1917-1920-ci illərdə müsəlman türklərinə qarşı erməni terroru və soyqırımı Kəlbəcər Muzeyi materiallarında

08:30 / 02.08.2019

Ramiz Nəcəfli
Bakı Dövlət Universiteti

1800-cü illərin ortalarından Rusiyanın bir qisim erməninin beyninə yertdiyi “Böyük Ermənistan” xülyası, erməni-türk düşmənçiliyinə və bitməyən bir savaşa gətirib çıxardı. Bu planla Rusiya Osmanlı dövlətinin dağıdılmasına nail olmaq istəyirdi. Erməni kartı əldəki planın gerçəkləşməsində əsas rol oynamalıydı. Osmanlının siyasi səhnədən sıxışdırılııb çıxarılması İngiltərə və Fransanın da maraqlarına uyğun gəlirdi. Beləliklə bu dövlətlərə arxalanan ermənilər nifrət bəslədikləri türklərin torpaqlarında məskunlaşdırıldıqdan sonra azğınlaşmağa başladılar. Onlar Eçmədzin kilsəsindən və Rusiya texnoloqlarından aldıqları tapşırıqlara uyğun olaraq müsəlman türklərinə qarşı terrora başladılar. Bir qədər sonra bu geniş miqyas aldı. Onlar düşünürdülər ki, terrorla türklərdə qorxu yaratmaqla qarşılarına qoyduqları “Böyük Ermənistan” xülyasının astanasındadırlar. Plana uyğun olaraq ermənilərin Şərqi Anadoludakı satqınlıqları və özbaşınalıqlarına cavab olaraq “köçürmə” tədbirləri həyata keçirən Osmanlı dövləti imperialist Avropa dövlətlərinin hədələri ilə üzləşməli oldu. Amerika müəllifi Səmyuel A.Uimz yazır hələ ki, bir erməninin də burnu qanamadığı bir vaxtda müttəfiq dövlətlər Türk sultanlığına açıq-aşkar bəyan edirdi ki, Osmanlı hökumətinin bütün üzvləri və onların bu işlə bağlı bütün əməkdaşları erməni soyqırımlarına görə şəxsi cavabdehlik daşıyırlar[13.s.55].
Havadarlarının fitvası ilə hay-həşir salaraq “məzlum” cildinə girən girəvəçi ermnilər terror təşkilatları yaradaraq müsəlman türklərinə qarşı əsl soyqırımlar törədirdilər. Bu qırğınlar Cənubi Qafqazda, o cümlədən Qarabağda, Zəngəzurda, Cavanşir qəzasında və Göyçə gölü ətrafındakı bölgələrdə daha da genişlənmişdi. Tədqiqatçı Anar İsgəndərli yazır ki, türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qırğında Cənubi Qafqazdan kənarda yaşayan varlı və nüfuzlu ermənilər də iştirak edirdilər. Belə ki, 1917-ci ilin oktyabrında bir qrup varlı və nüfuzlu erməni Azərbaycanın Naxçıvan, İrəvan, Zəngəzur, Qarabağ və başqa bölgələrində türk- müsəlman əhalisinə qarşı dəhştli soyqırımlar həyata keçirən Andronikə maliyyə köməkliyi göstərilməsi üçün Tehrandakı Böyük Britaniya elçisi Çarlz Merlinqə müraciət etmişdilər. Lakin ermənilərin çoxsaylı xahiş və teleqramlarına baxmayaraq, ingilis komandanlığı 1 milyon rubl məbləğində maliyyə yardımını birbaşa deyil, ruslar vasitəsilə vermişdilər[7.s.101]
Bu yardımlardan enerji alan daşnak birləşmələri 1918-ci ildə İrəvan, Ermənistan, Zəngəzur, Naxçıvan, Şərur və Dərələyəz qəzalarının kəndlərində azərbaycanlılara qarşı yüzlərlə qanlı cinayətlər törətmişdilər. 1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər Ermənistanda ağalıq edən Daşnaksütün azərbaycanlıların 60 faizini yer üzündən silmişdir. Əslində bu baş verənləri erməni müəllifləri özləri etiraf edirdi. Tarixçi A. Lalayan yazırdı ki, daşnak hökumətinin daxili siyasəti ölkə zəhmətkeşləri arasında milli nifrəti qızışdırmağa və Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalini fiziki cəhətdən məhv etməyə yönəlib.[10.s.317]
Bədnam qonşularımızın qərbi Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətlər barədə Kəlbəcr Tarix-Diyarşünaslıq Muzeyində səhih məlumatlar toplanmışdır. Kəlbəcərlə qonşu bölgədə yaşayan Basarkeçər, Qafan, Kəvər kəndlərinin əhalisindən istər 1905-ci ildə, istərsə də, 1918-1920-ci illərdəki hücumlarından bura pənah gətirmişdilər. 1905-ci ildə Karvansarayda anadan olmuş Mamedov Əli Salman oğlunun daşnak özbaşınalığından başlarını götürüb ailəsi ilə Kəlbəcərə gəldikləri barədə məlumatlar muzeyin səkkizinci ekspozisiya salonunda saxlanılırdı. 1918-ci ildə Quladaş deyilən yerdə baş verən savaşdan sonra onlar öncə Cənubi Azərbaycana üz tutublar. Mamedov Əlinin sözlərinə görə onlar Cənubi Azərbaycanda olarkən atası Salman və qardaşı Camal orada dünyalarını dəyişiblər. Xoyda iki il qaldıqdan sonra 1920-ci ildə Kəlbəcərə gəliblər və bir neçə ildən sonra sovet hakimiyyətinin öz maraqları naminə yaratdığı müvəqqəti sabitlikdən istifadə edərək yenidən doğma yurdlarına qayıdıblar. Sonralar ermənilər yenidən özbaşınalıqlara başladıqda, Əli və onun kimi cavanlar düşmənə tutarlı cavablar veriblər. Bununla belə Əli daha orada qala bilməyərək birdəfəlik Kəlbəcərə üz tutur. Beləliklə daşnakların özbaşınalıqlarından yurd-yuvalaraından didərgin düşən təkcə Əli deyil, onun kimi minlərlə müsəman türkü var idi[ 9].
Kəlbəcər sakini İdris Verdiyev 1918-ci ilin qışında ermənilərin Basarkeçər kəndlərində qanlı cinayətlər törətməsindən və kəlbəcərli Məşədi Cəmilin gördüyü tədbirlərdən söz açır. Müəllif yazır ki, Məşədi Cəmil zəmanəsinə görə çox uzaqgörən adam idi. Hələ 1905-1918-ci illərdə ermənilərin azərbaycanlılara və Anadolu türklərinə qarşı törətdikləri soyqırımı palanlarına bələd idi. Ona görə də onlara qarşı mübarizənin fəal iştirakçısı və təşkilatçısı olmuşdur. Ermənilərin planı, 1918-ci ilin qışına qədər Göyçə mahalının 32 kəndinin əhalisini tamamilə qırıb Kəlbəcərə yaxınlaşmaq, sonradan da Kəlbəcəri məhv edib Qarabağa birləşmək idi. Sarıyaqublu Miskinli Musanın kəlbəcərliləri köməyə çağırması nəticəsiz olmur. Kəlbəcər camaatı göyçəlilərə bir il sığınacaq verir. Məşədi Cəmil kəlbəcərliləri bir araya toplayır. Məlum olur ki, camaatda silah olsa da, patrona ehtiyacları var. Məşədi yaxın dostu Sultan bəylə əlaqə saxlayaraq onun qardaşı Qarabağ general qubernatoru Xosrov bəydən kifayət qədər patron alır. Geri qayıdaraq göyçəliləri xilas etmək üçün Sultan bəylə birlikdə hücum planı hazırlayır.
Qeyd edək ki, Kəlbəcər tərəfdən Göyçə üzünə gədikdən bir neçə aşırım keçid yolu var. Zəylik kəndi(R.N. Mənim kəndim) tərəfdən Gilli gədikdən Göyçənin Daşkənd-Şorcalar istiqamətinə, Kəlbəcər(mərkəz) tərəfdən Dikyurd aşırımı və buradan Ayrım kəndi tərəfdən yalnız Urumbasar gədiyindən keçmək gərəkir. Beləliklə bu istiqamətlərdə hücum başlayır və Geştək kəndinin döyüşçüləri də Qumlu bulaq tərəfdən hücuma keçibilər. Onu da qeyd edək ki, Kəlbəcərdən iki nəfər göyçəli- Sarıyaqublu zurnaçı Behbud və Miskinli Musa öncə kəşfiyyata göndərilir. Kəşfiyyatçılar xəbər gətirir ki, ermənilərin əsas qüvvəsi general Selikovun müavininin başçılığı ilə Qarqoyunlu komaları-dağ binələri dərəsindədir. Məlum olur ki, bizim döyüşçülərimizin hazırlığı daha yüksəkdir. Bununla da ruh yüksəkliyi ilə dağ qartalları dumanlı bir gecədə düşmənin üzərinə şığıyır. Ermənilərin ilk müqaviməti elə Qaraqoyunlu dərəsində olur. Bu əməliyyatda Geştək kəndinin seçilmiş igidləri Mürsəl, Kərbəayi Ağaxan, oğlu Əmiraslan, yellicəli Səlim və başqaları iştirak ediblər. Andronikin inandığı yüksək rütbəli erməni zabitlə üz-üzə gələn Mürsəllə Səlim onun başını kəsiblər. Bu hadisə ermənilərin məğlubiyyəti ilə sonuclanıb. Ermənilər Basarkeçər səmtə qaçmağa başlayıblar. Məşədi Cəmilin dəstəsi isə düşməni Hasarlı istiqamətindən qovmağa başlayıb. Bu döyüşdə onun bacısı oğlanları Əli və Dəli Yunislə birlikdə Bayraməli, Boyaxlı Nağı, Qılışdı Məhəmməd və başqaları olub. Döyüşdə Nağı və Bayraməli yaralanır, onlar Yuxarı Ayrım kəndlərinə qaytarılır. Beləliklə düşmən ağır zərbə ilə məğlub edilir[16.s. 95]
Göyçənin azad olunmasında Kəlbəcərdə müvəqqəti məskunlaşmış göyçəlilər də döyüşlərdə iştirak ediblər. İ.Verdiyev yazır ki, Ayrım döyüşçüləri Göyçəyə daxil olandan sonra Zodlu Səmədağa və Aşıq Ələsgər də Göyçəyə qayıtdılar. i/verdiyev/s.94]. Qeyq edək ki, o dövrdə Aşıq Ələsgər Ayrım çayının üstündəki Mərdanlı dəyirmanında dostlarının yanında dəyirmançılıq edirdi. Adı dillər əzbəri olan Zodlu Səmədağa da Mərdanlının bir neçə kilometrliyində Sarıdaş kəndində məskunlaşmışdı [16. 92]
İ.Məmmədov və C.Əsədovun “Ermənistan azərbaycanlıları və onların acı taleyi” kitabında ermənilərin ağır cinayətləri ilə bağlı faktlara özlərinin etirafları ilə şahidi oluruq. Müəlliflər qeyd edirlər ki, A.Lalayan “Əksinqilabçı daşnaksütyun” və 1914-1918-ci illərin imperialist müharibəsi” əsərində “Könüllülüər” hərəkatının iki yekununu xarakterizə edərək yazır: “Könüllülər” hərəkatı onunla səciyyələnir ki, qaniçən xmabetlər (Andronik paşa, Hamazasp və başqaları) başda olmaqla daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qocaların və xəstələrin qırılmasında maksimum “cəsarətlilik” göstərmişlər. [11. s.36]
Qaniçən Andronikin Avropadan müdafiə olunduğuna münasibət bildirən Cəmil Həsənli arxiv sənədlərindən yararlanaraq bu barədə yazır: “1919-cu ilin yayında Azərbaycan ərazisində cinayətlər törətmiş, ingilis komandanlığının təkidi ilə Azərbaycan ərazisindən çıxarılmış O.Andronik də Fransaya gəldi və iyun ayının 15-də Poqos Nubar paşanın vasitəçiliyi ilə Fransa prezidenti Raymon Puankare tərəfindən qəbul edildi. Bu zaman Avropa və Amerikada erməni və ermənilərə xidmət göstərən mətbuat orqanları qaniçən Androniki “Erməni Haribaldisi” kimi ictimaiyyətə və siyasi dairələrə təqdim edirdi[5. 231]
İrəvan Müsəlman Mili Şurası İrəvan quberniyasında yaşayan azərbaycanlıların dözülməz vəziyyəti haqqında Avropa və Amerikanın böyük dövlətləri üçün məlumatlar hazırlayıb Azərbaycan Xarici İşlər Nazirliyinə göndərirdi. Xarici İşlər Nazirliyi isə həmin məlumatı Versalda olan Azərbaycan nümayəndələri nvasitəsi ilə Avropa və Amerika dövlətlərinin Parisdəki nümayəndələrinə çatdırırdılar. Məlumatda bildirilirdi: “Erməni silahlı və quldur dəstələri şəhərlərdə, qəzalarda və kəndlərdə, hətta İrəvan şəhərində ac qurdlar kimi müsəlmanlar üzərinə hücum edir, hər axşam üç-dörd müsəlman evi dağıdılır və talan edilir, sakinləri öldürürlər”. [1]
Parisdəki erməni nümayəndələri Qarabağda özlərinin törətdiyi cinayətləri azərbaycanlıların ayağına yazır və bununla müttəfiq ölkələrin nümayəndələri qarşısında Azərbaycan Respublikasını və onun Versaldakı nümayəndələrini gözdən salmağa çalışırdılar. [5. 234]
1918-1920-ci illər ərzində Zəngəzur qəzasında baş verən hadisələri araşdıran tədqiqatçı Anar İsgəndərli öncə bu bölgənin nəyə görə daha ağır duruma düşmələrindən söz açır. Müəllif qeyd edir ki, Zəngəzur qəzəasının Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl ilə qismən kəsilmişdi. O, yazır ki, qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andronikin erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunları da var idi. A. Isgəndərli faktoloji materiallar əsasında hadisələrə qiymət verməyə çalışır. Bu məqsədlə o, Fövqalədə Təhqiqat Komissiyasının sənədləri üzərində işləyir. O, yazır ki, Fövqalədə Təhqiqat Komissiyasının sənədlərinə görə ermənilər tərəfindən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq şikəst edilmişdir. Nəticədə təkcə Zəngəzur qəzasında məruzə hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyiirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri barədə tam məlumat vermir. Belə ki, daha çox müsəlman, erməni vəhşiliklərinin qurbanı olmuşdur. Ancaq o zamankı qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır[7.s.127-128]
1919-cu ilin aprelin 13-dən Göyçənin Yeni Bəyazid qəzasının dinc müsəlman əhalisinə qarşı hücuma keçən erməni qoşunları qarşılarına konkret məqsəd qoymuşdur. Məqsəd Göyçə gölünün şimal və şərq hissəsini burada yaşayan dinc müsəlmanlardan təmizləməkdir. Bu barədə “Azərbaycan” qəzetinin 1919-cu il mayın 17-də dərc olunan sayında bu məlumatlar verilir: “hal-hazırda 60.000 əhalisi olan 22 kənd dağıdılmış, yandırılmış, əhalisi qırılmışdır. Bədbəxt müsəlman əhalisi Göyçə müsəlmanlarını qarşısına məqsəd qoymuş və bunu yerinə yetirən erməni qoşunlarının atəşləri ilə rəhmsizcəsinə məhv olur[2].
Yuxarıda adı çəkilən qəzetdə daha sonra məlumat verilir ki, erməni təqibindən baş götürüb qaçanların bir çoxları isə dağlarda qarın altında qalıb qırılırlar: ”Çox az miqdarda insanlar Gəncə qəzasının beşinci sahəsinin kənarlarına axışıb gəlirlər. Qalan 17 kəndin sakinləri isə Cavanşir qəzasının dağlıq hissəsinə qaçır, daha doğrusu 7-8 kəndin sakinləri erməni qoşunları tərəfindən təqib olunan Gəncə qəzasının 5-ci sahəsinin qarlı zirvələrində, dərələrdə gizlənirlər, qarın altında qalıb kütləvi məhv olurlar. Ararat respublikasının məsələsi həll olunub, artıq Göyçə rayonunda müsəlman qalmayıb. Hal-hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır. Bunlar: Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Ayaq Şorca(Aşağı Şorca.R.N), Soğanqulu-ağalı, Ağkilsə, Zod, Qulu Ağalı, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu(Bu kənd Böyük Qaraqoyunlu kəndinin əhalisindən yaranmışdır.(Budaqov. səh. 300) , Zərzübil, Çayəhmədli, İməkdağ, Qara İman, Kəsəmən, Baş Kənd, Şişqaya, Baş Hacı, Qərib Qaya kəndləridir. 15 mindən artıq evi olan bu kəndlərin sakinləri bütün malı, dövləti başlı-başına buraxıb qaçmışlar. Bütün bu mal dövlət hal-hazırda ermənilərə qalıb. Qarət edilmiş əmlak bir neçə milyon və milyardlar qədərdir”[11 . s. 38].
Yuxarı və Aşağı Şorca kəndləri Cavanşir qəzasının Kəlbəcər bölgəsi ilə( Zəylik kəndi ilə) həmsərhəd olub. Hadisələr zamanı yağılardan canını qurtarmaq məqsədi ilə Zəylik kəndinə baş götürüb qaçan yüzlərlə Göyçə sakini dağda şaxtadan donub ölmüşlər. Bunu Zəylik kəndinin yaşlı sakinləri 1991-1992-ci illərində bu yazının müəllifinə - muzeyin o zamankı elmi işçisinə söyləyiblər. Müsahiblərim 1889-cu il təvəllüdlü Zar kənd sakini Əhmədov Eyvaz Alməmməd oğlu və 1890-cı il təvəllüdlü Zəylik kənd sakini Keytiyev Məhəmməd Hüseyn oğlu (Kərbəla Hüseyn oğlu (R.N) hadisələrin yaxın şahidləri olublar.
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin səkkizinci salonunda “Azərbaycan Xalq Cümhuriyyəti” və “Erməni soyqırımı” guşələrində mövzu ilə bağlı tarixi faktlar, ayrı-ayrı yerlərdə baş vermiş qətllərə aid şəkillər, döyüş səhnələrini əks etdirən erməni və müsəlman “əsgərlər”i müqəvvaları, yaşı yüzü haqlamış və hadisələrin iştirakçısı olanların lent yazıları qorunub saxlanılırdı. Bütün bu lent yazıları muzeyin səkkizinci ekspozisiya salonu ilə yanaşı 36 mindən artıq eksponat fondunda saxlanılırdı. Ermənilərin 1993-cü ilin aprelin 2-də Kəlbəcəri işğal etməsi ilə bu dünya şöhrətli muzey də yağıların əlinə keçdi. Ermənilər bu zəngin muzeyin materiallarını bu gün özününküləşdirərək “erməni mədəniyyəti” adı altında nümayiş etdirirlər. Onu da qeyd edək ki, Kəlbəcər muzeyinin yaradıcısı, Şamil Əsgərov Bakı şəhərində də gecə və gündüz özünə rahatlıq vermədən ağır zəhməti hesabına muzey yaratdı. O, işğal altında qalan muzeyi “Şəhid muzey”, Bakıda yaratdığı yeni muzeyi isə “Şahid muzey” adlandırdı. “Şahid Muzey” zənginliyinə görə təbii ki, “Şəhid muzey”i əvəz edə bilməz. Amma “Şahid muzey” də “Şəhid muzey” əsasında qurulub. Odur ki, Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən bu muzey 1918-1920-ci illərdə baş vermiş erməni soyqırımı ilə bağlı da bir mənbə rolunu oynayır. 1918-1920-ci illərdə erməni yağılarının müsəlmanlara qarşı istifadə etdikləri və sonralar Kəlbəcərlilər tərfindən “Sümüklü Dərə” deylən ərazidən tapılmış yararsız silahlar, həmçinin Qarabağ General Qubernatorunun Kəlbəcərin müdafiəsinə göndərdiyi silahların qalıqları da muzeydə qorunub saxlanılırdı[8].
Kəlbəcər sakini Müslüm Şahüseynov Basarkeçər- Kəlbəcər bölglərində baş vermiş hadisələrə tutarlı faktlara öz münasibətini bildirir. O, Kəlbəcər igidlərinin Soltan bəyin köməkliyi ilə Basarkeçər ərazisindəki erməni yaraqlılarını necə məhv etdiklərindən söz açır[15].
Müslüm Şahüseynov “Kəlbəcərsiz, Zarsız keçən ömürlər” kitabında yazır ki, Göyçəyə köməyə gedən Sultan bəyin qoşununun önündə Zardan olan Seyid Əli gedirdi. Eləcə də həmin kənddən Rüstəm Məşədi Həsənli, İsa Cəfərli, Məhəmməd Əsgəroğlu da bu qoşunda idilər(10. 39) .Uzun müddət Kəlbəcərdə fəaliyyət göstərən “Yenilik” qəzetinin baş redaktoru işləmiş Həbib Əhmədov Göyçədə erməni özbaşınalıqlarının qarşısının alınmasında iştirak edən atası Nağıdan eşitdikləri və apardığı araşdırmaların nəticəsi olaraq qələmə aldığı “Məşədi Cəmil yolu” kitabından da dolğn məlumatlar almaq olar. H. Əhmədov yazır ki, Göyçə mahalında vəhşiliklər törədən ermənilərin Cavanşir qəzasının Kəlbəcər bolgəsinə də hücumu gözlənilirdi. Ermənilərin Ağdərə tərəfindən Kəlbəcərə hücumu mümükünsüz idi. Odur ki, Basarkeçər tərəfdən sərhədin mökəmləndirilməsinə ehtiyac yaranırdı. Laçlnlı Soltan bəy ermənilərin 5 aprel 1918-ci il hücumunun qarşısını almaq məqsədi ilə Kəlbəcərə gəldi. O, Zar və Zəylik kəndlərində əhali ilə görüşərək düşmənin qarşısına çıxacaq igidləri başına topladı. Ətraf kəndlərdən də bura xeyli sayda atlı köməyə gəldilər. Zəylik kəndindən 1896-cı il təvəllüdlü Hacı Keytinin nəvəsi Məhəmmədin(Kərbəla Hüseyn oğlu Məhəmməd. R.N) söylədiyinə görə silahlı daşnaklar Basarkeçərin bütün kəndlərinə hücun edərək ağır qətliamlar törətmiş, sağ qalanlar isə Basarkeçərin Şorca kəndindən Kəlbəcərin Zəylik kəndinə tərəf üz tutmuşdular: "Ermənilər müsəlmanlara qarşı sanki xaç yürüşünə çıxmışdılar. Onlar ingilislərdən kömək almışdı. Yəhər tikən Haykazın dəstəsində ingilislər də var idi. Tüfəngləri də ingilis silahı idi. Ermənilər Göyçə kəndlərində dəhşətli hadisələr törətmişdilər. İnsanların naləsi göyə qalxırdı. Biz kömək məqsədilə Göyçəyə tərəf yola düşdük. Kəndimizin Dərəyurdu adlı yaylağına çatanda Gədikdən üstümüzə güllələr yağış kimi yağdı. Ot qayası və Xaraba deyilən tərəfdən də düşmənlər üstümüzə gəlirdi. Birdən Keyti dağı tərəfdən bir nəfərin beş açılanla atəş açdığını gördük. Əvvəl elə bildik ki, o da ermənidir. Bir azdan onun güllələri düşməni dayandırdı və onlar geriyə qaçmağa başladılar. Bu el arasında cəngavər kimi tanınmış, sərrast nişançı Hacı Dünyamalı oğlu Teymur idi. Düşməni qovaraq gəldiyi yerə qaytardıq" (1992-ci ildə bu söhbəti aparmışıq.R.N)[8]
1918-ci ilin qışında 40-a yaxın müsəlman-türk kəndi Andronikin dəstəsi tərəfindən yandırılaraq külə dönmüşdü. Əlsiz-ayaqsızlar vəhşicəsinə qətlə yetirilmiş, qaçmaq imkanı olanları isə gülləborana tutub qış ayında Kəlbəcərin quşqonmaz dağ uçurumlarında dondurmağa məcbur etmişdilər. Gözlənilən ağır faciələrin qarşısnı almaq üçün ən sadə silaha belə ehtiyac vardı. Belə bir durumda Kəlbəcərli Məşədi Cəmil Laçınlı dostu Soltan bəyə üz tutur. Soltan bəy Məşədi Cəmili yüksək səviyyədə qəbul edərək onun gəlişinə qurban kəsir. Soltan bəy Qarabağ general qubernatoru olan qardaşı Xosrov bəydən Kəlbəcərə silah sursat göndərməyi xahiş edir. Məşədi Cəmil Soltan bəylə Xosrov bəyə 40 qatır yükü yağ-bal payı aparır. Soltan bəy və Xosrov bəy qardaşları Məşədi Cəmilə istənilən qədər silah-sursat verir. Onun gətirdiyi yağ-balı da bazarda satdırıb pulunu Məşədi Cəmilə verir ki, silah alsınlar. Qarabağ general - qubernatoru Məşədi Cəmilin özünə isə Süzən (beşatılan) bağışlayır.[4.s. 22].
Məşədi Cəmil 40 qatır yükü silah-sursatla Kəlbəcərə qayıdır. O, Zodlu Səmədağa ilə əlaqə yaradaraq ermənilərin bir sıra hücumlarının qarşısını alır. Amma xristian dövlətlərindən kömək almış ermənilər Göyçədə böyük cinayətlər törədir. Göyçə yalında (Gədikdə .R.N) erməni quldurlarından canlarını qurtarmağa can atan yüzlərlə qadın, uşaq şaxtada donub ölür. Buradan Kəlbəcər istiqamətinə yürüş edən ermənilərlə Kəlbəcər döyüşçüləri arasında qanlı döyüşlər aparılır. Kəlbəcərli qadınlar səngərlərə patron daşıyaraq igidləri tək qoymurdular. Qadın dəstələrinə Məşədi Cəmilin bacıları Pəri, Telli və Dal Qılınclı kəndindən Mərcan adlı qadın başçılıq edirdilər. Bu gənc və igid qadınlar döyüşçülərə çörək və patrondan korluq çəkdirmədilər. Məşədi Cəmilin yurdu deyilən dərədə ölənlərin qalaq-qalaq sümükləri insanı dəhşətə gətirirdi. Sonralar bu ərazi yaddaşlarda “Sümüktökülən dərə” kimi qaldı. Beləliklə Sultan bəyin və Məşədi Cəmilin başçılığı ilə erməni cəlladları geri oturdulur[4.s.24-25].
Ermənilər 1918-ci il mayın əvvəlində Andronikdən də əlavə qüvvə alaraq eyni vaxtda hücum etməklə müdafiəzsiz kəndləri yandırır, əhalini məhv edirlər. Kəvər, Bayazit, Gözəldərə, Haçalı, Yarpızlı, Əzizli, Tüskülü, Yuxarı Zağa, Aşağı Zağa, Kərkibaş, Qanlı, Qırxbulaq, Aşağı Məzrə, Yuxarı Məzrə, Daşkənd, Aşağı Şorca, Yuxarı Şorca, Sarıyaqub, Qayabaşı, Zərkənd, Ağkilsə, Tənbeh, Nərimanlı, Ağyoxuş, Qaraqoyunlu, Göysu, Canəhməd, İnəkdağı, Şişqaya, Sorcasu, Toxluca, Zod və s. qırxa yaxın kəndləri ermənilər darmadağın etdilər, əhalisi eybəcər üsullarla məhv edildi[12. 124].



ƏDƏBİYYAT
1. Aərbaycan Respublikası MDA, f.970, siy.1, iş 144, v.66
2. Azərbaycan qəzeti. 17 may 1919
3. «Армянский геносид» . Миф и реалъност. Справочник фактов и документов. Баку. Азернешр 1992
4. Əhmədov H. Məşədi Cəmiı yolu.Bakı. Azərnəşr. 2007. səh 22.
5. Həsənli C. Azərbaycan beynəlxalq münasibətlər sistemində . 1918-1920-ci illər. Bakı. Azərnəşr. 1993. səh 231. 362 səhifəlik
6. Həsənov Z. Məhəmməd Nərimanoğlu.Kəlbəcər. Azrbaycanın qala qapısı. Bakı. Təfəkkür. 2001.
7. İsgəndərli A. Azərbaycan həqiqətləri. 1917-1920. Bakı. “Elm və təhsil” 2012. 228 səhifəlik
8. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi. İnventar nömrə 3032
9. Kəlbəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi. Inventar nömrə 3038.
10. Məmmədli A. Ermənilərin gerçək tarixi. Bakı. Elm. 435 səhifəlik
11. Məmmədov İ, C.Əsədov. Ermənistan azərbaycanlıları və onların acı taleləri. Bakı.”Azərbaycan”nəşriyyatı”. 1992 .səh 38)
12. Ziyadxan Nəbibəyli.Sultan bəy və Xosrov bəy qardaşları. Nurlar. Bakı.2011.
13. Səmuyel A. Uimz. Ermənistan.terrorçu xristian ölkənin gizlinləri. İngilis dilindən tərcümə. 1-ci cild. Bakı.Mütərcim-2015.388 s.
14. Şahüseynov M. Kəlbəcərsiz, Zarsız keçən ömürlər. Bakı.2003. Şirvannəşr. Səh 39, 100 səhifəlk
15. Şahüseynov M. Onlara güzəşt oluna bilməzdi.” Qəbələ” qəzeti. 13 aprel 2000.
16. Verdiyev İ. Məşədi Cəmil. Bakı.2008, 185 s.

 

Açar sözlər: Andronik, Sultan bəy, Kəlbəcərli Məşədi Cəmil, Sümüktökülən dərə
Key words: Andronik, Soltan bey, Mashadi Jamil Kalbajarly, Sumuktokulan stream.
Ключевые слова: Андроник, Судтан бек, Мешеди Джамил Келбаджарский, ушелъя выбрашенных костей.

 

Summary
The genocide of Azerbaijanis in Zangezur, Javanshir districts and surrounding provinces in 1918-1920"s, carried out in Kalbajar museum materials
In 1918-1920, Zangezur, Javanshir accidents and Muslim Turks were exposed to the genocide of the Armenian agessors. Article deals with the confessions of Armenian historians and the report prepared by the ADR Statute and the history of the historians exploring the period during, the events were mentioned. Were discussed the crimes, committed by Andronik in Goycha, Kalbajar and Lachin regions and the removal of Sultan bey of him from those territories

 

РЕЗЮМЕ
Материалы Келъбаджарского музея в качестве источника геноцида азербайджанцев в 1918-1920 –х годах Джанфирскоь, Зангезурском уездах
В 1918-1920-х годах тюркское население Зангезурского, Джаванширского уездов подверглосъ армянскому террору . В статъе даны признания армянских историков в связи с этими событиями, показаны резулътаты доклада Чрезвычайной Исследователъной Комиссии АДР. Т акже в статъе рассказывается о преступлениях Андроника в Келъбаджаре, Лачыне, Гейча и о его изгнании из зтих регионов Султан беком.

 

"GEOSTRATEGİYA" jurnalı №03 (51) MAY-İYUN 2019


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM