Energetik içkilərin normadan çox qəbulu...

08:30 / 11.07.2019

Aritmiya ürək döyüntülərinin, vurğularının ritminin dəyişməsi, requlyarlığının pozulmasıdır. Aritmiyaların çox növü var. Həyati təhlükəsiz aritmiyalarla yanaşı, həyat üçün ciddi təhlükələr törədən, ani ölümlərə səbəb olan aritmiyalar da mövcuddur. Aritmiyalar ürəkdə əsasən döyüntü, çırpıntı şəklində hiss edilir, sanki ürək çalxalanır. Bununla yanaşı, nəbzdə ürək döyüntülərinin requlyarlığının pozulması, arada nəbzin itməsi kimi hiss oluna bilər. Aritmiyalar anadangəlmə və sonradan qazanılmış olur. Anadangəlmə aritmiyalar anadangəlmə ürək problemləri fonunda yaranır. Yaşa görə də aritmiya növləri dəyişir. Gənc yaşlarda daha çox sadə aritmiyalara rast gəlinir. Buna tibdə ekstrasistoliya deyilir. Bəzən də irsi faktorlardan qaynaqlanan çox ciddi aritmiyalar meydana gəlir. Belə ki, uzun Kute sindromu, qısa Kute sindromu, Bruqada sindromu kimi xəstəliklərin yaratdığı aritmiyalar, ani mədəcik aritmiyaları ani ölümlərə səbəb olur. Yaşlılarda daha çox təzyiqin, şəkərin, ürək-damar xəstəliklərinin əmələ gətirdiyi aritmiyalar qeydə alınır. Bu zaman da aritmiyanın yaranma səbəbini öyrənmək və ona uyğun müalicə təyin etmək lazımdır.

Bu barədə AZƏRTAC-a invaziv kardioloq Oqtay Musayev məlumat verib.

Mütəxəssis bildirib ki, aritmiyanı müəyyən etmək üçün ən sadə üsul elektrokardioqraf ilə müayinədir: "Bəzən aritmiya olur və keçir, elektrokardioqramada aşkarlanmır. Lakin xəstənin şikayətləri aritmiya şübhəsi yaradırsa, aritmiyanı dəqiq müəyyənləşdirmək üçün Holter elektrokardioqrafiya adlanan, 24-48 saat ərzində ürək vurğularının qeydiyyatını aparan müayinə üsullarından istifadə olunur. Bu üsulla xəstə yatarkən belə onda baş verən aritmiyaları müəyyən etmək mümkündür. Həmin üsullarla 60 faiz hallarda aritmiyalara diaqnoz qoyula bilər. Daha az rast gəlinən, tutma şəklində olan aritmiyaları luprukordor çip vasitəsilə müəyyən etmək olur. Həmin çip dəri altında yerləşdirilir. Onun vasitəsilə həftələrlə, aylarla xəstənin ürək döyüntülərini izləyib aritmiyanın olub-olmadığını müəyyənləşdirə bilərik. Sadə elektrokardioqrama ilə irsi anadangəlmə aritmiyaya səbəb olan xəstəlikləri müəyyən edə bilərik. Exokardioqrafiya müayinəsi vasitəsilə ürəkdəki əzələ toxumasında olan hipertrofiyaları, ürək, əzələ və qapaq xəstəliklərini müəyyən edib, onun yarada biləcəyi aritmiyaları dəqiqləşdirə bilərik. Müəyyən edilə bilməyən aritmiyanın növünü, yaranma yerini, çıxış səbəbini elektrofizioloji üsulla öyrənib onun qarşısını almaq mümkündür. Son vaxtlarda energetik içkilərin, xüsusilə uşaqlarda və yeniyetmələr arasında həddindən artıq istifadəsi çox ciddi aritmiyalara səbəb ola bilir. Həmin aritmiyalar zamanı ürək anidən dayana bilər. Ümumiyyətlə, energetik içkilərin 18 yaşadək içilməsi məsləhət deyil. Təsadüfi deyil ki, bir çox Avropa ölkələrində həmin içkilərin gənclərə və uşaqlara satışı qadağan edilib. Bəzi ölkələrdə ümumiyyətlə onların istifadəsinin qadağan olunması həyata keçiriləcək".

İnvaziv kardioloq bildirib ki, ürək xəstəlikləri daha çox kişilərdə rast gəlinsə də, aritmiya əksər hallarda qadınlarda qeydə alınır. Xoşxassəli, yəni sadə aritmiyalar qadınlarda, bədxassəlilər isə kişilərdə müşahidə olunur. Xoşxassəli aritmiyada arabir nəbz itir, ürək vurur, arada dayanır. Bədxassəli aritmiya isə ciddi, təhlükəli və tutma şəklində olur. Ürək sanki yerindən çıxacaqmış kimi sürətlə döyünür. Qan dövranı, ürəyin fəaliyyəti pozulur. Vaxtında müdaxilə edilmədikdə ürək dayanır və ani ölümlərə səbəb olur. Əksər hallarda energetik içkilər və narkotik vasitələr belə aritmiyaların yaranma səbəbidir. Ani ölümlərin əksər hissəsi irsi bədxassəli aritmiya zamanı yaranır. Bəzən yuxuda olarkən insanın infarkt keçirməsi ürəyi dayandıran aritmiyaya səbəb olur.

İdmançılarda rast gəlinən aritmiyalar xüsusi bir qrupdur. Professional idmanın özünün yaratdığı aritmiyalar var. Bununla yanaşı, aritmik problemi olan insanlar çox ciddi fiziki yük aldıqda, yoxlanmadan idmanla məşğul olduqda onlarda ani ölümlər qeydə alına bilər. Ümumiyyətlə, hər yaş dövrünün özünəməxsus aritmiyaları var. Lakin bütün həyat boyu rast gəlinən aritmiyalar da mövcuddur. Əksər aritmiyalar yaşlandıqdan sonra üzə çıxır".

 
O.Musayev bildirib ki, ən ağır aritmiyalar belə sağalandır. Bunun üçün vaxtında müalicə olunmaq mütləqdir.


Etiket:

Strategiya.az

Xəbərlər
15.09.2019

Rusiyada vertolyot itib

15.09.2019

Şəhriyar Məmmədyarov dünya kuboku turnirinin onaltıdabir finalına vəsiqə qazanıb

15.09.2019

Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?

15.09.2019

Atəşkəs bu gecə də pozuldu - 22 dəfə

15.09.2019

Bakının erməni-bolşevik işğaldan azad edilməsinin 101-ci ildönümü tamam olur

15.09.2019

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışında iştirak edib

14.09.2019

Prezident İlham Əliyev Latviya və Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

14.09.2019

Sabahın HAVA PROQNOZU açıqlandı

14.09.2019

“Azeri Light”ın bir barreli 63,74 dollara satılır

14.09.2019

Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat

14.09.2019

Qorbaçovun “sarayı” satışa çıxarılıb

14.09.2019

DYP sürücülərə müraciət etdi: oktyabr ayının 1-dən...

14.09.2019

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 245 nəfər uğur qazanıb

14.09.2019

Xalq rəssamı Tahir Tahirov vəfat edib

14.09.2019

DİN: Ötən gün törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb

14.09.2019

Neft yenidən ucuzlaşıb

14.09.2019

Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır

14.09.2019

Səbrimiz daşarsa... - Ərdoğandan SƏRT XƏBƏRDARLIQ

14.09.2019

Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşdə nakautla qələbə qazandı

14.09.2019

Sentyabrın 16-na dolların məzənnəsi

14.09.2019

Güləşçimiz dünya çempionatına erməni ilə start verəcək

14.09.2019

Tramp Boltonun yerinə yeni namizədlə görüşüb

14.09.2019

Naməlum ölümcül xəstəlik aşkar edildi – Artıq ilk qurban var

14.09.2019

Azərbaycan güləşçiləri dünya çempionatına qələbə ilə başlayıb

14.09.2019

"Qarabağ" - "Sevilya" matçına maraq olduqca böyükdür

14.09.2019

Cəbhədən son xəbər

14.09.2019

Bu günün havası

14.09.2019

Sabiq məhkəmə sədri güllələndi - Tovuzda

14.09.2019

Tacikistanda elmə məlum olmayan rəsədxana aşkar olunub

14.09.2019

N.Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki...

14.09.2019

Şirvanda 1 nəfər kanalizasiya quyusuna düşərək ölüb

14.09.2019

Roma papasının səfəri Yaponiya ilə Vatikan arasında münasibətləri daha da möhkəmləndirəcək

14.09.2019

Şəhriyar Məmmədyarov dünya kubokunun növbəti mərhələsində qələbə qazanıb

14.09.2019

Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub

13.09.2019

Əli Həsənov Türkiyədən Azərbacana gələn nümayəndə heyətini qəbul edib - FOTOLAR

13.09.2019

Ölən və yaralananlar var

13.09.2019

Xəzərdə zəlzələ olub

13.09.2019

DYP yük avtomobillərinin sahiblərinə və sürücülərinə müraciət edib

13.09.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

13.09.2019

Xalq artistinə vəzifə verildi

13.09.2019

Ermənistan ordusunun hərbi qulluqçusu intihar edib

13.09.2019

2020-ci il üzrə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat proqnozlaşdırılır

13.09.2019

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

13.09.2019

Minsk qrupu Dağlıq Qarabağda keçirilən qanunsuz "seçkilər"ə etirazını bildirməlidir - Komitə sədri

13.09.2019

Sentyabrın 16-da Azərbaycanda televiziya və radio kanallarının yayımı dayandırılacaq

13.09.2019

Mərkəzi Bank uçot dərəcəsini 8%-ə dək azaltdı

13.09.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanıda yeni yaradılan istirahət parkı ilə tanış olub

13.09.2019

Ölkəyə qanunsuz “iPhone” keçirmək üçün unikal addım

13.09.2019

Dərs ili ilə bağlı Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi

13.09.2019

Xaçmazda vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib