Qloballaşma prosesində Azərbaycan dövlət idarəçiliyinin inkişaf istiqamətləri

14:26 / 25.07.2019

Azərbaycan    Respublikasının    Prezidenti yanında 

Dövlət  İdarəçilik  Akademiyasının “Dövlət      

Qulluğu və  kadr siyasəti” kafedrasınındosenti  s.e.f.d. Murtəza  Həsənov        

 

    

        Tarixi inkişaf prosesinin son dövrünə damğasını vuran qloballaşma faktı ictimai həyatın hər bir sahəsində köklü və davamlı bir dəyişikliyi labüd edir. Bu prosesdə digər ictimai təşkilatlar kimi dövlət aparatı da istər quruluşu və xarakteri, istərsə də funksiyaları və fəaliyyəti ilə daim bir dəyişiklik təzyiqi altında yenidən formalaşır. Qloballaşma - içində dəyərlərin, fikirlərin və məlumatların həm ayrıldığı,  həm fərqləndiyi, həm də standartlaşdırıldığı bir dünyanı xatırladan olduqca geniş və mübahisəli bir termindir. Ümumi ifadələrlə, qloballaşma bütünləşən, amma eyni zamanda da parçalanan, ölkə hüdudlarının ironik bir şəkildə bir-birinə keçdiyi və qarışdığı bir dünya obrazı olaraq qarşımıza çıxır.

        Qloballaşma nədir? Əvvəlcə bu sözün mənasına nəzər salaq. Qloballaşma (fransızca - qlobal - ümumi, latınca - qlobus - globus - kürə) sözü “qlobus” sözü ilə eyni kökdəndir. Qlobus sözünün ilkin mənası dairəvi, yumru olan deməkdir və müasir dillərdə Yer kürəsi anlamını verir. Bu anlayışdan elmi ədəbiyyatlarda ilk dəfə 1967-ci ildə, XX əsrin ikinci yarısından sonra dünya miqyasında baş verən fundamental prosesləri izah üçün istifadə olunduğu qeyd edilir.Qloballaşma termin kimi ilk dəfə 1983-cü ildə ABŞ iqtisadçısı Teodar Levitt (1925-2006) tərəfindən bazarların birləşməsinin qiymətləndirilməsi kontekstində işlədilmişdir. Anlayışın akademik status alaraq geniş yayılmasında ingilis sosioloqu Roland Robertson (1927) xüsusi rol oynamışdır.Qloballaşma prosesi mədəni, ictimai, sosial, inzibati və iqtisadi sistemlərə kökündən təsirini göstərmişdir. Bu proses klassik dövlət anlayışı ilə bərabər dövlət idarəetmə anlayışının da dəyişməsinə səbəb olmuşdur. Dövlət idarəçiliyindəki bu dəyişiklik həm dövlətin funksiyalarına, həm idarəetmə orqanlarına, həm də dövlət idarəçilik xüsusiyyətlərinə də təsirsiz ötüşməmişdir. Beləliklə, dövlət xidmətlərinin dövlət orqanları vasitəsilə xalqa təqdim olunması ilə bərabər yeni üsulların da gündəmə gəlməsi aktual məsələ olmuşdur. Yeni üsullar vətəndaşlara, biznes dairələrinə və qeyri-hökumət təşkilatlarına daha sürətli, effektiv və keyfiyyətli xidməti təqdim etmənin yollarını ortaya çıxardığı kimi mövcud xidmətlərin də qiymətləndirilməsini gündəmə gətirmişdir. Qloballaşma ilə birlikdə dövlət idarəçiliyi sahəsində ortaya çıxan e-hökumət,  yeni dövlət idarəçiliyi anlayışı, və özəlləşdirmə kimi yanaşmalar dövlət idarəetməsinə təbii olaraq təsir etmişdir. Qloballaşma yer üzərində yaşayan insanların üzləşdiyi ümumi problemlərin birgə həlli yolunda bəşər övladlarının vahid cəbhədə birləşmək istəyidir. Çağdaş dünyada qloballaşma getdikcə zərurətə çevrilsə də, hələ ki, ona tərif verilməyib və onun dəqiq konturları müəyyənləşdirilməyib. Qloballaşmaya təbii bir proses kimi baxanlarla yanaşı onu kimlərinsə əlində dünyanı idarə etmək üçün tətbiq edilə biləcək bir üsul kimi dəyərləndirənlər də var. Hər iki versiya tərəfdarlarının öz arqumentləri var və fikrimizcə, bu təbii qarşılnamalıdır. Reallıqda isə qloballaşma millətlərin, xalqların, dövlətlərin bir-biri ilə qarşılıqlı şəkildə əlaqədə olması və onların bir-birindən asılılığıdır. Bu asılılıq birinin digərinə assimilyasiya etməsinə şərait də yarada bilər  ki, bu da qloballaşmanı tənqid edənlərin əsas arqumentlərindən biridir. Qloballaşma prosesinin analitik təhlili göstərir ki, qloballaşma yer kürəsində bütün ictimai fəaliyyətin beynəlmiləlləşməsi, milli iqtisadiyyatların vahid ümumdünya sisteminə qovuşmasıdır, sivilizasiyalararası dialoq və qarşılıqlı əlaqələrə əsaslanan ümumbəşəri prosesdir. Müstəqillik, insanın hüquq və azadlığı, din və vicdan azadlığı, ədalət, bərabərlik kimi dəyərlər qloballaşma prosesinin ümumbəşəri dəyərləri kimi qəbul edilmişdir.

XXI əsr yekdilliklə dünya iqtisadiyyatının qloballaşması, transmilli iqtisadi strukturların və maliyyə institutlarının fəaliyyət sahəsinin dünya miqyasında genişlənməsi, kapitalın, malların, işçi qüvvəsinin getdikcə artan yerdəyişməsi və dövriyyəsi əsasında qarşılıqlı iqtisadi asılılığın güclənməsi kimi xüsusiyyətlərlə səciyyələndirilir. XX əsrin 90-cı illərinin əvvəllərində dünya xəritəsi növbəti dəfə geosiyasi cəhətdən önəmli dəyişikliklərə məruz qaldı. SSRİ-nin süqutu nəticəsində bütün dünyada, xüsusilə də Avrasiya məkanında geosiyasi vəziyyət və statuslar əsaslı şəkildə dəyişikliyə uğradı. Şərqin lideri SSRİ-nin bir geosiyasi rəqib kimi aradan qalxması Qərb yarımkürəsinin bir nömrəli aktoru olan ABŞ-ın yeganə qlobal dövlətə çevrilməsi prosesinin zirvəsi oldu.

           Qloballaşma dünyanın müasir inkişafında son illər bəlkə də ən çox müzakirə olunan və eyni zamanda dəqiq, konkret müəyyən edilməyən proseslərdən biridir. Qloballaşma prosesi çoxölçülü və çoxaspektlidir. Bu gün qloballaşmanın daha çox maliyyə-iqtisadi, sosial-siyasi, hərbi və informasiya aspektlərindən bəhs edirlər.

        Son on illiklər ərzində qloballaşma müasir dünyanın ən aktual məsələlərindən birinə çevrilmiş və nəticədə onun hərtərəfli tədqiqi çox böyük nəzəri və əməli-siyasi əhəmiyyət kəsb etmişdir. Tamamilə təbii və anlaşılandır ki, son dövrlərdə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə qloballaşma mövzusunda müxtəlif səpkili və çoxsaylı tədqiqat əsərləri çap olunmuşdur

            Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının dövlət qulluğunun fəaliyyətinin mahiyyətini obrazlı şəkildə bu cür ifadə etmişdir: “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır!”. Dövlət idаrəçiliуi хаlqа хidmət etmək üçün bir vаsitədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son illər daha da böyük işlərin həyata keçirildiyi dövlət qulluğu sahəsindəki islahatlar ilə respublikanın dövlət qulluğu sistemini daha da müasirləşdirərək dünyanın ən müasir standartlarına uyğunlaşdırmış və demokratik dövlət quruculuğu sahəsində irəliyə əhəmiyyətli addım atmışdır. Bu sahədə əsas işlər “Elektron hökümət” və “Asan xidmət” –in yaradılması olmuşdur. Hal-hazırda dövlət orqanlarının göstərdikləri xidmətlər daha effektiv, operativ, innovativ və etik tələblərə cavab verir. Bu səbəbdən rəhbərliуin dövlət оrqаnının məqsədlərini reаllаşdırmаq üçün хidmət göstərdiуi və idаrə etdiуi cəmiууətin fəаliууət sаhələri ilə uуğun əlаqələr qurmаsı, оnlаrın inkişаf meуillərini, fikir və düşüncələrini ümumi məqsədlər istiqаmətində qiуmətləndirib nəzərə аlmаsı vаcibdir.

Ölkəmizdə dövlət idarəçiliyi sahəsində cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində zəruri dövlət  proqramların qəbul olunması, islahatların aparılması və bu kimi digər lazımi tədbirlərin həyata keçirilməsi qloballaşmanın dövlət idarəçiliyi sahəsində təzahürlərindən biridir. Qloballaşmanın iradəmiz xaricində inkişaf edən və nəzarət edə bilməyəcəyimiz bir proses olduğunu dərk edərək buna ciddi hazırlaşmamız tələb olunur. Dünya inkişafının məcrasında gedən Azərbaycan özünün dövlət prioritetlərini milli mənafeləri baxımından müəyyənləşdirir. Məhz buna görə də qloballaşma dövründə milli inkişafın strateji vəzifələrindən biri ölkənin avropa ailəsinə sıx inteqrasiyası, Azərbaycanın Avropa dövlətləri ilə qarşılıqlı əlaqəsinin sürətləndirilməsidir.

 Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü il aprel 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyası sessiyasının iclasında çıxışında demişdir: “Bu gün bizim strateji seçimimiz Avropaya, Avropa ailəsinə, strukturlarına inteqrasiyadır. Biz bu siyasətimizə möhkəm sadiqik. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan Avropaya xas olan bütün standartlara, bütün ölçülərə cavab versin. Budur, bizim siyasətimiz və uzun müddətdir onu həyata keçiririk. Bu gün Azərbaycanda baş verənlər bu siyasətin davamının nəticəsidir. Biz  Avropa Şurasındakı fəal üzvlüyümüzü davam etdiririk. 1993-cü ilin ortalarından başlayaraq özünün sosial-iqtisadi inkişafında ciddi sıçrayış etmiş Azərbaycan  böyük əhəmiyyətə malikdir. Burada səmərəli dövlət və cəmiyyət quruculuğundan, XXİ  əsrin reallıqlarına cavab verən, dövlətin milli və beynəlxalq mənafelərini təmin edən xarici siyasət konsepsiyasının formalaşmasından söhbət gedir. Azərbaycanın xarici tərəfdaşları açıq etiraf edirlər ki, Heydər Əliyev dövlətin xarici siyasət konsepsiyasını – Azərbaycanın Şərqlə, Qərbi Şimalla Cənubu birləşdirən körpü rolunu möhkəmləndirən konsepsiyasını son dərəcə tarazlaşdırılmış şəkildə quraraq, onu dünya inkişafının qlobal meyilləri ilə əlaqələndirmişdir.Azərbaycan öz təbii sərvətlərindən bəhrələnərək və onların dünya bazarlarına çıxarılması üsullarını müəyyənləşdirərək, regional mərkəzlər arasına kompleks qarşılıqlı iqtisadi əlaqələr yaradaraq, dünya qloballaşma proseslərinə qoşulmuşdur.  Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən TRASEKA – Böyük İpək yolu” proqramı Azərbaycanın bölgələrinin iqtisadi dirçəlişinə zəmin yaratmışdır. Bu layihə gerçəkləşdirilərkən yeni iş yerlərinin, istehsal komplekslərinin yaradılması, xidmət sahələrinin təkmilləşdirilməsi, tikinti işlərinin və şəhərsalmanın sürətləndirilməsi və modernləşdirilməsi inteqrasiya layihələrinin iqtisadi səmərəliliyinin ən yaxşı göstəricisidir. Bu layihə Azərbaycanı, bir tərəfdən Qərblə, digər tərəfdən Şərqlə bağlamışdır. Bu Azərbaycanın inteqrasiya proseslərində və qlobal iqtisadi layihələrdə fəal iştirakını sübut edən başlıca amillərdəndir.   Azərbaycanın qlobal proseslərdə iştirakının təmin edilməsi son dərəcə zəruridir. Bu həqiqəti başa düşmək baxımından ölkənin siyasi elitası inteqrasiya təşəbbüslərində Azərbaycanın iştirakının təmin edilməsi  üçün mühüm amilə çevrilmiş bir sıra taleyüklü layihələri həyata keçirmişdir. Son illərdə ölkəmizdə Azərbaycan neftinin dünya bazarlarına, o cümlədən Avropa bazarına çıxarılmasına imkan vermiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi bir sıra qlobal layihələr başa çatdırılmış, regional iqtisadi əməkdaşlığın  mühüm  tərkib hissəsinə çevriləcək, perspektivdə Şimal və Cənubun genişmiqyaslı əməkdaşlığına imkan yaradacaq Bakı Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanmışdır.  Öz dinamik və sürətli inkişafı ilə dünya dövlətləri arasında seçilən ölkəmiz də qloballaşmanın təsirlərindən kənar qalmamış, bu prosesdən öz töhfəsini almışdır. Azərbaycanın inkişafındakı uğurlar, həyata keçirilmiş məqsədəuyğun siyasət, gələcəyə düzgün şəkildə istiqamətlənmiş islahatlar dövlətimizin qloballaşmadan daha çox müsbət istiqamətdə təsirlənməsinə gətirib çıxarmışdır.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM