Avropa ikincisi olan azərbaycanlı sərbəst güləşçilər vətənə qayıdıb

08:16 / 25.06.2019

Ötən həftə İtaliyanın Faenza şəhərində keçirilmiş yeniyetmələrin Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş yığmamız bu gün vətənə qayıdıb.

Strategiya.az Azərbaycan Güləş Federasiyasına (AGF) istinadla xəbər verir ki, bir qızıl, iki gümüş və dörd bürünc medalla komanda hesabında ikinci yeri tutan millimizin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib. Komandanı AGF-in rəsmiləri, güləşçilərin yaxınları, yeniyetmə pəhləvanlar və media nümayəndələri qarşılayıb.

Komandanı təbrik edən AGF-nin yeniyetmələr üzrə vitse-prezidenti Namiq Abdullayev yunan-Roma güləşi üzrə müvafiq yığmanın ardınca sərbəst güləşçilərin də Avropa çempionatında uğurlu çıxış etdiyini bildirib. Bu qələbələrdə AGF rəhbərliyi tərəfindən yaradılan şəraitin, bir neçə ay davam edən təlim-məşq toplanışlarının, görülən sistemli fəaliyyətin böyük rolunun olduğunu söyləyib. Belə uğurlu nəticələrin qarşıdan gələn Avropa Gənclərinin Yay Olimpiya Festivalı və dünya çempionatında da davam edəcəyinə inamını ifadə edib.

Daha sonra yeniyetmələrdən ibarət yığmanın böyük məşqçisi Əsgərxan Novruzov yarışla bağlı təəssüratlarını bölüşərək deyib: “Avropa çempionatında 7 medal qazandıq. Əlbəttə, daha yaxşı nəticəyə də imza ata bilərdik. Bəzi çəkilərdə qızıl medal qazana bilərdik. Ancaq yeganə çempionumuz Sabir Cəfərov oldu. Bildiyiniz kimi, o finalda erməni güləşçi ilə qarşılaşdı. Ağır keçən görüşdə qalib gəldi. Əsas məqsədimiz Bakıda keçiriləcək festivalda uğurlu çıxış etməkdir. Daha sonra isə dünya çempionatı başlayacaq. İlin əvvəlindən təlim-məşq toplanışlarımız məhz bu 3 yarışa hesablanmışdı. Əsas heyət festivalda çıxış edəcək”.

Çempion olmasında çox insanın əməyi olduğunu bildirən Avropa çempionu Sabir Cəfərov məşqçilər başda olmaqla, zəhməti olan hər kəsə minnətdarlığımı çatdırıb: “Finalda erməni güləşçi ilə qarşılaşanda narahatlıq keçirmirdim. İdmanda udmaq da olar, uduzmaq da. Həyəcanlı deyildim, soyuqqanlı güləşirdim. Ancaq tribunada ona verilən dəstəyi görəndən sonra qazandığım qələbəni hədsiz sevinc hissi ilə qeyd etdim. Bundan sonrakı hədəfim məşqçilərin köməkliyi ilə Bakıda keçiriləcək festivalda qələbə çalmaqdır”.

Xatırladaq ki, 153 xalla komanda hesabında Avropa ikincisi olan millinin heyətində Sabir Cəfərov (60 kq) qızıl, Murad Haqverdiyev (45 kq) ilə Cəbrayıl Hacıyev (65 kq) gümüş, Kənan Heybətov (51 kq), Zirəddin Bayramov (55 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) bürünc medal qazanıblar.


Etiket:

Strategiya.az

Xəbərlər
13.11.2019

Qubada 55 yaşlı kişi evində dəm qazından boğulub öldü

13.11.2019

BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

13.11.2019

Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutulub

13.11.2019

Prezident İlham Əliyev: Yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq

13.11.2019

Sahil Babayev: Bu il 934 şəhid ailəsinə və əlil şəxslərə mənzil veriləcək

13.11.2019

Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

13.11.2019

Rüşvətdə təqsirləndirilən polkovnik-leytenant azadlığa buraxıldı

13.11.2019

Su çənlərinin təhlükəsi: İnsanların həyatı risk altındadır – VİDEO 

13.11.2019

"Ramos çox kobud futbolçudur" - Levandovski

13.11.2019

Nazirlik: elektron qaydada göndərilən sənədlərə möhür tələb olunmur

13.11.2019

Şimali Koreya lideri ABŞ-a son tarix verdi – Gərginlik pik həddə

13.11.2019

Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb

13.11.2019

Unudulmuş orta əsr şəhərimiz Zəyəm

13.11.2019

AFFA klubları cərimələdi

13.11.2019

2030-cu illərdə qlobal neft tələbatı azalacaq

13.11.2019

Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

13.11.2019

Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

13.11.2019

İran prezidenti ad gününü təyyarədə qeyd edib

13.11.2019

Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib

13.11.2019

Ağcabədidə silahlı şəxs tutuldu

13.11.2019

Ərdoğan-Tramp görüşünə saatlar qalmış… - Şok iddia

13.11.2019

Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanıldı

13.11.2019

Azərbaycan – Uels oyunu Dəniz Aytəkinə tapşırılıb

13.11.2019

Azərbaycan Hərbi Hava Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

13.11.2019

Təhsil müəssisələrində "Sənədsiz məktəbli qalmasın” aksiyasına başlanılıb

13.11.2019

Gələn ilin büdcə layihəsi birinci oxunuşdan keçdi

13.11.2019

Azərbaycanlı saxta sənədlə yaşayış icazəsi almaq istədi

13.11.2019

Sabahın havası: yağış, duman, külək

13.11.2019

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb

13.11.2019

Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev şokda

13.11.2019

Təmas xəttində monitorinq keçirilib

13.11.2019

"Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı istintaq davam edir

13.11.2019

Sumqayıtda marketlərdən seyf oğurlayan şəxslər tutulub

13.11.2019

MİDA: 570 güzəştli mənzildən 284-nün rəsmiləşdirilməsi başa çatıb

13.11.2019

Nostrifikasiya ilə bağlı sənəd qəbulu müvəqqəti dayandırılır

13.11.2019

Axtarışda olan 30 nəfər eyni gündə tutuldu

13.11.2019

"Azeri Light" nefti ucuzlaşıb

13.11.2019

Azərbaycan  maarifçilərinin  Türkiyəyə uzanan yolları

13.11.2019

Şamaxıda "uçan piyadalar" üçün nəzərdə tutulmuş keçid - VİDEO

13.11.2019

Məşhur türkiyəli baş məşqçi istefa verdi - RƏSMİ

13.11.2019

Tramp İŞİD-in yeni liderini təhdid etdi

13.11.2019

Azərbaycanlı hakimə UEFA-dan təyinat

13.11.2019

Mixail Şumaxerin meneci: Arvadı yalan danışır, vəziyyəti daha ağırdır

13.11.2019

Bu gün Milli Məclisdə büdcə müzakirələri davam etdiriləcək

13.11.2019

Trampla Makron telefon danışığında bunları müzakirə ediblər

13.11.2019

Anyes özünü Boliviyanın lideri elan etdi 

13.11.2019

Atəşkəs 22 dəfə pozulub

13.11.2019

Pentaqon ABŞ üçün iki ən böyük təhlükəni açıqladı

13.11.2019

Rusiyada əfsanəvi DST-yə əvəz tapıldı

13.11.2019

Trampdan Ərdoğana sanksiyalarla bağlı TƏKLİF: ABŞ qazanmalıdır