Müharibə şəraitində mediamız

12:20 / 17.07.2019

Milli Mətbuat günü ərəfəsində Azərbaycanın jurnalistika tarixinə, keçdiyi yola təkrar nəzər salıb oxucunu yormaq istəmirəm. Çünki bu barədə kifayət qədər danışılıb

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın inkişafı cəmiyyətdə gedən proseslərin, dünyada baş verən qlobal hadisələrin və digər çox saylı faktorların təsiri nəticəsində mümkün olur. Ən əsası cəmiyyətdə baş verən inkişaf və yaxud durğunluq jurnalistikadan yan keçmir.

Bu günlərdə litvalı hərbi jurnalist Riçard Lapatislə söhbət zamanı maraqlı bir fikir eşitdim. O, hərbi jurnalistikadakı fəaliyyətini, səngərdəki işini insanlıq borcu kimi dəyərləndirir. Əslində Riçard haqlıdır. Öz komfortlu həyatını münaqişə bölgələrinə dəyişmək fədakarlıq və insanlıq borcudur.

30-40 ildən sonra junalistikada belə fədakarlıq qalacaq və yaxud qalmaycaq onu demək çətindir. İndi yaşlı və orta nəslin nünayəndələri həmin fədakarlıq ənənələrini bütün çətinliyə rəğmən qoruyub saxlayırlar. Maddi problemləri başlarından aşsa da öz qələmlərini və özlərinin qürurunu sındırmayaraq bu peşəni davam etdirirlər.

Ancaq getdikcə jurnalistikaya maraq azalır. BDU-nun jurnalistika fakültəsində təhsil almaq, qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin sayı azalır. Bu ciddi məsələni etiraf edib üzərində düşünmək lazımdır. Bunun səbəbləri çoxdur. Ən başlıcası media iqtisadiyyatı ilə bağlıdır.

Media iqtisadiyyatı, reklam bazarı və ümumilikdə medianın təmərküzləşməsi ilə bağlı bir sıra yazılar yazaraq təkliflərimi dəfələrlə açıqlamışam. Yenidən həmin mövzuya qayıtmadan digər məqamlara nəzər salmaq istərdim.

Müşahidələr göstərir ki, jurnalist olmaq istəyən tələbələrin, müasir gənclərin jurnalistikaya baxışı fərqlidir. Tez bir zamanda mediada və yaxud televiziyalarda məşhurlaşmaq, yaxşı para qazanmaq və başqa istəklərini heç gizlətmirlər. Bəlkə də bu normal yanaşmadır.

Ancaq mövcud reallıqları, regionda və dünyada gedən prosesləri nəzərə almaq lazımdır. Jurnalist bioloji varlıq olmaqla bərabər, həm də sosial varlıqdır. Hazırda dünyanın heç bir regionunu müharibəsiz, münaqişəsiz, hətta terrorsuz təəssəvür mümkün deyil. Təbii ki, Dağlıq Qarabağ münaqişəsi hər zaman medianın gündəmini zəbt edib. Unutmaq olmaz ki, hərbi əməliyyatlar zamanı medianın peşəkar davranışı həm Ordumuz üçün, həm də cəmiyyət üçün zəruridir.

Məlum məsələdir ki, müharibə yalnız səngərlərdə getmir. Bu gün internet məkanında, sosial şəbəkələrdə çox düşünülmüş informasiya müharibəsi gedir. Təbii ki, biz haqlı mövqeyimizi, əsl həqiqəti ortalığa qoymaqla bərabər erməni saxtakarlığını ifşa etməliyik. Çağdaş dünyamızda və mövcud şəraitdə gerçəyi ortalığa çıxarmaq, litvalı hərbi jurnalist Riçard Lapatisin təbirincə, jurnalistin insanlıq borcudur.

Bu gün KİV-lərdə, elektron mediada müharibə şəraitində jurnalistin davranışınn təkmiləşməsi ilə bağlı zəruri addımların atılmasına ehtiyac var. Münaqişəsinin davam etdiyi bir vaxtda hərbi hərəkətlərlə bağlı informasiyaların yayılmasında medianın həssas davranışı zəruri məsələdir. Heç şübhəsiz ki, dünyada müharibə şəraitində medianın davranışı və müxtəlif ərazilərdə gedən döyüşlər, münaqişə ocaqları haqqında verilən informasiyaların düzgün idarəolunması ilə bağlı beynəlxalq aləmdə müxtəlif metodologiyalar var. Belə məsələlərin tənzimlənməsi hüquqda əks olunub. Hərbi təcavüzlə üzləşən ölkə olaraq Azərbaycan tərəfi təbii ki, həmin hüquqa və media təcrübəsinə istinad etməlidir.

Biz media və QHT təmsilçisi olaraq bir neçə il öncə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində müharibə şəraitində medianın davranışı mövzusunda 500 nəfər qht-media və ictimaiyyət nümayəndələri arasında 3 ay müddətində sorğu-araşdırma aparmışdıq. Səmimi etiraf etmək lazımdır ki, fikrini öyrəndiyimiz şəxslərin böyük əksəriyyəti hərbi jurnalistikanın ixtisaslaşmasını, bu sahədə peşəkarlığın artırılmasını, müxtəlif qanunlarda məhdudiyyətlərin tətbiqinin zəruri olduğunu açıqlayıblar.

Mənim şəxsi qənaətim hər zaman belədir ki, Azərbaycan mediasının ekstremal şəraitdə davranışını tənzimləmək məqsədilə hərbdən yazan jurnalistlər üçün maarifləndirici vəsaitlərin, kitabların çapı həyata keçirilməlidir. Jurnalistika ixtisaslaşmalıdır, yəni hərbdən yazan jurnalistlərin peşəkar səviyyədə formalaşması üçün kompleks tədbirlərin və QHT layihələrinin icrasına ehtiyac var. Müharibə şəraitində media ilə bərabər sosial şəbəkələrdə vətənpərvərlik ruhunu qaldırmaq üçün bu sahədə fəaliyyətlə məşğul olan ictimai qurumların davamlı koordinasiyasının təşkil olunması əhəmiyyətli ola bilər.

Nəhayət, yekunda onu demək istərdim ki, fədakar, öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman qələmini və qürurunu qırmayan jurnalistikanın qorunub saxanması, inkişafı üçün və həmçinin dövlətimizin strateji maraqları naminə medianın maddı texniki bazası zənginləşməli, medianın iqtisadiyyatı formalaşmalıdır.

Əkrəm Bəydəmirli


Etiket:

Strategiya.az

Xəbərlər
21.08.2019

AFFA məşqçilər üçün seminar təşkil edib

21.08.2019

Rusiya, İran və Türkiyə liderlərinin Sammitinin vaxtı açıqlanıb

21.08.2019

Şəhid pilotun anım mərasimi keçirilib

21.08.2019

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun tətbiqi barədə fərman imzalayıb

21.08.2019

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb

21.08.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - Təltif edildilər

21.08.2019

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb

21.08.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı - General-mayor ali hərbi rütbəsi verilsin

21.08.2019

Ağcabədidə bədbəxt hadisə: Su borusu qırılıb iki nəfərin üzərinə düşdü

21.08.2019

DİQQƏT! Sabahdan bu avtomobil keçidində hərəkət dayandırılır - Tunel tikiləcək

21.08.2019

Azərbaycan-İtaliya arxeoloqları Gəncə və Goranboyda kurqanları tədqiq edir

21.08.2019

"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi

21.08.2019

NASA Yer kürəsi ölçüsündə və atmosferi olmayan yeni planet kəşf edib

21.08.2019

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb

21.08.2019

Qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb

21.08.2019

Nazirlik rəsmisi: Yanğının söndürülməsində mümkün olan bütün vasitələrdən istifadə olunur

21.08.2019

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb

21.08.2019

Pilotun həyat yoldaşı: Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq

21.08.2019

Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib

21.08.2019

Millimizin rəqibi heyətini açıqlayıb

21.08.2019

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

21.08.2019

Siyəzəndə AĞIR QƏZA: 8 nəfər...

21.08.2019

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün elan olunacaq

21.08.2019

Riberi İtaliya klubunda

21.08.2019

Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır

21.08.2019

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

21.08.2019

Dünya birjalarında neftin qiyməti bahalaşıb

21.08.2019

“Azeri Light”ın bir barreli 62,62 dollara satılır

21.08.2019

Hirkan Milli Parkında dağlıq zonada yanğının söndürülməsinə FHN-in “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub

21.08.2019

MiQ-29 təyyarəsinin pilotu ilə vida mərasimi keçirilir

21.08.2019

Avqustun 21-də xarici valyutaların manata qarşı məzənnələri

21.08.2019

Cəbhədən son xəbər

21.08.2019

Qabil Hüseynli onlara çağırış etdi: Dəfn mərasiminə gəlməyin

21.08.2019

ABŞ bu ölkəyə 8 milyard dollarlıq “F-16” qırıcı təyyarələri göndərəcək

21.08.2019

UEFA Çempionlar Liqasının play-off mərhələsinin oyunları keçirilib

21.08.2019

Ata oğlunun attestatını gizlədib oxumasını istəmədi - Övladı oxumaq üçün evi tərk etdi - VİDEO

21.08.2019

Qubada dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

20.08.2019

"Gənc yazarlar nə istəyir?”

20.08.2019

Abşeronda evdən 5 min manatlıq əşyalar oğurlayan şəxs saxlanılıb

20.08.2019

Nazir MiQ-29 təyyarəsinin axtarışlarında iştirakına görə Türkiyə tərəfinə təşəkkür edib

20.08.2019

Azərbaycanlı müğənnilərin “Həci” sevgisi: Mən onun ... deyiləm

20.08.2019

Beş milyon dollar dələduzluqda ittiham olunan şəxslərin məhkəməsi başalyır

20.08.2019

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

20.08.2019

Bakıda 27 yaşlı qız itkin düşdü

20.08.2019

Qobu qəsəbəsində baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb

20.08.2019

Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın başlayıb

20.08.2019

Şabrandakı yanğınla bağlı 7 nəfər xəstəxanaya yerləşdirildi

20.08.2019

MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılaraq dənizdən çıxarılıb

20.08.2019

Bakıda metroda gərginlik düşdü, "Sahil" stansiyasında işıqlar söndü

20.08.2019

Sabahın hava proqnozu açıqlanıb