DİM şikayət edən 726 abituriyentin qiymətində dəyişiklik etdi

13:29 / 20.06.2019

Dövlət İmtahan Mərkəzi Apelyasiya Komissiyasına müraciət edən 726 abituriyentin qiymətində dəyişiklik edib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 1593 nəfər buraxılış imtahanları üzrə, 54 nəfər I qrup üzrə, 111 nəfər II qrup üzrə, 55 nəfər III qrup üzrə, 45 nəfər isə IV qrup üzrə olmaqla ümumilikdə 1858 məzun və ya abituriyent (bütün imtahan verənlərin 1,11%-i) qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Bu müraciətlərdə buraxılış imtahanlarından 14000-ə yaxın, qəbul imtahanlarından isə 800-ə yaxın olmaqla, ümumilikdə 14800 (bütün yazı işlərinin 0,49%-i) yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

Bütün müraciətlər araşdırılıb və onları yazanlar dəvət edilərək iş üzrə birlikdə müzakirə aparılıb (regionlarda yaşayanlar ilə telefonla əlaqə saxlanılmış, apelyasiyanın nəticəsi bildirilmiş və müvafiq izahlar olunub). Apelyasiyaya müraciət edənlərdən 726 şagird və ya abituriyentin (bütün imtahan verənlərin 0,43%-i) cəmi 892 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. Təxminən 70 işdə edilmiş düzəliş imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

DİM-dən bildirilib ki,200-dən çox şagird və ya abituriyent bu və ya digər fənn üzrə bütün tapşırıqlarla bağlı müraciət edib, amma araşdırma zamanı məlum olmuşdur ki, müraciət etdikləri fənn üzrə heç bir yazı işini yerinə yetirməyiblər. 58 şagird və ya abituriyent ərizə yazmalarına baxmayaraq apelyasiyada iştirakdan imtina etmiş və ya apelyasiyaya gəlməmişdir. Bununla belə, onların da ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilmişdir. Həmçinin, Apelyasiya Komissiyasının qərarı ilə 7 aprel 2019-cu il tarixində keçirilmiş imtahanın bir tapşırığının (B variantında 48 nömrəli, D variantında 47 nömrəli, F variantında 47 nömrəli, H variantında 47 nömrəli) qiymətləndirmə meyarına “hadisələri” sözü də doğru cavab kimi daxil edilmiş və həmin tapşırığı bu şəkildə cavablandıran 136 şagirdin nəticəsində müvafiq dəyişiklik edilmişdir. Qeyd olunan dəyişikliklər iyun ayının 25-dək onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapacaq.

DİM-dən qeyd edilib ki, buraxılış imtahanlarda 100 minə yaxın, dörd qrup üzrə qəbul imtahanlarında 67600-ə yaxın şagird iştirak etmişdir və bu şagirdlərin ümumilikdə 3 milyondan çox tapşırıq üzrə yazı işi yoxlanılıb.

 
Bununla da 2019-cu il 7, 14, 21 və 28 aprel tarixlərində keçirilmiş qəbul (buraxılış) imtahanlarının birinci və 12, 19 mayda keçirilmiş ikinci mərhələsinin nəticələri ilə əlaqədar Apelyasiya Komissiyası öz işini yekunlaşdırıb:

" Apelyasiya Komissiyası yay qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra yenidən fəaliyyətini bərpa edəcək. Lakin bütün abituriyent və valideynlərə bir daha müraciət edirik. Müraciətlərdən aydın olur ki, imtahan iştirakçıları öz yazdıqları ilə tanış olmayıblar. Hətta boş yazı işləri (200 nəfər) ilə əlaqədar müraciətlər var. Bütün bunların araşdırılması Apelyasiya Komissiyasının işini ləngidir və lazımsız vaxt itkisinə səbəb olur. Məsələn, qəbul imtahanlarında iştirakçı sayı və cavab vərəqlərinə baxmış şəxslərin sayı aşağıdakı kimidir: 2019-cu il aprelin 7-də imtahan vermiş 27660 nəfərdən 13342-si, 14-də imtahan vermiş 28634 nəfərdən 8165-i, aprelin 21-də imtahan vermiş 22499 nəfərdən 4965-i, aprelin 28-də imtahanda iştirak etmiş 19486 nəfərdən 4220-si, mayın 12-də imtahan vermiş 32174 nəfərdən 6700-ü, mayın 19-da imtahan vermiş 35423 nəfərdən 7716-sı öz cavab vərəqinə baxıb".


Etiket:

Strategiya.az

Xəbərlər
19.07.2019

Azərbaycanda su ehtiyatları azalır, Qanıx-Əyriçay vadisində bulaqlar kütləvi surətdə quruyur

19.07.2019

Ekspertdən xəbərdarlıq - İsti havada bu meyvələri qəbul edin

19.07.2019

180 minə aldığı oyunçunu 18 milyona satır - "Fənər"dən supertransfer

19.07.2019

Çinin “Tyanqun-2” kosmik laboratoriyası orbiti tərk edib

19.07.2019

The Guardian: İran sanksiyaların ləğvi müqabilində nüvə təsislərində yeni yoxlamalara hazırdır

19.07.2019

İqtisadiyyatın, sənayenin, o cümlədən əhalinin artan tempinə uyğun olaraq elektrik enerjisi istehlakı da artıb - RƏSMİ

19.07.2019

Rezidenturaya qəbul üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib

19.07.2019

Dənizdə köməksiz qalan balıqçılar xilas edildi 

19.07.2019

Şəki Xan Sarayında bərpa işləri aparılır, yaxın günlərdə əraziyə giriş bərpa ediləcək

19.07.2019

Kolleclərə qəbul olunmaq üçün abituriyentlərin ərizə qəbulu davam edir

19.07.2019

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

19.07.2019

Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

19.07.2019

Avtoxuliqan həbs olundu, vəsiqəsi əlindən alındı

19.07.2019

Ticarət və iaşə obyektlərində kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət gücləndirildi

19.07.2019

Paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

19.07.2019

Sabah dəniz istirahəti üçün əlverişsiz olacaq - Güclü külək

19.07.2019

Daxili İşlər Nazirliyi işçi axtarır

19.07.2019

Dövlət qulluğuna qəbulla bağlı növbəti sınaq imtahanı keçiriləcək

19.07.2019

Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

19.07.2019

TƏŞKİLATLARDA MÜNAQİŞƏLƏRİN YARANMA SƏBƏBLƏRİ VƏ İDARƏ EDİLMƏSİ

19.07.2019

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

19.07.2019

"Boeing" korporasiyası "737 MAX" təyyarələrinə görə 4,9 mlrd. dollar zərər edib

19.07.2019

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşır

19.07.2019

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

19.07.2019

“Qarabağ” UEFA reytinqində “Milan”a şərik olub

19.07.2019

Türkiyədən bəyanat: “S-400” böhranına görə NATO zəifləyə bilər

19.07.2019

Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verir

19.07.2019

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

19.07.2019

Bakı-2019: Azərbaycan millisinin bayraqdarı müəyyənləşib

19.07.2019

Gürcüstanda NATO-ya üzvlüyü dəstəkləyənlərin sayı minimuma enib

19.07.2019

Azərbaycan nefti ucuzlaşıb

19.07.2019

Dənizdə boğulub ölən gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

19.07.2019

İyulun 19-da xarici valyutaların manata qarşı məzənnələri

19.07.2019

Neftin bahalaşması davam edir

19.07.2019

İnstaqramda foto və videoların bəyənilmə sayı gizli olacaq

19.07.2019

Qarabağ kanalında çimmək qadağan edildi -SƏBƏB - VİDEO

19.07.2019

Atəşkəs 26 dəfə pozulub

19.07.2019

DSX narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat keçirib

19.07.2019

Gürcüstanda Keşikçidağ məbdi yaxınlığında baş vermiş insidentlə bağlı araşdırma başladılıb

19.07.2019

Avropa Liqasında birinci təsnifat mərhələsinə yekun vuruldu

19.07.2019

Türkiyə F-35-ə alternativləri nəzərdən keçirməyə hazırlaşır

19.07.2019

Dövlət büdcəsinin tərtibi və icrası qaydaları dəyişib

19.07.2019

Cavad Zərif ABŞ prezidentinin “PUA açıqlaması”na münasibət bildirib

19.07.2019

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

19.07.2019

ABŞ İran-a məxsus PUA-nı vurub

18.07.2019

Meteohəssas insanlar üçün XƏBƏR

18.07.2019

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən daha bir pendir sexi aşkarlanıb

18.07.2019

Təhsil Nazirliyi: Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq

18.07.2019

Leyla Abdullayeva: Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!

18.07.2019

SON DƏQİQƏ! Biləcəridə yük qatarının vaqonu yanır