Bu gündən Azərbaycanda “Sığorta həftəsi” başlayıb

20:07 / 24.06.2019

Azərbaycanda “Sığorta həftəsi” başlayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən  bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə MBNP-nin təşkilatçılığı ilə iyunun 24-dən ölkəmizdə “Sığorta həftəsi” başlayıb. Həftə çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Assosiasiyası və sığorta şirkətlərinin birgə əməkdaşlığı zəminində bu sahədə ictimai savadlılığın artırılması məqsədilə müxtəlif səpkili maarifləndirmə məqsədli görüşlərin və tədbirlərin təşkil edilməsi, eyni zamanda, sayca IX olan “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu keçirilməsi nəzərdə tutulub.

“Sığorta həftəsi”nin ilk günü KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib. Müzakirə formatında keçirilən təlimdə iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrarsığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər. “Sığorta həftəsi”nin növbəti günlərində Bakı və Sumqayıt şəhəri üzrə dövlət qurumlarının və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə, həmçinin bu ərazilərdə fəaliyyət göstərən sahibkarlarla maliyyə bazarlarının dəyər yaradan önəmli sektorlarından biri kimi sığorta mövzusu ətrafında interaktiv təqdimatların keçirilməsi planlaşdırılıb.

Bundan əlavə, “Sığorta həftəsi”ndə sektorda fəaliyyət göstərən mütəxəssislər üçün xarici ekspertlər tərəfindən seminar keçiriləcək. Seminarda avtonəqliyyat vasitəsi sığortası üzrə anderraytinq, risk qiymətləndirilməsi, zərər qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə barəsində məlumat veriləcək. Həmin gün paralel olaraq, beynəlxalq təşkilat olan Sərhədsiz Aktuarlar Assosiasiyasının üzvü tərəfindən gənc mütəxəssislərə seminarın keçirilməsi də nəzərdə tutulub.

Həmçinin iyunun 28-də “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumu baş tutacaq. On beşədək yerli və xarici nümayəndənin çıxış edəcəyi forumda yerli sığorta bazarının imkanları və perspektivləri, qlobal aləmdə baş verən yeniliklər və trendlər haqqında müzakirələr aparılacaq.

Forum çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandumun imzalanması gözlənilir. Memorandum “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nda qeyd olunan tədbirlərin koordinasiya olunmuş şəkildə və daha effektiv icra edilməsinə xidmət edəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
13.11.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbirdə iştirak edib

13.11.2019

Qubada 55 yaşlı kişi evində dəm qazından boğulub öldü

13.11.2019

BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

13.11.2019

Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutulub

13.11.2019

Prezident İlham Əliyev: Yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq

13.11.2019

Sahil Babayev: Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək

13.11.2019

Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

13.11.2019

Rüşvətdə təqsirləndirilən polkovnik-leytenant azadlığa buraxıldı

13.11.2019

Su çənlərinin təhlükəsi: İnsanların həyatı risk altındadır – VİDEO 

13.11.2019

"Ramos çox kobud futbolçudur" - Levandovski

13.11.2019

Nazirlik: elektron qaydada göndərilən sənədlərə möhür tələb olunmur

13.11.2019

Şimali Koreya lideri ABŞ-a son tarix verdi – Gərginlik pik həddə

13.11.2019

Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb

13.11.2019

Unudulmuş orta əsr şəhərimiz Zəyəm

13.11.2019

AFFA klubları cərimələdi

13.11.2019

2030-cu illərdə qlobal neft tələbatı azalacaq

13.11.2019

Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

13.11.2019

Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

13.11.2019

İran prezidenti ad gününü təyyarədə qeyd edib

13.11.2019

Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib

13.11.2019

Ağcabədidə silahlı şəxs tutuldu

13.11.2019

Ərdoğan-Tramp görüşünə saatlar qalmış… - Şok iddia

13.11.2019

Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanıldı

13.11.2019

Azərbaycan – Uels oyunu Dəniz Aytəkinə tapşırılıb

13.11.2019

Azərbaycan Hərbi Hava Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

13.11.2019

Təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına başlanılıb

13.11.2019

Gələn ilin büdcə layihəsi birinci oxunuşdan keçdi

13.11.2019

Azərbaycanlı saxta sənədlə yaşayış icazəsi almaq istədi

13.11.2019

Sabahın havası: yağış, duman, külək

13.11.2019

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb

13.11.2019

Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev şokda

13.11.2019

Təmas xəttində monitorinq keçirilib

13.11.2019

"Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı istintaq davam edir

13.11.2019

Sumqayıtda marketlərdən seyf oğurlayan şəxslər tutulub

13.11.2019

MİDA: 570 güzəştli mənzildən 284-nün rəsmiləşdirilməsi başa çatıb

13.11.2019

Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti dayandırılır

13.11.2019

Axtarışda olan 30 nəfər eyni gündə tutuldu

13.11.2019

"Azeri Light" nefti ucuzlaşıb

13.11.2019

Azərbaycan  maarifçilərinin  Türkiyəyə uzanan yolları

13.11.2019

Şamaxıda "uçan piyadalar" üçün nəzərdə tutulmuş keçid - VİDEO

13.11.2019

Məşhur türkiyəli baş məşqçi istefa verdi - RƏSMİ

13.11.2019

Tramp İŞİD-in yeni liderini təhdid etdi

13.11.2019

Azərbaycanlı hakimə UEFA-dan təyinat

13.11.2019

Mixail Şumaxerin meneci: Arvadı yalan danışır, vəziyyəti daha ağırdır

13.11.2019

Bu gün Milli Məclisdə büdcə müzakirələri davam etdiriləcək

13.11.2019

Trampla Makron telefon danışığında bunları müzakirə ediblər

13.11.2019

Anyes özünü Boliviyanın lideri elan etdi 

13.11.2019

Atəşkəs 22 dəfə pozulub

13.11.2019

Pentaqon ABŞ üçün iki ən böyük təhlükəni açıqladı

13.11.2019

Rusiyada əfsanəvi DST-yə əvəz tapıldı