkilatların rolu "mövzusunda məruzə edib. Millət vəkili bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi  siyasəti  bu danışıqların effektivliyinə mane olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq qurum və təşkilatlar tərəfindən, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altında, 1 milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır.

 AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov “Erməni işğalı və Azərbaycan təhsilinin itirdikləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Ermənistanın tarix boyu Azərbaycana qarşı apardığı məkrli siyasəti, terrora rəvac verən separatizm meyilləri bölgədə təhlükəsizliyə ciddi zərər vurmaqdadır. Alim həmçinin qeyd edib ki, Erməni təcavüzü nəticəsində həm mədəni irsimizə, həm tarixi abidələrimizə, həm də təhsilimizə sağalmaz yara vurulmuşdur. Məktəblər, təhsil ocaqları dağıdılmış, minlərlə ailə öz el-obalarından didərgin düşmüş, təhsildən, elmdən uzaq düşmüşlər.

  BMAM-ın eksperti Rəfail Becanov "Ermənistanın təcavüzkar siyasətinin təsiri və regionda insan hüquqlarının pozulması” mövzusunda məruzə ilə çıxış edib. O, Ermənistanın işğalçılıq siyasətinin, hüquqa zidd əməllərinin fəsadlarına diqqəti yönəltdi. Bir milyondan çox qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının həm ölkəmizə, həm də regiona mənfi təsirindən danışan ekspert  Beynəlxalq təşkilatları bu məsələdə həssas və ədalətli qərarlar qəbul etməyə çağırdı.

  Gəncə Dövlət Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov "Erməni terrorçuluğu və Cənubi Qafqaza təhdid" mövzusunda məruzə etmişdir. Alim Ermənistanın Cənubi Qafqazda  xalqların təhlükəsizliyinə qarşı davam etməkdə olan terror siyasətinin aradan qaldırılması istiqamətində region dövlətlərinin bir araya gəlməsinin vacibliyini vurğulayıb. Beynəlxalq ictimaiyyətin ədalətsiz qərarlarına, bəzi beynəlxalq təşkilatların tətbiq etdiyi ikili standartlara etirazını bildirib. Asim Məmmədov həmçinin qeyd edib ki, nə qədər ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməyib, Cənubi Qafqazda xalqların dinc və yanaşı yaşaması məsələsi sual altında qalır.

   Yekun məruzə ilə çıxış edən BMAM-ın eksperti Ramin Səmədov "Erməni yalanının dünyada ifşası istiqamətində Azərbaycanın uğurlu xarici siyasəti" mövzusunda məruzəsində diqqəti Azərbaycanın uğurlu xarici siyasətinə yönəldərək, işğala məruz qalmış Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan məqsədyönlü və düşünülmüş xarici siyasətin müsbət nəticələrini Forum iştirakçılarının diqqətinə çatdırdı.

Sonra məruzələr ətrafında çıxışlar davam etdirilib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin Mətbuat Xidməti

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
19.07.2019

Azərbaycanda su ehtiyatları azalır, Qanıx-Əyriçay vadisində bulaqlar kütləvi surətdə quruyur

19.07.2019

Ekspertdən xəbərdarlıq - İsti havada bu meyvələri qəbul edin

19.07.2019

180 minə aldığı oyunçunu 18 milyona satır - "Fənər"dən supertransfer

19.07.2019

Çinin “Tyanqun-2” kosmik laboratoriyası orbiti tərk edib

19.07.2019

The Guardian: İran sanksiyaların ləğvi müqabilində nüvə təsislərində yeni yoxlamalara hazırdır

19.07.2019

İqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq elektrik enerjisi istehlakı da artıb - RƏSMİ

19.07.2019

Rezidenturaya qəbul üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib

19.07.2019

Dənizdə köməksiz qalan balıqçılar xilas edildi 

19.07.2019

Şəki Xan Sarayında bərpa işləri aparılır, yaxın günlərdə əraziyə giriş bərpa ediləcək

19.07.2019

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

19.07.2019

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

19.07.2019

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19.07.2019

Avtoxuliqan həbs olundu, vəsiqəsi əlindən alındı

19.07.2019

Ticarət və iaşə obyektlərində kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət gücləndirildi

19.07.2019

Paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

19.07.2019

Sabah dəniz istirahəti üçün əlverişsiz olacaq - Güclü külək

19.07.2019

Daxili İşlər Nazirliyi işçi axtarır

19.07.2019

Dövlət qulluğuna qəbulla bağlı növbəti sınaq imtahanı keçiriləcək

19.07.2019

Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

19.07.2019

TƏŞKİLATLARDA MÜNAQİŞƏLƏRİN YARANMA SƏBƏBLƏRİ VƏ İDARƏ EDİLMƏSİ

19.07.2019

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

19.07.2019

"Boeing" korporasiyası "737 MAX" təyyarələrinə görə 4,9 mlrd. dollar zərər edib

19.07.2019

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır

19.07.2019

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

19.07.2019

“Qarabağ” UEFA reytinqində “Milan”a şərik olub

19.07.2019

Türkiyədən bəyanat: “S-400” böhranına görə NATO zəifləyə bilər

19.07.2019

Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verir

19.07.2019

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

19.07.2019

Bakı-2019: Azərbaycan millisinin bayraqdarı müəyyənləşib

19.07.2019

Gürcüstanda NATO-ya üzvlüyü dəstəkləyənlərin sayı minimuma enib

19.07.2019

Azərbaycan nefti ucuzlaşıb

19.07.2019

Dənizdə boğulub ölən gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

19.07.2019

İyulun 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.07.2019

Neftin bahalaşması davam edir

19.07.2019

İnstaqramda foto və videoların bəyənilmə sayı gizli olacaq

19.07.2019

Qarabağ kanalında çimmək qadağan edildi -SƏBƏB - VİDEO

19.07.2019

Atəşkəs 26 dəfə pozulub

19.07.2019

DSX narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat keçirib

19.07.2019

Gürcüstanda Keşikçidağ məbdi yaxınlığında baş vermiş insidentlə bağlı araşdırma başladılıb

19.07.2019

Avropa Liqasında birinci təsnifat mərhələsinə yekun vuruldu

19.07.2019

Türkiyə F-35-ə alternativləri nəzərdən keçirməyə hazırlaşır

19.07.2019

Dövlət büdcəsinin tərtibi və icrası qaydaları dəyişib

19.07.2019

Cavad Zərif ABŞ prezidentinin “PUA açıqlaması”na münasibət bildirib

19.07.2019

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

19.07.2019

ABŞ İran-a məxsus PUA-nı vurub

18.07.2019

Meteohəssas insanlar üçün XƏBƏR

18.07.2019

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən daha bir pendir sexi aşkarlanıb

18.07.2019

Təhsil Nazirliyi: Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq

18.07.2019

Leyla Abdullayeva: Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!

18.07.2019

SON DƏQİQƏ! Biləcəridə yük qatarının vaqonu yanır