Ermənistanın seçimi: qeyri-müəyyənlik yeni mərhələdə

15:57 / 05.07.2019

Ekspertlər Ermənistanda son dövrlərdə müşahidə edilən proseslərin geosiyasi qiymətləndirilməsində ziddiyyətli məqamların mövcudluğunu vurğulayırlar. Konkret olaraq, R.Koçaryanın yenidən həbs edilməsi və AŞPA-da Rusiya məsələsinin müzakirəsi zamanı erməni deputatların müəmmalı davranışı fonunda müxtəlif proqnozlar irəli sürülür. Hesab edilir ki, rəsmi İrəvan konstruktiv və reallığa uyğun hərəkət etmir. Bunun mümkün nəticələri kimi Ermənistanın daha ciddi geosiyasi təcrid vəziyyətinə düşməsi göstərilir. Daxildə isə proseslərin gərginliyi artdıqca sosial partlayışın mümkünlüyü istisna edilmir. Bütün hallarda Ermənistanda siyasi böhranın dərinləşməsi fonunda xarici siyasətdə qeyri-müəyyənliyin də yüksəldiyi müşahidə edilir. Həmin kontekstdə bir sıra məqamlar üzərində geniş dayanmağa ehtiyac görürük.

Hakimiyyətin mart sindromu: Ermənistan hüquq sisteminin ziddiyyətləri

Robert Koçaryan həbs edildikdən sonra Rusiya-Ermənistan münasibətləri haqqında daha çox neqativ tonda danışmağa başlayıblar. Rusiyalı ekspertlər Vladimir Putinin şəxsən telefonla danışdığı və ad günü münasibətilə təbrik etdiyi R.Koçaryanı İrəvan məhkəməsinin yenidən həbsə atması səbəblərini analiz etməyə çalışırlar. Maraqlıdır ki, bu hadisəni AŞPA-da Rusiya ilə bağlı səsvermədə Ermənistan nümayəndə heyətinin davranışı ilə də əlaqələndirməyə çalışır, daha konkret desək, hər iki hadisəni düşünülmüş şəkildə Rusiyaya qarşı atılmış addım kimi qiymətləndirirlər.

Problemin mahiyyəti doğrudan da dərin geosiyasi məqamlarla bağlıdır. Rəsmi İrəvan son iki ildə çox qeyri-müəyyən, məntiqsiz və riskli xarici siyasət yeridir. Nikol Paşinyan müstəqillik və demokratiya adı altında müasir tələblərə cavab verməyən və izahedilməz addımlar atır. Məsələ heç də onun Qərb və ya Rusiyaya meyl etməsi ilə bağlı deyil. Ermənistanın xarici siyasətində "müstəqillik", "suverenlik" kimi anlayışlar orta əsr təfəkkürü ilə təqdim edilir. Onun məzmunu belədir ki, kim Ermənistanın şovinist, işğalçı və tamamilə quldurluq və banditlik ruhlu istəklərinə razıdırsa, "sivil" və "mədəni", bununla razılaşmayanlar isə düşməndirlər. Məhz həmin düşüncə ilə də Ermənistan Rusiya, Belarus və Qazaxıstandan Azərbaycanla əməkdaşlığı dayandırmağı tələb etməyə cəhd göstərdi. Və lazımi cavabını alıb, lal oldu.

Bundan başqa, N.Paşinyan İrana və Avropaya səfərlərində radikal tərzdə müasir hökumət başçısına yaraşmayan məntiqlə Azərbaycan və Türkiyəni müəyyən məqamlarda ittiham etməyə çalışdı. Hətta İranda Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ifadə edən yüngül hərəkətlər belə etdi. Bu, İran cəmiyyətində geniş etiraz yaratdı və Tehran bir sıra məqamları izah etməli oldu. Bununla N.Paşinyanın xırda bir radikal olmasına şübhə yeri qalmadı. Amma məsələ bundan ibarətdir ki, bəzi dairələr onun bu zəifliyindən istifadə edərək Cənubi Qafqazı qarışdırmağa davam edir.

Biz R.Koçaryanın yenidən həbs edilməsini nəzərdə tutmuruq. Bu adam cinayətkardır və Azərbaycan məhkəmələrində mühakimə olunmalıdır. Lakin indi Ermənistandan onun Azərbaycana ekstradisiyası haqqında danışmağın yeri yoxdur. Bununla belə, Ermənistanın ikinci prezidentini müdafiə etmək üçün onun qulbeçələri Azərbaycan faktorundan maksimum istifadə etməyə çalışırlar.

Belə ki, faktiki olaraq, R.Koçaryanın Azərbaycanda törətdiyi cinayətlərin müxtəlif fraqmentlərini qəhrəmanlıq donunda təqdim edirlər. Aydın olur ki, hansı erməni günahsız insanlara qarşı daha çox cinayət işlədibsə, onlar Ermənistanın milli qəhrəmanlarıdırlar. Bunun beynəlxalq hüquqa nə dərəcədə uyğun olduğunu hüquqşünaslar daha yaxşı bilərlər. Ancaq mənəvi baxımdan rəzalət olduğunu, orta əsr təfəkkürünün qalıqlarının müasir Ermənistan siyasi elitasının siyasi şüurunun başlıca qatını təşkil etdiyini deyə bilərik. Daha düşündürücüsü odur ki, bu kimi faktorlardan Ermənistan-Rusiya münasibətlərinin vacibliyini sadə ermənilərə çatdırmaq üçün istifadə edirlər. Belə çıxır ki, R.Koçaryan kimilərin cinayətləri Moskvadan idarə edilirmiş və məhz bəzi xidmətlərinə görə indi bu erməni siyasətçini Moskvada müəyyən dairələr müdafiə edir. Əks halda, R.Koçaryanın Dağlıq Qarabağda etdiyi cinayətləri həm "milli qəhrəmanlıq", həm də "Rusiya-Ermənistan dostluğunun əsas elementlərindən biri" kimi təqdim etməyin məntiqi izahı varmı?

Hər bir halda, aydın görünür ki, Ermənistanda heç zaman insanlara uyğun gəldikləri və hüquqa əsaslanan münasibət olmayıb. N.Paşinyan tərəfdarları deyirlər ki, R.Koçaryan konstitusiyanı pozub. Əks tərəf isə sual edir ki, "bir halda ki, R.Koçaryan seçkini udmuşdu, konstitusiyanı niyə pozmalı idi?". Bundan başqa, həmin proseslərdə N.Paşinyan küçədə imiş və həbs edilib. Lakin 7 il əvəzinə 5 ilə həbsdən çıxıb, sonra bir il müddətində deputat olub və nəhayət, indi baş nazirdir. Kimsə tərəfindən siyasi qabiliyyəti tanınmayan, idarəçilik təcrübəsi olmayan birisinin bu dərəcədə sürətlə hakimiyyətə yiyələnməsi hansı məsələlərdən xəbər verir?

Dolaşıqlıq: rəsmi İrəvanın qeyri-adekvat addımları

Bütün bunların fonunda ekspertlər daha iki məqama diqqət yetirirlər. Birincisi, Moskva N.Paşinyanın hərəkətlərinə hələlik təmkinlə yanaşır. Hətta onunla yeni silah və hərbi texnika verilməsi ilə bağlı müqavilə də imzalayır. İkincisi, Ermənistandan olan deputatlar AŞPA-da açıqca antirusiya mövqeyi tuturlar. Rusiya ilə bağlı məsələnin müzakirəsi zamanı erməni deputatlar qeyri-müəyyən mövqe tutublar. Onlardan biri hətta "düymələri səhv saldığı"nı deyib. Yəni bu, o qədər primitiv bəhanədir ki, şərhə ehtiyac yoxdur. Lakin Kreml özünü bu kimi hallara laqeyd kimi göstərir. Rusiya sanki N.Paşinyanı heç "görmür". Onun nə etməsindən asılı olmayaraq, Moskva Ermənistanı himayə edir.

Bir sıra ekspertlər bununla bağlı deyirlər ki, Moskva, sadəcə, N.Paşinyanın özünü tam nüfuzdan salmasını gözləyirlər. Rusiya hesab edir ki, yeni erməni hakimiyyətinin populist mövqeyinə gec və ya tez Ermənistan cəmiyyətində reaksiya olacaq. O zaman Moskva hərəkətə keçə bilər. Bu proqnozun nə dərəcədə reallığa uyğun olduğunu demək çətindir. Lakin İrəvanda Rusiyaya qarşı müəyyən çağırışların edilməsi də ekspertlərdə maraq doğurur.

N.Paşinyanın komandasında Rusiyadan Ermənistan iqtisadiyyatının "açarı"nın alınmasından danışırlar. Onlar deyirlər ki, indi Ermənistan iqtisadi sistemi, faktiki olaraq, Rusiyanın əlindədir. Bunu KİV daim yazırdı, ancaq Ermənistan hakimiyyəti və ona yaxın KİV-lər hansısa "möhtəşəm iqtisadi layihələr"dən bəhs edir, "Paşinyanın böyük müstəqil layihələrə imza atmasından" danışırdılar. Artıq özləri də açıq etiraf edirlər ki, Ermənistanın real iqtisadi addımları Kremldə müəyyən olunur. N.Paşinyan aciz bir fiqurdur.

Bütün bunlardan geosiyasi nəticələr çıxarmaq olar. Hər şeydən öncə, deyilməlidir ki, Ermənistanın xarici siyasəti tam dolaşığa düşüb. Rəsmi İrəvan sözün həqiqi mənasında nə edəcəyini bilmir. Hələlik sırf şovinist və radikal çağırışlardan başqa bir şey danışa bilmirlər. Onun da müəyyən müddəti var. Çünki insanlar real nəticə görməyəndə, ən çılğın fikri belə qəbul etmirlər.

Verilən vədlərə baxmayaraq, Ermənistan Azərbaycanla münasibətlərdə hər hansı bir irəliləyiş əldə etməyincə, bunun mənfi təsiri mütləq olacaq. Belə bir vəziyyətdə nə qədər radikal fikir səslənsə də, cəmiyyət inanmayacaq. O halda Ermənistanda sosial partlayış qaçılmaz olacaq.

Bununla yanaşı, Ermənistanın Rusiya və İranla münasibətlərində ziddiyyətlərin artması ölkədə siyasi böhranı dərinləşdirir. Belə informasiyalar yayılır ki, Amerika Ermənistanın İranla sərhədlərinə nəzarətə can atır. O cümlədən, Azərbaycanın işğal edilmiş bölgələrinin olduğu hissəyə göz dikilib. Bu məkandan İrana qarşı fəaliyyət üçün istifadə oluna bilər. Guya Rusiyanın da buna qarşılıq planları var. Moskva Ankara və Bakı ilə əlaqələri gücləndirir.

Ermənistan mediasının bu cür şayiələr yayması, ilk növbədə, daxildə insanların diqqətini əsas problemlərdən yayındırmaq üçündür. Mifik düşmən obrazı yaradıb, başlıca vəzifənin onunla mübarizə aparmaqdan ibarət olduğunu aşılamağa çalışırlar. Lakin reallıqda Rusiya və İranla münasibətlərdə ziddiyyətlər daha da artıb. Bunun da əsas səbəbi Ermənistanın son vaxtlar özünü Qərbin "dostu" kimi göstərməyə çalışması ilə bağlıdır. Deməli, Ermənistan hələ də regionun əsas risk qaynağıdır. Bunun belə davam etməsi ciddi fəsadlar verə bilər.

Beləliklə, Ermənistanın xarici siyasəti özünün növbəti qeyri-müəyyənlik mərhələsinə qədəm qoyub. Onun qonşu dövlətlərlə münasibətləri daha gərgin səviyyəyə yüksəlməkdədir. Faktiki olaraq, heç bir region dövlətinin Ermənistanla normal münasibəti yoxdur. Bunun uzun müddət davam edəcəyinə ümid bəsləmək sadəlövhlük olardı.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI

02.06.2020

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi

02.06.2020

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

02.06.2020

Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi

02.06.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

02.06.2020

Nazirlik: Azərbaycanın 34 rayonunda çəyirtkə qışlaqları qeydə alınır

02.06.2020

Tramp orduya təlimat verdi: "Bunlar daxili terror aktlarıdır"

02.06.2020

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

02.06.2020

Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST

02.06.2020

Azərbaycanda COVID-19-a yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı 300 mini ötüb

01.06.2020

Prezident İlham Əliyev: Biz sosial layihələrin heç birini ixtisara salmamışıq

01.06.2020

SALAM, SERGEY YESENİN! (II hissə)

01.06.2020

Azərbaycanda daha 168 nəfər koronavirusa yoluxdu, 80 nəfər sağaldı, 5 nəfər öldü

01.06.2020

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

01.06.2020

Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib 

01.06.2020

Nikol Paşinyan koronavirus infeksiyasına yoluxub

01.06.2020

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

31.05.2020

Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 2 nəfər öldü

31.05.2020

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31.05.2020

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olunub

31.05.2020

Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı