AZƏRBAYCANIN MİLLİ GEOSİYASİ FƏALİYYƏTİNİN MÜHÜM ELEMENTİ KİMİ İQTİSADİ SABİTLİK MƏSƏLƏLƏRİ

12:00 / 26.07.2019

Seymur Orucov
AMEA-nın İqtisadiyyat institutu

Bəxtiyar Nəbiyev
Bakı Dövlət Universiteti

Azərbaycanın iqtisadi inkişafı iqtisadi inteqrasiya prosesləri ilə sıx bağlıdır və əsasən dünya iqtisadiyyatının qloballaşma dəyişmələri ilə müəyyənləşdirilir. Qloballaşma problemi Azərbaycanın milli iqtisadiyyatının geniş iqtisadi əlaqələrinin formalaşdırılmasının vacibliyini gücləndirir. Qloballaşma prosesləri hər hansı bir milli iqtisadiyyat, o cümlədən Azərbaycan üçün əhəmiyyətlidir. Bu mərhələdə dünya inkişafının aparıcı tendensiyalarına cavab vermək və eyni zamanda ölkənin milli maraqlarının təmin edilməsi olduqca vacibdir.
Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlərin, proqram və layihələrin işlənib hazırlanması və həyata keçirilməsi makroiqtisadi inkişafın mühüm amilləri sayılır. Müasir qlobal ekoloji böhran şəraitində ekoloji siyasət istənilən dövlətin ümumi siyasətinin vacib tərkib hissəsini təşkil edir. Dövlətin ekoloji siyasəti ətraf təbii mühitin mühafizəsi və sağlamlaşdırılması, təbii ehtiyatlarm rasional istifadəsi və bərpa olunması, insanın normal həyat və fəaliyyəti, ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində münasibətbrin tənzimlənməsinə yönələn hüquqi, iqtisadi və tərbiyəvi xarakterli tədbirlər sistemi kimi başa düşülür. Azərbaycan bununla təbii ki, ilk növbədə davamlı insan kapitalının inkişafını nəzərdə tutur (8,136).
Xarici iqtisadi strategiyanın əsasını beynəlxalq sahədə uzunmüddətli, strateji məqsədlərə nail olmaq üçün ölkənin idarəetmə yanaşmaları və təşkilati tədbirləri birləşdirən sistemli yanaşma təşkil edir. Belə bir yanaşma milli iqtisadi münasibətlərlə qarşılıqlı olaraq dünya iqtisadi əlaqələrinin mövcud vəziyyəti və dinamikasını təhlil etmək, xarici iqtisadi strategiyanın, onun formalaşma prinsiplərinin əhəmiyyətini və rolunu müəyyən etmək, ölkələrin xarici iqtisadi əlaqələrinin ümumi nümunələrini və xüsusiyyətlərini müəyyən etmək üçün imkan yaradır. Ölkənin xarici iqtisadi strategiyası, beynəlxalq təcrübə ilə uyğunlaşdırıldıqda isə xüsusi ilə fərqli olur. Bu, dövlətin, milli iqtisadiyyatın təsərrüfat subyektlərinin fəal və məqsədyönlü hərəkətlərinin nəticəsidir.
Ölkənin makroiqtisadi inkişafında iqtisadiyyatın şaxələnməsi, innovasiyalı iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli imkanların yaradılması, müasir texnologiyaların tətbiqi, elmi əsaslara söykənən konsepsiya və proqramların hazırlanması makroiqtisadi inkişafa geniş imkanlar açır. Ölkənin iqtisadiyyatının davamlı inkişafı üçün ən vacib şərt istehsalın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsi bir və ya bir neçə sektorun dominantlığından imtina edib iqtisadiyyatın yeni rəqabətqabiliyyətli sektorlarının yaradılması, davamlı inkişafına nail olmaqdır.
2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət proqramlarının həyata keçirilməsi deyilən məsələlərin həllində böyük rol oynamışdır. Bu gün ölkəmizin sosial-iqtisadi inkişafının demək olar ki, bütün sahələrində təsirli nəticələr əldə edilmişdir ki, dünya ictimaiyyəti Azərbaycanın nailiyyətlərinə böyük maraq göstərir. Prezident İlham Əliyevin məqsədyönlü dövlət siyasəti sayəsində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan iqtisadiyyatının inkişafı üçün milli model yüksək nəticələr əldə etmişdir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən geniş miqyaslı layihələr Azərbaycanın inkişafını sürətləndirdi və dünya səviyyəsində müəyyən nəticələr əldə etməsinə gətirib çıxardı. Diversifikasiya siyasətinin genişləndirilməsi, təbii ehtiyatların səmərəli istifadəsi istiqamətində tədbirlərin başlanması, liberal iqtisadi islahatların davam etdirilməsi və iqtisadi qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması bu proseslərdə müsbət rol oynamışdır.
Azərbaycanın elmi-tədqiqat mərkəzlərində, ali təhsil ocaqlarında yeni siyasi-iqtisadi sistemin, bazar iqtisadiyyatının mahiyyətinin, prinsiplərinin, yüksək iqtisadi inkişafa nail olmuş ölkələrin mütərəqqi təcrübəsinin öyrənilməsi sahəsində xeyli işlər görülür. Respublikada təhsil sisteminin təkmilləşdirilməsi, Avropa təhsil standartlarına keçid edilməsi, təhsilin müxtəlif səviyyələrində islahatlar proqramları həyata keçirilir.
Dövlətin həyata keçirdiyi tədbirlər makroiqtisadi sabitliyin qorunması və tənzimlənmənin həyata keçirilməsi, davamlı inkişafın təmin olunması, regionların və sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac potensialının artırılması istiqamətləri üzrə qısa, orta və uzunmüddətli proqnoz və planların tərtib olunması üzrə model və üsulların işlənilməsinə yönəldilir. Məlumdur ki, sürətli iqtisadi inkişafı şərtləndirən bir sıra faktorlar var. Bütün bunları nəzərə alan Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illərdə energetika və nəqliyyat sektoru sahəsində bir sıra böyük layihələrə imza atılıb. Bu o deməkdir ki, Azərbaycan neft və qazın istehsalında, ixracında öz rolunu daha da artıracaq. Nəqliyyat layihələrinin işə düşməsi sayəsində isə Azərbaycanın tranzit gəlirləri artacaq. Digər tərəfdən, artıq iqtisadiyyatın qeyri-neft sektorunda böyük artım var. Sözügedən sahənin normativ-hüquqi bazası daha da təkmilləşdirilir (4).
Ölkədə həyata keçirilən islahatların prioritet istiqaməti, ölkədə rəqabət qabiliyyətliliyi iqtisadiyyatın formalaşdırılması, innovasiya siyasəti, yeni bilik və texnologiyaların tətbiqi ilə elm və təhsilin sürətlə inkişafına yardım edilməsidir.
Bütün uğurlarla yanaşı perspektivdə də görülməsi zəruri olan bir sıra işlər vardır. Respublikada Milli İnnovasiya Sisteminin (MİS) inkişafına sistem yanaşmanın olmasına ehtiyac var. Yaradılan texnoparklar və innovasiya infrastrukturunun digər elementləri (elmi müəssisələr, universitetlər və s.) arasında sıx əməkdaşlıq, informasiya mübadiləsi demək olar ki, yox dərəcəsindədir. Hər struktur ayrı-ayrılıqda fəaliyyət göstərir və digərinin işindən xəbər tutmur. Ona görə də işlərdə təkrarlamalar baş verir. İnnovasiya prosesinin iştirakçıları arasında bazarın tələblərinə vaxtında reaksiya vermək, rəqabətlilik və əlaqələrin genişlənməsi bütün təşkilatların səmərəliliyini artıracaq. Məqsədyönlü siyasi tədbirlər innovasiya prosesinin inkişafına təkan verəcəkdir. iqtisadi artımı əsas məsələlərin həlli üçün Azərbaycanın ehtiyat və imkanlarını birləşdirmək lazımdır. Bu isə bir tərəfdən fundamental və tətbiqi elmlərin arasında əlaqələrin güclənməsi, digər tərəfdən isə innovasiya məhsulunun istehsalı və bazarın zəbt edilməsi halında mümkündür. Ölkənin innovasiya sisteminin inkişafının prioritet istiqamətləri əqli və sənaye mülkiyyəti bazarının inkişaf mexanizminin yaradılmasıdır.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev qeyd etmişdir ki, Azərbaycan artıq keçid dövrünü başa vurmuş və indi əsas məqsədimiz inkişaf etmiş ölkələr səviyyəsinə çatmaqdır. Bu müddəa ölkəmizin yaxın və uzaq perspektivdə inkişaf strategiyasını müəyyən edir və dünya birliyi ilə inteqrasiyasının keyfiyyətlə yeni mərhələyə daxil olduğunu göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas məqsədi Azərbaycan vətəndaşları üçün layiqli yaşayış şəraiti təmin etməkdir. Təbii ki, sürətli iqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, vətəndaşların rifahının yaxşılaşmasına mühüm təsir göstərmişdir.
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya imkanlarını düzgün müəyyənləşdirmək üçün ilk növbədə onun son illərdəki makroiqtisadi inkişafına nəzər salmaq lazımdır. Azərbaycan dövləti son illərdə iqtisadi inteqrasiya proseslərində iştirak və milli iqtisadiyyata onun təsirinin genişləndirilməsi istiqamətində bir sıra prioritet istiqamətlər üzrə uzlaşdırılma siyasəti həyata keçirir. Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Azərbaycan iqtisadiyyatının inkişafı birinci növbədə onun invetisiyalar üçün əlverişliliyi ilə bağlıdır. Azərbaycan iqtisadiyyatı investisiya qoyuluşlarının davamlı şəkildə nəticələrini verməsi üçün xüsusi ilə böyük potensiala malikdir.
Ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinin intensivləşməsi nəticəsində iyirmi il ərzində Azərbaycan Cənubi Qafqazın iqtisadi və ondan da irəli gələrək hərbi və siyasi liderinə çevrilə bilmişdir. Artıq bölgədə həyata keçirilən bütün layihələrdə Azərbaycan söz sahibi olmaq hüququna malikdir. Təbii ki, 1994-cü ildən sonra ölkəyə böyük həcmdə investisiyalar yönəlməsə idi, dövrün imkanları əsasında respublikamız əldə etdiyi nəticələri ortaya qoya bilməzdi. Bu da ilk növbədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlı idi. Heydər Əliyev milli iqtisadiyyatın formalasdırılmasını və ədalətli sosial cəmiyyətə keçidi məhz ilk növbədə, liberal iqtisadiyyatın təmin edilməsində görürdü. Bu məqsədlə, 1994-cü ildən planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün strateji qərarlar qəbul edildi. Məlum olduğu kimi, iqtisadiyyatın liberallasdırılması özündə çoxsistemli tədbirləri ehtiva edir və islahatların dinamikliyini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank-maliyyə sisteminin formalasdırılması, torpaq və aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləsdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin təmin edilməsi reformaların əsas komponentləri idi. Ölkəmizin müstəqilliyinin və dünya İqtisadiyyatına dərin inteqrasiya prоsesinin hazırki möhkəm təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən respublikaya rəhbərlik etdiyi həmin illərdə yaradılmış pоtensiala əsaslanır (6,5).
Daha sonra isə bu siyasət Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən davam etdirildi. Azərbaycana yönəlmiş investisiyaların müvafiq pozitiv istiqamətlərə yönəldilməsi başladı.
Azərbaycan ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. Qanunvericiliyin inkişafı istiqamətində investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması ilə bağlı qanunları və bir sıra normativ sənədlər buna misal ola bilər. Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncam imzalamışdır (3). "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli, 12 nömrəli Fərmanını da xüsusi əhəmiyyətə malik olmuşdur (2).
Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır. Azərbaycan Respublikasının milli iqtisadiyyatının beynəlmiləlləşməsinin və inteqrasiyasının müasir mahiyyəti Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən müəyyən olunur. Belə ki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında istehsal həcminin ümumi göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi inteqrasiya dövlətlər arasında istehsal amillərinin və malların sərbəst hərəkətini nəzərdə tutur. Azərbaycan Respublikasının regional iqtisadi birləşmələrini nəzərdən keçirdikdə məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir. İqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri də ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə bağlıdır. Yaxın iqtisadi əməkdaşlıq daha çox eyni iqtisadi inkişaf səviyyəsində olan dünya ölkələri arasında özünü göstərir. Onlardan aşağıdakılar daha mühüm əhəmiyyət kəsb edir: iqtisadi inkişaf səviyyəsində yaxınlıq; ideoloji inkişaf səviyyəsində yaxınlıq; tarixi inkişaf səviyyəsində yaxınlıq; mədəni inkişaf səviyyəsində yaxınlıq; dini inkişaf səviyyəsində yaxınlıq; sosial inkişaf səviyyəsində yaxınlıq; siyasi inkişaf səviyyəsində yaxınlıq; hərbi inkişaf səviyyəsində yaxınlıq; coğrafi inkişaf səviyyəsində yaxınlıq; elmi inkişaf səviyyəsində yaxınlıq; texniki və texnoloji inkişaf səviyyəsində yaxınlıq.
İqtisadi həyatın beynəlmiləlləşməsi, Azərbaycanın ağır şərtlər altında gedən müasir dünya ilə inteqrasiyasının bütün istiqamətlərində yeni imkanlar yaratmaqla yanaşı, yeni problemlər, bəzən də təhlükələr yaratmaqdadır. Bu imkanlardan səmərəli istifadə edilməsi, mövcud problem və təhlükələrin vaxtında aşkara çıxarılıb öyrənilməsi bu gün Azərbaycan üçün həyati əhəmiyyət kəsb etməsi zərurətindən gündəmdə olan məsələlərdəndir. Azərbaycanın xarici iqtisadi strategiyasının əsas prioritet istiqamətlərindən biri müasir dünya təsərrüfat proseslərinə aktiv şəkildə qoşulmaq, qlobal geoiqtisadi məkanda baş verən yeni meyllərə adekvat şəkildə reaksiya verməkdən ibarətdir.
Azərbaycanda iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxiş” İnkişaf Konsepsiyasında səmərəli dövlət tənzimləməsinə və mükəmməl bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşması strateji məqsəd kimi qarşıya qoyulub (1). Konsepsiya çərçivəsində qarşıya qoyulan sosial-iqtisadi hədəflər yüksək səmərə ilə fəaliyyət göstərən, dünya miqyasında rəqabətə qadir olan iqtisadi sistemin formalaşmasını şərtləndirir. Tarixi və müasir təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazaar münasibətləri şəraitində yer ala bilər. Makroiqtisadi siyasətin koordinasiyası gücləndirilməli, maliyyə dayanıqlılığı baxımından optimal makro-fiskal çərçivə formalaşdırılmalı və adekvat pul siyasəti aparılmalıdır. Azərbaycan öz qərarlarını qəbul və icra funksiyasını yerinə yetirməyə başlamışdır. Bu qərarlar arasında olan iqtisadi siyasət və onun bir parçası olan fiskal siyasətdən necə istifadə edildiyini görmək mümkündür (7).
Digər bir sənəddə isə göstərilir ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmışdır. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşmış, ölkənin sosialiqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşmış, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. Bununla belə, son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir (9).
Ölkənin tədiyə qabiliyyətinin yaxşılaşdırılmasının və iqtisadiyyatın ixraca yönəldilməsinin ayrıca vacib tələbi kimi, daha çevik məzənnə siyasəti həyata keçiriləcək, xalis beynəlxalq investisiya mövqeyi üzrə profisit qorunacaqdır. Biznes mühitinin, rəqabət qanunvericiliyi və siyasətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək, investorların hüquqlarının qorunması mexanizmləri təkmilləşdiriləcəkdir. Qanunların davamlı və ədalətli tətbiqi və hüququn aliliyinin işlək sisteminin formalaşdırılması diqqət mərkəzində saxlanılacaqdır. Xarici ticarət prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, beynəlxalq bazarlara çıxışda və xarici bazarlarda rəqabət gücünün artırılmasında sahibkarlara göstərilən dövlət dəstəyinin artırılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Kiçik və orta sahibkarlıq subyektlərinin ixrac qabiliyyətini artırmaq məqsədi ilə təşviqedici tədbirlər həyata keçiriləcək, sahibkarlıq subyektlərinin dövlət tərəfindən güzəştli kreditlərlə təminat səviyyəsi yüksəldiləcək, daxili bazarın haqsız rəqabətdən qorunması üçün beynəlxalq təcrübədə qəbul olunmuş antidempinq və digər qoruyucu tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda gömrük və miqrasiya prosedurlarının təkmilləşdirilməsi, həmçinin investorları yerli bazarlara daxil olmaqdan çəkindirən amillərin aradan qaldırılması üçün səylər səfərbər ediləcəkdir.
Azərbaycanda regional iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi məqsədilə hər bir iqtisadi rayonun sosial-iqtisadi göstəriciləri üzrə pasportu hazırlanmış, diversifikasiya əmsalları hesablanmış, inkişaf reytinqləri tərtib olunmuşdur. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar sənaye parklarının yaradılması və fəaliyyətinə, həmçinin informasiya texnologiyaları sahəsində tətbiq edilən klasterlərə dair beynəlxalq təcrübə əsasında təkliflər hazırlanmışdır. Hazırda Azərbaycan Respublikasının xarici iqtisadi strategiyasının əsas istiqaməti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunması hesabına milli iqtisadiyyatın səmərəli və dinamik inkişafına əlverişli mühit yaratmaqdır. Bu istiqamətdə artıq uğurlu addımlar atılıb. Məqsədyönlü və sürətli iqtisadi inteqrasiyanı möhkəm təməl əsasında təmin etməli olan hüquqi baza, düzgün istiqamətləndirici və sürətləndirici faktor rolunu oynamalıdır. İstənilən müsbət kateqoriyalı vasitə mənfi niyyətlər üçün istifadə oluna bilər (məsələn, faydalı məişət aləti olan baltanı digərinin öldürülməsi üçün istifadə etmək, heç də onun faydasızlığına dəlalət etmir). Müasir inkşaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi inteqrasiyanın hüquqi tənzimləməsini təşkil edən normativ hüquqi aktların sadə, əhatəli, harmonik tərtib edilməsi və qanunun aliliyi prinsipinin tam gücü ilə işləməsinə şərait yaradılması iqtisadi proseslərin səmərəli reallaşmasına geniş imkanlar yaradacaqdır.
Azərbaycanın xarici iqtisadi münasibətlərinin və əlaqələrinin məzmunu və əsas istiqamətiərini ifadə edən bu cəhətlərin hər biri ölkənin gələcək inkişafında fəaliyyət proqramının tərkib hissəsi olmalıdır. Azərbaycanın xarici iqtisadi inteqrasiya əlaqələrinin; formalaşmasında daha faydalı və səmərəli iqtisadi münasibətlərin yaradılmasına üstünlük verilməlidir. Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşahəli inkişafını təmin etmək böyük üstünlüklər verə bilər. Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Azərbaycan bir çox həyati əhəmiyyətə malik siyasi və iqtisadi məsələlər baxımından dünyanın yaxın və uzaq, böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb edən bir qütbdür. Mühüm strateji əhəmiyyətli ərazidə yerləşən ölkəmizdə dünyanın nəhəng dövlətlərinin mənafeyi toqquşur, onlar arasında nüfuz dairəsi uğrunda dərin rəqabət mübarizəsi gedir. Azərbaycan Respublikası öz sosial-iqtisadi inkişafında xarici ölkələrlə əməkdaşlığın daha da genişləndirilməsinə can atır və beynəlxalq əmək bölgüsünün dərinləşməsindən irəli gələn üstünlüklərdən maksimum dəyərlənməyə çalışır.
Dünya miqyasında gedən qloballaşma getdikcə daha də genişlənərək və dərinləşərək dünya iqtisadiyyatında ən əhatəli bir prosesə çevrilməkdədir. Öz gələcək inkişafını təmin etməyi bir strateji məqsəd kimi qarşıya qoyan hər bir dövlət, o cümlədən də Azərbaycan dövləti, bu reallıqla hesablaşmalı və onun müsbət nəticələrindən bəhrələnməklə beynəlxalq inteqrasiya münasibətlərinə aktiv qoşulmalıdır. Beynəlxalq inteqrasiya proseslərinin milli maraqlara uyğun reallaşdırılması üçün istər milli qanunvericiliyin, istərsə də beynəlxalq hüququn yaratdığı imkanlar çərçivəsində dövlət mükəmməl hüquqi tənzimləmə mexanizmi formalaşdırmalı və bu mexanizmi mütəmadi şəkildə təkmilləşdirməlidir. Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq inteqrasiya proseslərinə aktiv və səmərəli qoşulması ilk nəvbədə dövlət tərəfindən əlverişli siyasi, iqtisadi və hüquqi mühitin yaradılmasını və bu əsasda da ölkənin milli iqtisadi sistemini olduqca vacib olan bu prosesin tələblərinə uyğunlaşdırmalıdır. Azərbaycan üçün nisbətən yeni bir sahə olduğunu nəzərə alaraq beynəlxalq iqtisadi inteqrasiyadan bacarıqla səmərələnmə nöqteyi-nəzərindən Azərbaycan dövləti bu sahədə mövcud dünya təcrübəsini ətraflı öyrənməli və ondan milli maraqlara uyğun istifadə etməlidir.
Ölkənin dinamik makroiqtisadi inkişafının strateji istiqamətləri müəyyənləşdirilməklə Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi inteqrasiya proseslərinə səmərəli qoşulması istiqamətində milli iqtisadiyyatın bütün sahələri və problemlərinin həlli üzrə mütəmadi olaraq məqsədli dövlət proqramları işlənməli və qəbul edilməlidir. İnteqrasiya proseslərində fəal və səmərəli iştirakın təmin edilməsi məqsədi ilə Azərbaycan dövləti bütün samballı beynəlxalq iqtisadi təşkilatlarla əlaqələrini genişləndirməli və onların işində fəal iştirak etməlidir. Makroiqtisadi inkişaf üçün maddi əsas rolunu oynayan investisiyalardan maksimum səmərələnmək üçün ölkədə əlverişli iqtisadi-hüquqi şərait yaratmaqla dövlət bu sahədə səmərəli tənzimləmə fəaliyyətini həyata keçirməlidir. Beynəlxalq iqtisadi inteqrasiya münasibətlərinin fəal və bacarıqlı iştirakçısına çevrilmək üçün mükəmməl maliyyə sistemi formalaşdırılmalı və onun fəaliyyəti müvafiq hüquqi əsasda tənzimlənməlidir. Bu məqsədlə ən mühüm və lazımlı fəaliyyət ardıcıl olaraq dövlətin fiskal siyasəti işlənib hazırlznmalı və reallaşdırılmalıdır. Аzərbаycаn Rеspubliкаsısının iqtisadiyyatının uğurla dünya iqtisadi sisteminə inteqrasiyası üçün makroiqtisadi siyasətin koordinasiyası gücləndirilməli, maliyyə dayanıqlılığı baxımından optimal makro-fiskal çərçivə formalaşdırılmalı və adekvat pul siyasəti aparılmalıdır.
Bu siyasətin birinci pilləsində inflyasiya hədəfi, digər makroiqtisadi hədəflər və bunlara uyğun tənzimləmə vasitələri, ikinci pilləsində isə maliyyə sektorunda sabitlik hədəfləri, sektorda fəallığı və riskləri idarə edəcək vasitələr yer almalıdır. Ölkənin iqtisadi inkişaf strategiyası dünya miqyasında dəyişən şəraitə daimi əsasda uyğunlaşdırılmalı və bu məqsədlə müvafiq dövlət orqanları ardıcıl fəaliyyət həyata keçirməlidirlər. Azərbaycan Respublikasının iqtisadi inteqrasiya proseslərinə məqsədyönlü iştirakının təmin edilməsi üçün onun beynəlxalq hüquqi-müqavilə bazası daim genişləndirilməli və təkmilləşdirilməlidir. Bu sahədə beynəlxalq layihələrin rolu böyükdür (5, 32).
Bütün bunları nəzərə alaraq respublika iqtisadiyyatının ümumdünya təsərrüfatına intensiv inteqrasiyası gələcəkdə də müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət siyasətinin prioritet və mühüm istiqamətləridən birinə çevrilməlidir. Bu siyasətin prioritet istiqaməti mövcud hüquqi bazanın mütəmadi əsasda genişləndirilməsi və təkmilləşdirilməsi olmalıdır.
Makroiqtisadi sabitliyin gücləndirilməsi gücləndirilməsi geosiyasi baxımından Azərbaycana gələcədə aşağıdakı üstünlükləri verə bilər:
- İlk növbədə makroiqtisadi sabitliyin təmin edilməsi pul və maliyyə siyasətinin effektiv koordinasiyasını, ümumiyyətlə, iqtisadiyyatın, ödəniş balansının və valyuta bazarının balanslaşdırılmasını və tam dəyişkən manat rejiminə keçmək üçün kompleks tədbirlərin görülməsini tələb edir;
- Xarici iqtisadi əlaqələrin genişlənməsi geosiyasi təsir imkanlarımızı artırar;
- Hər hansı bir dövlətin uzunmüddətli inkişafı makroiqtisadi sabitlik prioritetlərini sağlam və etibarlı əsasda qurmaqdan asılıdır. Ümummilli lider Heydər Əliyevin, xüsusilə də dövlət quruculuğu və iqtisadi islahatlar sahəsində əldə etdiyi strateji addımların nəticəsində ölkəmizin bölgədəki əsas iqtisadi güc mərkəzinə çevrilməsi mümkün olmuşdur;
- Beynəlxalq iqtisadi əlaqələrin güclənməsi daxili istehsalın ixrac istiqamətini formalaşdırar;
- İxrac yönlü iqtisadiyyatın yaranması ölkənin beynəlxalq bazarlardakı mövqelərini gücləndirə bilər;
- Bu isə öz növbəsində milli təhlükəsizlik maraqlarının təmin edilməsinin bazis elementlərindən biridir.

 


ƏDƏBİYYAT:
1. Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası. https://president.az/files/future_az.pdf ;
2. Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli, 12 nömrəli Fərmanı http://www.e-qanun.az/framework/15605
3. Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı http://www.e-qanun.az /framework/13939;
4. Ələkbərov C. Makroiqtisadi sabitlik tam təmin edilib. // İki sahil, 07 avqust 2018
5. Nəbiyev B. Beynəlxalq layihələr Azərbaycan Respublikasının geosiyasi nüfuzunun artmasının səbəblərindən biri kimi. Bakı Universitetinin Xəbərləri, Siyasi elmlər bölməsi.Bakı, 2017, N1
6. Şəkərəliyev A. Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər, Bakı, 2009;
7. Muxtarov Ş. Fiskal siyasətin iqtisadi artıma təsirlərinin qiymətləndirilməsi: Azərbaycan nümunəsi. Baku Engineering University 27-28 April 2018
8. Ələkbərov U. Davamlı insan inkişafı və ekoloji sivilizasiyanm əsasları. Ali məktəblər üçün dərslik. Bakı, “Təhsil”, 2013
9. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. http://www.mincom.gov.az/upload/files/49d3b2b65306c13ca015ee2811e010da.PDF

Açar sözlər: iqtisadi, inteqrasiya, qloballaşma, beynəlxalq iqtisadi əlaqələr, makroiqtisadiyyat
Ключевые слова: экономика, интеграция, глобализация, международные экономические связи , макроэкономика
Keywords: economics, integration, globalization, international relations, macroeconomic

Резюме
C.Оруджев, Б. Набиев
Mакроэкономическая стабильность как важный элемент национальной геополитической деятельности Aзербайджана
Одной из основных целей экономической интеграции Азербайджана является поддержание макроэкономической стабильности в стране и обеспечение макроэкономического развития. В то же время ожидается, что качество экономического роста будет приоритетным. Для этого в результате диверсификации экономики будет минимизирована зависимость от нефтяного сектора, обеспечен переход к экономике на основе инновационного предпринимательства. Приоритетным направлениям в области экономических реформ станут интенсивные методы и, таким образом, будет достигнуто быстрое развитие экономики Азербайджана.

Summary
C.Orujev, B. Nabiev
Macroeconomıc stabılıty as an ımportant element of natıonal geopolıtıcal actıvıty of Azerbaıjan
One of the main goals of economic integration of Azerbaijan is to maintain macroeconomic stability in the country and ensure macroeconomic development. At the same time, it is expected that the quality of economic growth will be a priority. To this end, as a result of the diversification of the economy, dependence on the oil sector will be minimized, transition to the economy based on innovative entrepreneurship will be ensured, intensive methods will become priority areas in the field of economic reforms and, thus, the rapid development of Azerbaijan’s economy will be achieved.

 

 

"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM