Azərbaycan güləşçiləri Bakı-2019-u 16 medalla başa vurublar

18:21 / 23.07.2019

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının güləş yarışları başa çatıb.

Üçüncü yarış günündə 7 çəki dərəcəsində mükafatçılar bəlli olub.

Medal uğrunda qarşılaşmalar günün ikinci yarısında baş tutub. Azərbaycanın 6 güləşçisi xalça üzərinə çıxıb. Onlardan beşi qızıl, biri bürünc medal uğrunda görüşdə qüvvəsini sınayıb. Nəticədə komandamız günü 4 qızıl, 1 gümüş və 1 bürünclə tamamlayıb.

Yunan-Roma güləşində Elmir Əliyev (51 kq) finalda Sanya Yakovlev (Ukrayna) ilə üz-üzə gəlib. Rəqibin kürəyini yerə vuran idmançı təmiz qələbə ilə festivalın çempionu adını qazanıb.

Xasay Həsənlinin (65 kq) finaldakı rəqibi Deni Nakayev (Almaniya) olub. Görüşün gedişində 0:2 hesabı ilə uduzan həmyerlimiz qarşılaşmanın sonluğunda əzmkarlıq nümayiş etdirərək, üç xal qazanıb və qızıl mükafata yiyələnib.

Qadın güləşində Elnurə Məmmədova (53 kq) finalda Polina Lukina (Rusiya) ilə münasibətlərini aydınlaşdırıb. Qarşılaşmaya daha fəal başlayan rəqib təmiz qələbə qazanıb. Məğlub olan idmançımız isə gümüş mükafata sahib olub.

Bürünc medal görüşünə çıxan Nigar Mirzəzadə (65 kq) Sofiya Polovçik (Polşa) ilə görüşüb. 6:6 hesabı ilə başa çatan qarşılaşmada güləşçimiz əlavə göstəricidə üstün olduğu üçün bürünc medala layiq görülüb.

Sərbəst güləşdə hər iki çəki dərəcəsində finalda Azərbaycan və Rusiya idmançıları qarşılaşıblar. Kənan Heybətov (51 kq) Rustam Dolayevi sınağa çəkib. Təmsilçimiz 8:5 hesablı əzmkar qələbə qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Cəbrayıl Hacıyev (65 kq) isə Batirbek Tşkovrebov ilə görüşüb. O da komanda yoldaşı kimi əzmkar qələbə qazanıb. Rusiyalı rəqibini 6:5 hesabı ilə məğlub edən C. Hacıyev yarışın qalibi olub. 

Beləliklə, yarışın ilk iki günündə 10 medal (4 qızıl, 4 gümüş, 2 bürünc) qazanan Azərbaycan güləşçiləri bu rəqəmi 16-ya çatdırıblar. Yığma Bakı-2019-da 8 qızıl, 5 gümüş və 3 bürünc əldə edib.

***

Saat. 14:35

Bakıda keçirilən XV Avropa Gənclərinin Ya Olimpiya Festivalı çərçivəsində güləş yarışları bu gün başa çatır.

APA-nın məlumatına görə, yarışın üçüncü günündə son 7 çəki üzrə görüşlər keçirilir.
 
Azərbaycanın sərbəst güləşçilərindən Kənan Heybətov (51 kq) debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısına heç bir şans tanımayan
təmsilçimiz yarımfinala yüksəlib. Yunan güləşçini də vaxtından əvvəl yenən Heybətov finala çıxıb. 

O, həlledici görüşdə rusiyalı Rüstəm Dolayevlə üz-üzə gələcək. 

Cəbrayıl Hacıyev (65 kq) ilk görüşdə gürcü güləşçi üzərində inamlı qələbə qazanıb. Türkiyə pəhləvanını 1 dəqiqə ərzində məğlub edən Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb. Cəbrayıl yarımfinalda İsveçrə idmançısına da güzəştə getməyib.

Təmsilçimiz həlledici qarşılaşmada Batirbek Tşkovrebovla (Rusiya) gücünü yoxlayacaq. 

Yunan-Roma üsulu ilə güləşən Elmir Əliyev (51 kq) ilk hissədə Norveç təmsilçisini sıradan çıxarıb. Daha sonra çətinliklə də olsa, Rumıniya idmançısından güclü olub. Yarımfinalda gürcü rəqibinə "tuşe" ilə qalib gələn həmyerlimiz adını finala yazdırıb.

O, çempionluq üçün Sanya Yakovlevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək. 

Xasay Həsənli (65 kq) ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan Həsənli finala yüksəlib. 

X. Həsənli qızıl medal uğrunda Deni Nakayevlə (Almaniya) qüvvəsini sınayacaq. 

Qız güləşçilərin mübarizəsində Elnurə Məmmədova (53 kq) gərgin keçən qarşılaşmada macar rəqibindən üstün olub. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan Elnurə finala adlayıb.

Birgül Soltanova (57 kq) startda Rusiya güləşçisinə uduzub.

Nigar Mirzəzadə isə yarışa alman rəqibini yenməklə başlayıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib. 

Buna baxmayaraq, rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Nigar britaniyalı güləşçiyə rahat qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, 3-cü yer uğrunda Sofiya Polovçiklə (Polşa) güləşəcək.

Sərbəst güləş

51 kq
1/8 final - Kənan Heybətov - İvan Terzi (Ukrayna) 12:2
1/4 final - Kənan Heybətov - Niko Hivonen (Finlandiya) 10:0
1/2 final - Kənan Heybətov - Nektarios Kristos Kuzupis (Yunanıstan) 12:1 
FİNAL - Kənan Heybətov - Rustam Dolayev (Rusiya) 

65 kq
Təsnifat - Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (Gürcüstan) 13:3
1/8 final - Cəbrayıl Hacıyev - Duhan Hamza Duman (Türkiyə) 10:0
1/4 final - Cəbrayıl Hacıyev - Konstantinos Nikopolidis (Yunanıstan) 10:0
1/2 final - Cəbrayıl Hacıyev - Umar Mavlayev (İsveçrə) 10:0
FİNAL - Cəbrayıl Hacıyev - Batirbek Tşkovrebov (Rusiya)
 
Yunan-Roma güləşi

51 kq
1/8 final - Elmir Əliyev - Kristofer Andresen (Norveç) 8:0
1/4 final - Elmir Əliyev - Denis-Florin Mihay (Rumıniya) 2:1
1/2 final - Elmir Əliyev - Nukri Benidze (Gürcüstan) 6:1 (tuşe)
FİNAL - Elmir Əliyev - Sanya Yakovlev (Ukrayna)

65 kq
Təsnifat - Xasay Həsənli - Fotios Bukis (Almaniya) 7:0
1/8 final - Xasay Həsənli - Kasperi Kauhanen (Finlandiya) 3:1
1/4 final - Xasay Həsənli - David Loher (İsveçrə) 10:2
1/2 final - Xasay Həsənli - Marian Qolubovski (Ukrayna) 7:4
FİNAL - Xasay Həsənli - Deni Nakayev (Almaniya)

Qadın güləşi

53 kq
1/8 final - Elnurə Məmmədova - Flora Vizi (Macarıstan) *4:4
1/4 final - Elnurə Məmmədova - Alina Rillia (Ukrayna) 7:2
1/2 final - Elnurə Məmmədova - Patrisiya-Valeriya İurasku (Rumıniya) 5:2 (tuşe)
FİNAL - Elnurə Məmmədova - Polina Lukina (Rusiya)

57 kq
1/8 final - Birgül Soltanova - Darya Manuil (Rusiya) 2:2*

65 kq
1/8 final - Nigar Mirzəzadə - Mari Trautman (Almaniya) 8:0
1/4 final - Nigar Mirzəzadə - Nesrin Baş (Türkiyə) 0:10
Təsəlliverici görüş - Nigar Mirzəzadə - Lusi Makqrat (Böyük Britaniya) - 10:0
Bürünc medal görüşü - Nigar Mirzəzadə - Zofia Polovçik (Polşa)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM