Sözümüz var...

09:24 / 25.07.2019

 

Milli Mətbuat Günündə “sözə azadlıq”, “sözümüzü demək istəyirik”,- deyən beş-on nəfərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Mətbuat Şurasının qarşısında aksiya keçirmək cəhdlərinə, düzü, çox təəccübləndim. Əsas şüarlarından biri də bu idi ki, guya, sözlərini deməyə polis imkan vermir. “Azad sözü boğduğuna görə” hətta hakimiyyəti də suçladılar. Məkanın Daxili İşlər Nazirliyinin qarşısının seçilməsi, polisin adının tez-tez hallandırılması əvvəlcədən cızılmış planın bir hissəsi idi.

Məlumi-məsələ o idi ki, diqqət çəkmək istəyirdilər. Feysbukda və digər sosial şəbəkələrdə düzənlədikləri “tədbiri” canlı yayım da edirdilər ki, sifariş verənlərinə “sponsurluq” edənlər onların “söz azadlığı” üçün çıxardıqları hoqqanı görüb dəstəkləsinlər, daha doğrusu, “səxavət kisə”lərinin ağzını açsınlar.

Müşahidə etmişik: qanunsuz aksiya keçirmək, sabitliyi pozmağa yönəlik hərəkətlərinə haqq qazandırmaq istəyənlərin polisin haqlı tələblərini müzakirə mövzusuna çıxarmaları açıqdan-açığa qərəzdən başqa bir şey deyil.

Polis güc strukturudur. O, ölkəmizdə sabitliyin, asayişin təminatçısıdır, ən əsası, xalqın xidmətçisidir. Sabitliyimizə, əmin-amanlığa uzanan əlləri kəsmək, xain əməllərin qarşısını almaq, məkrli niyyətləri ifşa etmək, min bir əziyyət və qanımız bahasına qazandığımız, uğrunda canımızdan keçdiyimiz müstəqilliyimizi qoruyub-saxlamaq həm də bizim qutsal görəvimizdir.

Polisin də ilk silahı Sözdür. O söz ki, Haqqa söykənəndə, qərəzsiz deyiləndə, özündə ədalət prinsiplərini ehtiva edəndə onun yeri hər zaman ucada olur. Ən qatı cinayətkarı belə qanuna dəvətdə də səmimiyyət nümayiş etdirən, vətəndaşa təhlükədən daha yaxın olmaqla neçə-neçə ömürləri ölümün cəngindən alan Azərbaycan Polisi haqqında “Mənim polisim məni qoruyur” şüarını “mübaliğəsiz, rəngsiz, boyasız”, özü də ürəkdən deyənlərin haqqına girən bu “azad söz ovçuları”na verəcəyimiz adı tapmaqda çətinlik çəkirik.

“Azərbaycanda söz azadlığı yoxdur” deyənlər, onları idarə edənlər, gəzməyə yox, söyməyə qərib ölkə axtaranlar sosial şəbəkələrdə ölkə rəhbərindən tutmuş, bir çox dövlət məmurlarına yazdıqları təhqirlərə, qarayaxmalara heç bir vəchlə haqq qazandıra bilməzlər. Çünki haqsızdırlar və öz ayıblarını görməzlikdən gəlirlər. Görmək isə Allahın insana verdiyi bir lütfdür. Qəlbinin gözünün İlahi tərəfindən möhürlənəni, özü yatıb özgələrin yuxusunu görənləri isə qəflətdən İsrafilin suru belə oyada bilməz...

Sözümüzü və özümüzü özgə sözünü deyənlərdən qoruyaq. Bizə gəlincə, deməyə sözümüz də var, üzümüz də


Etiket:

Strategiya.az

Xəbərlər
07.04.2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 725-ə çatıb

07.04.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07.04.2020

Pensiya və sosial ödənişlərin veriləcəyi VAXT açıqlandı

07.04.2020

Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü - Operativ Qərargah

07.04.2020

Bərdədə karantin rejimini pozan 5 nəfər həbs edilib, 189 nəfərə xəbərdarlıq olunub

07.04.2020

Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb

07.04.2020

Dünya Səhiyyə Təşkilatı: dünyada altı milyona yaxın tibb bacısı çatışmır

07.04.2020

Mərkəzi Bank: Bugünkü hərracda tələb 67,2 milyon dollar olub

07.04.2020

Karantin rejimini pozan daha 1499 sürücü cərimələnib

07.04.2020

Azərbaycan neftinin bir barreli 23,48 dollara satılır

07.04.2020

Donald Tramp: OPEC-in ABŞ-dan neft hasilatını azaltmaqla bağlı tələbi olmayıb

07.04.2020

“Nacional” qəzeti : Ermənilər Qarabağa gəlmədirlər

07.04.2020

Bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər

07.04.2020

Mart ayında ABŞ-da 700 mindən çox iş yeri bağlanıb

07.04.2020

Facebook istifadəçilərin hərəkəti barədə məlumat toplayacaq

06.04.2020

Türkiyədə koronovirusdan ölənlərin sayı 649 nəfərə çatıb

06.04.2020

Saxta yolla karantin rejimini pozanlar barəsində ölçü götürüləcək - Operativ Qərargah

06.04.2020

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

06.04.2020

Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

06.04.2020

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

06.04.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər

06.04.2020

Berlin: məhdudlaşdırıcı tədbirləri yumşaltmaq hələ tezdir

06.04.2020

Covid-19-lu dünya – Sona Vəliyevanın yeni şeirləri

06.04.2020

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

06.04.2020

Dağlıq Qarabağda erməni hərbçisi yaralanıb

06.04.2020

Karantin rejimini pozan 6 nəfər həbs edilib

06.04.2020

Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı

06.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 833 nəfərə çatıb

06.04.2020

Zaqatalada kriminal avtoritet həbs edilib

06.04.2020

ABŞ-da koronavirus qurbanlarının sayı 9 mini ötüb

06.04.2020

Yaponiyada vəziyyət böhran həddinə çatıb

06.04.2020

Tovuzda mağazaya oğurluğa girən 28 yaşlı gənc qətlə yetirildi

06.04.2020

Neftin qiyməti ucuzlaşıb

06.04.2020

Xüsusi karantin qaydalarını pozan 1369 sürücü məsuliyyətə cəlb edildi

05.04.2020

Ombudsmanın koronavirusun yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi məqsədilə həyata keçirdiyi fəaliyyətə dair məlumat

05.04.2020

Azərbaycanda koronavirusdan iki nəfər vəfat edib - Operativ Qərargah

05.04.2020

İndiyədək 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib

05.04.2020

Azərbaycanda koronavirusa daha 63 yoluxma faktı qeydə alınıb

05.04.2020

Qoşulmama Hərəkatına üzv ölkələr Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır

05.04.2020

DSX: Qazaxda hərbi və mülki maşınlar ermənilər tərəfindən atəşə tutulub

05.04.2020

Özbəkistanda bu gündən karantin rejimi daha da sərtləşdirilib

05.04.2020

Bu gün geoloqların peşə bayramıdır

05.04.2020

Fransada 70 minə yaxın insan COVİD-19 virusuna yoluxub

05.04.2020

Azərbaycanda 300 min muzdlu işçiyə 215 milyon manat kompensasiya ayrılıb

05.04.2020

Nyu-York ştatında koronavirusa yoluxmuş 630 insan ölüb

04.04.2020

Azərbaycana giriş-çıxış dayandırıldı - Operativ Qərargah

04.04.2020

TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir

04.04.2020

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib

04.04.2020

Azərbaycanda 78 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

04.04.2020

DSX Rusiyadan gələn azərbaycanlıların ölkəyə keçidini təmin edib