Baş nazir: 70-ci illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə Azərbaycanın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb

10:51 / 11.07.2019

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən üstün keyfiyyətlərinin canlı mənzərəsidir. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.

Trend-in məlumatına görə, bunu Baş nazir Novruz Məmmədov bildirib.

Hökumət başçısı vurğulayıb ki, tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir:

"Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanmışdır. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana müqayisəyəgəlməz dərəcədə böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olmuşdur. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər eyni missiyanın sadəcə biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər.

İdarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin sovet Azərbaycanına rəhbərliyi mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olmuşdur. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılığın keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını büsbütün müasirləşdirmişdir".

N.Məmmədov vurğulayıb ki, tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, xarizmatik liderlik məziyyətləri, böyük vətənpərvərliyi ötən əsrin 70-ci illərindən etibarən milli ruhun hədsiz yüksəlişinin təmin edilməsində misilsiz rol oynamışdır: "Onun keçmiş sovet idarəçilik sisteminin forma və məzmununu, bütün incəliyini dəqiqliklə bilməsi bu prosesdə maneə yaradıcı amilləri uğurla neytrallaşdırmasına, eyni zamanda öz ideyalarını reallaşdırmaq istiqamətində mərkəzdən lazımi dəstək almasına imkan vermişdir. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin idarəçiliyinin digər önəmli xüsusiyyətləri Azərbaycanın bütün əsas sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olmuşdur. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, Azərbaycanın iqtisadi muxtariyyətinin təmin edilməsi, sənaye potensialının güclənməsi, təhsil sferasında yeni inkişaf mərhələsinin əsasının qoyulması, xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atmışdır".

Baş nazir qeyd edib ki, Ulu Öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamıza ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu: "1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ümummilli Lider Heydər Əliyev çox sonralar - 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı demişdir: "Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.

Həmin illərdə məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutmuş, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış etmiş, prinsipiallıq göstərmişdir. Bu nöqteyi-nəzərdən dahi öndərin Bakı Məişət Kondisionerləri Zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır.

Neft sənayesinin iqtisadi inkişafdakı rolunu müdrikliklə nəzərə alan Ulu Öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır".


Etiket:

Strategiya.az

Xəbərlər
15.09.2019

Şəhriyar Məmmədyarov dünya kuboku turnirinin onaltıdabir finalına vəsiqə qazanıb

15.09.2019

Sabah məktəblərdə ilk dərs nəyə həsr olunacaq?

15.09.2019

Atəşkəs bu gecə də pozuldu - 22 dəfə

15.09.2019

Bakının erməni-bolşevik işğaldan azad edilməsinin 101-ci ildönümü tamam olur

15.09.2019

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışında iştirak edib

14.09.2019

Prezident İlham Əliyev Latviya və Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

14.09.2019

Sabahın HAVA PROQNOZU açıqlandı

14.09.2019

“Azeri Light”ın bir barreli 63,74 dollara satılır

14.09.2019

Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat

14.09.2019

Qorbaçovun “sarayı” satışa çıxarılıb

14.09.2019

DYP sürücülərə müraciət etdi: oktyabr ayının 1-dən...

14.09.2019

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 245 nəfər uğur qazanıb

14.09.2019

Xalq rəssamı Tahir Tahirov vəfat edib

14.09.2019

DİN: Ötən gün törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb

14.09.2019

Neft yenidən ucuzlaşıb

14.09.2019

Qusarda ana və qızı itkin düşüb - Ailəsi onları axtarır

14.09.2019

Səbrimiz daşarsa... - Ərdoğandan SƏRT XƏBƏRDARLIQ

14.09.2019

Məhəmmədrəsul Məcidov peşəkar boksda ilk döyüşdə nakautla qələbə qazandı

14.09.2019

Sentyabrın 16-na dolların məzənnəsi

14.09.2019

Güləşçimiz dünya çempionatına erməni ilə start verəcək

14.09.2019

Tramp Boltonun yerinə yeni namizədlə görüşüb

14.09.2019

Naməlum ölümcül xəstəlik aşkar edildi – Artıq ilk qurban var

14.09.2019

Azərbaycan güləşçiləri dünya çempionatına qələbə ilə başlayıb

14.09.2019

"Qarabağ" - "Sevilya" matçına maraq olduqca böyükdür

14.09.2019

Cəbhədən son xəbər

14.09.2019

Bu günün havası

14.09.2019

Sabiq məhkəmə sədri güllələndi - Tovuzda

14.09.2019

Tacikistanda elmə məlum olmayan rəsədxana aşkar olunub

14.09.2019

N.Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki...

14.09.2019

Şirvanda 1 nəfər kanalizasiya quyusuna düşərək ölüb

14.09.2019

Roma papasının səfəri Yaponiya ilə Vatikan arasında münasibətləri daha da möhkəmləndirəcək

14.09.2019

Şəhriyar Məmmədyarov dünya kubokunun növbəti mərhələsində qələbə qazanıb

14.09.2019

Bakıda mağazadan 2 min manatlıq oğurluq edən şəxs tutulub

13.09.2019

Əli Həsənov Türkiyədən Azərbacana gələn nümayəndə heyətini qəbul edib - FOTOLAR

13.09.2019

Ölən və yaralananlar var

13.09.2019

Xəzərdə zəlzələ olub

13.09.2019

DYP yük avtomobillərinin sahiblərinə və sürücülərinə müraciət edib

13.09.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

13.09.2019

Xalq artistinə vəzifə verildi

13.09.2019

Ermənistan ordusunun hərbi qulluqçusu intihar edib

13.09.2019

2020-ci il üzrə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat proqnozlaşdırılır

13.09.2019

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

13.09.2019

Minsk qrupu Dağlıq Qarabağda keçirilən qanunsuz "seçkilər"ə etirazını bildirməlidir - Komitə sədri

13.09.2019

Sentyabrın 16-da Azərbaycanda televiziya və radio kanallarının yayımı dayandırılacaq

13.09.2019

Mərkəzi Bank uçot dərəcəsini 8%-ə dək azaltdı

13.09.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanıda yeni yaradılan istirahət parkı ilə tanış olub

13.09.2019

Ölkəyə qanunsuz “iPhone” keçirmək üçün unikal addım

13.09.2019

Dərs ili ilə bağlı Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçdi

13.09.2019

Xaçmazda vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib

13.09.2019

Bakının “Sabiha” restoranında iyrənc mənzərə