Nazirlər Kabinetinin növbəti iclası keçirilib

19:36 / 20.06.2019

İyunun 20-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İclası açan Baş Nazir Novruz Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və davamlı islahatlardan danışıb. Azərbaycanda reallaşdırılan yeni iqtisadi islahatlar nəticəsində ölkəmizin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artdığını bildirən Novruz Məmmədov deyib: “Bu, imkan verir ki, digər məsələlərlə yanaşı, ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılsın. Bu ilin ilk yarısında dövlətimizin başçısının imzaladığı sosialyönümlü fərmanlar və sərəncamlar 3 milyon vətəndaşımızı əhatə edib. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar bir daha göstərdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə imzaladığı sərəncamlar geniş əhali kateqoriyasının rifah halının daha da yüksəldilməsinə imkan yaradacaq”.

Bu gün Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda əlaqələr qurduğunu, xalqımızın maraqlarının təmin olunduğunu, milli dövlətçilik ideyalarının qorunub inkişaf etdirildiyini bildirən Novruz Məmmədov bütün bu uğurların arxasında Prezident İlham Əliyevin yüksək peşəkarlığının və siyasi səriştəsinin dayandığını söyləyib.

Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verib.

Bildirilib ki, iclasın gündəliyinə “Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında”, “Ölkə əhalisinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi sahəsində görülən işlər, xidmətin keyfiyyətinin yüksəldilməsi və infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı qarşıda duran cari və perspektiv məsələlər haqqında” və “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması işlərinin gedişi haqqında” məsələlər daxildir.

Təbii enerji qaynaqlarının mühüm seqmentini təşkil edən qaz sektorunun Azərbaycanın sosial-iqtisadi həyatında vacib rola malik olduğunu bildirən Baş Nazir qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətinin uğurla icrası nəticəsində ölkəmiz bu sahədə ciddi nailiyyətlər qazanıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkədir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamında Energetika Nazirliyinə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması tapşırılıb.

Baş Nazir bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətində yol verilən nöqsanları və bu sahədə olan bir sıra problemləri qeyd edib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlarını verib.

Novruz Məmmədov deyib ki, ölkəmizdə əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi istiqamətində bu günə qədər bir sıra mühüm layihələr icra olunub. Bununla yanaşı, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir.

Baş Nazir əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı görülən işlərdən danışaraq siyahıyaalma məntəqələrinin komplektləşdirilməsinin, zəruri avadanlıqlarla təchiz olunmasının və bununla bağlı əhalinin məlumatlandırılması işlərinin vacibliyini vurğulayıb.

Sonra Energetika naziri Pərviz Şahbazovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM