Birinci vitse-prezident Mehriban Əliyeva: “Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”

20:21 / 24.06.2019

İyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.

Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil ediləcək. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.

Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir.

Əvvəlcə birgə foto çəkdirildi.

Forumun açılışında çıxış edən Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:

-Cənab Baş katibin müavini, Zati-aliləri

Xanımlar və cənablar, hörmətli qonaqlar, əziz dostlar.

Sizin hamınızı Azərbaycanda salamlamaqdan məmnunam. Şərqi Avropa regionunda ilk dəfə təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumunu keçirməkdən şərəf hissi duyuruq. Bu tədbiri paytaxtımızda keçirmək qərarına görə BMT-yə təşəkkürümüzü bildiririk. Biz bunu Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsi hesab edirik. Bu il keçirilən tədbirin mövzusu bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş, qərar qəbul edən yüksək rütbəli şəxslər üçün təcrübələrini bölüşmək, çağırışları müzakirə etmək və BMT-nin 2030-cu il gündəliyinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün faydalı platformadır. Bu prosesdə dövlət qurumlarının xalqımıza yüksək keyfiyyətli xidmətlər göstərmək və innovativ dəyişikliklərdə iştirak etmək bacarığı xüsusi rol oynayır. Bu baxımdan, mən fürsətdən istifadə edərək, bu gün sizinlə səmərəli dövlət qulluğu sistemi sahəsində Azərbaycanın uğurları ilə bölüşmək istərdim.

Azərbaycanın Birinci vitse-prezidenti vurğuladı ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. “Vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin “asan” olduğunu vurğulayaraq dedi:

-“ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. “ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı. ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və “ASAN xidmət” Azərbaycanın rayonlarında da açılmağa başlandı.

Nisbətən az müddət ərzində “ASAN xidmət”in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10 “ASAN xidmət”in rayonlarda, 5 “ASAN xidmət”in isə Bakıda fəaliyyət göstərdiyini bildirdi. Planda bu ilin sonuna qədər əlavə 5 “ASAN xidmət”in rayonlarda, ikisinin isə Bakıda açmaq olduğunu diqqətə çatdıran Mehriban Əliyeva dedi:

-Görülmüş işlərin həcmi baxımından sizə bir rəqəmi təqdim edəcəyəm. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılmışdır. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində “ASAN xidmət”də təmsil olunurlar. Çox qısa müddət ərzində “ASAN xidmət” dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu.

“Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”, - deyən Birinci vitse-prezident bu uğurun digər səbəbinin gənclərimizin fəal və geniş şəkildə iştirakı ilə bağlı olduğunu söylədi. Mehriban Əliyeva qeyd etdi ki, 2013-cü ildən başlayaraq 19 mindən artıq könüllü ASAN-ın işində iştirak edib. Onlardan 1100 nəfərinin müxtəlif “ASAN xidmət”lərdə tam ştatlı işlə təmin olunduğunu vurğulayan Birinci vitse-prezident dedi:

-Biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Bizim ASAN ilə bağlı olan təcrübəmizin daha geniş regionda ən yaxşı təcrübə kimi izlənilməsinə görə fərəhlənirik.

Mehriban Əliyeva vurğuladı ki, bu ilin əvvəlində birinci bənzər mərkəz Kabildə açılıb, Əfqanıstandan olan 100-dən çox ekspertə ASAN tərəfindən təlim keçirilib. Birinci vitse-prezident yaxşı təcrübələrimizi başqa ölkələrlə paylaşmağı davam etdirməyə hazır olduğumuzu bildirdi, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 anlaşma memorandumunun imzalandığını vurğuladı. Mehriban Əliyeva qeyd etdi ki, biz bununla kifayətlənmirik və dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edirik. İnsanlara proaktiv elektron xidmətlərin göstərilməsi üçün Asan my-gov portalının yaradıldığını, bununla da vətəndaşların, həmçinin onlayn xidmətdən yararlandığını diqqətə çatdıran Birinci vitse-prezident 2016-cı ildə ölkəmizdə ASAN-ın uğur hekayəsinin davamı olaraq ABAD adı altında digər sosialyönümlü xidmətin fəaliyyətə başladığını xatırlatdı. ABAD Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı bizneslərinə yardım etmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında məqsədin ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi olduğunu, 400-ə yaxın üzvü olan ABAD-ın regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitəyə çevrildiyini bildirən Mehriban Əliyeva dedi:

-Xanımlar və cənablar, bu, vətəndaşlarımızın faydalanması üçün dövlət xidmətləri sahəsində islahatların aparılması üzrə Azərbaycanın təcrübəsinə dair kiçik bir xülasə idi. Müntəzəm paylanıla və araşdırıla bilən digər çoxsaylı nümunə və təcrübələrin mövcud olduğuna əminəm. Məhz buna görə Azərbaycan bilavasitə bu forumun nəticəsi olaraq Dövlət Xidmətlərinin Təchizi üzrə Müəssisələrin ASAN Assosiasiyasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Ümid edirəm ki, bu yeni assosiasiya dövlət xidmətlərinin səmərəli təchizi üçün ekspertlər arasında dialoqu təşviq etmək məqsədi daşıyan əhəmiyyətli beynəlxalq bir alətə çevriləcəkdir. Bu, sözügedən sahədə bütün mövcud yaxşı təcrübələrdən istifadə etmək istəyində olanlara yardım edə bilər.

Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən hamınıza maraqlı və faydalı müzakirələr, forumun işinə böyük uğurlar arzu edirəm. Nəhayət, sizi Bakıda qaldığınız müddətdə boş vaxt tapıb bizim gözəl şəhərimizi kəşf etməyə və ənənəvi Azərbaycan qonaqpərvərliyindən həzz almağa dəvət edirəm. Təşəkkür edirəm.


Etiket:

Strategiya.az

Xəbərlər
21.07.2019

NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırıb

21.07.2019

Türkiyə HHQ 3 PKK terrorçusunu məhv ediblər

21.07.2019

Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə başlayıb

21.07.2019

Lənkəranda dəniz kənarını zibilləyən istirahət məkanlarının sahibləri cəzalandırıldı

21.07.2019

Bu gün Azərbaycanın iki idmançısı Olimpiya Festivalının tennis yarışlarında mübarizəyə qoşulacaq

21.07.2019

İtaliyada mafiya və siyasətçilərin qənimi öldü

21.07.2019

Bərdədə ticarət obyektlərində yanğın olub, yaxınlıqdakı məktəb binası yanğından mühafizə edilib

21.07.2019

Ermənistan silahlı bölmələri atəşkəsi 17 dəfə pozub

21.07.2019

Teymur Rəcəbov növbəti dəfə heç-heçə edib

21.07.2019

İpoteka predmetinə tutma yönəldilməsinə dair yeni qayda müəyyənləşib

21.07.2019

Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb

21.07.2019

“British Airways” aviaşirkəti Qahirəyə uçuşları dayandırıb

21.07.2019

ABŞ-ın dövlət katibi Türkiyəyə "S-400" sazişindən məyusluğunu bildirib

21.07.2019

Tramp gələcək planları ilə bölüşdü

21.07.2019

Bakıda dostların mübahisəsi bıçaqlanma ilə bitdi

21.07.2019

FHN əməkdaşları 9 nəfərin həyatını xilas edib

21.07.2019

NATO İranı Hörmüz boğazında saxladığı tankerləri azad etməyə çağırıb

21.07.2019

Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək

21.07.2019

XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü - CƏDVƏL

21.07.2019

Yaqub Mahmudov jurnalistlərə təbrik məktubu ünvanlayıb

21.07.2019

ABŞ-da “Boeing 737 Max” “qəbiristan”ı tapıldı

20.07.2019

İstanbulda keçirilən əməliyyat zamanı 217 cinayətkar saxlanılıb

20.07.2019

Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar

20.07.2019

“Bakı-2019”-da iştirak edəcək ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində şənlik təşkil ediblər

20.07.2019

“Liverpul” Məhəmməd Salaha rekord məbləğdə məvacib təklif edir

20.07.2019

Cəlilabadda 4 evdən pul və qızıl əşyalar oğurlayan yeniyetmə saxlanılıb

20.07.2019

Britaniya tankerinin ələ keçirilməsinin kadrları yayımlandı

20.07.2019

Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları

20.07.2019

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

20.07.2019

"Yeganə" şadlıq sarayında nə baş verir?

20.07.2019

Festivalın açılışına bilet alan tamaşaçıların daşınması 2 ekspress marşrut xətti üzrə həyata keçiriləcək

20.07.2019

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

20.07.2019

XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib

20.07.2019

Ərbildə türkiyəli diplomatı qətlə yetirən terrorçu dəstənin başçısı tutulub

20.07.2019

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları keçirilir

20.07.2019

Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib

20.07.2019

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşımalar artıb

20.07.2019

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri necə müəyyən edilir?

20.07.2019

Məşhur rejissor Oliver Stoun Rusiya Prezidentindən qızının xaç atası olmağı xahiş edib

20.07.2019

“Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb

20.07.2019

Putin: Yorulsaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim

20.07.2019

Britaniya XİN: “İranın Hörmuz boğazında iki Britaniya gəmisini saxlamağından son dərəcə narahatlıq keçiririk”

20.07.2019

Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq

20.07.2019

Rezidenturaya qəbul üzrə 181 namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
 

20.07.2019

Mərkəzi Bank 150 milyon manat cəlb edir

20.07.2019

İşə qəbul imtahanlarında növbəti yüksək bal toplayan namizədlər

20.07.2019

İki ölkə niyə Bakıda keçiriləcək EYOF-da iştirak etməyəcək? - SƏBƏBLƏR

20.07.2019

Hər kəs qocalır – Əyləncə, yoxsa təhlükə?  - VİDEO

20.07.2019

Pompeo Trampın İranla danışıqlara hazır olduğunu təsdiqləyib

20.07.2019

Azərbaycan və İran birgə peyk layihəsi ilə bağlı müzakirələr aparır - Nazir