Dövlət büdcəsinin tərtibi və icrası qaydaları dəyişib

09:00 / 19.07.2019

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.

Qüvvədən olan Qaydalara əsasən, Vergilər Nazirliyi və onun müvafiq orqanları tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə gəlirlərinin məbləği barədə məlumat əksini tapıb.

Dəyişikliyə əsasən, Vergilər Nazirliyi və onun müvafiq orqanları tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcədənkənar gəlirlərinin məbləği barədə məlumat da əksini tapmalıdır. Eyni zamanda bundan sonra Vergilər Nazirliyi və onun müvafiq orqanları tərəfindən Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun olaraq təqdim olunan büdcə layihəsində əksini tapmalı olan digər yeni məlumatlar aşağıdakılardır:

 
- hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər və artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri barədə əvvəlki iki il və cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar;

- Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalara dair məlumatlar;

- hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər və artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri barədə əvvəlki iki il və cari ilin müvafiq hesabat dövrü üzrə məlumatlar;

-  Vergi Məcəlləsi, Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş güzəşt və azadolmalara dair məlumatlar.

Hazırda dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar, habelə onların regional və yerli bölmələri Maliyyə Nazirliyi Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış formalara uyğun olaraq aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatları aidiyyəti üzrə Maliyyə Nazirliyinə və ya onun yerli bölmələrinə, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında təqdim edirlər. Artıq Vergilər Nazirliyi də aylıq, rüblük və ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə hesabatlara müvafiq dövr üzrə hesablanmış, ödənilmiş, artıq ödənilmiş vergilər, artıq ödənilmiş vergilərin büdcədən qaytarılan məbləğləri və vergi borcları barədə məlumatları əlavə edəcək. Eyni zamanda Azərbaycan Respublikasının adından imzalanmış kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xarici kredit təşkilatları tərəfindən ayrılan maliyyələşmələrin (ödənişlərin) dövlət xəzinədarlığının bank hesabları vasitəsilə deyil, layihələr üzrə icraçıların bank hesablarına birbaşa ödənilməsi nəzərdə tutulduğu halda, həmin maliyyələşmələr (ödənişlər) üzrə əməliyyatlar, bu əməliyyatların icrası barədə xarici kredit təşkilatlarının ödəniş bildirişləri əsasında Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin kəsirinin həmin məbləğdə bağlanılması hesabına təmin ediləcək.

Qüvvədə olan Qaydalara əsasən, İlin sonuna bütün xəzinə hesablarının qalıqları köçürülüb. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə “Büdcə sistemi haqqında” qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilib, habelə bu Qaydalarda nəzərdə tutulmuş qaydada idarə edilib, yerdə qalan hissəsi isə Dövlət Neft Fonduna köçürülüb. Dəyişikliyə əsasən, artıq “İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinə hesabına köçürülür, vahid xəzinə hesabının sərbəst qalığı dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə Büdcə sistemi haqqında” qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir, qalan vəsaitin dövlət büdcəsinin neft gəlirlərinin cari büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulan məbləğindən artıq daxil olan hissəsindən çox olmayan məbləği Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürüləcək. Vahid xəzinə hesabının sərbəst qalığının yerdə qalan hissəsi bu Qaydalarda nəzərdə tutulmuş qaydada idarə ediləcək. Bu bənddə nəzərdə tutulan əməliyyatlar aparıldıqdan sonra vahid xəzinə hesabının sərbəst qalığının qalan hissəsi isə Dövlət Neft Fonduna köçürüləcək. Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir, yaxud dövlət borcuna xidmətlə əlaqədar xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsinin maliyyələşdirilməsini təmin etmək üçün Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürüləcək. Dövlət borcuna xidmət, o cümlədən əsas məbləğin və faizin qaytarılması üzrə xərclər cari büdcə ilində həyata keçirilən yeni dövlət borcalması və (və ya) Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına ödənildikdə, bu xərclərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilməyəcək.

Qeyd edək ki, Qaydalara dəyişiklik “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 30 noyabr tarixli qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə edilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM