"İran tərəfi növbəti yarışlarda iştirak etmək, bizim idman bazalarımızdan istifadə etmək istəyirlər"

09:54 / 07.07.2019

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov İran İslam Respublikasında işgüzar səfərdə olub.

AAAF-dan  bildiriblər ki, R.Rəsulov İran Ağır Atletika Federasiyasının (İAAF), həmçinin Ərdəbil Vilayətinin və yerli regional federasiyanın rəhbər şəxsləri ilə, tanınmış sabiq idmançılarla, böyük uğurları olan atletlərlə görüşüb, qonşu ölkədə ağır atletikaya yaradılan şəraitlə tanış olub, qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparıb. R.Rəsulovun səfəri İran mətbuatının da gündəmində olub, yerli KİV-lər baş katibdən müsahibələr alıb. Baş katibin səfərində əsas məqsəd AAAF və İAAF arasında əməkdaşlıq memorandumunun imzalanmasına hazırlıqların başa çatdırılması olub.

Bakıya qayıtdıqdan sonra R.Rəsulov federasiyanın rəsmi saytına müsahibə verərək keçirdiyi görüşlər, əldə edilən nəticələrdən danışıb. Baş katib qeyd edib ki, səfər 2018-ci il martın 28-də Bakıda Azərbaycan Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikası Gənclər və İdman Nazirliyi arasında imzalanmış “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib. Orada İran və Azərbaycan arasında müvafiq idman növlərində – indiki halda ağır atletikada – birgə və çoxtərəfli beynəlxalq turnirlərin keçirilməsi, idmançı və məşqçilərin təcrübə mübadiləsi, hakimlər üçün təhsil kurslarının təşkili, hər iki ölkədə yerli və ənənəvi oyunların, birgə və qarşılıqlı təlim-məşq toplanışlarının təşkili tövsiyə olunurdu. O, həmin məsələlərlə əlaqədar qarşı tərəfin dəvəti ilə iyunun 30-da İrana getdiyini bildirib.

Səfər proqramına əsasən əvvəlcə Ərdəbil şəhərinə yollanan baş katib orada Ərdəbil vilayətinin və yerli regional federasiyanın rəhbər şəxsləri – Şahin Esbeqian, Afşin Abbaseyi, Bəhruz Nidai, Bəhram Ağaxani və digərləri ilə görüşlər keçirib. Səfər həm də tanışlıq xarakteri daşıdığından R.Rəsulov şəhərdəki ağır atletika zallarına baxıb, orada məşq keçən tanınmış idmançılarla görüşüb. İranda ağır atletika üzrə çoxlu sayda Olimpiya çempionları və mükafatçılar məhz Ərdəbildə yetişib. Orada görüşlər keçirilib, uşaqların məşqləri izlənilib, zallara baxılıb. Sonra Olimpiya çempionu Hosseyn Rezazadənin adına olan stadionda məşqçilər, digər ağır atletika mütəxəssisləri və rəhbər şəxslərlə birgə mətbuat konfransı təşkil edilib.

R.Rəsulov sonra Tehran şəhərinə səfər edib. Baş katib tərəflər arasında memorandum imzalanması barədə danışıqlar aparıb: “İranda ağır atletika ən önəmli idman növlərindən biridir. Paytaxtdakı görüş zamanı İAAF-ın müvəqqəti prezidenti Əlireza Xosrovi qeyd etdi ki, ağır atletika onların milli xəzinəsidir və onun inkişaf etməsi üçün çalışırlar. Federasiyanın baş katibi Əlihüseyn Biranvənd, həmçinin yerli Gənclər və İdman Nazirliyinin nümayəndəsi Şirvin Esbeqian ilə geniş danışıqlar oldu. İAAF ilkin müqaviləni hazırlamışdı. Biz memorandumun imzalanması mərasiminin bir müddət ertələnməsini təklif etdik.

İranda, həmçinin dünyanın ən böyük ağır atletika klublarından olan Azərbaycanın “Zirvə” beynəlxalq idman klublarının fəaliyyəti də böyük marağa səbəb olub. Rizvan Rəsulov deyib ki, AAAF-ın vitse-prezidenti, “Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərovun gördüyü işlər xüsusilə böyük rəğbətlə vurğulanıb. İran tərəfi növbəti yarışlarda iştirak etmək, bizim idman bazalarımızdan istifadə etmək istəyirlər.

R.Rəsulov bildirib: “Federasiyalar arasında imzalanacaq bu memorandum böyük əhəmiyyət kəsb edir. Biz tərəflər arasında müxtəlif kadr mübadilələri, məşq proseslərinin öyrənilməsi və təcrübə mübadiləsi, mütəxəssislərin birgə müzakirəsi və araşdırmalar aparması, hakimlərin mübadiləsi, tibbi biliklər və qarşılıqlı təlim-məşq toplanışları mübadiləsini nəzərdə tutmuşuq. Razılıq əldə olunacağı halda, biz İran yığmasına seçdikləri məkanlarımızdan birində təlim-məşq toplanışları keçməsinə şərait yaradacaq, onların bütün xərclərini qarşılayacağıq. Eyni zamanda, Azərbaycan yığması İrana, seçdiyimiz məkana hazırlığa gedəndə onlar bizim xərclərimizi qarşılayacaqlar. Biz bunun hər iki tərəf üçün səmərəli olacağını düşünürük”.


Etiket:

Strategiya.az

Xəbərlər
18.10.2019

Leyla Abdullayeva: Azərbaycan bütün sənədlər əsasında substantiv danışıqların davam etdirilməsini hər zaman dəstəkləyib

18.10.2019

Mədəniyyət naziri və müavini bölgələrdə vətəndaşları qəbul edəcək

18.10.2019

Azərbaycan hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib

18.10.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18.10.2019

ARDNF Milandakı ofis binasını satıb

18.10.2019

Dövlət müstəqilliyimiz - Əbədi, dönməz və sarsılmaz olacaq

18.10.2019

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

18.10.2019

UEFA "Ayaks"ı cəzalandırdı

18.10.2019

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb

18.10.2019

BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər

18.10.2019

Azərbaycanda saxta şpirislər satılır - TƏHLÜKƏ

18.10.2019

Şarm verilişi yenidən qayıdır - VİDEO

18.10.2019

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18.10.2019

Millimizin Slovakiyaya qarşı oyununun yeri dəyişdirildi

18.10.2019

Türkiyə ordusunun əsgəri şəhid olub

18.10.2019

Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradıldı

18.10.2019

32 nəfər saxlanıldı

18.10.2019

NATO-nun İdarə rəisi: "FHN-nin beynəlxalq axtarış-xilasetmədə iştirakından məmnunuq" 

18.10.2019

Sabaha olan hava proqnozu

18.10.2019

Azərbaycana partlayıcı maddə keçirmək istədilər

18.10.2019

Türkiyə XİN başçısı Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib

18.10.2019

Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib

18.10.2019

Nazirlik Bakıda küçəyə atılan birgünlük körpə ilə bağlı məlumat yaydı

18.10.2019

Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

18.10.2019

ABŞ səfirliyindən Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım

18.10.2019

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidovun ikinci görüşdəki rəqibi dəqiqləşib

18.10.2019

UEFA "Qarabağ"ın oyunlarında baş verənlərlə bağlı qərarları təxirə salıb

18.10.2019

Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib

18.10.2019

AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

18.10.2019

Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb

18.10.2019

Qorbaçov Putinə müraciət etdi

18.10.2019

Bakıda birgünlük körpəni küçəyə atdılar 

18.10.2019

"Azeri Light" nefti ucuzlaşıb

18.10.2019

Bu şəxslərin maaşları 25 faiz artırıldı

18.10.2019

Ərdoğan və Pensin bu görüntüsü izlənmə rekordu qırır - VİDEO

18.10.2019

“Brexit” reallaşmaq üzrədir – Britaniya Avropaya 33 milyard funt odəyəcək

18.10.2019

Postmodern oyun - “Müəmmalı bir qətlin üç versiyası”

18.10.2019

Ukrayna bu ifaçıların “Eurovision”da iştirakına icazə verməyəcək

18.10.2019

Oktyabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.10.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 21 dəfə pozuldu

18.10.2019

Bu rayonlarda qaz olmayacaq 

18.10.2019

"El Klassiko"nun vaxtı dəyişdirildi

18.10.2019

Neftin ucuzlaşması davam edir

18.10.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

18.10.2019

Bir adamın dərd yükü = hər adamın - dərd yükü...

18.10.2019

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür

17.10.2019

Sona Vəliyevanın səssiz nəğməsi - Akademik Dusko M.Petroviç

17.10.2019

Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir

17.10.2019

Mərkəzi Bank növbəti hərrac keçirib - Manat sabitdir